Məhkəmə qərarları › İş №2-2(103)-1013/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1013/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1013/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 90.000 əsas borc, 11.250 manat gecikdirmə faizləri, 226 manat hüquqi xidmət haqqı, 360 manat dövlət rüsumu olmaqla, cəmi 101.836 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)- 2599/2024 saylı tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 90.000 (doxsan min manat) manat məbləğində pulun, əsas borca illik 5% hesablanmaqla 11.250 (on bir min iki yüz əlli) manat məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 226 (iki yüz iyirmi altı) manat məbləğində pulun dövlət rüsumunun əvəzi olaraq 360 (üç yüz altmış) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə verərək Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2-2(113)-2599/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)- 2599/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2599/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli, e-2-2(113)- 2599/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(103)-778/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli, e-2-2(113)- 2599/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh xx.xx.2025-ci il tarixdə yenidən ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2599/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmasını Məhkəmədən xahiş etmişdir.

7. Eyni zamanda həmin tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e2- 2(113)-2599/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)- 2599/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2599/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli, e-2-2(113)-2599/2024 nömrəli qərardadından verilmiş şikayət və Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)- 2599/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə verilmiş ərizə geri qaytarılmışdır.

9. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)- 2599/2024 saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi və şikayətin baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2599/2024 saylı qərardadı ilə Cavabdeh ərizəsi rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

11. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)- 2599/2024 saylı qərardadının ləğv edilməsini xahiş edir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 2599/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhəməsinin e-2-2(113)-2599/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verilmiş Cavabdeh ərizəsi təmin edilsin və Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

18. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

20. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

21. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

22. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Məhkəmənin mövqeyi

23. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmış, daha sonra xx.xx.2025-ci il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması 24 sentyabr 2025-ci il tarixə, saat 16:00-a təyin edilmişdir.

24. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

26. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

27. İş materialları ilə müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2599/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qiyabi qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə, saat 18:25-də yerləşdirilmiş, bu barədə sistem vasitəsilə cavabdehin nümayəndəsi və vəkilinin “Elektron ünvan ” elektron poçtu vasitəsilə sonuncuya məlumat verilmişdir.

28. İşdən də görünür ki, Cavabdeh 1(101)-849/2025 nömrəli cinayət işi üzrə 19 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 10 aprel 2025-ci il tarixə məhkəmə hökmü ilə həbsdən azad edilmişdir.

29. Göründüyü kimi cavabdeh qətnamə qəbul olmamışdan əvvəl tutulmuş və azad edildikdən qısa müddət sonra qətnaməni mübahisələndirmişdir.

30. Həmçinin iş materiallarından görünür ki, cavabdeh tutulduqdan sonra kommersiya mübahisəsinə qiyabi icraat qaydasında baxılmış, məhkəmə iclaslarında nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təmsil edilməmiş və iş üzrə qiyabi qətnamə qəbul edilmiş, qiyabi qətnaməni cavabdeh nümayəndəsi və vəkili vasitəsilə deyil, özü mübahisələndirmişdir.

31. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qiyabi qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş hesab edilə bilməz.

32. İşin qeyd olunan hallarını, nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir.

33. Belə ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.

34. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir.

35. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2599/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar