Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1032/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi , ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın Cavabdehnə qarşı qeyri- yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, icarə haqqı üzrə borcun və penya borcunun, iddia verilməsi üçün çəkilmiş xərclərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə ilk iddiası, Cavabdeh "xxxx" X1 Cəmiyyətinə qarşı müqavilənin ləğvinin etibarsız hesab edilməsi, xüsusi karantin rejimi dövründə restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə icarə haqqı öhdəliyinə qismən xitam verilməsi, qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş pul vəsaitinin, müqavilənin ləğvi ilə əlaqədar maliyyə kompensasiyanın tutulması barədə qarşılıqlı iddia üzrə Bakı Kommersiya Məhkəməsinin 14.06.2021- ci il tarixli e-2-2(113)-1124/2021 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddiaya dəqiqləşmə verərək iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehin iddiaçı qarşısında 02 iyun 2021-ci il tarixinə mövcud olan 708.000 manat məbləğində icarə haqqı üzrə borcunun və müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcunun, ümumilikdə 717.912 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" X1 Cəmiyyətinə qarşı qarşılıqlı iddia qaldıraraq, sonradan qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən aralarında bağlanmış 16.01.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin 22 iyul 2020-ci il tarixdən ləğvinin etibarsız hesab edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16.01.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin 16.01.2021-ci ildən ləğv edilməsi, həmin müqavilə üzrə iddiaçının öhdəliklərinə müqavilənin 8.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejimi dövründə 29 mart 2020-ci il tarixdən başlayaraq bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərin fəaliyyətinin tam dayandırıldığı müddətlərdə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyətin qüvvədə olduğu 12 dekabr 2020-ci il tarixədək tam, qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə isə qismən (Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində) xitam verilməsi, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş ******* manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 465000 manat maliyyə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021- ci il tarixli e-2-2(113)-1124/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Banka təhvil verilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank qarşısında 02 iyun 2021-ci il tarixinə mövcud olan 462.560,02 manat məbləğində icarə haqqı üzrə borc və müqavilənin ləğv edildiyi 22 iyul 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclərin Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Banka verilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. "xxxx" Bank ASC apelyasiya şikayətində qətnamənin qismən iddianın təmin olunmayan hissələrində ləğv edilərək həmin hissələrdə tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmətin 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək dayandırılması halının Cavabdeh üçün müqavilənin icrasının imkansızlığına səbəb olması kimi qiymətləndirilməsi və müqavilənin 8.2-ci bəndinin tələblərinə əsasən “fors-major” hal hesab olunaraq şirkətin öz öhdəliklərinin icrasından həmin dövr üzrə tamamilə azad etməsi ilə bağlı gəldiyi nəticə müqavilənin şərtləri ilə ziddiyyət təşkil edir. Müqavilənin 8.1-ci bəndinə əsasən icarəçi icarəyə verəni “fors-major” halın təsirinin başlanması və qurtarması barədə dərhal, lakin hər bir halda onların başlanmasından sonra 5 (beş) gün müddətindən gec olmayaraq xəbərdar etməli idi. İcarəçi isə bu barədə Banka məlumatı tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsi tarixindən 6 (altı) ay sonra vermişdir. Digər tərəfdən isə apelyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırmaq istəyirik ki, bank tərəfindən qeyd edilən hal “fors-major” hal kimi qiymətləndirilmir. Əgər hesab etsək ki, bu hal “forsmajor” kimi qiymətləndirilməlidir, bu zaman icarəçi həmin dövr üçün öhdəliklərin icrasından tam azad edilməməli, müqavilənin 8.1-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən fors-major halın təsirinin aradan qalxmasından sonra öz öhdəliklərinin bərpası üçün əlindən gələni əsirgəməməli idi. Lakin icarəçi indiyədək nə aylıq icarə haqqının ödənilməsinə, nə də ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə qaytarılmasına dair cəhdlər etmişdir. Həmçinin keçirilmiş məhkəmə iclasları zamanı ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsinin izahatından da göründüyü kimi, işləmədikləri dövr üçün dövlət tərəfindən həmin şirkətə kompensasiya köçürülmüş, eyni zamanda onlayn satış da təşkil etmişlər. Bu isə bir daha birinci instansiya məhkəməsinin şirkətin həmin dövr üçün öhdəliklərin icrasından tam azad edilməsi ilə bağlı gəldiyi nəticənin düzgün olmadığını tam şəkildə sübuta yetirir. Beləliklə, Bakı Kommersiya Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin tələblərinə riayət edilməmiş və iş üzrə tətbiq edilən maddi hüquq normalarının düzgün şərh edilməməsi nəticəsində ASC "xxxx" Bankının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh apelyasiya şikayətində qətnamənin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh sonradan ərizə təqdim etməklə mübahisə predmeti olan obyekt ilk iddia üzrə iddiaçıya təhvil verildiyindən apelyasiya şikayətindən qismən imtina edərək qətnaməni ilk iddianın icarə predmeti olan qeyri yaşayış sahəsinin ilk iddia üzrə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması hissəsində təmin edilməsi, müqavilənin ləğvinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirmədiklərini göstərmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən restoran fəaliyyəti həyata keçirilməklə müştərilərə yerində xidmət göstərilmiş və bu restoranın açıq sahəsi olmamaqla qapalı məkandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmət 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək dayandırılmışdır. Həmin qərarlar Cavabdeh üçün müqavilənin icrasının imkansızlığına səbəb olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini tam və ya qismən icra etmədiklərinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə bilmədikləri və təsirinə mane ola bilmədikləri müqavilənin bağlanmasından sonra yaranmış qarşısıalınmaz qüvvə hallarının təsirindən əmələ gəlmiş olsun. Bu zaman tərəflərin öhdəliklərinin icrası müddətləri qarşısıalınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər həyata keçirilir. Müqavilənin 8.2-ci bəndinə əsasən qarşısıalınmaz qüvvə hallarına aşağıdakılar aiddir: təbii fəlakətlər (daşqın, zəlzələ, yanğın və.s), müharibə və ya hərbi əməliyyatlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət hakimiyyəti və ya icra orqanının qəbul etdiyi müqavilənin icrasının imkansızlığına səbəb olan qərarı. Belə olan halda məhkəmə hesab edir ki, bu hal tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.2-ci bəndinin tələblərinə əsasən “fors-major” halı kimi qiymətləndirilir. Cavabdeh öz öhdəliklərini müqavilənin 8.1-ci bəndində göstərildiyi qaydada yerinə yetirməkdən azad edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmət dayandırılmış 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci tarixdən 01.02.2021-ci il tarixədək olan dövrlər, ümumilikdə 5 ay 6 gün üzrə Cavabdehndən icarə haqqı tutula bilməz. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinin tələbini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativgahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmətin 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan dövrlər üzrə ümumilikdə 5 ay 6 gün üzrə dayandılmasını nəzərə alaraq düzgün olaraq hesab etmişdir. Həmin dövrlər üzrə Cavabdehndən icarə haqqı tutula bilməz. Lakin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinin tələbini hazırki mübahisəyə tam olaraq tətbiq etməməklə düzgün hüquqi nəticəyə gəlməmiş, bu isə ilkin iddiaçının iddiasının qanunsuztəmin edilməsi ilə nəticələnmişdir. Belə ki, məhkəmə qanunsuz olaraq hesab etmişdir ki, həmin dövrlər üzrə Cavabdeh ödəməkdən azad olduğu icarə haqqı məbləği isə ümumilikdə 245.439,98 manat (236.000 manat (5 ay x 47.200 manat (aylıq icarə haqqı) + 9439,98 manat (6 gün x 1573,33 manat (47.200 manat (aylıq icarə haqqı) / 30 gün = 1573,33 manat) = 9439,98 manat) təşkiledir. Bu halda Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının tələb etdiyi 708.000 manat icarə haqqı məbləğindən 245.439,98 manat çıxılmaqla qalan 462.560,02 manat icarə haqqı borcu Cavabdehndən tutularaq Açıq Səhmdar Cəmiyyəti Bankına ödənilməlidir. Müqavilənin qeyd olunan bəndinin mənasına görə məhkəmə Cavabdeh icarə haqqını ödəməkdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları restoranlarda müştərilərə yerində xidmətin dayandırıldığı müddətlərdə tam, bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafelərdə qısaldılmış rejiminin tətbiq olunduğu müddətlərdə isə qismən (50%) azad etməli idi. Məhkəmə Mülki Məcəllənin 157.2-cimaddəsiniəsas tutaraq mübahisəli obyektin ilkin iddiaçıya qaytarılmasını nəticəsinə gəlsə də, Cavabdehnə məxsus olan və həmin obyektdə yerləşən avadanlıqlara münasibət münasibət bildirməmişdir. Bu isə Cavabdeh mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki məhkəmənin yanaşmasından belə nəticə çıxır ki, mübahisəli obyekt ilkin iddiaçıya qaytarılarkən Cavabdehnə məxsus olan və həmin obyektdə yerləşən avadanlıqlar da obyektlə birlikdə ilkin iddiaçıya verilməlidir. Cavabdehnə məxsus olan və həmin obyektdə yerləşən avadanlıqlar mübahisəli obyektdən çıxarılmayınca həmin obyektin ilkin iddiaçıya qaytarılması mümkün deyil. Eyni zamanda Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmətin 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020- tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan dövrlər üzrə icarə müqaviləsi üzrə öhdəliyin icra olunmaması (icarə haqqının ödənilməməsi) səbəbləri Cavabdehndən asılı olmayan hallar olduğundan (Fors - Major) həmin dövrlər üzrə öhdəliyin icra olunmamasına görə sonuncu təqsirli hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndinin İİ abzasına əsasən bu müqaviləyə icarəyə verənin təşəbbüsü və icarəçinin təqsiri olmadan vaxtından əvvəl xitam verildiyi halda icarəyə verən xitam olunma tarixinə növbəti aylar üçün avans şəklində ödənilmiş bütün icarə haqlarını qeyd-şərtsiz qaytarır, həmçinin aşağıdakı cədvələ uyğun icarəçiyə təmir xərclərinin əvəzi kimi maliyyə kompensasiyası – 16.01.2020-ci il tarixindən 16.01.2021-ci il tarixinədək müddətdə xitam verildikdə 465.000 manat ödəyir. Ona görə də hesab edirik ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankından 465.000 manat maliyyə kompensasiyanın tutularaq Cavabdehnə ödənilməsinə aid hissədə qarşılıqlı iddianın rədd edilməsi qanunsuzdur. Odur ki, həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh çəkilmiş xərcə görə 1.200.000 manat tələb etsə də, bu xərci təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qeyd olunan hissədə də gəldiyi nəticə qanunsuzdur. Ona görə kim məhkəmə Cavabdeh tərəfindən təmir xərcləri ilə əlaqədar təqdim edilmiş dəlilləri nəyə görə əsaslı hesab etmədiyini əsaslandırmamışdır. Halbuki tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu Cavabdeh tərəfindən çəkilmiş xərcin minimal hissəsini bilavasitə təsdiq edir, hansı kim mübahisəli obyekt «X3» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmir olunmasa idi, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı təmir xərcinə görə maliyyə kompensasiyası nəzərdə tutan müqavilənin tərəfi olmazdı. Mübahisəli obyektin Cavabdeh tərəfindən təmir olunması mübahisələndirilmir. Təmir xərcinin nə qədər təşkil etməsinə gəldikdə isə Cavabdeh tərəfindən məhkəməyə qəbzlər və hesabat təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2019-cu il tarixli 0700/19/FS saylı Xərcin hesablanmasına dair hesabatdan görünür ki, «X3» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində aparılmış ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri 189.297 manat təşkil etmişdir. Əgər məhkəmə tərəfimizdən təqdim edilmiş dəlillərlə razı deyildirsə işi hər tərəfli və obyektiv araşdırmaq məqsədi ilə öz təşəbbüsü ilə ekspertiza təyin etməklə çəkilən xərci müəyyən edə bilərdi. Odur ki, hesab edirik qarşılıqlı iddia üzrə 1.200.000 manat təmir xərcinin Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankından alınaraq Cavabdehnə ödənilməsinə aid hissədə tamamilə rədd edilməsinə dair məhkəmənin gəldiyi nəticə qanunsuzdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tələbində öhdəliklərə qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə qismən (Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının 50%-i həcmində) xitam verilməsini xahiş etmişdir ki, bu hal tərəflər arasında bağlanmış müqavilədə, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmadığından qarşılıqlı iddia həmin hissədə də təmin oluna bilməz. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 22.09.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, vəsatətlə məhkəməyə digər məhkəmə iclasında iştirak edəcəyindən iclasın təxirə salınmasını xahiş etmiş, vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir. "xxxx" Bankının nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021- ci il tarixli e-2-2(113)-1124/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə ilk iddia üzrə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdehndən alınaraq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Banka təhvil verilməsi, 16.01.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin 22 iyul 2020-ci il tarixdən ləğvinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirilmir. Məhkəmə qətnaməni mübahisələndirilən qalan hissələrdə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissələrdə ləğv edilməsi üçün əsaslar yoxdur. 16 yanvar 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən və müqaviləyə 29 yanvar 2019-cu il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.metr olan qeyri-yaşayış sahəsini 60 ay müddətinə icarə haqqı 47.200 manat olmaqla Cavabdehnə icarəyə verməyi, Cavabdeh isə icarə haqqını Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödəməyi öhdələrinə götürmüşlər. Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın iş materiallarının 1-ci cildinin 173-174-cü vərəqlərinə əlavə edilmiş arayışından və cədvəldən görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə cəmi ƏDV daxil 519200 manat ödəniş həyata keçirilmiş, sonuncu ödəniş 12.06.2020-ci il tarixdə olmuşdur. Həmin arayışa əsasən 31.05.2021-ci il tarixə müqavilə üzrə 5 aylıq icarə haqqı borcu ƏDV daxil 236000 manat, ödənişin gecikdirilməsinə görə cərimə borcu 9912 manat, müqaviləyə birtərəfli xitam verildikdən sonrakı 10 aylıq istifadə haqqı borcu ƏDV daxil 472.000 manat təşkil edir. Cavabdeh tərəfindən qeyd edilən məbləğdən artıq ödəniş həyata keçirildiyinə dair sübut təqdim edilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavədə icarəçi tərəfindən Azərbaycan Respublikası ərazisində xüsusiləşdirilmiş karantin rejimi elan edilənə və kaferestoranların fəaliyyəti dayandıralanadək icarə haqlarının ödənişində hər hansı gecikməyə yol verilmədiyindən və icarə müqaviləsinə xitam verilməsində icarəçinin təqsiri olmadığından müqavilənin 3.9-cu bəndinə əsasən 465.000 manat kompensasiyanın tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndində qeyd olunur ki, bu müqaviləyə icarə verənin təşəbbüsü və icarəçinin təqsiri olmadan vaxtından əvvəl xitam verildiyi halda icarəyə verən xitam olunma tarixinə növbəti aylar üçün avans şəklində ödənilmiş bütün icarə haqlarını qeyd şərtsiz qaytarır, həmçinin cədvələ uyğun olaraq icarəçiyə təmir xərclərinin əvəzi kimi maliyyə kompensasiyasını ödəyir. Müqaviləyə 16.01.2019-cu il tarixindən 16.01.2021-ci il tarixinədək olan müddət ərzində xitam verildikdə-465.000 manat təşkil edir. Müqavilənin qeyd edilən bəndindən aydın olur ki, icarə müqaviləsi icarəçinin təqsiri olmadan xitam olunduğu hallarda müqavilədə icarəçi obyektin təmirinə çəkilmiş xərclərə görə icarəyəverəndən kompensasiya tələb etmək hüququ nəzərdə tutulmuşdur. Qeyd edilən müqavilə şərtinə istinad edərək icarəçi tərəfindən kompensasiya tələb edilməsi artıq təmir xərcləri ilə bağlı ayrıca tələb irəli sürmək hüququnu istisna etdiyi halda hazırkı halda Cavabdeh qarşılıqlı iddia ərizəsində həm qeyd edilən bəndə əsasən kompensasiya ödənilməsini, həm də 1.200.000 manat təmir xərcinin qarşı tərəfdən tutulmasını xahiş etmişdir. Təmir xərclərinin məbləği ilə bağlı sübut qismində təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2019-cu il tarixli 0700/19/FS saylı Xərcin hesablanmasına dair hesabatda qeyd edilir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində aparılmış ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri 189297 manat təşkil etmişdir. Məhkəmə araşdırmaları zamanı icarə müqaviləsinə xitam verilməsində Cavabdeh təqsirli olmadığına dair dəlillərin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, icarə müqaviləsinin 3.2-ci bəndindən görünür ki, tərəflər razılaşmışlar ki, icarəçi müqaviləsi imzalandıqdan sonra ödəniş sənədləri əsasında 3 gün ərzində 4 aylıq (aprel, may, iyun, iyul ayları üçün) 180.000 manat dəyərində icarə haqqı birdəfəyə icarəyəverənə ödənilməlidir. Müqavilənin 3.3-cü bəndinə görə 2019-cu ilin qeyri-yaşayış sahəsinin təmir edilməsi, bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün 2019-cu ilin yanvar, fevral və mart ayları üçün icarəçi tərəfindən icarə haqqı ödənilmir. İcarə müqaviləsinin 3.4-cü bəndində aylıq icarə haqqı ödənişlərinin 16.08.2019-cu il tarixdən başlanılması şərti ilə hər ayın 16-dək həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdəki maliyyə arayışı və ödəniş sənədlərindən görünür ki, müqavilə şərtləri nəzərə alınarsa icarəçi müqavilə imzalandıqdan sonra 16.03.2020-ci il tarixdə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilənədək icarəyəverənə 180.000 birdəfəyə ödəniş də daxil olmaqla 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral, mart ayları (8 ay) üçün cəmi 557600 manat icarə haqqı ödənilməli olduğu halda, ümumilikdə 424800 manat ödəniş edilmiş, ödənişlər müqavilədə nəzərdə tutulmuş tarixdə deyil, gecikmələrlə həyata keçirilmiş, 2019-cu ilin noyabr ayında, 2020-ci ilin yanvar ayında icarə haqqı ödənişi həyata keçirilməmişdir. İcarə haqqı ödənişlərində gecikmələrlə bağlı dəfələrlə icarəyəverən tərəfindən icarəçiyə xəbərdarlıq məktubları göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəyə verən, icarəçi tərəfindən icarə haqqının ödənilməsinin uzunmüddətli (30 gün və daha çox) gecikdirilməsi, habelə icarə haqqının ödənilməsi müddətlərinin mütəmadi olaraq pozulması halında icarəçidən icarə haqqının vaxtından əvvəl ödənilməsini (iki təqvim ayından çox olmayaraq) tələb etmək, bu tələb yerinə yetirilmədiyi təqdirdə isə icarəçini 60 gün əvvəl xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. İş materialları ilə müəyyən olunur ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 22 may 2020-ci il tarixli 1148 saylı xəbərdarlıq məktubu ilə müqaviləyə xitam veriləcəyi ilə bağlı Cavabdehnə xəbərdarlıq edilmiş, 60 gün sonra 22 iyul 2020-ci il tarixdə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, icarə müqaviləsinin şərtləri icarəçi tərəfindən mütəmadi olaraq, hələ ölkədə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunanadək pozulduğundan icarə müqaviləsinin ləğv edilməsində icarəçi təqsirli olduğu üçün icarəyə götürülmüş obyektin təmirinə çəkilmiş xərclərin tutulması və müqavilənin ləğvi ilə əlaqədar kompensasiya tələbi düzgün olaraq əsassız hesab edilmiş və təmin edilməmişdir. Qısaldılmış iş rejiminin tətbiq olunduğu müddətlərdə icarə haqqı ödənişlərinin 50% müəyyən edilməsi barədə tərəflər arasında razılaşma olmadığından (icarəçinin bu barədə icarəyəverənə müraciəti müəyyən olunmadığından) qarşılıqlı iddianın qeyd edilən hissədə təmin edilməməsi barədə də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Məhkəmə kollegiyası ilk iddianın qismən təmin edildiyi hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə restoranlarda müştərilərə yerində xidmət 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək dayandırılmışdır. Qeyd edilən hal hamıya bəlli olan hal olduğundan bu barədə icarəçi tərəfindən icarəyə verənə məlumat verilməli olduğuna dair "xxxx" Bank ASC-nin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası razılaşır ki, pandemiya ilə əlaqədar dövlət tərəfindən görülən tədbirlər nəticəsində, müəyyən fəaliyyət sahələrində fəaliyyət göstərən sahibkarlar, o cümlədən Cavabdeh icarəyə götürdüyü sahədən fəaliyyət göstərmək və ondan gəlir götürmək imkanından məhrum olmuş, bu səbəbdən müqavilə üzrə öhdəliyin icrası qeyri-mümkün olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini tam və ya qismən icra etmədiklərinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə bilmədikləri və təsirinə mane ola bilmədikləri müqavilənin bağlanmasından sonra yaranmış qarşısı alınmaz qüvvə hallarının təsirindən əmələ gəlmiş olsun. Bu zaman tərəflərin öhdəliklərinin icrası müddətləri qarşısı alınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər həyata keçirilir. Müqavilənin 8.2-ci bəndinə əsasən qarşısı alınmaz qüvvə hallarına aşağıdakılar aiddir: təbii fəlakətlər (daşqın, zəlzələ, yanğın və.s), müharibə və ya hərbi əməliyyatlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət hakimiyyəti və ya icra orqanının qəbul etdiyi müqavilənin icrasının imkansızlığına səbəb olan qərarı. Birinci instansiya məhkəməsi işin hallarını, tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən bəndlərini nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən restoranlarda müştərilərə yerində xidmətin dayandırıldığı 27.03.2020-ci il tarixdən 04.05.2020-ci il tarixədək, 21.06.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək və 14.12.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan dövrlər, ümumilikdə 5 ay 6 gün üzrə Cavabdehndən icarə haqqı tutula bilməz. Həmin dövrlər üzrə Cavabdeh ödəməkdən azad olduğu icarə haqqı məbləği isə ümumilikdə 245.439,98 manat (236.000 manat (5 ay x 47.200 manat (aylıq icarə haqqı) + 9439,98 manat (6 gün x 1573,33 manat (47.200 manat (aylıq icarə haqqı) / 30 gün = 1573,33 manat) = 9439,98 manat) təşkil edir. Bu halda Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının tələb etdiyi 708.000 manat icarə haqqı məbləğindən 245.439,98 manat çıxılmaqla qalan 462.560,02 manat icarə haqqı borcu Cavabdehndən tutularaq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilməlidir. İcarə müqaviləsinin 4.2-ci bəndində qeyd edilmişdir ki, icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə Cavabdeh gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 %dən artıq olmayan miqdarda penyanı (cərimə sanksiyası) Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, müqavilənin qeyd edilən bəndinə əsasən, 9912 manat cərimənin Cavabdehndən tutularaq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilməsi hissəsində qətnamə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021- ci il tarixli e-2-2(113)- 1124/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Hər iki tərəfin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021- ci il tarixli e-2-2(113)-1124/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1032/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1032/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver