Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1034/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, QYSİ36/2020 nömrəli 01.05.2020-ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi, onun hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə cavabdeh tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq 1.549.446 manat miqdarında maddi zərərin və 1.000.000 manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə 5.000.000 manat həcmində pulun cavabdehdən alınıb ona ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20.000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətdən imtina haqqında ərizə təqdim etmiş, ərizəni mübahisənin barışıq yolu ilə həll edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna uyğundur, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur; 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1377/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1034/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1034/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver