Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1021/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə pul tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli e-2-2(113)-175/2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli e-2-2(113)-175/2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə pul tələbi barədə iddiası qismən təmin edilərək 37.220 manat məbləğində pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, qətnamə 30.06.2021-ci il tarixdə tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən həmin qətnamədən 02.08.2021-ci il tarixdə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 30.07.2021-ci il tarixdə bitdiyindən iddiaçı 02.08.2021-ci il tarixdə apelyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli e-2-2(113)-175/2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli e-2-2(113)-175/2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1021/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1021/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver