Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1019/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, gecikdirilmiş müddət üçün faiz borcu, cərimənin azaldılması, borcun düzgün hesablanmaması, ipoteka predmetinə yutma yönəldilməsi, ipotekanın ilkin satış qiyməti, zaminin məsuliyyəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) və Cavabdeh5 arasında xx.xx.2015-ci il tarixdə 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh5 bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60 000 (altmış min) manat məbləğində kredit götürmüş, kredit öhdəliyinin təminatı olaraq bankla Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/c saylı ipoteka müqaviləsi, Hüseynova Könül Taryel qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/d saylı ipoteka müqaviləsi, Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/e saylı ipoteka müqaviləsi, Cavabdeh1 arasında bağlanmışxx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/a saylı zaminlik müqaviləsi göstərilmişdir.
2. Kredit müqaviləsini kreditor və borcalanla yanaşı, ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 imzalamışlar.
3. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001/a nömrəli zaminlik müqaviləsinə görə, bankla Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
4. "xxxx" ASC və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh4 bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60 000 (altmış min) manat məbləğində kredit götürmüş, kredit öhdəliyinin təminatı olaraq bankla Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/c saylı ipoteka müqaviləsi, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/d saylı ipoteka müqaviləsi, Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/e saylı ipoteka müqaviləsi, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.CL.250615.00001/f saylı zaminlik müqaviləsi göstərilmişdir.
5. Sözügedən kredit müqaviləsini kreditor və borcalanla yanaşı, ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 imzalamışlar.
6. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001/f nömrəli zaminlik müqaviləsinə görə, bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 Abbas qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
7. Bank, Cavabdeh5 və borc alan Cavabdeh4 arasında bağlanmış xx.xx.2015ci il tarixli 100.CL.250615.00001/c nömrəli ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə görə, bank və Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 tərəfindən onun mülkiyyətində olan Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsi "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. Bank, Cavabdeh3 və borc alan Cavabdeh4 arasında bağlanmış xx.xx.2015ci il tarixli 100.CL.250615.00001/d nömrəli ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə görə, bankla Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan ünvan 1 131 saylı fərdi yaşayış evi "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
9. Bank, Cavabdeh2 və borc alan Cavabdeh4 arasında bağlanmış xx.xx.2015ci il tarixli 100.CL.250615.00001/e nömrəli ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə görə, bankla Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.
11. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin "AG Bank” ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
12. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin "xxxx" ASC ilə Cavabdeh5qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
13. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
14. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
15. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
16. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin "AG Bank” ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
17. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin "AG Bank” ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
18. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin "AG Bank” ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
19. Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin "AG Bank” ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
20. ünvan 1 131 saylı fərdi yaşayış evinin "AG Bank” ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, "AG Bank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AG Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
21. Cavabdeh3 həyat yoldaşı Cavabdeh6 "xxxx" ASC-yə ünvanladığı ərizəsində göstərmişdir ki, ünvan 1 131 saylı fərdi yaşayış evinin "AG Bank” ASC qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirir, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi və qeydiyyatdan çıxacağı barədə öhdəlik götürür.
22. "xxxx" ASC tərəfindən ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş, həmin bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində 5 saylı Quba Ərazi İdarəsində qeydə alınmışdır.
23. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində 5 saylı Quba Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu və 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı ödəmişdir.
24. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kredit borclularına və ipoteka qoyanlara bildirişlər ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin 3 (üç) gün ərzində icra olunmasını xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
25. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********021 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh5 xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 56 043,17 (əlli altı min qırx üç manat on yeddi qəpik) manat əsas, 6894,99 (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) manat faiz, 73 206,76 (yetmiş üç min iki yüz altı manat yetmiş altı qəpik) manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) manat faiz borcu vardır.
26. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********109 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 51 777,10 manat əsas, 4322,94 manat faiz, 66 472,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat faiz borcu vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
27. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi üzrə 51 777,10 manat əsas, 4322,94 manat faiz, 66 472,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat faiz borcunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsi üzrə 56 043,17 manat əsas, 6894,99 manat faiz, 73 206,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 manat faiz borcunun cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsumun və ödənilmiş 164,13 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1) MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinə; 2) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinə; 3) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinə; 4) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinə; 5) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinə; 6) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; 7) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinə; 8) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, 1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinə, 2) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,120051 ha torpaq sahəsinə; 3) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 131 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4, Cavabdeh5 və X2 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə 60 000 (altmış min) manat, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə 60 000 (altmış min) manat məbləğində kredit verilmişdir. Cavabdeh4 və Cavabdeh5 kredit verilərkən 29 iyun 2015-ci il tarixdə bankla Cavabdeh1 arasında 100.CL.290615.00001/a və 100.CL.250615.00001/f saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanlarla birlikdə cavabdehlik daşıyır. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 100.CL.250615.00001/c, 100.CL.250615.00001/d və 100.CL.250615.00001/e saylı ipoteka müqavilələrinə əsasən, verilmiş kreditlərin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, 1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi; 2) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsi; 3) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsi; 4) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsi; 5) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi; 6) MH seriyalı ******* Çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi; 7) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsi; 8) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsi; tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, 1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsi; 2) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,120051 ha torpaq sahəsi; 3) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus ünvan 1 131 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqavilələrinin 2-ci bəndinə əsasən Cavabdeh4 və Cavabdeh5 müqavilələrdə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi yerinə yetirməmiş, banka olan kredit üzrə borcunu ödəməmişlər. Kredit müqavilələrinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********022 saylı və xx.xx.2023-cü il tarixli **********068 bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh4 və Cavabdeh5 müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi, Cavabdeh4 və Cavabdeh5 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixinə Cavabdeh4 kredit üzrə cəmi borcu 130 014,45 manat (bir yüz otuz min on dörd manat qırx beş qəpik) təşkil edir. Bundan 51 777,10 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat on qəpik) əsas, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz, 66 472,76 manat (altmış altı min dörd yüz yetmiş iki manat yetmiş altı qəpik) cərimə borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat (yeddi min dörd yüz qırx bir manat altmış beş qəpik) faiz borcu təşkil edir. Eyni zamanda, xx.xx.2023-cü il tarixinə Cavabdeh5 kredit üzrə cəmi borcu 144 119,42 (bir yüz qırx dörd min bir yüz on doqquz manat qırx iki qəpik) manat təşkil edir. Bundan 56 043,17 (əlli altı min qırx üç manat on yeddi qəpik) manat əsas, 6894,99 (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) manat faiz, 73 206,76 (yetmiş üç min iki yüz altı manat yetmiş altı qəpik) manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) manat faiz borcu təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə 100.LN.2004.250615.00001 saylı və 100.LN.2004.290615.00001 saylı, 29 iyun 2015-ci il tarixli kredit müqavilələri üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlər təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehlərə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki qeydiyyatda olduğu ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmiş və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir.
29. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci və “İpoteka haqqında” Qanunun 34.1.3, 36.2, 39.3, 59.3.1-ci maddələrinə istinad olunmuşdur.
30. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
31. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7815 nömrəli rəyində göstərilmişdir ki, “Cavabdeh5 tərəfindən "AG Bank” ASC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borc məbləği aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixə (müqavilə qüvvədə olduğu tarixədək) əsas borc üzrə 56 043,17 manat, faiz borcu üzrə 7643,26 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, yəni 29 iyun 2020-ci il tarixdən sonrakı dövrdə illik faiz dərəcəsi 5%-lə hesablanmaqla Cavabdeh5 "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 56 043,17 manat, faiz borcu üzrə 15 621,63 manat. xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət olunan tarixədək) əsas borc üzrə 56 043,17 manat, faiz borcu üzrə 15 987,47 manat. İkinci sual üzrə: xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 51 777,09 manat, faiz borcu üzrə 4318,71 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, 29 iyun 2020-ci il tarixdən sonrakı dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh5 "AGbank” ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023- cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 51 777,09 manat, faiz borcu üzrə 11 732,90 manat. xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət olunan tarixədək) əsas borc üzrə 51 777,09 manat, faiz borcu üzrə 12 027,74 manat.
32. Məhkəmə tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi üçün "xxxx" MMC-nə müraciət olunmuş, həmin MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin likvid dəyəri 18 800 manat, bazar dəyəri 22 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin likvid dəyəri 28 000 manat, bazar dəyəri 26 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin likvid dəyəri 37 000 manat, bazar dəyəri 32 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin likvid dəyəri 50 000 manat, bazar dəyəri 44 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin likvid dəyəri 54 500 manat, bazar dəyəri 49 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin likvid dəyəri 56 000 manat, bazar dəyəri 49 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin likvid dəyəri 56 000 manat, bazar dəyəri 49 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin likvid dəyəri 67 000 manat, bazar dəyəri 61 000 manat; Cavabdeh2 məxsus Quba rayonunun 2ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin likvid dəyəri 34 000 manat, bazar dəyəri 29 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin likvid dəyəri 50 000 manat, bazar dəyəri 45 000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin likvid dəyəri 56 000 manat, bazar dəyəri 49 000 manat; Cavabdeh3 məxsus ünvan 1 131 saylı fərdi yaşayış evinin likvid dəyəri 159 000 manat, bazar dəyəri 177 000 manat təşkil edir.
33. Birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 51 777,09 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat doqquz qəpik) əsas borc, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7441,65 manat (yeddi min dörd yüz qırx bir manat altmış beş qəpik) faiz məbləği olmaqla, cəmi 66 041,68 manatın (altmış altı min qırx bir manat altmış səkkiz qəpik) ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə 56 043,17 manat (əlli altı min qırx üç manat on yeddi qəpik) əsas borc, 6894,99 manat (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) faiz borcu, 2800 (iki min səkkiz yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7974,50 manat (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) faiz məbləği olmaqla, cəmi 73 712,66 manatın (yetmiş üç min yeddi yüz on iki manat altmış altı qəpik) ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsum, ödənilmiş mediasiya xərci və dövlət rüsmunun əvəzi olaraq 288 (iki yüz səksən səkkiz) manat olmaqla, ümumilikdə 648 (altı yüz qırx səkkiz) manatın ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; Cavabdeh3 məxsus ünvan 1 131 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, ipoteka predmetləri olan, Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin ilkin satış qiymətinin 18 800 (on səkkiz min səkkiz yüz) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin ilkin satış qiymətinin 26 000 (iyirmi altı min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin ilkin satış qiymətinin 32 000 (otuz iki min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin ilkin satış qiymətinin 44 000 (qırx dörd min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin ilkin satış qiymətinin 61 000 (altmış bir min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin ilkin satış qiymətinin 29 000 (iyirmi doqquz min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45 000 (qırx beş min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh3 məxsus ünvan 1 131 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 159 000 (yüz əlli doqquz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 51 manat hissəsinin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 49 manat hissəsinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, qiymətləndirmə tədqiqatının dəyəri olan 700 (üç yüz) manatın 357 manatının Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 343 manat hissəsinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq "Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət olunmuşdur.
34. Məhkəmə gəldiyi nəticəni işin faktiki hallarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
34.1. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalanlar və zamin kredit müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtləri və mülki qanunvericiliyin normalarını pozmuşlar. 34.2. İddia tələbinin bir hissəsini 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 51 777,10 manat əsas, 4322,94 manat faiz borcunun; 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 56 043,17 manat əsas, 6894,99 manat faiz borcunun tutulması təşkil edir. 34.3. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalanlar və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində təmin edilməli, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 51 777,09 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat doqquz qəpik) əsas borc, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz borcu; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 56 043,17 manat (əlli altı min qırx üç manat on yeddi qəpik) əsas borc, 6894,99 manat (altı min səkkiz yüz doxsan dörd manat doxsan doqquz qəpik) faiz borcu ləğv prosesində olan "AG Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, banka olan əsas borc və müqavilə müddətinin sonuna olan faiz borcunun həmin məbləğdə olması ekspert rəyi ilə öz təsdiqini tapır. 