Məhkəmə qərarları › İş №2-2(103)-1016/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1016/2021

27.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1016/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçı Qanuni nümayəndə Cavabdehnə qarşı “ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2-2(113)-591/2021 saylı qərardadından iddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2-2(113)-591/2021 nömrəli qətnaməsi ilə iddiaçı Qanuni nümayəndə Cavabdehnə qarşı ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamədən iddiaçı Qanuni nümayəndə tərəfindən 17 may 2021- ci il tarixdə verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuş və Bakı Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadı ilə iddiaçı Qanuni nümayəndə apelyasiya şikayəti AR MPM-nin 10-1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadından iddiaçı Qanuni nümayəndə tərəfindən şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadı ilə iddiaçı Qanuni nümayəndə şikayəti AR MPM-nin 10-1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı Qanuni nümayəndə tərəfindən şikayət verilmiş, Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-2(113)- 591/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadından şikayət ərizəsi elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən, şikayət ərizələrinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan şikayətin geri qaytarılması barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Qanuni nümayəndə şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar