Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1016/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmaması, pul tələbi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(113)-2703/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İcarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh MMC arasında 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarədar icarəçinin təsdiq etdiyi sifarişlər (aylıq icarə) əsasında avadanlığı icarəyə verməyi öz üzərinə götürür; 1.2-ci bəndinə əsasən xidmətlər icarəçinin göstərişi əsasında onun fəaliyyət göstərdiyi iş sahəsində həyata keçirilir; 1.3-cü bəndinə əsasən xidmətlər müvafiq qaydada qusursuz icarəçiyə təhvil verildiyi andan icarədar müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş hesab edilir; 2.1-ci bəndinə əsasən bu müqavilənin ümumi məbləği müqavilənin ayrılmaz hissəsini təşkil edən “Əlavə 1“-də qeyd olunmuşdur; 2.2-ci bəndinə əsasən icarəçi tərəfindən icarə ödənişinin əsas məbləği icarədarın müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə, ÖMV isə icarədarın yerinə büdcəyə ödənilir; 2.3-cü bəndinə əsasən ayaqaltıların icarəsi aylıq hər bir tona görə 186 manat (ÖMV daxil) təşkil edir; 2.4-cü bəndinə əsasən ödəniş vaxtı hər ayın beşindən onunadəkdir; 4.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə nəzərdə tutulmuş ödənişi tam həcmdə icarədara ödəmək öhdəliyini üzərinə götürür; 9.6-cı bəndinə əsasən "İcarədar"a aid materialların anbardan iş sahəsinə daşınması və geri qaytarılması "İcarəçi" yə aiddir.
2. İcraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı şəhəri, SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsində taxtapuşun (iskele) kirayə verilməsi, quraşdırma-sökülməsi və daşınması xidmətləri göstərəcəkdir. Sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür; 2.1.1-ci bəndinə əsasən icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək sifarişçinin öhdəliyidir; 2.2.1-ci bəndinə əsasən ödəniş yalnız icraçıya edilir, digər şəxslərin sifarişçidən ödəniş tələb etməyi hüququ yoxdur; 2.2.16-cı bəndinə əsasən təhvil-təslim işləri, quraşdırma işləri qurtardıqdan sonra sifarişçi və icraçının vəzifəli şəxsləri tərəfindən ediləcəkdir; 3.1-ci bəndinə əsasən görüləcək xidmətin qiymətləri – 1) taxtabəndlərin və ya dəmirbəndlərin qurulması işləri – 1m3 – 5 manat, 2) taxtabəndlərin və ya dəmirbəndlərin sökülməsi işləri – 1m3 – 3 manat, 3) taxtabəndlərin icarəsi (1 aydan artıq sahədə qurulu qaldığı halda) – 1m3 – 3 manat.
3. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 335631 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 6435,60 manat təşkil edir. Qaimənin əsası kimi VE xx/xx/2022 nömrəli müqavilə qeyd edilmişdir.
4. 30.08.2023-cü il tarixli, EBDN seriyalı, 182407 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 5774,42 manat təşkil edir. Qaimənin əsası kimi VE xx/xx/2022 nömrəli müqavilə qeyd edilmişdir.
5. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 542460 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2360 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.
6. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 754399 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2367,08 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.
7. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 874684 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 8853,60 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 972165 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 8853,60 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642180 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 10447,25 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG- 2310-09 nömrəli müqavilə qeyd edilmişdir.
10. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642615 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2951,20 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.
11. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2023cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda qeyd edilən 1 adda görülmüş iş(lər)in dəyəri 10750 manat əsas, 1935 manat ƏDV 18% olmaqla, toplam 12685 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2023cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda qeyd edilən 1 adda görülmüş iş(lər)in dəyəri 2000 manat əsas, 360 manat ƏDV 18% olmaqla, toplam 2360 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2023cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda 5 adda (1) ayaqaltıların quraşdırılması - 2150 m3 , xx.xx.2023-cü il tarix; 2) ayaqaltıların quraşdırılması - 240 m3 , xx.xx.2023-cü il tarix; 3) ayaqaltıların quraşdırılması - 196,70 m3 , xx.xx.2023-cü il tarix; 4) ayaqaltıların quraşdırılması - 227 m3 , xx.xx.2023-cü il tarix; 5) ayaqaltıların quraşdırılması - 137,50 m3 , xx.xx.2023-cü il tarix) görülmüş işlər qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. 01.12.2023-cü il tarixli quraşdırma, sökülmə və durma adlı forma 2-dən görünür ki, xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə 5 adda (1) ayaqaltıların durma - 2150 m3 , xx.xx.2023-cü il; 2) ayaqaltıların durma - 240 m3 , xx.xx.2023-cü il; 3) ayaqaltıların durma - 196,70 m3 , xx.xx.2023-cü il; 4) ayaqaltıların durma - 227 m3 , xx.xx.2023-cü il; 5) ayaqaltıların durma - 137,50 m3 , xx.xx.2023-cü il) görülmüş iş(lər)in dəyəri ümumilikdə 14756 manat təşkil etmişdir.
15. xx.xx.2024-cü il tarixli quraşdırma, sökülmə və durma adlı forma 2-dən görünür ki, xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə 5 adda (1) ayaqaltıların durma - 2150 m3 , xx.xx.2023-cü il; 2) ayaqaltıların durma - 240 m3 , xx.xx.2023-cü il; 3) ayaqaltıların durma - 196,70 m3 , xx.xx.2023-cü il; 4) ayaqaltıların durma - 227 m3 , xx.xx.2023-cü il; 5) ayaqaltıların durma - 137,50 m3 , xx.xx.2023-cü il; 6) ayaqaltıların durma yanvar- 2951,20 m3 ; 6) ayaqaltıların durma fevral- 2951,20 m3 ; 7) ayaqaltıların sökülməsi- 2951,20 m3 ; xx.xx.2024-cü il) görülmüş iş(lər)in dəyəri ümumilikdə 29182,26 manat təşkil etmişdir.
16. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2024cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda qeyd edilən 1 adda (ayaqaltıların sökülməsi 2951,20 m3 , xx.xx.2024-cü il) görülmüş işlər qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2024-cü il tarixindən söküntüsü bitən, lakin Cavabdeh MMC tərəfindən icraçıya qaytarılmayan iskələ materiallarının icarə haqqı hesablanmasına dair hesabatda qeyd edilmişdir ki, 1) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 9,83; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 15, geri qayıtma məbləği 914,19 manat; 2) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 16,31; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 23, geri qayıtma məbləği 2325,81 manat; 3) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 3,55; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 74, geri qayıtma məbləği 1628,74 manat; 4) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 1,79; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 88, geri qayıtma məbləği 976,62 manat; 5) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 0,76; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 88, geri qayıtma məbləği 772,77 manat; 6) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 1,91; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 231, geri qayıtma məbləği 2735,50 manat; 7) xx.xx.2024-xx.xx.2025-ci il tarix aralığında miqdar: 0,76; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 323, geri qayıtma məbləği 1521,98 manat olmaqla, ümumilikdə 10875,61 manat.
18. 11.10.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, aktda qeyd edilən 17 adda avadanlıqlar icraçı tərəfindən təhvil verilmiş, sifarişçi tərəfindən təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX123243115D saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı AZ28AİİB410400F**********122 nömrəli hesabına 4000,62 manat məbləğində pul vəsaiti ödənilmişdir.
20. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX********** saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı AZ28AİİB410400F**********122 nömrəli hesabına 2808,42 manat məbləğində pul vəsaiti ödənilmişdir.
21. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 000İPX12405401BF saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı AZ28AİİB410400F**********122 nömrəli hesabına 10750 manat məbləğində pul vəsaiti ödənilmişdir.
22. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş İddiaçı AZ73BRES******************** nömrəli hesabında çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 4500 manat məbləğində pul vəsaiti ödənilmişdir.
23. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş İddiaçı AZ16HAJCSCRAZN**********7001 nömrəli hesabında çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 3972,22 manat məbləğində pul vəsaiti ödənilmişdir.
24. Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, verilir, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Nümayəndə ondan ötrü ki, o, həqiqətən vətəndaş İddiaçı ilə Bakı Kommersiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2024-cü il tarixli müqavilə bağlamışdır və həmin müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 530 manat məbləğində xidmət haqqı ödənilmişdir.
25. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
26. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42700,31 (qırx iki min yeddi yüz otuz bir manat otuz bir qəpik) manat pul vəsaiti, hüquqi xidmətə görə ödənilən 526 (beş yüz iyirmi altı) manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti olaraq, icarədar icarəçinin təsdiq etdiyi sifarişlər (aylıq icarə) əsasında avadanlığı icarəyə verməyi öz üzərinə götürmüşdür. İcarə müqaviləsi üzrə sifarişçi tərəfindən verilən bütün sifarişlər yerinə yetirilmiş, müvafiq mühasibatlıq sənədləri təsdiqlənmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə bir sıra ödənişlər edilsə də, 42700,31 manat (qırx iki min yeddi yüz otuz bir manat otuz bir qəpik) məbləğində borc bu günədək ödənilməmişdir. Cavabdehə həmin borc məbləği ilə bağlı dəfələrlə müraciət edilsə də, hər dəfə vaxt istəmiş, qısa müddətə borcu tam ödəyəcəklərinə söz vermişdir. Buna baxmayaraq, borc məbləği bu günədək ödənilməmişdir. Tərəflərindən cavabdehə müvafiq təklif (pretenziya) göndərilmişdir. Cavabdeh tərəfindən təklifə dair heç bir münasibət bildirilməmişdir.
28. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə istinad edilmişdir.
29. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 42446,15 (qırx iki min dörd yüz qırx altı manat on beş qəpik) manat icarə haqqı, 220 (iki yüz iyirmi) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 526 (beş yüz iyirmi alt) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliklər qarşılıqlı şəkildə yerinə yetirilmişdir. Daha sonra münasibətlər 09 oktyabr 2023-cü il tarixli, BTC-PMD-AG2310-09 nömrəli icarə müqaviləsi ilə davam etdirilmişdir. 09 oktyabr 2023-cü il tarixli, BTCPMD-AG- 2310-09 nömrəli icarə müqaviləsinin predmeti adlanan 1.1-ci maddəsində qeyd edilmişdir ki, “müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə bu müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı şəhəri, SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsində taxtapuşun (iskele) kirayə verilməsi, quraşdırma-sökülməsi və daşınma xidmətləri göstərəcəkdir. Sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.” İcarə müqaviləsi üzrə sifarişçi tərəfindən verilən bütün sifarişlər yerinə yetirilmiş, müvafiq mühasibatlıq sənədləri təsdiqlənmişdir. Cavabdeh tərəfindən ümumilikdə əsas məbləğ üzrə 27831,26 manat, ƏDV üzrə 2259 manat ödəniş olunmuşdur. Hazırda cavabdehin əsas məbləğ üzrə 29579,80 manat, ƏDV məbləği üzrə 1990,73 manat borcu olmaqla cəmi 31570,53 manat borcu qalmaqdadır. Belə ki, cavabdehə göndərilmiş: 1. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 335631 nömrəli qaimə üzrə - 753,98 manat; 2. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 542460 nömrəli qaimə üzrə əsas məbləğ 200 manat, ƏDV üzrə 36 manat olmaqla, cəmi 236 manat; 3. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 754399 nömrəli qaimə üzrə 2006,00 manat əsas, ƏDV üzrə 361,08 manat olmaqla, cəmi 2367,08 manat; 4. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 874684 nömrəli qaimə üzrə 7614,10 manat; 5. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 972165 nömrəli qaimə üzrə 7614,10 manat; 6. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642615 nömrəli qaimə üzrə 2538,03 manat; 7. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642180 nömrəli qaimə üzrə 8853,60 manat əsas, ƏDV üzrə 1593,65 manat olmaqla, cəmi 10447,25 manat borc qalmaqdadır. Yuxarıda qeyd edilmiş qalıq borc məbləğləri ümumilikdə 31570,53 manat təşkil edir. Həmçinin xx.xx.2024-cü il tarixdən söküntüsü bitən, lakin Cavabdeh MMC tərəfindən icraçıya qaytarılmayan taxtapuş (iskələ) materiallarının icarə haqqı məbləği ümumilikdə 10875,61 manat təşkil edir.
31. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan ərizədə qeyd olunmuşdur ki, hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, quraşdırma işləri Cavabdeh MMC-nin əməkdaşları tərəfindən icra edilmişdir. Bunu Layihə rəhbəri tərəfindən təqdim edilmiş akt da sübut edir. Bundan əlavə, tərəflərindən layihə SOCAR ərazisində həyata keçirildiyindən quraşdırma işlərinin həyata keçirildiyi dövrdə giriş-çıxışların təqdim edilməsi barədə müraciət də edilmişdir. Söküntü işlərini isə İddiaçı həyata keçirmişdir və öz mallarını həmin ərazidə saxlamışdır, bununla bağlı tərəfindən hər hansı müraciət daxil olmamışdır. Belə ki, işgüzar münasibətləri uzun dövrü əhatə etmişdir və hər dəfəsində də söküntü işlərindən sonra mallarını özü götürmüşdür. Malların qaytarılmaması ilə bağlı hallar həqiqətə uyğun deyil. Belə ki, müqavilə şərtlərinə əsasən həm quraşdırma, həm söküntü öhdəliyinin ona aid olmasına baxmayaraq, tərəf quraşdırmanı həyata keçirməmiş, söküntünü həyata keçirdiyi zamanı isə özü mallarını götürməmişdir. Elə iddiaçı tərəfindən təqdim edilmiş cədvəldən də görünür ki, davamlı olraq həmin dövrdə münasibətlər davam etdirmişdir. Bundan əlavə, tərəflərindən quraşdırmaya görə yalnışlıqla ödənilmiş 14756 manat + ƏDV-nin əvəzləşdirilməsi istənilmişdir.
32. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(113)- 2703/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən 42446,15 manat (qırx iki min dörd yüz qırx altı manat on beş qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 217,34 manat (iki yüz on yeddi manat otuz yeddi qəpik), 526 manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 43189,49 manat (qırx üç min yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
33. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh hesab etmişdir ki, quraşdırma xidmətlərinin həyata keçirilməsində onun işçiləri də iştirak etdiyinə görə həmin xidmət haqqı ondan tutula bilməz və əvəzləşdirmə olmalıdır. Məhkəmənin qənaətinə əsasən cavabdeh haqlı sayıla bilməz. Belə ki, əvvəla, qeyd olunmalıdır ki, tərəflər hazırkı halda azad surətdə müqavilə bağlayaraq, həmin müqavilələrin məzmununu, qarşılıqlı şəkildə hüquq və vəzifələri müəyyənləşdirmiş, qarşılıqlı surətdə öz üzərlərinə öhdəliklər götürmüşlər. Qanunvericilik normalarından da göründüyü kimi, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən ödəniş yalnız icraçıya edilir. Müqavilə tərəfi olaraq icraçı iddiaçıdır və müqavilənin tələblərinə uyğun olaraq ödəniş də icraçıya olunmalıdır və digər məsələlər qarşılıqlı raılıq əsasında həll edilə bilər.
34. İddia tələbinin digər hissəsini xx.xx.2024-cü il tarixdən söküntüsü bitən, lakin Cavabdeh MMC tərəfindən icraçıya qaytarılmayan taxtapuş (iskələ) materiallarının icarə haqqı məbləği olan ümumilikdə 10875,61 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. İddiaçı həmin məbləğin hesablanmasına dair müvafiq cədvəli (icarə predmetlərinin qaytarılmasının gecikdirilmə müddəti, həmin müddətə uyğun icarə haqqı məbləğində hesablama) məhkəməyə təqdim etmişdir. Cavabdeh məbləği, qaytarılma tarixlərini mübahisələndirməmişdir. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, söküntü işlərini İddiaçı həyata keçirmiş və öz mallarını həmin ərazidə saxlamışdır, bununla bağlı tərəfindən hər hansı müraciət daxil olmamışdır. Belə ki, işgüzar münasibətləri uzun dövrü əhatə etmiş və hər dəfəsində də söküntü işlərindən sonra mallarını özü götürmüşdür. Malların qaytarılmaması ilə bağlı hallar həqiqətə uyğun deyil. İddiaçı isə bununla razılaşmamış və bildirmişdir ki, işlər SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsi çərçivəsində görülmüşdür və oradan icazəsiz heç bir avadanlığı götürməsi mümkün deyildi və avadanlıqların qaytarılması ilə bağlı cavabdehə müraciətlər etmişdir. Bununla bağlı təqdim olunan e-mail yazşmalarından da görünür ki, 2024-cü ilin əvvəllərindən başlayaraq bir neçə dəfə avadanlıqların ərazidən çıxarılması üçün şərait yaradılması cavabdeh tərəfdən xahiş olunur. bundan əlavə, icarə predmetlərinin qaytarılmasına dair müddəalar xx.xx.2023-cü il tarixli müqavilədə nəzərdə tutulmasa da, ondan əvvəlki müqavilənin 9.6-cı bəndinə əsasən icarədara aid materialların anbardan iş sahəsinə daşınması və geri qaytanlması icarəçiyə aiddir.
35. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş məhkəmənin icraatına qəbul edilən zaman prosessual pozuntuya yol verilmiş və iddia əsassız olaraq icraata qəbul edilmişdir. Hazırda mübahisə predmeti olan müqavilə xx.xx.2023-cü il tarixli, BTC-PMD- AG-2310-09 nömrəli icarə müqaviləsi olmasına baxmayaraq, iddiaçı tərəfindən ünvanlanmış pretenziyada isə fərqli 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli müqaviləyə istinad edilmişdir. Sözügedən müqavilə üzrə hər hansı mübahisəli məbləğ mövcud olmamışdır. Bundan əlavə, 2021-ci il tarixli müqavilə sırf icarə münasibətlərini tənzimləməsinə baxmayaraq, 2023-cü il tarixli müqavilə ilə tərəflər arasında icarə, tapşırıq, daşıma ilə bağlı münasibətlər əhatə edilir. Yəni hər 2 müqavilənin predmeti fərqlidir. Lakin məhkəmə tərəfindən pretenziya qaydasına əməl edilməməsi ilə bağlı vəsatəti təmin edilməmişdir. Məhkəmə iclaslarında iddiaçı da iştirak etmiş və öz ifadələrində quraşdırma işlərinin həyata keçirilməsində cavabdeh tərəfin əməkdaşlarının iştirak etməsini, o cümlədən cavabdehin səlahiyyətli şəxsi tərəfindən nağd şəkildə (600, 3000 manat olmaqla) ona ödəniş həyata keçirildiyini etiraf etmişdir. Lakin məhkəmə qətnaməsində bununla bağlı hallara toxunulmamışdır. Əlavə olaraq, məhkəmə qətnaməsində qeyd edilmiş icarə haqqı ilə bağlı hissədə cavabdeh tərəfindən icarə haqqı məbləğinin və qaytarılma tarixlərinin mübahisələndirmədiyi qeyd edilmişdir. Qaytarılma tarixləri mübahisələndirilmir. Belə ki, daşınmanın həyata keçirilməsi müqavilə üzrə iddiaçıya aiddir. İddiaçının göstərdiyi xidmətin predmetinə daxildir. İddiaçı tərəfindən söküntü işləri aparıldıqdan sonra öz öhdəliyini icra etməyərək icarə obyektlərini elə həmin ərazidə saxlamışdır. Apardığı zaman isə ona Şirkət tərəfindən heç bir maneə törədilməmiş, əksinə aparılması bildirilmişdir. Bununla bağlı e.mail vasitəsilə yazışmalarda mövcuddur. Məhkəmənin mövqeyinə əsasən, xx.xx.2023-cü il tarixli müqavilədə daşınma nəzərdə tutulmadığından, ondan əvvəlki müqavilənin 9.6-cı bəndinə istinad edilir. Həmin bəndə əsasən “İcarədar”a aid materialların anbardan iş sahəsinə daşınması və geri qaytarılması icarəçiyə aid olduğu bildirilir. Cavabdeh tərəf olaraq bu hissə ilə razılaşmırlar. Belə ki, hətta məhkəmə qətnaməsində də qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310- 09 nömrəli icarə müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı ilə, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı şəhəri, SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsində taxtapuşun (iskele) kirayə verilməsi, quraşdırma-sökülməsi və daşınması xidmətlərinin göstərilməsini, sifarişçi isə icraçıya razılaşdırılmış muzdu ödəməyi öz öhdəsinə götürmüşdür. Yəni müqavilənin predmetindən də görünür ki, sökülmə, eyni zamanda daşıma iddiaçıya aid edilmişdir. Bundan əlavə həmin 10875,61 manat məbləğin hansı şəkildə hesablanması iddiaçı tərəfindən sübuta yetirilmir. 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli müqavilə mübahisə predmeti olmasa da, icarə haqqı və daşınma ilə bağlı həmin müqaviləyə istinad edilir. Mübahisə SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsi ilə bağlı göstərilən xidmətləri əhatə edən xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə öhdəliklərin lazımincə yerinə yetirilməməsi ilə bağlıdır. İşin məhkəmə araşdırılması zamanı, təhvil-təslim aktlarının, elektron qaimələrin mövcud olmasına baxmayaraq, quraşdırma işlərinin Cavabdeh MMC-nin əməkdaşları tərəfindən həyata keçirilməsi öz təsdiqini tapmışdır, hətta iddiaçı belə bu faktı öz izahatında təsdiq etmiş, özünün sadəcə 2 işçisinin quraşdırma iştirak etdiyini bildirmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş sübutlardan da müəyyən edilir ki, quraşdırma işlərinin böyük hissəsi Şirkətin öz əməkdaşları tərəfindən həyata keçirilmişdir. İddiaçı də bununla bağlı məlumatlıdır, əməkdaşlar tərəfindən quraşdırma işlərinin həyata keçirilməsinə heç bir etiraz etməmişdir. Lakin məhkəmə tərəfindən işin hallarına qiymət verilən zaman bu hallara qiymət verilməmiş, işin halları dəqiq araşdırılmamış, məbləğin tam olaraq cavabdehdən tutulması qət edilmişdir. Qanunvericiliyin tələbinə əsasən icarə obyektinin qaytarılmaması halı nəzərdə tutulur. Hazırki iş üzrə tərəf üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, söküntünü həyata keçirdikdən sonra avadanlığı həmin ərazidə saxlamışdır. Sökülmüş iskələdən hər hansı bir gəlir əldə edilməsi ümumilikdə mümkün deyil. Bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sökülərək həmin ərazidə saxlanılmış, Müqavilənin predmetindən də müəyyən edilir daşınmanın həyata keçirilməsi iddiaçı tərəfə aid edilmişdir. Hətta onun öhdəliyini icra etməməsi nəticəsində əvəzsiz şəkildə Şirkət həmin malları öz ərazisində saxlamaq məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinə qarşı etiraz:
37. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz vermişdir.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
38. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müvafiq müqavilə imzalanmış və İddiaçı müqavilə əsasında işləri yerinə yetirmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində öz mənafelərinə uyğun qeyd edərək, İddiaçı izahatını təhrif edilmiş formada göstərərək, fərqli fikir yaratmaq istəyirlər. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl bir neçə dəfə cavabdeh tərəfə müraciət edərək, borcun qaytarılmasını istəmişdir. Əgər qeyd etdikləri əsaslıdırsa, nə üçün xeyli müddət ərzində iddiaçının tələblərini mübahisələndirməyiblər? Bütün bunlar bir daha cavabdehin konkret olaraq, öhdəliklərinin icrasından qərəzli olaraq boyun qaçırmalarına bariz nümunədir. Həmçinin cavabdeh tərəfin apellyasiya şikayətini, şikayətin verilməsi üçün qanunla nəzərdə tutulan müddətin bitməsinə az qalmış verməsi də, qəsdən vaxtı yubatmalarını göstərir. Birinci instansiya məhkəməsində yuxarıda qeyd edilən məsələlərlə bağlı kifayət qədər araşdırma aparılmışdır. Mübahisəli hal ödənilməmiş qalan məbləğlə, müqaviləyə xitam verildikdən sonra icarə predmetlərinin qaytarılması ilə bağlı olmuşdur. Məhkəmənin qənaətinə əsasən cavabdeh haqlı sayıla bilməz. Belə ki, əvvəla, qeyd olunmalıdır ki, tərəflər hazırkı halda azad surətdə müqavilə bağlayaraq, həmin müqavilələrin məzmununu, qarşılıqlı şəkildə hüquq və vəzifələri müəyyənləşdirmiş, qarşılıqlı surətdə öz üzərlərinə öhdəliklər götürmüşlər. Qanunvericilik normalarından da göründüyü kimi, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən ödəniş yalnız icraçıya edilir. Müqavilə tərəfi olaraq icraçı iddiaçıdır və müqavilənin tələblərinə uyğun olaraq ödəniş də icraçıya olunmalıdır və digər məsələlər qarşılıqlı razılıq əsasında həll edilə bilər.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
39. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
40. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
41. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(113)-2703/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə və xidmət müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilələrə əsasən icarəyə verən əlavədə göstərilmiş malları razılaşdırılmış qiymətə və müqavilədə qeyd olunmuş şərtlərlə icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarəyə götürülmüş malların istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli icarə müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı ilə, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı şəhəri, SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsində taxtapuşun (iskele) kirayə verilməsi, quraşdırma-sökülməsi və daşınması xidmətlərinin göstərilməsini, sifarişçi isə icraçıya razılaşdırılmış muzdu ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında qeyd olunan müqavilələrin bağlanılması, avadanlıqların icarəçiyə təhvil verilməsi, quraşdırılma-sökülmə işlərinin həyata keçirilməsi, iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərilməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal ödənilməmiş qalan məbləğlə, müqaviləyə xitam verildikdən sonra icarə predmetlərinin qaytarılması ilə bağlı olmuşdur.
49. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin “iddiaçı tərəfindən ünvanlanmış pretenziyada 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli müqaviləyə istinad edilməsi” dəlilinə münasibət bildirərək qeyd edir ki, işin hallarından da görünür ki, İddiaçı ilə Cavabdeh MMC ilə arasında 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklər qarşılıqlı şəkildə yerinə yetirilmiş, daha sonra münasibətlər 09 oktyabr 2023-cü il tarixli, BTC-PMD-AG2310-09 nömrəli icarə müqaviləsi ilə davam etdirilmişdir. Bu səbəbdən, pretenziyada əvvəlki icarə müqaviləsinə istinad edilməsi texniki yanlışlıq kimi qiymətləndirilməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisəli müqavilə üzrə cavabdehin iddiaçıya 42446,15 manat məbləğində borcunun olması faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar, mərkəz anbar-çıxış sənədi, təhviltəslim aktları, mail yazışmaları ilə öz təsdiqini tapmışdır.
51. Belə ki, hesabdan çıxarışlar və ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə müəyyən ödənişlər edilsə də, xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 335631 nömrəli qaimə üzrə 753,98 manat; xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 542460 nömrəli qaimə üzrə 236 manat; xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 754399 nömrəli qaimə üzrə 2367,08 manat; xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 874684 nömrəli qaimə üzrə 7614,10 manat; xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 972165 nömrəli qaimə üzrə 7614,10 manat; xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642615 nömrəli qaimə üzrə 2538,03 manat; xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642180 nömrəli qaimə üzrə 10447,25 manat olmaqla, ümumilikdə 31570,54 manat məbləğində borc iddiaçıya ödənilməmişdir.
52. Məhkəmə kollegiyası, həmçinin, "quraşdırma xidmətlərinin həyata keçirilməsində cavabdehin işçilərinin də iştirak etməsi və xidmət haqqının əvəzləşdirilməsi" barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər müqavilələr bağlayaraq, həmin müqavilələrin məzmununu, qarşılıqlı şəkildə hüquq və vəzifələrini müəyyənləşdirmiş, üzərilərinə öhdəliklər götürmüşlər. Həmin müqavilələrə əsasən icarəyə verən əlavədə göstərilmiş malları razılaşdırılmış qiymətə və müqavilədə qeyd olunmuş şərtlərlə icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarəyə götürülmüş malların istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi quraşdırma xidmətlərinin həyata keçirilməsində cavabdehin işçilərinin iştirak etməsini etiraf etsə də, bu hal cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasından yayınmasına əsas vermir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilələrdə göstərilmiş xidmətlərin dəyərinin əvəzləşdirilməsi barədə hər hansı razılıq ifadə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.
53. Bundan başqa, məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixdən söküntüsü bitən, lakin Cavabdeh MMC tərəfindən icraçıya qaytarılmayan taxtapuş (iskələ) materiallarının icarə haqqı ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin hesablanmasına dair müvafiq cədvəl (icarə predmetlərinin qaytarılmasının gecikdirilmə müddəti, həmin müddətə uyğun icarə haqqı məbləğində hesablama) məhkəməyə təqdim edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq təqdim olunan e-mail yazışmalarına istinad edərək qeyd etmişdir ki, 2024-cü ilin əvvəllərindən başlayaraq bir neçə dəfə avadanlıqların ərazidən çıxarılması üçün şərait yaradılması cavabdeh tərəfdən xahiş olunmuşdur. Bundan əlavə, icarə predmetlərinin qaytarılmasına dair müddəalar xx.xx.2023-cü il tarixli müqavilədə nəzərdə tutulmasa da, ondan əvvəlki müqavilənin 9.6-cı bəndinə əsasən icarədara aid materialların anbardan iş sahəsinə daşınması və geri qaytarılması icarəçiyə aiddir.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2- 2(113)-2703/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(113)-2703/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.