34.4. İddia tələbinin digər hissəsini 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 66472,76 manat cərimə borcu; 100.LN.2004.290615.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 73 206,76 manat cərimə borcunun tutulması təşkil edir. 34.5. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. 34.6. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq cərimə məbləği azaldılaraq, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulacaq cərimə məbləği 2500 (iki min beş yüz) manat; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulacaq cərimə məbləği 2800 (iki min səkkiz yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. 34.7. İddia tələbinin digər hissəsini 100.LN.2004.250615.00001 saylı kredit müqaviləsi kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7441,65 manat faiz borcunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7974,50 manat faiz borcunun cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması təşkil edir. 34.8. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə də təmin olunmalı, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7441,65 manat faiz məbləği cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7974,50 manat faiz məbləği cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan "AG Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tələbdəki məbləğlər ekspert rəyi ilə təsdiqini tapır. 34.9. İddiaçının tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə bağlı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 məxsus daşınmaz əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı "İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma ipoteka predmetlərinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qaytarılmalıdır. 34.10.Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh5 məxsus, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsinin ilkin satış qiyməti 18 800 (on səkkiz min səkkiz yüz) manat; Quba rayonunun 2ci Nügədi kəndində yerləşən 0.640093 ha torpaq sahəsinin ilkin satış qiyməti 26 000 (iyirmi altı min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.8403 ha torpaq sahəsinin ilkin satış qiyməti 32 000 (otuz iki min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin ilkin satış qiyməti 44 000 (qırx dörd min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin ilkin satış qiyməti 49 000 (qırx doqquz min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiyməti 49 000 (qırx doqquz min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.263499 ha torpaq sahəsinin ilkin satış qiyməti 49 000 (qırx doqquz min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin ilkin satış qiyməti 61 000 (altmış bir min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin ilkin satış qiyməti 29 000 (iyirmi doqquz min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin ilkin satış qiyməti 45 000 (qırx beş min) manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiyməti 49 000 (qırx doqquz min) manat; Cavabdeh3 məxsus ünvan 1 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 159 000 (yüz əlli doqquz min) manat məbləğində müəyyən edilməlidir. 34.11. İddia tələbinin “ipoteka predmetlərinin boşaldılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılmalıdırlar. Məhkəmə həmin qənaətə gələrkən ipoteka müqavilələrinin xx.xx.2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsindən əvvəl bağlandığını nəzərə almışdır. 34.12.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsum, ödənilmiş tələblərə mütənasib ödənilmiş mediasiya xərci və dövlət rüsmunun əvəzi olaraq 288 (iki yüz səksən səkkiz) manat cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. 34.13.Həmçinin iş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat pulun 51 manat hissəsi cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 49 manat hissəsi ləğv prosesində olan "AG Bank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qiymətləndirmə tədqiqatının dəyəri olan 700 (üç yüz) manat pulun 357 manatı cavabdehlər Cavabdeh4 qızndanı, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 343 manat hissəsi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir.
35. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 269.1-ci, 269.4-cü, 269.5-ci, 270.1-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci, 445.7-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 470-ci, 472-ci, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34-cü, 39.3-cü, 41.1-ci, 59.3-cü maddələrinə istinad etmişdir.
36. Qətnamədən cavabdehlər Cavabdeh5 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini aşağıda göstərildiyi kimi əsaslandırmışlar: “...Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, torpaq sahələrinin qiymətləri qətnamədə reallıqdan aşağı göstərilmiş, cərimə məbləği yüksək tutulmuş, faizlər düzgün hesablanmamışdır. Məhkəmə qətnaməsində əmlakların qiymətləri çox aşağı göstərilmişdir. Hesab edirəm ki, işə apellyasiya qaydasında baxılarkən əmlakların yenidən qiymətləndirilməsi keçirilməklə, onların real likvid qiymətləri müəyyən olunmalıdır. Bundan başqa məhkəmə mühasibatlıq ekspertizası da düzgün aparılmamışdır. Təkrar ekspertiza təyin olunmaqla real borc müəyyən olunmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hər iki kredit müqaviləsi üzrə bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinə əsasən yaranmış cəmi 274 133,87 manat borcu tələb edir. Lakin iddiaçı nəzərə almamışdır ki, hər bir kredit müqaviləsi başqa şəxslə bağlanmışdır və hər bir müqavilə üzrə cavabdehlər də başqa-başqa şəxslərdir. Verilmiş iddia ərizəsində sadalanmış cavabdehlərin hansı kredit müqaviləsi üzrə cavabdeh olması məlum deyildir İddiaçı nəı un kieuii müqaviləsi ilə bağlı ayrıca iddia ərizəsi tərtib etməklə məhkəməyə müraciət etməli olduğu halda fərqli şəxslər barəsində olan fərqli kredit müqavilələrini Uir iddiada birləşdirməklə məhkəməyə müraciət etmişdir. MPM-nin 149.3-cü maddəsinin tələbinə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbini bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Lakin iddiaçı bir neçə iddia tələbini bir iddia ərizəsində yalnız o halda birləşdirməyə haqlıdır ki, həmin tələblər bir-biri ilə bağlı olsun. Hazırki iddia ərizəsindən məlum deyil ki, iddiaçı hansı səbəbdən iddiaları birləşdirmişdir. Görünür ki, kredit müqavilələri fərqli şəxslərlə bağlanaraq onların hər birinə ayrılıqda kredit verilmişdir. İddia ərizəsindən məlum deyil ki, hansı kredit müqaviləsi üzrə kimin hansı əmlakı girov qoyulmuşdur. Hər bir kredit müqaviləsi üçün qoyulmuş girovun predmeti fərqlidir və kredit müqaviləsi üzrə cavabdeh şəxslər də tamamilə fərqli şəxslərdir. Ona görə də iddiaları birləşdirmək qanunun tələblərinə uyğun deyildir. MPM-nin 152.1.7-ci maddəsinin tələbinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini geri qaytarmalıdır. Görünür ki, iş artıq icraata qəbul edilərək məhkəmənin hazırlıq iclasının təyin edilməsinə dair qərardad qəbul edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən hər bir müqaviləyə görə ödənilmiş dövlət rüsumunun və mediyasiya üçün ödənilmiş xərclərin məbləği də ayrı-ayrılıqda iddia ərizəsində qeyd edilməmişdir. İddianın məzmunundan görünür ki, hər bir müqavilə üzrə fərqli məbləğlər tələb olunur. Lakin dövlət rüsumu və mediasiya xərcləri buna nisbətdə fərqləndirilməmişdir. İddia ərizəsi tərtib edilərkən MPM-nin tələbləri nəzərə alınmamış və iddia ərizəsi ona uyğun tərtib edilməmişdir. MPM-nin 152.1.1-ci maddəsinin tələblərinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən verildikdə məhkəmə ərizənin geri qaytarılması barədə qərar qəbul edir. Bundan əlavə, MPM-nin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə q a r ş ı yönələn tələblər aydın şəkildə iddia ərizəsində qeyd edilməlidir. Lakin hazırki iddia ərizəsində qeyd edilmiş cavabdehlərin hansı müqavilə üzrə cavabdeh olması, hansı cavabdehə qarşı hansı tələbin yönəldilməsi məlum deyil. Bundan əlavə, cavabdehlərdən isə yalnız bir nəfərdə elektron kabinet vardır, iddiaçı yalnız həmin şəxsə iddia ərizəsinin surətini elektron kabinet vasitəsi ilə döndərmişdir. Elektron kabineti olmayan digər cavabdehlərə isə iddia ərizəsinin surəti göndərilməmişdir. MPM-nin 4.6-cı maddəsinintələbinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə (MPM-nin 149.2.4-1-ci maddəsi) dair məlumat məhkəməyə təqdim edilməlidir. Yenə də, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd (MPM-nin 150.1.7-ci maddəsi) məhkəməyə təqdim olunmalıdır. MPM-nin 152.1.6-1 -ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizənin geri qaytarılması barədə qərardad qəbul edilir, MPM-nin 259.0.13-cü maddəsinin tələbləri pozulduğu halda isə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilir. Qeyd edilən maddələrin məzmunundan aydın olur ki, hər bir halda məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi üçün həmin quruma müraciət edilməlidir. Lakin məlum olur ki, iddiaçı məhkəməyə 24 may 2023-cü il tarixdə, mediasiyaya isə xx.xx.2023-cü il tarixdə müraciət etməklə Qanunun tələblərinə əməl etməmişdir. Yəni iddiaçı əvvəl məhkəməyə müraciət etmiş və iddia ərizəsi məhkəmədə olduğu halda mediasiya müraciət etmişdir. İlkin mediasiya sessiyası barədə bildiriş cavabdehlərə xx.xx.2023-cü il tarixdə göndərilmiş (mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilməməsi ilə bağlı müddəti gözləmədən), xx.xx.2023-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Halbuki, qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Cavabdehlərə bildiriş poçt vasitəsi ilə göndərilmişdir. Ona görə də cavabdehlərin bəzisi həmin bildirişi mediasiyanın keçirilməsinə 2 gün qalmış alsa da, bəziləri ümumiyyətlə almamışdır. İşə iştirakımız olmadan baxılmışdır”.
Apellyasiya şikayətinə etiraz
37. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir
Apellyasiya baxışı, izahat
38. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış apellyatorlar, eləcə də digər cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
40. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
41. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
42. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
43. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
46. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
47. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
51. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
52. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
53. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
54. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
55. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
56. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
57. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
58. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
62. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
65. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
69. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
71. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində qismən yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir; qətnamə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mübahisələndirilmədiyindən, qətnamənin “Cavabdeh4 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 51 777,09 manat (əlli bir min yeddi yüz yetmiş yeddi manat doqquz qəpik) əsas borc, 4322,94 manat (dörd min üç yüz iyirmi iki manat doxsan dörd qəpik) faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7441,65 manat (yeddi min dörd yüz qırx bir manat altmış beş qəpik) faiz məbləği olmaqla, cəmi 66 041,68 manatın (altmış altı min qırx bir manat altmış səkkiz qəpik) ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 (üç yüz altmış) manat rüsum, ödənilmiş mediasiya xərci və dövlət rüsmunun əvəzi olaraq 288 (iki yüz səksən səkkiz) manat olmaqla, ümumilikdə 648 (altı yüz qırx səkkiz) manatın ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinə; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinə; Cavabdeh3 məxsus ünvan 1 131 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 qaytarılması, ipoteka predmetləri olan, Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0.757582 ha torpaq sahəsinin ilkin satış qiymətinin 29 000 (iyirmi doqquz min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.120051 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45 000 (qırx beş min) manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49 000 (qırx doqquz min) manat; Cavabdeh3 məxsus ünvan 1 131 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 159 000 (yüz əlli doqquz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 51 manat hissəsinin Cavabdeh4, 49 manat hissəsinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, qiymətləndirmə tədqiqatının dəyəri olan 700 (yeddi yüz) manatın 357 manatının Cavabdeh4, 343 manat hissəsinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq "Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi” hissəsi də yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
72. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
73. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
74. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
75. Asim Zulbalayev zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclular ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilələr bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclularla yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
76. Əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) müqavilə müddətinin sonuna olan məbləğləri dəqiqləşdirilmişdir.
77. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
78. Qətnamənin mübahisələndirilən digər hissəsi - Cavabdeh1 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 2500 (iki min beş yüz) manat cərimə borcunun, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə 2800 (iki min səkkiz yüz) manat cərimə borcunun ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması ilə bağlı hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
79. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
80. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə məbləğlərini ağlabatan və ədalətli həddədək azaltmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilik, yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
81. Kollegiya apellyatorların şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsassız hesab edir; belə ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur və apellyatorlar əmlakların dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişlər.
82. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2015-ci ildə bağlanmış ipoteka müqavilələrində müəyyənləşdirilən qiymətlərlərə müqayisədə, qiymətləndiricinin müəyyənləşdirdiyi qiymətlər real qiymətə uyğun olmayan hesab edilə bilməz.
83. Kollegiya, Cavabdeh1 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7441,65 manat (yeddi min dörd yüz qırx bir manat altmış beş qəpik) faiz məbləğinin, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7974,50 manat (yeddi min doqquz yüz yetmiş dörd manat əlli qəpik) faiz məbləğinin iddiaçının xeyrinə tutulması barədə gəlinən nəticə ilə də razılaşır.
84. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
85. Məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyinə dair apellyatorların apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından onların məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırıldıqları aydın olur; məlumatlı olduqları məhkəmə iclasına getməmələrinin məsuliyyətini isə onlar özləri daşıyırlar və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
86. Beləliklə, apellyatorların apellyasiya şikayətlərində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
87. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehlərin ödədiyi dövlət rüsumunun məbləği onların özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-139/2024 saylı iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. Qətnamədən Cavabdeh5 və Cavabdeh1 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva