Məhkəmə qərarları › İş №2-2(103)-1011/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1011/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1011/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, cəmi 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı müqaviləsi üzrə 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, cəmi 711042,74 manat, 01 mart 2022- ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, cəmi 540740,54 manat (bütün tələblərin cəmi 1690536,71 manat) məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 1235 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barəd barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-136/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 birgə qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 391687,91 manat əsas borc, 7229,70 manat faiz borcu, 15000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 631561,42 manat əsas borc, 29139,85 manat faiz borcu, 25000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 482979,82 manat əsas borc, 18151,10 manat faiz borcu, 19000 manat dəbbə pulu, ödənilmiş 1325 manat dövlət rüsumu, ümumilikdə 1621074,80 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən buraxdığı müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə tərəfə təqdim edilməmişdir. Məhkəmə qətnaməsindən tərəf xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Şikayət verilsə də, müddət ötürüldüyündən geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-136/2024 saylı qərardadı ilə ərizə təmin edilməmiş və buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, e2-2(113)-136/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Cavabdehin şikayəti isə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 05 iyun 2024-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2024-cü il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdeh ərizədə istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar