Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-102/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: borcun tutulması, zaminlik. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-136/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli TZM0022005 nömrəli maliyyələşdirmə limiti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə gələcəkdə veriləcək sifariş orderi və invoys maliyyələşmələri üzrə bağlanan müqavilələr üzrə sifariş orderlərinin və invoysların maliyyələşməsi məqsədi ilə 60 ay müddətinə illik 16% dərəcəsi ilə 2.000.000 manat bərpa olunan kredit limiti ayrılmışdır.
2. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli TZM00022005/001 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış TZM0022005/001 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
3. İddiaçı cə Cavabdeh2 Kazim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli TZM00022005/001 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış TZM0022005/001 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
4. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixli TZM0022005/001 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə xx.xx.2022ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzalıdır.
5. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixli TZM0022005/002 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə xx.xx.2022ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılır.
6. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixli TZM0022005/003 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə xx.xx.2022ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzalıdır.
7. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bazarstore MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BTM/0514/2021 nömrəli müqavilələrdən irəli gələn pul tələbinin Banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt edir.
8. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Davudoğlu NN MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nömrəli müqavilələrdən irəli gələn pul tələbinin Banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt edir.
9. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Davudoğlu NN MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nömrəli müqavilələrdən irəli gələn pul tələbinin Banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt edir.
10. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli RB02/PK-1983 nömrəli arayışdan görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 25 fevral 2022-ci il tarixli TZM 0022005/001 saylı müqavilə üzrə cavabdehin 05 iyun 2023-cü il tarixə əsas borcu 391687,91 manat, faiz borcu 18885,47 manat, cərimə borcu 28180,05 manat olmaqla, ümumilikdə 438753,43 manat təşkil edir.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli RB02/PK-1982 nömrəli arayışdan görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 25 fevral 2022-ci il tarixli TZM 0022005/002 saylı müqavilə üzrə cavabdehin 05 iyun 2023-cü il tarixə əsas borcu 631561,42 manat, faiz borcu 36645,33 manat, cərimə borcu 42835,99 manat olmaqla, ümumilikdə 711042,74 manat təşkil edir.
12. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli RB02/PK-1981 nömrəli arayışdan görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 25 fevral 2022-ci il tarixli TZM 0022005/003 saylı müqavilə üzrə cavabdehin 05 iyun 2023-cü il tarixə əsas borcu 482979,82 manat, faiz borcu 24852,68 manat, cərimə borcu 32908,04 manat olmaqla, ümumilikdə 540740,54 manat təşkil edir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 3-16-16/2-9/6056/2023 saylı ekspert rəyindən görünür ki, 28 fevral 2022-ci il tarixli TZM0022005/001 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 380040,81 manat, faiz borcu 1266,80 manat təşkil edir. 02 mart 2022-ci il tarixli TZM0022005/002 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 617372,07 manat, faiz borcu 7503,34 manat təşkil edir. 01 mart 2022-ci il tarixli TZM0022005/003 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 469893,46 manat, faiz borcu 5744,19 manat təşkil edir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzitərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli 3-16-16/2-9/276/2024 saylı ekspert rəyindən görünür ki, 28 fevral 2022-ci il tarixli TZM0022005/001 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 401662,36 manat, faiz borcu 7229,70 manat təşkil edir. 02 mart 2022-ci il tarixli TZM0022005/002 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 636668,22 manat, faiz borcu 29139,85 manat təşkil edir. 01 mart 2022-ci il tarixli TZM0022005/003 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 490256,11 manat, faiz borcu 18151,10 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, cəmi 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı müqaviləsi üzrə 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, cəmi 711042,74 manat, 01 mart 2022- ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, cəmi 540740,54 manat (bütün tələblərin cəmi 1690536,71 manat) məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 1235 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barəd barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli, TZM0022005 saylı Maliyyələşdirmə limitimüqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə ******* (iki milyon) manat məbləğində cavabdehlərə invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə kredit limiti verilmişdir (müqavilənin 1.1.1., 1.1.2. və 1.1.3. maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı, illik 13 % faiz dərəcəsi olmaqla 06 ay müddətinə 600000 manat məbləğində sifariş maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 1,4 və 5-ci maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı, illik 13 % faiz dərəcəsi olmaqla 06 ay müddətinə 710000 manat məbləğində sifariş maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 1, 4 və 5-ci maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 01 mart 2022-ci il tarixli, TZM0022005/003 saylı, illik 13 % faiz dərəcəsi olmaqla 06 ay müddətinə 610000 manat məbləğində sifariş maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 1, 4 və 5-ci maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 arasında 23 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə Zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh1 MMC və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2023-cü il tarixli X2 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin cavabdehlər ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər. 400 manat ilkin mediasiya xərci İddiaçı ASC tərəfindən tam ödənilmişdir. 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə borcunun məbləği 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, borcun cəmi məbləği 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002saylı müqaviləsi üzrə borcunun məbləği 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, borcun cəmi məbləği 711042,74 manat, 01 mart 2022-ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə borcunun məbləği 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, borcun cəmi məbləği 540740,54 manat təşkil edir.
17. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Qanuni nümayəndə birgə qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 391687,91 manat əsas borc, 7229,70 manat faiz borcu, 15000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 631561,42 manat əsas borc, 29139,85 manat faiz borcu, 25000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 482979,82 manat əsas borc, 18151,10 manat faiz borcu, 19000 manat dəbbə pulu, ödənilmiş 1325 manat dövlət rüsumu, ümumilikdə 1621074,80 (bir milyon altı yüz iyirmi bir min yetmiş dörd manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş qalan 400 (dörd yüz) manat dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2022 tarixli kredit müqavilələri imzalanmış, həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə arasında zaminlik müqavilələri imzalanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləğləri tutulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlərdən kredit müqavilələri üzrə tutulacaq əsas borclar xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərdən kredit müqavilələri üzrə tutulacaq faiz borcları isə iddia tələbi həddində müəyyən edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehlərin kredit müqavilələri üzrə faiz borclarının məbləği iddia ərizəsində tələb edilən məbləğlərdən artıq müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı kredit razılaşmasına əsasən hesablanmış 28180,05 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı kredit razılaşmasına əsasən hesablanmış 42835,99 manat, 01 mart 2022-ci il tarixli, TZM0022005/003 saylı kredit razılaşmasına əsasən hesablanmış 32908,04 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı kredit razılaşmasına əsasən 15000 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı kredit razılaşmasına əsasən 25000 manat, 01 mart 2022ci il tarixli, TZM0022005/003 saylı kredit razılaşmasına əsasən 19000 manat müəyyən edilməlidir.
19. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 462.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
20. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin tamamilə ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdirlər.
21. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, bank guya xx.xx.2019-cu il tarixli, DEN-00021-20/19A sayl kredit müqaviləsi bağlanmış və guya ona 300.000 manat kredit vermişdir. Mən dəfələrlə məhkəmədə vəsatətlərimdə qeyd edilən kimi bu qədər vəsaiti almamışam və kredit müqaviləsindəki imzalar mənə məxsus deyil. Bu barədə məhkəmədən ekspertiza keçirilməsini xahiş etsəm də buna dair araşdırma aparmamışdır. Müəssisə olaraq Bankdan bu qədər kredit alınmamışdır. Ən vacib məsələ isə zaminlik müqaviləsinə mən qətiyyən imza etməmişəm. Çünki borc şirkətindi və mən orda formal şəxs olmuşam. Bu səbəbdən qətnamədə zaminlik müqaviləsinə münasibətdə iddianın təmin edilməməsini xahiş edirəm. Bu səbəbdən də həm kredit müqaviləsindəki həm də zaminlik müqaviləsindəki imzanın ona məxsus olub olmamasını yoxlamaq üçün xəttşünaslıq ekspertizası təyin edilməsini xahiş edirəm. Həmçinin məhkəmə dəbbə borcunu kifayət qədər çox saxlamışdı. Qeyd etdiyimiz kimi biz banka ödənişləri vergi orqanının müəssisəyə hesablara qoyduğu blok səbəbindən və həmçinin əsassız riskli vergi ödəyicisi kimi qeydiyyata almaları olmuşdur. Bu səbəbdən bizə bu qədər dəbbə borcu hesablanması əsassızdır.
22. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır və iddia rədd edilməlidir. Qətnamədə qeyd edilir ki, Cavabdeh2 zamlik müqaviləsi bağlamışdır. Belə olmayıb. O sonradan da, əvvəldən də müqavilə imzalamamışdır. Bu səbəbdən də zaminlik müqaviləsindəki imzanın ona məxsus olub olmaması yoxlamaq üçün xətşünaslıq ekspertizası təyin edilməlidir. Cavabdehin proseslərindən tam xəbəri olmayıb.Yekun məhkəmə qərarından ümumiyyətlə xəbəri olmayıb. Prossesual pozuntu etmişdir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
24. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olmamasını xahiş etmişdir.
25. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
32. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
33. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdəvə ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
34. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
35. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədənicranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
47. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-136/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, əsas və faiz borcunun və dəbbə pulunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 462.1, 739.1 və 741-ci maddələri təşkil edir.
50. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
51. İşin hallarından məlum olur ki, iddiaçı və Cavabdeh1 MMC arasında xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli kredit müqavilələri imzalanmış, həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə arasında zaminlik müqavilələri imzalanmışdır.
52. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə borcunun məbləği 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, borcun cəmi məbləği 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002saylı müqaviləsi üzrə borcunun məbləği 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, borcun cəmi məbləği 711042,74 manat, 01 mart 2022-ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə borcunun məbləği 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, borcun cəmi məbləği 540740,54 manat təşkil edir.
53. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlər öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişlər
54. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 9/6056/2023 saylı ekspert rəyindən görünür ki, 28 fevral 2022-ci il tarixli TZM0022005/001 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023cü il tarixə əsas borcu 380040,81 manat, faiz borcu 1266,80 manat təşkil edir. 02 mart 2022-ci il tarixli TZM0022005/002 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 617372,07 manat, faiz borcu 7503,34 manat təşkil edir. 01 mart 2022-ci il tarixli TZM0022005/003 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 469893,46 manat, faiz borcu 5744,19 manat təşkil edir.
55. İddiaçının nümayəndəsi X3 məhkəməyə xx.xx.2022-ci il tarixli TZM0022005 nömrəli maliyyələşdirmə limiti müqaviləsi üzrə TZM0022005/01, TZM0022005/02 və TZM0022005/03 nömrəli razılaşmalar üzrə xx.xx.2022-ci il tarixli əlavə sazişləri təqdim edərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir və birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilmişdir.
56. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli 3-16-16/2-9/276/2024 saylı ekspert rəyindən görünür ki, 28 fevral 2022-ci il tarixli TZM0022005/001 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 401662,36 manat, faiz borcu 7229,70 manat təşkil edir. 02 mart 2022-ci il tarixli TZM0022005/002 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 636668,22 manat, faiz borcu 29139,85 manat təşkil edir. 01 mart 2022-ci il tarixli TZM0022005/003 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 490256,11 manat, faiz borcu 18151,10 manat təşkil edir
57. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmişdir.
58. Bankın təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi faiz borcunun məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
59. Kollegiya apellyatorun məhkəmə tərəfindən dəbbə pulunun yüksək müəyyən edilməsi barədə dəlilinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
60. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq müəyyənləşdirmişdir.
61. Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, zaminlik və kredit müqaviləsindəki imzanın qanuni təmsilçiyə məxsus olmaması, kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə pulun təqdim edilməməsi formal mülahizələrə əsaslanıb. Belə ki, müqavilə üzrə bank tərəfindən kredit məbləğini almayan borclunun müqavilələr üzrə ümumilikdə 274 237 manat kredit ödənişi etməsi ağlabatan deyil. Digər tərəfdən əgər həqiqətən də müqavilədəki imzalar ona məxsus olmasa belə müqavilədən sonrakı davranışları ilə cavabdeh müqaviləni bəyəndiyini nümayiş etdirmişdir və AR MM-nin 360.2-ci maddəsinə əsasən müqavilələr etibarlı müqavilədir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator Cavabdeh2 zaminlik müqaviləsindəki imzanın ona məxsus olmaması barədə dəlilini nəzərə alaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
63. Məhkəmə tərəfindən ekspertin zəruri sənədlərin təqdim olunması barədə vəsatəti təmin edilmiş və cavabdehlərdən sərbəst və ekperimental imza nümunələrinin təqdim edilməsi xahiş edilmiş, lakin tərəf zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmişdir. Məhkəmə Ekdspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən qeyd edir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
64. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında formal həqiqət prinsipi rol oynayır, məhkəmə işdə olan sübutlar əsasında işə baxır, məhkəmə sübut toplayan orqan deyil, sübut edilməyən hallar mövcud olmayan hal kimi qiymətləndirilir. Beləliklə, işin hallarından müəyyən edilir ki, hər iki əqd (zaminlik və kredit müqaviləsi) qanuni təmsilçinin və zaminin iradə ifadəsi əsasında imzalanıb, müqavilədən sonrakı hərəkətlər və davranışları bu halı qeyd etməyə əsas verir.
65. Məhkəmə kollegiyası Cavabdeh2 məhkəmə iclasında iştirakının təmin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş cavabdehin qeydiyyat ünvanına göndərilmiş, Cavabdeh2 məxsus elektron kabinetə yerləşdirilmiş, sms xəbərdarlıq göndərilmişdir. Həmçinin məhkəməyə Cavabdeh2 məxsus elektron kabinetdən məhkəmə iclasında iştirak etməsi üçün iclasın təxirə salınması barədə ərizə təqdim edilmiş (iş materialları İ cild, 132-ci vərəqə), lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, məhkəmə iclaslarında iştirak etməsi üçün şərait yaradılmış və birinci instansiya məhkəmə tərəfindən heç bir prosessual pozuntuya yol verilməmişdir.
66. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
67. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-136/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.