Məhkəmə qərarları › İş №2-2(103)-1027/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1027/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1027/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması və əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4021/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “icarə müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 139A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi barədə xx.xx.2024-cü ildə imzalanmış 3M-2401 reyestr №-li icarə müqaviləsinə xitam verilməsi, qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilməsi, ödənilməmiş ƏDV xaric 45000 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehin subicarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi faktının (xüsusilə qeyri-yaşayış sahəsinin hüquqi ünvan kimi istifadəsinə şərait yaratmaması) tanınması, bu səbəbdən dəymiş zərərin - iş fəaliyyətinin pozulması, rəsmi qeydiyyatla bağlı maneələr və digər itkilərlə bağlı olaraq dəymiş zərər görə 728000 (yeddi yüz iyirmi səkkiz min) manat məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, əsasız olaraq təqdim edilmiş 10 mart 2025, 15 aprel 2025 və 05 may 2025-ci il tarixli elektron qaimələrin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumuna görə 1018 (min on səkkiz) manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması, əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMCyə qarşı “faktın tanınması və elektron qaimələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “728000 manat pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının baxılmamış saxlanılması, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 1018 (bir min on səkkiz) manat dövlət rüsumunun Cavabdeh MMC-yə qaytarılması qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4021/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması, əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-4021/2025-038 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4021/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehin subicarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi faktının (xüsusilə qeyri-yaşayış sahəsinin hüquqi ünvan kimi istifadəsinə şərait yaratmaması) tanınması, bu səbəbdən dəymiş zərərin - iş fəaliyyətinin pozulması, rəsmi qeydiyyatla bağlı maneələr və digər itkilərlə bağlı olaraq dəymiş zərər görə 728000 (yeddi yüz iyirmi səkkiz min) manat məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, əsasız olaraq təqdim edilmiş 10 mart 2025, 15 aprel 2025 və 05 may 2025-ci il tarixli elektron qaimələrin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumuna görə 1018 (min on səkkiz) manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması, əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı MMC-yə qarşı “faktın tanınması və elektron qaimələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “728000 manat pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının baxılmamış saxlanılması, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 1018 (bir min on səkkiz) manat dövlət rüsumunun Cavabdeh MMC-yə qaytarılması qərara alınmışdır. Hazırda cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4021/2025-038 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət və şikayət verilməsi üçün buraxılmış prosessualmüddətin bərpa olunması barədə vəsatət vermişdir. Məhkəmənin müvafiq qərardadı ilə şikayət vermək üçün buraxılmış müddətin bərpası rədd edilmişdir. Məhkəmə qərardadını tamamilə əsassız hesab edirik. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddiaçının nümayəndəsi iş üzrə prosesin təxirə salınması və üzrlü səbəbdən məhkəmə gəlməyəcəyi barədə xx.xx.2025 tarixli ərizə təqdim etmiş və həmin tarixlərdə ölkəisə xaricində olacağını bildirmişdir. Belə halda bu hal üzürlü hesab edilməli və iş təxirə salınmalı idi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4021/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4021/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4021/2025-038 saylı qərardadı cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 17:28-də yerləşdirilmiş, bu barədə məlumat sistem vasitəsilə cavabdehin qanuni nümayəndəsinin “Elektron ünvan ” elektron poçtuna göndərilmişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4021/2025-038 saylı qərardadı cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Lakin qanunvericilikdə həmin qərardaddan şikayət verilməsi üçün 10 gün müddət nəzərdə tutulmasına baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni məhkəmənin qərardadını aldığı vaxtdan qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə şikayət verilmişdir. Cavabdehin nümayəndəsi qərardaddan şikayət verilməsi üçün müddətin buraxılmasının səbəbi kimi iş üzrə prosesin təxirə salınması və üzrlü səbəbdən məhkəmə iclasına gəlməyəcəyi barədə xx.xx.2025-ci il tarixli ərizə təqdim etməsinə və həmin tarixlərdə ölkə xaricində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4021/2025-038 saylı qərardadından şikayət verilmə müddətinin 45 gün olmaqla ötürülməsinin üzrlü səbəbdən baş verməsini təsdiq edən heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, istinad edilən hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbdən baş verməsi barədə qənaətə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 396.1-ci maddəsinə görə şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda, MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4021/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar