Məhkəmə qərarları › İş №2-2(103)-1015/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1015/2025

24.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1015/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh1 MMMC, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər:maneələrin aradan qaldırılması öhdəliyin qoyulması, hüquqdan sui-istifadə, ümumi mülkiyyət, fərdi abunə müqavilələri, telekommunikasiya qanunu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh1 MMMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2728/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-ci il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi "xxxx" Mənzil Tikinti Kooperativi inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. “190”, “190A” ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən” Cavabdeh4 ooğluna verməyi, "İdarə edən” edən isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin müddəti 1 iyul 2016-cı il tarixdən 31 dekabr 2030-cu il tarixədək qüvvədədir.

2. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs Cavabdeh4 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-095 nömrəli qarşılıqlı əməkdaşlıq haqqında müqaviləsinə əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr. 190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. Həmin müqavilənin: 7.1-ci maddəsinə əsasən müqavilə imzalandığı vaxtdan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir. 7.5-ci bəndinə əsasən müqavilənin istənilən səbəbdən ləğv edildiyi və qüvvədə olma müddətinin bitdiyi tarixdən etibarən Uninet bu müqavilə üzrə göstərdiyi xidmətlər üzrə satış (əlavə abunəçilərin qoşulması) hüquqlarını itirir.

3. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi "xxxx" Mənzil Tikinti Kooperativi inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. ”202”, ’’202A” ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən” Cavabdeh3 verməyi, "İdarə edən” edən isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin müddəti 1 iyul 2018-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək qüvvədədir.

4. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilmiş səlahiyyətlər əsasında çıxış edən Cavabdeh3 ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış 19 oktyabr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-075 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin fiberoptik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. 7.5-ci bəndinə əsasən müqavilənin istənilən səbəbdən ləğv edildiyi və qüvvədə olma müddətinin bitdiyi tarixdən etibarən Uninet bu müqavilə üzrə göstərdiyi xidmətlər üzrə satış (əlavə abunəçilərin qoşulması) hüquqlarını itirir.

5. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi "xxxx" Mənzil Tikinti Kooperativi inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. “92A” ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən” Cavabdeh2 verməyi, "İdarə edən” edən isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin müddəti 1 fevral 2016-cı il tarixdən 31 dekabr 2030-cu il tarixədək qüvvədədir.

6. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilmiş səlahiyyətlər əsasında çıxış edən Cavabdeh2 ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış 19 oktaybr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-074 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: 16.1.1-ci bəndinə əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. 7.5-ci bəndinə əsasən müqavilənin istənilən səbəbdən ləğv edildiyi və qüvvədə olma müddətinin bitdiyi tarixdən etibarən Uninet bu müqavilə üzrə göstərdiyi xidmətlər üzrə satış (əlavə abunəçilərin qoşulması) hüquqlarını itirir.

7. Cavabdeh2 ilə Cavabdeh1 MMMC arasında bağlanmış tələbin Güzəşti haqqında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı xx.xx.2016-ci il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləsinə əsasən idarə etdiyi Bakı şəhəri, Yasanal rayonu, H.ünvan 7 ünvanında yerləşən çoxmənzilli binada yerlşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək yaranmış tələb və hüquqlarını MMMC-yə güzəşt etmiş, MMMC isə güzəşti qəbul etmişdir.

8. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 22 noyabr 2021-ci il tarixli, 570 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204 a ünvanında yerləşən və Cavabdeh1 MMMC-nin idarəsində olan 1 binada 161 mənzil mövcüddur. Arayış İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Anar Verdiyevə təqdim etmək üçün verilir.

9. Cavabdeh1 MMMC-nin qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 6 may 2024-cü il tarixli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204 a ünvanında yerləşən və Cavabdeh1 MMMC-nin idarəsində olan 1 binada 161 mənzil mövcüddur.

10. X3 İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ünvanladıqları müraciətdən görünür ki, vətəndaşı "xxxx" MTK ilə Citynet provayderi arasında yaranmış anlaşılmazlığa görə internetin kəsildiyini, internet xidməti haqqını ödəməsinə baxmayaraq internetdən istifadə edə bilmədiyini bildirmişdir.

11. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə vətəndaş elvin Cəfərxadənin müraciəti İddiaçı MMC-yə göndərilmiş və məsələnnin araşdırılaraq nəticəsi barədə vətəndaşa məlumat verilməsi tələb edilmişdir.

12. İş materiallarına əlavə edilmiş abunə müqavilələrindən görünür ki, İddiaçı MMC ilə kompleksin sakinləri arasında internet xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, İddiaçı MMC-də mühəndis işləyir,. avadanlıqları sözügedən binalarda 2021-ci ildə quraşdırmışlar, kayihəyə uyğun olaraq avadanlıqlar quraşdırılıb, bloklarda qutular qoyulub, kabellər çəkilib. Qutular, rabitə, işıq şaxtaya quraşdırılıb. Yeni tikili binalarda avadanlıqların hamısı şaxtalarda quraşdırılır. Şaxtaların içərisi ilə kabellər keçir. Kabellər şaxtalarda komendantın göstərdiyi yerlərlə çəkilib, elektrik sayğacını isə zirzəmidə quraşdırmışlar. Şaxtalardan mənzillərə xətlər gedir. Orada bütün provayderlər avadanlıqlarını şaxtalarda quraşdırıblar. Avadanlıqlar yerindədir. Sadəcə elektrik xətlərini zirzəmidə kəsib, icazə vermirlər.

Birinci instansiya məhkəməsindəki icraat:

14. İddiaçı MMC Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan istənilən maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MMMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2003-cü ildən etibarən fəaliyyətə başlamışdır. Fəaliyyətləri əsas etibarilə ölkənin şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, dövlət təşkilatlarına müasir tipli optik və ADS L internet, İP-TV kimi telekommunikasiya xidmətləri göstərməkdir.Telekommunikasiya sahəsində böyük təcrübəyə sahib olan şirkət də bu istiqamətdə daxili investisiyalar hesabına böyük həcmli layihələr həyata keçirir. Bu layihələrdən biri Uninetin (CityNet ticarət nişanı) Bakı şəhəri və kəndlərində optik texnologiya (GPON) əsasında qurulmuş evədək optika layihəsidir. Yuxarıda göstərilən layihə çərçivəsində Bakı şəhəri, Həsən bəy Zərdabi propsekti, 92 ünvanında yerləşən “Melissa park” Yaşayış kompleksindəki binaların müxtəlif idarəediciləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri bağlanmışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh2 (“Melissa Park” yaşayış kompleksinin idarəçisi "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq müqavilə ilə səlahiyyət verilmiş nümayəndəsi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-074 saylı qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə Uninet tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a və204A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə Uninet tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Bundan başqa, İddiaçı ilə Cavabdeh3 (“Melissa Park” yaşayış kompleksinin idarəçisi "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq müqavilə ilə səlahiyyət verilmiş nümayəndəsi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-095 saylı qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə Uninet tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 202 və 202A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə Uninet tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Daha sonra, İddiaçı ilə Cavabdeh4 (“Melissa Park” yaşayış kompleksinin idarəçisi "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq müqavilə ilə səlahiyyət verilmiş nümayəndəsi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-075 saylı qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə Uninet tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə Uninet tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Daha sonra “Melissa park” yaşayış kompleksinin rəhbərliyi həmin binaların idarə edilməsi ilə bağlı Cavabdeh1 MMMC-nin dövlət qeydiyyatından keçdiyini və yeni müqavilələrin Cavabdeh1 MMMC ilə bağlanılacağını bildirdi. Bu barədə arayış da verilmişdir. Lakin sonradan yeni müqavilənin imzalanması ilə bağlı danışıqlar dayandırıldı.

16. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi müqavilələr fiziki şəxslər olan komendantlarla bağlanılıb və İddiaçı MMC ilə Cavabdeh1 MMMC arasında hər hansı bir müqavilə mövcud deyil. UM-075 saylı, qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin 2-ci maddəsinə görə “Təşkilat” “Uninet’ə aid olan qurğuların və avadanlıqların razılaşdırılmış sahələrdə yerləşdirilməsinə şərait yaratmalı, avadanlıqların enerji mənbəyinə qoşulmasına imkan yatarmalı, “Təşkilat”a aid ayrılmış sahəyə və ərazilərə “Uninet’in nümayəndəsinin giriş-çıxışını təmin etməli olub. Müqavilənin 2.3-cü bəndinə əsasən isə, “Təşkilat” tərəfindən ayrılmış sahədən müqavilə şərtlərinə uyğun olaraq istifadə etmək və yararsız hala gətirməmək İddiaçıin vəzifələrindən biri olub.Həmçinin həmin müqavilənin 7.3.1-ci bəndinə əsasən hər hansı tərəf digər tərəfə 90 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.Müqavilənin 2.3.3-cü bəndinə görə müqaviləyə xitam verildikdən sonra 30 təqvim günü ərzində sahəni tərk etmək İddiaçıin vəzifəsi kimi təsbit edilib. Müqavilənin mahiyyətindən və göstərilən müddəalardan tam aydındır ki, xidmətin göstərilməsi üçün ayrılan sahə və buna razılıq birbaşa “Təşkila”a aiddir və müqavilə xitamından sonra sahəyə müstəqil sərəncam verən, istifadə edən şəxs də “Təşkilat”dır. “Təşkilat’'ın razılığı olmadan bu sahə və ərazilərdən istifadə onun mülkiyyət hüququna birbaşa müdaxilədir. İddiaçının müvafiq ünvanda sakinlərlə müqavilə bağlamaq hüququ var. “Təşkilat” bu hüququ məhdudlaşdırmır və istehlakçıların hüquqlarına müdaxilə etməməklə, onları istəmədikləri şəxslərdən xidmət almağa məcbur etmir. Bu absurd bir fikirdir və əslində “Təşkilat’ı ittiham etmək, onun nüfuzuna xələl gətirməkdir ki, bunun da hüquqi məsuliyyəti vardır. Əgər “Uninet’ göstərilən ünvanda xidmətlər göstərmək və sakinlərlə müqavilə bağlamaq istəyirsə, avadanlıqların, digər xətt və qurğuların “Təşkilat’’a aid olmayan sahə və ərazidən (şaxtadan) aparılması və quraşdırılmasında sərbəst öz hüququnu həyata keçirə bilər. Əks təqdirdə, öz iradəsi əleyhinə fiziki və hüquqi şəxsləri sahədən istifadə edilməsinə razı salmaq qanunsuz və əsassızdır. “Təşkilat”ın razılığı olmadan bu sahə və ərazilərdən istifadə onun mülkiyyət hüququna birbaşa müdaxilədir. Eyni zamanda, diqqətinizə çatdırıram ki, Müqavilənin 7.4-cü maddəsinə əsasən. İddiaçı 7.3-cü bənddəki hallardan başqa əlavə olaraq onun üçün səmərəli və rentabelli olmadığı halda istənilən an müqaviləyə xitam verilməsi hüququna sahibdir. Belə çıxır ki, bu hüquqdan İddiaçı yararlana bilər, qarşı tərəf yox. Bu müqavilənin mahiyyətinə və qarşılıqlı münasibətlərə ziddir.

17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan istənilən maneənin aradan qaldırılması vəzifəsinin, yuxarıda göstərilən ünvanlarda yerləşən avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin qarşısının alınması, İddiaçı MMC-nin əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2728/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan istənilən maneənin aradan qaldırılması vəzifəsinin, yuxarıda göstərilən ünvanlarda yerləşən avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin qarşısının alınması, İddiaçı MMC-nin əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneənin aradan qaldırılmasından ibarətdir. Tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarla həmçinin, məhkəmə iclasarında tədqiq edilən sübutlarla müəyyən edilən işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq etməsinə dair müqavilə münasibətləri mövcud olmuş, iddiaçı həmin müqavilə əsasında qeyd edilən yaşayış binalarında sakinlərə internet xidmətləri göstərmişdir. Qarşılıqlı əməkdaşlıq haqqında həmin müqavilələrin 2-ci maddəsinə görə müqavilə tərəfləri olan cavabdehlər İddiaçıə aid olan qurğuların və avadanlıqların razılaşdırılmış sahələrdə yerləşdirilməsinə şərait yaratmalı, avadanlıqların enerji mənbəyinə qoşulmasına imkan yatarmalı, müqavilə tərəfləri olan cavabdehlər aid ayrılmış sahəyə və ərazilərə “Uninet’in nümayəndəsinin giriş-çıxışını təmin etməli olub. Müqavilənin 2.3-cü bəndinə əsasən isə, “Təşkilat” tərəfindən ayrılmış sahədən müqavilə şərtlərinə uyğun olaraq istifadə etmək və yararsız hala gətirməmək İddiaçıin vəzifələrindən biri olub. Həmçinin həmin müqavilənin 7.3.1-ci bəndinə əsasən hər hansı tərəf digər tərəfə 90 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqavilənin 2.3.3-cü bəndinə görə müqaviləyə xitam verildikdən sonra 30 təqvim günü ərzində sahəni tərk etmək İddiaçıin vəzifəsi kimi təsbit edilib. Tərəflərin də izahatları ilə müəyyən edilən işin mübahisəsiz hallarından görünüb ki, cavabdeh müqavilə üzrə ödənişləri etmədiyi üçün həmin müqavilələrə birtərəfli qaydada xitam verilmişdir. Hazırda tərəflər arasında işin mübahisələndirilən halı, iddiaçı hazırda həmin binalarda internet xidməti göstərilməsi ilə bağlı cavabdehl tərəfindən onun fəliyyətinə qanunsuz mdaxilə edildiyini bildirərək, həmin maneələin aradan qaldırılmasını tələb edir, cavabdeh isə idianı qəbul etməyərək, müdaxilə mövcud olsa da, müdaxilənin qanunsuz olmadığını, və müqavilə münasibətləri bitdiyi üçün iddiaçının qeyd edilən binalarda fəaliyyətinin mümkün olmadığını bildirir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd edilən binalarda cavabdehlərlə aralarında olan üqavilələr əsasında fəaliyyətə başlamışdır. Həmin müqavilələrə xitam verildiyindən (müqavilələrin xitam verilməsi işin tərəflər arasında mübahisələndirilməyən halıdır) iddiaçının cavabdehlərin idarəçiliyində olan qeyd edilən binalrda fəaliyyətinin hər hansı bir qanuni və müqavilə əsası olmadığından iddia təmin edilməməlidir. Cavabdeh1 MMMC-yə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMMC tərəfindən hər hansı bir maneənin həyata keçirilməsi ümumiyyətlə sübuta yetirilməmişdir.

20. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəsi AR Mülki Məcəlləsinin 385.1, 442, 443, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və qətnamənin iddianın tam təmin edilməsini xahiş edib.

Apellyasiya şikayətinin dəlilləri:

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ilk növbədə məhkəmənin iddianın təmin edilməməsini tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsi ilə bağlı əsaslandırması ilə razı deyil. Belə ki, dəfələrlə məhkəmələrdə də bildirdiyi kimi iddiaçı tərəfindən göstərilən xidmətlər həmin binanın sakinləri ilə imzalanmış abunə müqavilələri əsasında sakinlərə göstərilir. Sakinlərə xidmətlərin göstərilməsi üçün isə bina ərazisində müvafiq kabellər çəkilməli, internet paylayıcı avadanlıqlar quraşdırılmalıdır. Həmin avadanlıqların quraşdırılması ilə bağlı isə cavabdehlərlə müqavilələr imzalanmışdır. Həmin müqavilələrə xitam verilməsi isə iddiaçının həmin binanın sakinləri qarşısında olan öhdəliklərini yerinə yetirməməsinə gətiirb çıxarır ki, bu həm iddiaçı üçün maliyyə itkisi və işgüzar nüfuzunun aşağı düşməsinə gətirib çıxaran bir hal kimi qiymətləndirilməlidir. Hesab edir ki, cavabdehlər həmin binalarda yaşayan sakinlərin çoxmənzilli binanı idarə etməməsindən sui-istifadə edərək, sakinlərin ümumi istifadsində olan əraziləri öz şəxsi müıkiyyəti kimi istifadə edib, uyğun bildiyi şəxslərlə müqavilə bağlayıb, uyğun bilmədikləri şəxsləri isə uzaqlaşdırırlar. Halbuki, həmin binalarda idarəetmə sakinlərin yaratdıqları və idarə etdikıri qurumda olsaydı müqavilə də həmin qurumla bağlanar, bu cür problemlər də yaranmazdı. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə görə istehlakçıların malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçmək hüquqları vardır. Hazırki iş üzrə göstərilən maddi hüquq normasının tələbi pozulmuşdur. Belə ki, cavabdehlər iddiaçının avadanlıqlarına müdaxilə etməklə iddiaçı tərəfindən bina sakinlərinə göstərilməli olan internet xidmətlərinin qarşısını alırlar və bununla da sakinlərin istehlakçı kimi hüquqlarını pozurlar. Sakinlər istehlakçı hüquqlarının poulması ilə bağlı aidiyyatı qurumlara da şikayətlər etmişlər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq, ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək hüququ vardır. Həmin Məcəllənin 122.1.1-ci maddəsinə görə qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; Həmin Məcəllənin 122.1.2-ci maddəsinə görə isə illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququdur. Hazırki iş üzrə cavabdehlər Cavabdeh3, X2, Cavabdeh4 "xxxx"xxxx"ŞEVİMTK" və "xxxx" MTK-nın verdiyi səlahiyyətlər əsasında qanunsuz olaraq binaların idarəetməsini həyata keçirirlər. Belə ki, yuxarıda göstərilən MTK-lar artıq idarəetməni sakinlərin yaratdığıMMMC-yə verməli olduğu halda qanunsuz və əsassız olaraq idarəetmə səlahiyyətlərini başqa şəxslərə həvalə etmişlər. Həmin şəxslər də qanunsuz olaraq iddiaçının fəlaiyyətinə maneçilik törədirlər. Hesab edir ki, bu cür müqavilələr bağlamaq, müqaviləyə xitam vermək və bundan irəli gələn hər-hansı bir fəaliyyəti həayata keçirmək yalnız mənzil mülkiyyətçilərinin müştərək xəmiyyəti tərəfindən həyata keçirilə bilərdi. Hazırki iş üzrə məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet xidmətləri həmin binalarda quraşdırılmış və iddiaçının mülkiyyətində olan kabellər və digər internet ötürücü avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Cavabdehin nümayəndəsinin məhkəmədə də bildirdiynə görə müqaviləyə xitam verildiyi üçün onlar həmin avadanlıqlara müdaxilə edərək iddiaçının internet xidmətlərinin göstərilməsinə maneçilik törədirlər. Belə olan halda hesab edir ki, cavabdehin bu cür hərəkətləri mülkiyyətə müdaxilə kimi qiymətləndirilməlidir. Bu barədə məhkəmə proseslərində verdiyimiz izahatlarda bildirməyimizə baxmayaraq buna heç bir reaksiya verilməmişdir. Məhkəmə hazırlıq iclası zamanı tərəflərindən vəsatət verilərək iddiaçının xidmət göstərdiyi "Melissa park" yaşayış kompleksinin bir çox sakininin şahid qismində dindirilməsi xahiş olunmuşdur. Belə ki, həmin şəxslərin də mövqeyini dinləməklə cavabdehlərin hərəkətlərinin qanunsuz olduğunu, bu qanunsuz hərəkətlər nəticəsindən həm iddiaçının, həm də sakinlərin də hüquqlarının pozulmasını müəyyən etmək olardı. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edəcək sübutların araşdırılmasına lüzum görməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Cavabdehlər Cavabdeh1 MMMC və Cavabdeh3 apellyasiya şikayətinə qarşı eyniməzmunlu yazılı etirazlar vermiş və etirazlarını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMMC arasında heç bir hüquqi münasibət, o cümlədən müqavilə mövcud olmamışdır. İş üzrə faktiki hüquqi münasibətlər İddiaçı MMC ilə həmin binaların idarəçiliyini həyata keçirən fiziki şəxslər arasında bağlanmış müqavilələrdən ibarət olmuşdur.

24. İddiaçı MMC-nin UM-095 N- li müqaviləyə Cavabdeh3 yaranmış 5108,29 manat borcu yaranmış, lakin İddiaçı MMC borcunu da ödəməmişdir. Buna görə də, müqavilə səmərəli və rentabelli olmadığı üçün qarşı tərəf əvvəlcədən yazılı şəkildə xəbərdar edilməklə Cavabdeh3 tərəfindən UM-075 Ns-li müqaviləyə həmin müqavilənin 7.3.1 -ci bəndinə (Müqavilənin 7.3.1-ci bəndinə əsasən hər hansı tərəf digər tərəfə 90 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər) əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, Uninet-ə ünvanlanmış yazılı bildirişdə müqaviləyə xx.xx.2024--cü il tarixində qarşılıqlı razlılıqla xitam verilməsini, əks halda müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Uninet xx.xx.2024-cü il tarixli məktubunda müqavilənin 7.5-ci maddəsinə (Müqavilənin 7.5-ci maddəsinə görə, müqavilə ləğv edildiyi və qüvvədən düşdüyü tarixdən etibarən İddiaçı bu ərazilərdə və sahələrdə xidmətlər üzrə satış hüququnu itirir.) əsaslanaraq müvafiq ünvanda müqavilə bağladığı şəxslərə xidmət göstərməyə davam edəcəyini qeyd etmişdir. İddiaçı həmin ilin may ayından oktyabr ayınadək 90 gündən çox müddət keçməsinə baxmayaraq müqaviləyə xitam verilməsinə razılığını bildirməmişdir. Eyni zamanda müqavilədə göstərilən müddət ərzində “Təşkilafa məxsus ərazini tərk etməmiş və öz avadanlıq, qurğu və vasitələrini həmin ərazidən çıxarmayaraq birbaşa “Təşkilat”ın mülkiyyət hüquqlarını pozmuşdur.Cavabdeh3 tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müqavilənin 7.5-ci maddəsinə görə, müqavilə ləğv edildiyi və qüvvədən düşdüyü tarixdən etibarən İddiaçı bu ərazilərdə və sahələrdə xidmətlər üzrə satış hüququnu itirir və göstərilən müddəa konkret və imperativdir, qiymətləndirici təfsir oluna bilməz. İddiaçı MMC ilə fiziki şəxslər olan komendantlar arasında qarşılıqlı əməkdaşlığa dair müqavilələr bağlanılıb və İddiaçı MMC ilə Cavabdeh1 MMMC arasında hər hansı bir müqavilə mövcud olmayıb. İddiaçı MMC ilə Cavabdeh1 MMMC arasında müqavilə münasibəti mövcud olmadığı halda, iddiaçı necə iddia edə bilər ki, Cavabdeh1 MMMC-yə məxsus sahə və ərazilərdə fəaliyyət göstərmək hüququ var? Səlahiyyət yalnız müqavilə ilə yaranır, müqavilə yoxdursa, hüquq da mövcud deyil. Bu baxımdan iddiaçının Cavabdeh1 MMC-nin ərazisində fəaliyyətə davam etmək hüququnun olması barədə arqumentləri mübahisəyə aidiyyəti olmayan subyektə qarşı əsassız tələb irəli sürülməsi deməkdir. Bununla belə, iddiaçının sakinlərlə müqavilə bağlamaq və onlara xidmət göstərmək hüququ mübahisələndirilmir. Lakin bu xidmətlərin göstərilməsi MMMC-nin mülkiyyət hüquqlarını pozmamaqla həyata keçirilməlidir. Hazırki halda Cavabdeh1 MMMC tərəfindən iddiaçının sakinlərlə müqavilə bağlamasına və onlara xidmət göstərməsinə yönəlmiş hər hansı faktiki və ya hüquqi maneə mövcud deyil. Bu şəraitdə mövcud olmayan bir maneənin aradan qaldırılması barədə tələb irəli sürülməsi də öz-özlüyündə absurddur. Bundan başqa, UM-075 saylı, qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin 2-ci maddəsinə görə “Təşkilat” “Uninet-ə aid olan qurğuların və avadanlıqların razılaşdırılmış sahələrdə yerləşdirilməsinə şərait yaratmalı, avadanlıqların enerji mənbəyinə qoşulmasına imkan yatarmalı, “Təşkilat-a aid ayrılmış sahəyə və ərazilərə İddiaçıin nümayəndəsinin giriş-çıxışını təmin etməli olub. Müqavilənin 2.3-cü bəndinə əsasən isə, “Təşkilat” tərəfindən ayrılmış sahədən müqavilə şərtlərinə uyğun olaraq istifadə etmək və yararsız hala gətirməmək İddiaçıin vəzifələrindən biri olub. Belə olan halda iddiaçının “cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus avadanlıqlara müdaxilə edilməsi” iddiası və belə hərəkətlərin “mülkiyyətə müdaxilə” kimi qiymətləndirilməsi yolverilməzdir. Müqavilənin mahiyyətindən və göstərilən müddəalardan tam aydındır ki, xidmətin göstərilməsi üçün ayrılan sahə və buna razılıq birbaşa “Təşkilat”a aiddir və müqavilə xitamından sonra sahəyə müstəqil sərəncam verən, istifadə edən şəxs də “Təşkilafdır. “Təşkilat”ın razılığı olmadan bu sahə və ərazilərdən istifadə onun mülkiyyət hüququna birbaşa müdaxilədir. Əgər İddiaçı göstərilən ünvanda xidmətlər göstərmək və sakinlərlə müqavilə bağlamaq istəyirsə, avadanlıqların, digər xətt və qurğuların “Təşkilat”a aid olmayan sahə və ərazidən (şaxtadan) aparılması və quraşdırılmasında sərbəst öz hüququnu həyata keçirə bilər. Əks təqdirdə, öz iradəsi əleyhinə fiziki və hüquqi şəxsləri sahədən istifadə edilməsinə razı salmaq qanunsuz və əsassızdır. “Təşkilatın razılığı olmadan bu sahə və ərazilərdən istifadə onun mülkiyyət hüququna birbaşa müdaxilədir. İddiaçının “səlahiyyət olmadan müqavilə bağlanması” arqumenti də əsassızdır. İddiaçı MMC iddia edir ki, müqavilə yalnız mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə bağlana bilərdi. Hesab edirik ki, bu arqumentin heç bir əsası yoxdur. Belə ki, İdarəetmə hüququ 01 iyul 2018-ci il tarixli müqavilə ilə təsdiqləndiyi üçün Cavabdeh3 müqavilə bağlamaq səlahiyyəti mövcud idi. Bu səlahiyyət əsasında bağlanan müqavilələr tam hüquqi qüvvəyə malikdir. Həmin dövrdə idarəçi kimi Ramil qanuni əsaslarla fəaliyyət göstərmişdir. Mülki Məcəllənin 390.1 və 390.4-cü maddələrinə görə fiziki və hüquqi şəxslər sərbəst müqavilə bağlaya bilər və qarışıq müqavilə modeli qanunla mümkündür. Ramilin idarəçi səlahiyyəti olduğu üçün bağladığı müqavilə qanuni əsaslıdır. İddiaçı MMC də bu səlahiyyəti tanımış və müqaviləni könüllü şəkildə imzalamışdır. “Müqavilə yalnız mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə bağlana bilərdi” arqumenti əsassızdır. Mənzil Məcəlləsinin 109.5 və 122-ci maddələri kooperativin ləğvi və ya müştərək cəmiyyətə çevrilməsi qaydalarını müəyyən edir. Lakin bu, gələcəkdə həyata keçirilməli prosesdir. Müştərək cəmiyyət yaradılmadığı müddətcə qanuni idarəçi (bu işdə fiziki şəxslər olan komendantlar) idarəetmə səlahiyyətini həyata keçirir. İdarəçi qanuni əsasla təyin olunduğu üçün ümumi əmlakın istifadəsi və xidmətlərlə bağlı müqavilə bağlamaq hüququ var idi. Əks halda, həmin dövrdə ümumi yerlərlə bağlı heç bir hüquqi münasibət qurula bilməzdi ki, bu da sakinlərin maraqlarına zidd olardı. Eyni zamanda, Cavabdeh4 müqavilə üzrə borc tələbinə dair xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia Bakı Kommersiya Məhkəməsinin İş Ns e-2-2(113)-2526/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnaməsində məhkəmə İddiaçı MMC-nin “səlahiyyət olmadan müqavilə bağlanması” arqumentinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvanlarda yerləşən binalara dair Cavabdeh4 idarəçi təyin edilmişdir. İddiaçı MMC də, onunla xx.xx.2011-ci il tarixdə müqavilə bağlamış və uzun müddət qeyd edilmiş müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticətə gəlmək üçün əsas verir ki, İddiaçı MMC müqavilə üzrə kontragent kimi Cavabdeh4 tanımış və onunla qeyd edilmiş olan bütün halları bilərək, müqavilə bağlamış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır. Həmçinin, Cavabdeh3 də müqavilə üzrə borc tələbinə dair xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia Bakı Kommersiya Məhkəməsinin İş Ns e-2-2(113)-2672/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnaməsində məhkəmə İddiaçı MMC-nin “səlahiyyət olmadan müqavilə bağlanması” arqumentinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş qeyd edilmiş ünvanlarda yerləşən binalara dair Cavabdeh3 idarəçi təyin edilmişdir. İddiaçı MMC də, onunla xx.xx.2021-ci il tarixdə müqavilə bağlamış və uzun müddət qeyd edilmiş müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticəyə gəlmək üçün əsas verir ki, İddiaçı MMC müqavilə üzrə kontragent kimi Cavabdeh3 tanımış və onunla qeyd edilmiş olan bütün halları bilərək, müqavilə bağlamış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır. Bakı Apellyasiya Məhkəməsi də həmin qətnamələri dəyişdirmədən qüvvədə saxlamışdır. Bu qətnamələr hüquqi baxımdan təsdiq edir ki, müqavilə münasibətləri qanuni şəkildə mövcud olmuş, İddiaçı MMC bu münasibətlərdən doğan öhdəlikləri pozmuş və nəticədə müqavilələrin xitamı üçün əsas yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin hazırkı iş üzrə e-2-2(113)-2728/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı iddia ərizəsində qeyd edilən binalarda cavabdehlərlə aralarında olan müqavilələr əsasında fəaliyyətə başlamışdır. Həmin müqavilələrə xitam verildiyindən (müqavilələrin xitam verilməsi işin tərəflər arasında mübahisələndirilməyən halıdır) iddiaçının cavabdehlərin idarəçiliyində olan qeyd edilən binalarda fəaliyyətinin hər hansı bir qanuni və müqavilə əsası yoxdur. Belə olan halda, iddiaçının guya cavabdehlər tərəfindən ona maneələr yaradılması barədə iddiaları heç bir hüquqi və faktiki əsas daşımır. İddiaçı MMC cavabdehlər tərəfindən hər hansı bir maneənin həyata keçirilməsini ümumiyyətlə sübuta yetirməmişdir, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

25. Məhkəmə iclasında Cavabdeh1 MMMC-nin nümayəndəsi apellyasiya şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilməməsini xahiş etdi. Məhkəmə iclasında nümayəndə bildirdi ki, H.Zərdabi prospektində yerləşən, 92 A, 204 A saylı binalar Cavabdeh1 MMC-nin, 202, 202 A saylı binalar Cavabdeh3, 190, 190 A, 192, 192 A, 192 B, 192 C194 saylı binalar isə Cavabdeh4 idarəçiliyindədir. Sözügedən binalarda provayderlərin xidmət göstərmələri üçün binanın idarəedicisi ilə müqavilə bağlamalı və idarəçiyə müəyyən faiz ödənişləri edilməlidir. İddiaçı MMC-nin Cavabdeh3 və Cavabdeh4 ilə bağlanmış müqavilələrə xitam verilib. Binalar eyni yaşayış kompleksi daxilindədir.

26. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə ərizə müraciət edərək işə onların iştirakı olmadan baxımasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

27. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmədə verdiyi izahatda apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Nümayəndə və vəkil izahatında bildirmişdir ki, kompleksdə 10-dan çox bina var. Komendantlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 binanı tikən MTK-la müqavilə bağlayıblar. İddiaçı MMC orada 100-dən çox sakinlə bağladıqları müqavilələr əsasında internet-televiziya xidmətləri göstərmişlər. Lakin cavabdehlərin yaratdığı maneə ilə əlaqədar bir çox sakinə göstərdikləri xidmət dayandırılıb. Onlar orada kabellər çəkib, avadanlıqlar quraşdırmışlar. Lakin komendantlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 orada öz şirkətləri var. Ona görə onları sıxışdırıb kompleksdən çıxartmaq istəyirlər.

Tətbiq edilən hüquq:

28. Mülki Məcəllənin: -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

29. “Telekommunikasiya” haqqında AR Qanununun 33.1-ci maddəsinə əsasən operatorlar aşağıdakı vəzifələri daşıyırlar: 33.1.1. telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək; 33.1.2. abunəçi ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək; 33.1.3. istehlakçıların hüquqlarını pozmamaq; 33.1.5. telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərmək; 33.2-ci maddəsinə əsasən bu Qanunun 33.1-ci maddəsində göstərilmiş vəzifələr, bu Qanunun 33.1.3-2-ci, 33.1.3-3-cü, 33.1.4-cü və 33.1.9-4-cü maddələri istisna olmaqla, provayderlərə də şamil edilir 3 4 - c ü m a d d ə sin ə g ö r ə abunəçilər aşağıdakı hüquqlara malikdirlər: 34.1.1. operatoru, provayderi sərbəst seçmək; 34.1.2. keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək.

30. Mənzil Məcəlləsinin: 35.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

31. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

32. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə iddiaçı tərəfindən tam şəkildə mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə həmin dövrdə Bakı şəhəri, H. Zərdabi prospektində yerləşən yaşayış kompleksinin binalarınin idarəçiləri olmuş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli UM-074 saylı; 19 oktyabr 2021-ci il tarixli UM-075 saylı və xx.xx.2021-ci il tarixli, UM-095 nömrəli saylı birgə əməkdaşlıq müqavilələrinə əsasən tərəflər yaşayış kompleksinin 92A və 204A “202”, “202A”, 190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C saylı binalarında yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə birgə əməkdaşlıq edilməsi barədə razılaşmışlar. Həmin müqavilələrə əsasən İddiaçı MMC tərəfindən yaşayış kompleksi binalarına müvafiq xidmətlərin göstərilməsi üçün zəruri avadanlıqlar yerləşdirilmiş, kabellər çəkilmişdir. Bundan sonra iddiaçı tərəfindən bina sakinləri ilə fərdi xidmət müqavilələri bağlanmaqla sakinlərə internet və televiziya xidmətləri göstərilmişdir. 2024-cü ildə İddiaçı MMC ilə cavabdehlər arasında bağlanmış birgə əməkdaşlıq müqavilələrinə vaxtından əvvəl xitam verilmişdir. Hazırda İddiaçı MMC sakinlərə internet və televiziya xidmətlərinin göstərməsinə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yeni yaradılmış Cavabdeh1 MMMC tərəfindən maneələr törədildiyini əsas göstərərək sakinlərlə imzalanmış xidmət müqavilələri üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin, yuxarıda göstərilən ünvanlarda yerləşən avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin qarşısının alınması, İddiaçı MMC-nin əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneənin aradan qaldırılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMMC isə iddiaya etiraz edərək idarəçilərlə iddiaçı arasında bağlanmış əməkdaşlıq müqavilələrinə xitam verildiyini, belə olan halda İddiaçı MMC-nin cavabdehlərin idarəçiliyində olan yaşayış binalarında fəaliyyət göstərməsi üçün hər hansı bir qanuni və müqavilə əsasının olmadığını, iddiaçının xətt, avadanlıq və qurğularını onlara aid olmayan sahələrdən (şaxtadan) apara və quraşdıra bildiyini, eləcə də iddiaçının sakinlərlə bağlanmış müqavilələr üzrə internet və televiziya xidməti göstərməsinə tərəflərindən maneələr törədilmədiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.

36. Kollegiya ilk növbədə qeyd edir ki, İddiaçı MMC mübahisəli yaşayış binalarında internet və televiziya xidmətləri göstərən şirkət qismində fəaliyyətinə cavabdehlərlə bağladığı əməkdaşlıq müqavilələrinə əsasən idarəçilərin razılığı və nəzarəti ilə özünə məxsus avadanlıqları binaların bunun üçün nəzərdə tutulmuş sahələrində yerləşdirməklə və kabelləşdirməni həyata keçirməklə başlasa da, binalarda yaşayan sakinlərə internet və televiziya xidmətlərinin göstərilməsi iddiaçı ilə cavabdehlər arasında bağlanmış birgə əməkdaşlıq müqavilələri əsasında deyil, İddiaçı MMC ilə bina sakinləri arasında bağlanmış fərdi abunə müqavilələrinə əsasən həyata keçirilir. Bu baxımdan İddiaçı MMC-nin binalardakı fəaliyyətinin məhdudlaşdırılması İddiaçı MMC-nin abunə müqavilə üzrə sakinlər qarşısında götürdüyü öhdəliklərinin lazımi qaydada icra edilməsinə maneələr yaratmaqla həm İddiaçı MMC-nin, həm də onunla müqavilə bağlamış sakinlərin hüquqlarının pozulmasına səbəb olur. Bundan əlavə sözügedən maneələr abunəçilərin keyfiyyətli telekommunikasiya xidmətlərindən istifadə etmək və bunun üçün provayderi və operatoru sərbəst şəkildə seçmək hüququnu məhdudlaşdırmaqla “Telekommunikasiya” haqqında AR qanununun tələblərinə də ziddir.

37. Tərəflərindən İddiaçı MMC-nin sakinlərlə bağladığı müqavilələr üzrə öhdəliklərinin icra edilməsinə hər hansı maneənin törədilməməsi barədə cavabdehlərin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, binaların idarəçiliyini həyata keçirən şəxslər tərəfindən İddiaçı MMC-nin fəaliyyətinə maneələrin törədilməsi (giriş-çıxışın məhdudlaşdırılması, elektrik enerji təchizatının kəsilməsi və s.) iş materiallarında olan sübutlarla, o cümlədən şahid ifadələri, bina sakininin Telekommunikasiya Texnologiyaları Agentliyinə müraciəti, İddiaçı MMC-nin Antiinhisar və istehlak bazarına X4 ünvanladığı müraciət, Cavabdeh3 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu (məktubda MMC-nin ərazini tərk etməli olması bildirilir) ilə təsdiq edilməklə yanaşı cavabdehlərin apellyasiya şikayətinə etirazlarında da aydın şəkildə ifadə edilmişdir. Belə ki, etirazlarda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMMC İddiaçı MMC-nin onların razılığı olmadan onlara aid sahə və ərazilərdən istifadə etmək hüququna malik olmaması xüsusi vurğulanmışdır. Odur ki, kollegiya həmin dəlilləri əsaslı hesab etmir.

38. Digər tərəfdən binanı idarə edən şəxslər tərəfindən yaradılan maneələrin əsaslılığına və qanuniliyinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehlər etirazlarında binalardakı İddiaçı MMC-nin fəaliyyətinin məhdudlaşdırılmasına, yəni MMC-nin və sakinlərin hüquqlarına müdaxiləyə haqq qazandıra biləcək hər hansı bir hala istinad etməmişdir.

39. Bununla bağlı kollegiya ilk növbədə cavabdehlərin onların idarəçiliyində olan sahədən istifadə etmək hüququna malik olmamaları barədə arqumentlərinə münasibətdə qeyd edir ki, cavabdehlərin idarəçiliklərinə verilməsini iddia etdiyi sahələr binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətindədir və hər bir sahə mülkiyyətçisi Mənzil Məcəllənin Məcəlləsinin 35.2-ci maddəsinə əsasən həmin binanın ümumi mülkiyyətdə olan sahələrdən istifadə və sahiblik etmək hüququna malikdir. Sahə mülkiyyətçilərinin belə bir hüququ yalnız mənzil mülkiyyətçilərinin ümumi yığıncağının və ya MMMC-nin ümumi yığıncağının qərarı ilə sahə mülkiyyətçilərin digər mülkiyyətçilərin hüquqlarının qorunması və ümumi maraqlar naminə məhdudlaşdırıla bilər. Odur ki, iddiaçının xidmət müqavilələrinin bağladıqları sahə mülkiyyətçiləri də ümumi mülkiyyətlərində olan sahədən istifadə etmək hüququna malik olduğundan iddiaçı həmin mülkiyyətçiləri ilə bağladığı müqavilələr üzrə öhdəliklərini icra etmək üçün həmin sahələrdən istifadə edə bilər.

40. Bununla yanaşı iddiaçının avadanlıqlarını cavabdehlərin idarəçiliyinə aid olmayan sahədən (şaxtadan) istifadə etməklə quraşdıra bilməsi barədə cavabdehlərin arqumentlərə gəldikdə qeyd edilməlidir ki, şahid ifadələrinə əsasən hazırkı halda İddiaçı MMC tərəfindən avadanlıqlar və kabellər (elektrik sayğacı istisna olmaqla) məhz xüsusi şaxtalarda quraşdırıldığı müəyyən edilir. Cavabdehlər isə əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

41. Əməkdaşlıq müqavilələrinə xitam verildiyindən iddiaçı tərəfindən onlara abunəçilərin aylıq xidmət haqlarından faiz ödənilməməsi barədə cavabdehlərin dəlillərə münasibətdə vurğulanır ki, birincisi, AR mülki və mənzil qanunvericiliyində operator və provayderlərin çoxmənzilli yaşayış binalarının sakinlərlə xidmət müqavilələri bağlaması və həmin müqavilələr əsasında xidmət göstərməsi üçün mütləq qaydada idarəedici təşkilatlarla müqavilə bağlamalı olması və həmin təşkilatlarda göstərdiyi xidmətlərə görə haqlardan faiz ödəməli olması nəzərdə tutulmamışdır.

42. Bununla yanaşı cavabdehlər iddiaya etirazlarını əsaslandırmaq üçün cavabdehlərin birgə əməkdaşlıq müqavilələrinin 7.5-ci bəndlərinə də istinad etmişlər. Həmin bəndlərə əsasən müqavilələrin istənilən səbəbdən ləğv edildiyi və qüvvədə olma müddətinin bitdiyi tarixdən etibarən İddiaçı MMC bu müqavilə üzrə göstərdiyi xidmətlər üzrə satış (əlavə abunəçilərin qoşulması) hüquqlarını itirir.

43. Göründüyü kimi sözügedən bənddə əməkdaşlıq müqaviləsinə xitam verildikdən sonra İddiaçı MMC-nin müqaviləyə əsasən göstərdiyi xidmətlər üzrə əlavə abunəçilərin qoşulmasına hüquqlarının itirilməsi nəzərdə tutulmuşdur. Həmin bəndin tərsinə şərhi belə qənaətə gəlmək olar ki, müqavilələrin ləğv edilməsi İddiaçı MMC-nin artıq qoşulmuş abunəçilərə xidmət göstərməkdə davam etmək hüququnu məhdudlaşdırmır.

44. Beləliklə, hazırkı halda idarəçilərlə bağlanmış müqavilələrə xitam verilsə də iddiaçı ilə sakinlər arasında bağlanmış xidmət müqavilələri qüvvədə olduğundan kollegiya hesab edir ki, iddiaçı sakinlərə müvafiq xidmətlər göstərmək məqsədilə mübahisəli binalarda fəaliyyət göstərmək və bu məqsədlə tərəfindən binalarda quraşdırılmış avadanlıqlardan istifadə etmək hüququna malikdir. Binanı idarə edən şəxslər tərəfindən törədilən maneələr isə qanunsuz və əsassız olmaqla öz hüquqlarından yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi, yəni hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

45. Məhkəmə həmçinin onu da nəzərə alır ki, iddiaçı mübahisəli binalarda fəaliyyətinə maneələrin aradan qaldırılması öhdəliyinin bütün cavabdehlərin üzərinə qoyulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli binalardan Cavabdeh2 idarəçiliyində olmuş 92 A, 204 A saylı binalar hazırda Cavabdeh1 MMMC; 202, 202 A saylı binalar Cavabdeh3, 190, 190 A, 190B, 190V, 192, 192 A, 192 B, 192 C və 194 saylı binalar isə Cavabdeh4 tərəfindən idarə edilir. Cavabdeh2 hal-hazırda mübahisəli ünvanlarda binaların idarəçiliyini həyata keçirməsi, yəni onun iddiaçının fəaliyyətinə törədilən maneələrə hər hansı aidiyyətinin olması öz təsdiqini tapmır.

46. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan maneənin aradan qaldırılması, mübahisəli ünvanlarda quraşdırılmış avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin, İddiaçı MMC-nin əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneənin aradan qaldırılması öhdəlikləri 92 A, 204 A saylı binalara münasibətdə Cavabdeh1 MMC-nin, 202, 202 A saylı binalara münasibətdə Cavabdeh3 və 190, 190 A, 190B, 190V, 192, 192 A, 192 B, 192 C və 194 saylı binalara münasibətdə isə Cavabdeh4 üzərinə qoyulmalıdır.

47. Bununla yanaşı MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli və dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 100 manat məbləğində pul vəsaiti tutulmalıdır.

48. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2728/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri, H.Zərdabi prospektində yerləşən 92 A, 204 A saylı binalara münasibətdə Cavabdeh1 MMC-nin; 202, 202 A saylı binalara münasibətdə Cavabdeh3 və 190, 190 A, 190B, 190V, 192, 192 A, 192 B, 192 C və 194 saylı binalara münasibətdə isə Cavabdeh4 üzərinə İddiaçı MMC-nin sakinlərlə bağlanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərməsinə tərəflərindən yaradılan maneələrin, o cümlədən həmin ünvanlarda quraşdırılmış İddiaçı MMC-nin avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin, İddiaçı MMC-nin əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar