Məhkəmə qərarları › İş №2-2(103)-1030/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1030/2021

17.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1030/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli e-2-2(113)-36/2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin adından verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı MMC cavabdeh "xxxx" Şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “Total E&P Absheron BV» şirkətinə məxsus avadanlığın iddiaçı “Caspian Survey and Vetting Services LTD" MMC-nın təsərrüfat idarəçiliyində olan. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54 437 175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat borcun cavabdeh “Total E&P Absheron BV» şirkətindən tutularaq iddiaçı “Caspian Survey and Vetting Services LTD" MMCyə ödənilməsini xahiş etmişdir. “Total E&P Absheron BV Şirkəti"nin Azərbaycan Respublikasindaki filiali İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müqavilə 2 üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5,395,039 USD (beş milyon üç yüz doxsan beş min otuz doqquz ) dollar manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı TOTAL-a verilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli e-2-2(113)-36/2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC–nin qanunsuz sahibliyindən geri alınaraq “Total E&P Absheron B.V.” ("xxxx") Şirkətinə verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının adından vəkili və birinci instansiya məhkəməsində nümayəndəsi olmuş Vəkil2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apelyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının adından apelyasiya şikayəti 09.07.2021-ci il tarixdə vəkili və birinci instansiya məhkəməsində nümayəndəsi olmuş Vəkil2 tərəfindən imzalanmış, nümayəndəyə iddiaçı tərəfindən verilmiş etibarnamənin qüvvəsi 04.03.2021-ci il tarixdə bitdiyindən (iş mat. İ cild 273-cü vərəq) 09.07.2021-ci il tarixdə Vəkil2 iddiaçının adından apelyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində deyilir ki, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli e-2-2(113)-36/2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin adından verilmiş apelyasiya şikayəti mümkün sayılmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli e-2-2(113)-36/2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin adından verilmiş şikayət mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən (o cümlədən elektron kabinetə yerləşdirildiyi gündən) 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar