Məhkəmə qərarları › İş №2-2(103)-1015/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1015/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1015/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4623/2024 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 QSC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh5müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi üzrə ******* manat əsas, 335248.48 manat faiz borcu olma, cəmi 2585248.48 (iki milyon beş yüz səksən beş min iki yüz qırx səkkiz manat 48 qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1849.72 manat dövlət rüsumu və 3.08 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 229.88 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 410 manat ödənilmiş mediasiya xərcinin tutulması; 4112- KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə tutmanın ipoteka müqavilələrinə əsasən: - Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 586-cı məhəllə, ev 97D, mənzil 93 (Yeni qaydalarla: AZ 1141, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.8 kv.m olan mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə borca ödənilməsi; - Cavabdeh1 MMC-yə məxsus ünvan 2ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 152.9 kv.mümumi, 44.9 kv.myaşayış, 103.0 kv.myardımçı sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin yaşayış evinin ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə borca ödənilməsi; - Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1092.2 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023) yönəldilməsi, həmin qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; İpoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 QSCdən, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh5müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; 2. Cavabdehlər Cavabdeh2 QSC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh5müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 335-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 168351.90 ABŞ dolları əsas, 4208.80 ABŞ dolları müqavilə müddəti ərzində ödənilməmiş faiz, 7365.40 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 14730.79 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 194656.88 ABŞ dolları (yüz doxsan dörd min altı yüz əlli altı ABŞ dolları 88 sent) kredit borcunun, həmçinin qarantiyanın verilməsi ilə əlaqədar 1923.72ABŞ dolları (min doqquz yüz iyirmi üç ABŞ dolları 72 sent) muzdun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq hazırki işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4623/2024 saylı qərardadı ilə vəsatət rədd edilmişdir. Hazırda Cavabdeh2 MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq Bakı Kommersiya Məhkəməsininin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4623/2024 nömrəli qərardadın ləğv edilməsini və e-2-2(113)- 4623/2024 nömrəli işin ərazi aiddiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 QSC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh5müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi üzrə ******* manat əsas, 335248.48 manat faiz borcu olma, cəmi 2585248.48 (iki milyon beş yüz səksən beş min iki yüz qırx səkkiz manat 48 qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1849.72 manat dövlət rüsumu və 3.08 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 229.88 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 410 manat ödənilmiş mediasiya xərcinin tutulması; 4112- KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə tutmanın ipoteka müqavilələrinə əsasən: - Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 586-cı məhəllə, ev 97D, mənzil 93 (Yeni qaydalarla: AZ 1141, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.8 kv.m olan mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə borca ödənilməsi; - Cavabdeh1 MMC-yə məxsus ünvan 2ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 152.9 kv.mümumi, 44.9 kv.myaşayış, 103.0 kv.myardımçı sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022) yönəldilməsi, həmin yaşayış evinin ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə borca ödənilməsi; - Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1092.2 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023) yönəldilməsi, həmin qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; İpoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının 4112-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi və məhkəmə xərcləri üzrə tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 QSC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh5müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; 2. Cavabdehlər Cavabdeh2 QSC-dən, Cavabdeh1 MMC-dən, ƏlizadəSamir Sahib oğlundan və Cavabdeh5müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə RQ-484 nömrəli, xx.xx.2021ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 335-KQ nömrəli, xx.xx.2022-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 168351.90 ABŞ dolları əsas, 4208.80 ABŞ dolları müqavilə müddəti ərzində ödənilməmiş faiz, 7365.40 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 14730.79 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 194656.88 ABŞ dolları (yüz doxsan dörd min altı yüz əlli altı ABŞ dolları 88 sent) kredit borcunun, həmçinin qarantiyanın verilməsi ilə əlaqədar 1923.72ABŞ dolları (min doqquz yüz iyirmi üçABŞ dolları 72 sent) muzdun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 QS-Cnin olduğu və fəaliyyət göstəridiyi ünvan Sumqayıt şəhəri, BakıQuba yolu ünvanıdır.Buna görə də iddia cavabdehin olduğu yerə görə Sumqayıt Kommersiya Məhkəməsinə verilməli idi. e-2- 2(113)-4623/2024 nömrəli işin ərazi aiddiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi üçün vəsatətlə məhkəməyə müraciət edilmiş lakin vəsatətimiz rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab etmişdir ki, şikayət rədd edilməlidir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal 1,ev 6,m.46-dır. Həmçinin iş üzrə digər cavabdehlərin də ünvanı Bakı Kommersiya məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40-cı maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiya hesab edir ki, vəsatətin hüquqi əsası olmadığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq vəsatətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4623/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar