Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1027/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2457/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 1.469.823,32 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manatın cavabdehdən tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ilə 01.06.2021-ci və 02.06.2021-ci il tarixli qərardadlarına əsasən iş üzrə tətbiq edilmiş iddianı təmin etmə tədbirləri cavabdehin ərizəsinə əsasən ləğv edilmiş, cavabdehə məxsus **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, **-JU-*** dövlət qeydiyyat nişanlı 6520 057 Yük Kamazı, **-JV-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Xüsusi Kamaz, **-ZX-*** dövlət qeydiyyat nişanlı MAZ 953000 Yarım qoşqu, **-PC-*** dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, **-JX-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, **-AB-*** dövlət qeydiyyat nişanlı VAZ 2123 Chevrolet Niva minik avtomobili, **-JX-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, **-JC-*** dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, **-JU-*** dövlət qeydiyyat nişanlı 6520-029 Yük Kamazı, **- AK-*** dövlət qeydiyyat nişanlı VAZ 21043 minik avtomobili, **-ZF-*** dövlət qeydiyyat nişanlı Altınordu yarımqoşqu, 9-JG-194 dövlət qeydiyyat nişanlı 53215 Yük Kamazı, **-JL- *** dövlət qeydiyyat nişanlı FORD TRANSİT yük maşını, **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, **-JZ-*** dövlət qeydiyyat nişanlı Volvo FMX Yük avtomobili, **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, **-PR-*** dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, **-JE-*** dövlət qeydiyyat nişanlı QAZ 3302 18 Yük maşını, **-JX-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, **-JF-*** PAZ 32054 07 avtobusu, **-JB-*** dövlət qeydiyyat nişanlı QAZ 330202 14 Yük maşını, **-AB-*** dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, **-JT-*** dövlət qeydiyyat nişanlı 6520 057 Yük Kamazı, **-ZX-*** dövlət qeydiyyat nişanlı Tuğsan Yarımqoşqu, **-JD-*** dövlət qeydiyyat nişanlı 55111 Ş DƏ KS 55713 1 Xüsusi Təyinatlı Kamaz, **-JC-*** dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58164C Yük Kamazı, **-JE-*** dövlət qeydiyyat nişanlı QAZ 3309 1352 Yük maşını, **-JF-*** dövlət qeydiyyat nişanlı X1 maşını, **-JE-*** dövlət qeydiyyat nişanlı 65115018 13 Yük Kamazı, **-AR-*** dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, **-JC-*** dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, **-AE-*** dövlət qeydiyyat nişanlı VAZ 21715 minik avtomobili, **-PJ-*** dövlət qeydiyyat nişanlı GREAT WALL WİNGLE 5 minik avtomobili, **-JB-*** dövlət qeydiyyat nişanlı 65115 023 13 Yük Kamazı, **-JC-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı Mercedes Benz avtomobili, **-PD-*** dövlət qeydiyyat nişanlı RENAULT LOGAN minik avtomobili, **-JX-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, **-JV-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Xüsusi kamaz, **-AB-*** dövlət qeydiyyat nişanlı VAZ 2123 Chevrolet Niva minik avtomobili, **-JE-*** dövlət qeydiyyat nişanlı 65115 018 13 Yük Kamazı, **-JX-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, **-AK-*** dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, **-PJ-*** dövlət qeydiyyat nişanlı GREAT WALL WİNGLE 5 minik avtomobili, **-JX-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, **- JZ-*** dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, **-JX-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58164C Yük Kamazı, **-JA-*** dövlət qeydiyyat nişanlı 55111 016 13 Yük Kamazı, **-JL- *** dövlət qeydiyyat nişanlı MAZ 642208232P13 Yük maşını və **-JB-*** dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazının və 10-E-077 dövlət qeydiyyat nişanlı frontal yükləyici; JCB 426Z, 10-E-075 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici; JCB 3CX-4T, 10-E-076 dövlət qeydiyyat nişanlı frontal yükləyici; JCB 406B, 10-L-950 dövlət qeydiyyat nişanlı ekskavator; EO 3322, 10-L-329 dövlət qeydiyyat nişanlı ekskavator CATERPİLLAR 301.6C; 10-M-743 dövlət qeydiyyat nişanlı Buldozer T-170; 10-M-744 dövlət qeydiyyat nişanlı Buldozer T-170-in özgəninkiləşdirilməsinə dair cavabdehin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, tərəflər arasında barışıq sazişi imzalansa da, cavabdeh tərəfindən barışıq sazişinin hələ də icra olunmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in 157-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar hazırkı iş üzrə icraata xitam verilmiş, işin məhkəmədə baxılması yekunlaşmışdır. Bu da o deməkdir ki, iddianı təmin etmə tədbirinin saxlanılması zərurəti artıq mövcud deyil. MPM-in: 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər; 162.3-cü maddəsinə görə, iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır; 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2457/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1027/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1027/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver