Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1032/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-235/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCdən vurulmuş maddi zərərə görə ümumilikdə 287.150 manat məbləğində pulun və ödənilmiş 578 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-235/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-dən dəymiş zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti, eləcə də ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-235/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-235/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
5. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin əsassız mövqeyi onsuzda mübahisəli və çətinləşmiş vəziyyəti daha da çətin bir vəziyyətə gətirib çıxarmışdır ki, məhkəmə onun icarəsində olan təmir sexində başqa şəxslərə aid əmlaka dair ona subyektiv hüquq verməsə də təmir sexində şəxsən ona məxsus olan iş və təmir aparılması üçün zəruri avadanlıqlarıma dair subyektiv hüququ olduğu halda həmin hissəni təmin etməmişdir. Belə ki, iş üzrə keçirilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 mart 2024-cü il tarixli, 9/9702 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, əmlakların sıra sayı cədvəldə qeyd olunan şəxsən ona məxsus zəruri avadanlıqlar 8, 21-46 sıra sayları üzrə dəyəri 40080 (qırx min səksən) manat məbləğində şəxsən onun əmlaklarına zərər vurulmuşdur. Məhkəmənin isə bu hissənin təmin etməməsi birbaşa qanunun göstərişinin pozulması qətnamənin qanunsuz və əsassızlığını ortaya qoymuşdur. Mübahisəsiz haldır ki, təmir sexində dəyəri baha ölçülən avadanlıqlar mövcuddursa həmin avadanlıqların təmiri üçün sexdə istifadə olunan şəxsi avadanlıqlar olmalıdır, həmin avadanlıqlar şəxsən ona məxsus olduğundan həmin avadanlıqların məhvi nəticəsində cavabdehdən vurulmuş zərərin tələb hüququ iddiaçıya aiddir. İddianın mahiyyəti isə ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097-ci maddələri təşkil edir ki, qeyd olunan iddia tələbinin qaldarılmasında bir başa o subyektiv hüquqa malikdir. İşdən göründüyü kimi iddia tələbi üzrə məhkəmə ciddi və mübahisəsiz sübutlar təqdim etsə də məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş ziddiyyətli qətnamə qəbul edərək əsassız və qanunsuz şəkildə iddia tələbinin rədd edilməsinə dair qətnaməni qəbul etmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin olunmalı, iş üzrə qanuni və əsaslı yeni qətnamə qəbul olunmalıdır.
6. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin hallarından görünür ki, CavabdehASC (icarədar) ilə İddiaçı(icarəçi) arasında 05 aprel 2019-cu il tarixdə 58 nömrəli icarə müqaviləsi bağlanmışdır və həmin müqavilənin 4-cü bəndinə əsaasən “İcarəçi” icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarınariayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıyır. Məhz bu səbəbdən və iddia tələbi əsaslı olmadığı üçün cavabdehin nümayəndəsi və vəkili olaraq məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını tələb etmişəm. Cavabdeh olaraq mövqeyimiz ondan ibarətdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməliidi. Belə ki, məhkəmə araşdırması zamanı əslində yanğın nəticəsində sexdə yerləşən İddiaçı və digər şəxslərə məxsus əmlaklara zərər vurulması müəyyən edilməyib. Mülkiyyət hüququ X3 adına qeydiyyatda olan “Mercedes BenzML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə qeyd edilməlidir ki, bu tələblə bağlı iddiaçının subyektiv hüququ olmamaqla yanaşı, iddiaçının nəqliyyat vasitəsinin mülkiyyətçisi Vüsalə Əliyevanın adından iddia qaldırması əsassızdır. Həmçinin məhkmənin iddia tələbini bu hissəsə təmin etməklə yanlış mövqe sərgiləyib. Nəzərə alsaq ki, həmin nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilib, o zaman iddiaçı həmin əmlakın yarısına iddia edə bilərdi. Amma buna baxmayaraq hesab edir ki, müqavilənin 4-cü bəndinə əsasən “İcarəçi” icarəyə götürdüyü sahənin texniki təhlükəsizliyinə, əmək mühafizəsinə, sanitariya, yanğına qarşımühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edərək özü tam məsuliyyət və cavabdehlik daşıdığı üçün tələbin bu hissəsi də əsassızdır. Bundan əlavə İddiaçı sexdə yerləşməsini iddia etdiyi əmlakların heç birinin onun mülkiyyətində olmasını təsdiq edən ilkin sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə yalnız üç adda əşyaların - printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin İddiaçı tərəfindən ARə idxal edilməsini təsdiq edən gömrük bəyannamələri və Mercedes BenzML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair Vüsalə Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Amma bu o demək deyil ki, həmin əmlaklar orda (yanğın baş verən sexdə) olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsiə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
14. Həmin Məcəllənin 493.1-ci maddəsinə görə əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.
15. Həmin Məcəllənin 509.1-ci maddəsinə görə birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
16. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
20. Həmin Məcəllənin 1114.2-ci maddəsinə görə birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
21. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə məxsus İddiaçı icarəsində olan ünvan 1 ünvanında yerləşən təmir sexində yanğın baş vermişdir. Yanğın nəticəsində sexdə yerləşən İddiaçı və digər şəxslərə məxsus əmlaklara zərər vurulmuşdur.
29. İddiaçı icarəsində olan təmir sexində yerləşən özünə, eləcə də digər şəxslərə məxsus əmlaklara yanğın nəticəsində dəymiş zərərin əvəzi olaraq 287.150 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tələb etmişdir.
30. İddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olub-olmamağa dair məhkəmə qeyd etmişdir ki, iddiaçı özü iddia ərizəsində icarəsində olan sexdə yerləşməklə yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşməsini iddia etdiyi əşyaların bir hissəsinin ona deyil, üçüncü şəxslərə (dəzgah və avadanlıqlarını təmir edilməsi üçün təmir sexinə qoyan digər sahibkarlara) məxsus olduğunu göstərmişdir.
31. İş materialları ilə isə iddiaçının üçüncü şəxslərin (X6 və digərlərinə) mülkiyyətində olan həmin əmlaklar üzərində qanunla qorunan hər hansı əşya hüququna malik olması öz təsdiqini tapmamışdır. Sözügedən şəxslərin onlara məxsus əmlaklara dəymiş zərərin əvəzini ondan tələb etmələri, o cümlədən həmin şəxslərdən X4 ona qarşı iddiasının Yasamal rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi ilə təmin edilərək Sərdar Nuruyevə dəymiş zərərə görə 28.000 manat məbləğində pul vəsaitinin ondan tutulmasının qət edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, üçüncü şəxslərin dəymiş zərərin əvəzinin ödənilməsini iddiaçıdan tələb etməsi faktı özü-özlüyündə iddiaçıya üçüncü şəxslərə vurulmuş zərərin əvəzini tələb etmək hüququ vermir. Belə ki, Mülki Məcəllənin 1114.2-ci maddəsinin tələbləri baxımından yalnız zərərçəkmiş şəxslərə dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi halda iddiaçının digər zərərvuran şəxsə qarşı reqres qayda tələb hüququ yaranır.
32. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, üçüncü şəxslərə məxsus olan əmlaklara vurulmuş zərərin ödənilməsi hissəsində iddia ərizəsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.
33. İddiaçının apellyasiya şikayəti məhkəmənin bu qənaətinin əsassız olmasına yönəlsə də, qətnamənin qanunsuz və ya əsassız olmasına yönələn dəlillər şikayətdə göstərilməmiş, yalnız ümumi ifadələr göstərilmişdir.
34. Mülkiyyət hüququ X3 adına qeydiyyatda olan “Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində iddiaya münasibətdə isə qeyd edilməlidir ki, Vüsalə Əliyeva İddiaçı arvadı olmaqla mübahisəli avtomobil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya əsasən həmin əmlak əksi sübuta yetirilənədək Vüsalə və İddiaçılərin birgə mülkiyyəti hesab edilir. Odur ki, İddiaçı Mülki Məcəllənin 493.1-ci maddəsinə uyğun olaraq birgə kreditor kimi mübahisəli avtomobilə dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malikdir. Mülki Məcəllənin 225 və 493-cü maddələrinə əsasən avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini iddia tələb etmək hüququna malikdir. Cavabdehin şikayətinin müvafiq dəlili əsassızdır.
35. İddianın mahiyyətinə gəldikdə qeyd etmək lazımdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1 və 1097-ci maddələri təşkil edir. Həmin maddələrin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə işlərə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən təqsirli hüquqazidd əməlin törədilməsi, iddiaçıya maddi zərər vurulması, hüquqazidd əməllə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğu, eləcə də vurulmuş maddi zərərin məbləği müəyyən edilməlidir.
36. Məhkəmə tərəfindən müəyyən edilməli olan birinci məsələyə, yəni cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsi məsələsinə münasibətdə qeyd edilmişdir ki, mübahisəli yanğın hadisəsinin Cavabdeh ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir.
37. Həmçinin məhkəmə qeyd etmişdir ki, istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi Qanuni nümayəndə hüquqazidd təqsirli əməlini fiziki şəxs qismində deyil, cavabdeh şirkətin kollegial icra orqanının rəhbəri, yəni hüquqi şəxsi təmsil edən və onun iradəsini ifadə edən şəxs qismində törətdiyindən onun törətdiyi təqsirli hüquqazidd əməl cavabdeh "xxxx" ASC tərəfindən törədilmiş təqsirli hüquqazidd əməl kimi qiymətləndirilməlidir. İcarə müqaviləsinin şərtlərinə əsasən yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət edilməsinə görə icarəçinin məsuliyyət daşıması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, icarəçinin yanğına qarşı mühafizə, elektrik və qazdan düzgün istifadə etmək qaydalarına riayət etmək öhdəliyi daşıması icarəyə verənin də öz növbəsində icarə sahəsində quraşdırılmış ona məxsus elektrik qurğularının (hazırkı halda elektrik naqillərinin) işlək vəziyyətdə saxlamaq və həmin qurğularda yaranmış qüsurları aradan qaldırmaq öhdəliyi daşımasını istisna etmir. Ona görə cavabdehin icarə müqaviləsinin 4-cü bəndinə istinad etməsi əsassızdır.
38. Müəyyən edilməli olan ikinci və üçüncü hala, yəni cavabdeh tərəfindən törədilmiş təqsirli hüquqazidd əməl nəticəsində iddiaçıya maddi zərər vurulub-vurulmamasına gəldikdə yanğın nəticəsində iddiaçının icarəsində olan sexdə yerləşən əmlakların, o cümlədən Vüsalə Əliyevanın adına qeydiyyatda olan avtomobilin yanaraq yararsız vəziyyətə düşməsi yuxarıda istinad edilən cinayət işin başlanmasının rədd edilməsi barədə qərarla, iş materiallarında olan fotoşəkillər və videoyazı, eləcə də ekspert rəyi ilə öz təsdiqini tapır.
39. Beləliklə, işin yuxarıda göstərilən halları ilə Cavabdeh ASC tərəfindən törədilmiş delikt nəticəsində İddiaçı əmlakına maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçı delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
40. Yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş real maddi zərərin həcminə gəldikdə məhkəmə qeyd etmişdir ki, birincisi, iddiaçı yanğın hadisəsi baş verərkən sexdə yerləşən ona məxsus əşyaların siyahısını məhkəməyə təqdim etsə də, həmin avadanlıqların həqiqətən yanğın baş verərkən sexdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halın məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının gedişində də müəyyənləşdirilməsi mümkün olmamışdır. Bundan əlavə İddiaçı sexdə yerləşməsini iddia etdiyi əmlakların əksər hissəsinin onun mülkiyyətində olmasını təsdiq edən ilkin sübutları da (gömrük bəyannamələri, alqı-satqı müqavilələri və s.) məhkəməyə təqdim edə bilməmişdir.
41. Məhkəməyə yalnız üç adda əşyaların - printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyat hissələrinin İddiaçı tərəfindən ARə idxal edilməsini təsdiq edən gömrük bəyannamələri və Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair Vüsalə Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir.
42. Mercedes Benz ML 400 Minik” markalı, **-VK-*** dövlət qeydiyyat nömrəli avtomobilə münasibətdə qeyd edilmişdir ki, sözügedən avtomobilin yanğın hadisəsi nəticəsində yararrsız vəziyyətə düşməsi cinayət işin başlanmasının rədd edilməsinə barədə qərarla, eləcə də məhkəməyə təqdim edilmiş fotoşəkillərlə təsdiq edilir. AR-ə gətirilməsinə dair gömrük bəyannaməsi təqdim edilən digər üç adda əşyalara münasibətdə isə iddiaçının mülkiyyətində həmin adda əşyaların olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini, eləcə də yanğın nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulmasının təkzibedilməz fakt olduğunu, yanğın nəticəsində tamamilə yanmış əşyaların adlarının, sayının və s. müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab etmişdir ki, təqdim edilmiş sübutlar sözügedən üç adda əşyaların yanğın nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən edilməsi üçün yetərlidir.Odur ki, avtomobilin, eləcə də printerlər üçün ehtiyat hissələri, lazer dəzgahına aid lampalar, lazer dəzgahları üçün ehtiyyat hissələrinə dəymiş zərərin əvəzi olaraq pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Həmin əşyalara dəymiş zərərə görə cavabdehdən tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının ekspert rəyi ilə həmin əşyaların orta bazar qiymətlərinin ümumilikdə 20.000 manat (Avtomobil - 10000 manat; printerlər üçün ehtiyat hissələri (1 ədəd) -3000 manat, lazer dəzgahına aid lampalar - hər biri 800 manat, cəmi 4000 manat, Lazer dəzgahları üçün ehtiyyat hissələri-3000 manat) təşkil etməsi müəyyən edilmişdir.
43. Məhkəmə cavabdehdən tutulacaq məbləği müəyyən edərkən həmçinin nəzərə almışdır ki, cinayət işin başlanmasının rədd edilməsi qərardan da göründüyü kimi yanğın hadisəsi yalnız cavabdehin idarə heyətinin sədri tərəfindən deyil, eyni zamanda İddiaçı tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş vermişdir. Odur ki, məhkəmə Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən həmin halı da zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nəzərə almış və belə qənaətə gəlmişdir ki, zərərin yaranmasında cavabdehlə yanaşı iddiaçı da təqsirli olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulacaq zərərin əvəzi olaraq məbləğ iddiaçıya dəyməsi müəyyən edilmiş zərərin yarısı həcmində, yəni 10.000 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti tutulmalıdır.
44. Qeyd edilənlərdən aydın olur ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlar əsasən müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil edir.
45. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən tərəflərin apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-235/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.