Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1034/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" ASC-yə qarşı göstərilmiş xidmətlərin haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: göstərilmiş xidmətlərin haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2146/2022 nömrəli iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə hüq 756 nömrəli Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin: - 1. İcraçı Hövsan stansiyasında məntəqəsi (ünvanı) olan sifarişçinin lokomotivinin stansiya yoluna (stansiyanın X1 əsasən qatarların qəbuledilməsi və göndərilməsi üçün nəzərdə tutulmuş bütün yollarına) çıxmaqla vaqonun verilib-götürülməsini, zərurət yarandığı təqdirdə isə Sifarişçinin yazılı müraciəti əsasında sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləmə-boşaltma sahələrinə paylanması, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, bir yükləmə-boşaltma yerindən digərinə və ya başqa yola verilib-götürülməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların tərəziyə verilib-götürülməsi və s.) həyata keçirilməsini, sifarişçi isə bu müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür; - 2.1. Dalan dəmir yolunun ümumi uzunluğu 1.635 (min altı yüz otuz beş) p.m. təşkil edir və vaqonların dalan dəmiryoluna verilib-götürülməsi üçün Sifarişçinin lokomotivinin Hövsan stansiyasının yoluna çıxdığı məsafə hər iki tərəfə hesab edilməklə 0.7 (sıfır tam onda yeddi) km təşkil edir. Zərurət yarandığı təqdirdə icraçının lokomotivi ilə sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə qədər vaqonların verilibgötürülməsi üçün məsafə Hövsan stansiyasından hər iki tərəfə hesab edilməklə 2.5 (iki tam onda beş) km təşkil edir. Müqavilənin 2.5-ci bəndinə əsasən vaqonların qəbulu və təhvil verilməsi müəyyən olunmuş qaydaya müvafiq olaraq stansiyanın yolunda həyata keçirilir və göstərilən xidmətin təhvil-təslimi icraçının daxili aktı olan yaddaş vərəqəsi (QU- 45) ilə tənzimlənir.
2. xx.xx.2020-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə Arayışa əsasən, göstərilən dövlər ərzində "xxxx" ASC-nin yaranmış borc məbləği 144.793 manat təşkil edir.
3. xx.xx.2020-ci il tarixli, EBAH 669671 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən fevral ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 20.671,98 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAİ 904598 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən mart ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 26.500,08 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAK 134695 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən aprel ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 27.817,23 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAL 413623 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən may ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 14173,96 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAM 706647 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən iyun ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 4.683,30 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAN 891922 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən iyul ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 5.299,38 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAQ 002821 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən avqust ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 5.900 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAR 905755 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən sentyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 7967,95 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAT 594769 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən oktyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 11425,35 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir; - xx.xx.2020-ci il tarixli EBAV 653606 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən noyabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil ümumi 47.484,49 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir.
4. xx.xx.2021-ci il tarixli 113İPXO212642072 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 2.306,52 (ödənişin təyinatı - EBBH 714774 nömrəli qaimə, vaqon tərəzisinin yoxlanılması xidməti) manat məbləğində ödəniş edilmişdir; - xx.xx.2021-ci il tarixli 113İPXO212671802 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 11.502,55 (ödənişin təyinatı müqavilə əsasında ödəniş) manat məbləğində ödəniş edilmişdir; - xx.xx.2021-ci il tarixli 113İPXO212951089 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 8.474,58 (ödənişin təyinatı müqavilə əsasında ödəniş) manat məbləğində ödəniş edilmişdir; - xx.xx.2021-ci il tarixli, 113İPXO213152203 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 2.103 (ödənişin təyinatı – EBBL 470636 nömrəli qaimə) manat məbləğində ödəniş edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 144.793 manat və 435 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 145.228 manat məbləğdə pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, cavabdeh tərəfindən sübut olaraq təqdim edilən qəbzlər ADY tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətləri müqabilində yaranmış yığımların tam şəkildə ödənildiyini sübut etmir. Belə ki, ADY tərəfindən stansiya xidmətləri müqabilində cavabdehə göndərilmiş və ona göstərilmiş stansiya xidmətləri müqabilində ödəməli olduğu pul məbləğlərini özünə əks etdirən 10 ədəd elektron qaimələr məhkəməyə təqdim edilmişdir. Bu elektron qaimələr ADY tərəfindən cavabdehə stansiya xidmətlərinin göstərildiyini təsdiq edən FDU-92 nömrəli yığım vərəqələri ilə birlikdə dəyərləndirilmiş və stansiya xidmətlərinin göstərilməsi müqabilində qarşı tərəfin ödəməli olduğu xidmət haqqı miqdarının sübutu qismində tanınmışdır. Təqdim edilmiş sübutlar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir. Əlavə olaraq, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. Lakin həmin sənədlər üzrlü səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilə bilinməmişdir. Apellyasiya baxışında sözügedən sənədlər təqdim ediləcəkdir. Bundan başqa, cavabdehə məxsus vaqonların stansiyaya daxil olduğunu təsdiq edən yol qaimələri də məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutlara qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”: - 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir; - 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı: “Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. … Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.”
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. ... Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir. Bu hədləri üç qrupa bölmək olar: - yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; - məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; - birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması. ... Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir.”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarı: “Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Lakin MPM-in 372.5-ci maddəsinin mahiyyətinə görə dispozitivlik, çəkişmə, tərəflərin bərabərlik prinsiplərinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi müstəsna hallarda yeni tələbi qəbul edə və ona baxa bilər. Belə müstəsna halı MPM-in 372.2-ci maddəsi müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair MPM-in 372-ci maddəsində tərəflər üçün başqa müstəsna hal nəzərdə tutulmadığından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Başqa yanaşma birinci instansiya məhkəməsinin prosessual əhəmiyyətinin aşağı salınmasına gətirib çıxara bilər.”
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı: “Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İddiaçının təqdim etdiyi 2020-ci ilin fevral-noyabr aylarında göstərilmiş xidmətlərə görə tərtib edilmiş elektron qaimələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tətbiqi kimi maddi hüquq normalarının düzgün tətbiq olunmaması halı istisna olmaqla, hansı ki, həmin halı məhkəmə kollegiyası “faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan” qətnamənin ləğvinə əsas təşkil edən hal kimi qiymətləndirmir, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının sair pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə müəyyən vaxtlarda stansiya xidmətlərinin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərə görə ödənişlərin edilməsi işin mübahisəsiz halı olsa da, iddiaçı tərəfindən cavabdehə mübahisəli dövr ərzində stansiya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olmasını və həcmini təsdiq edən mötəbər sübutlar Məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan kommersiya mübahisələrində tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
24. Sübutların qiymətləndirilməsi isə hüquqi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
25. Bundan əlavə, kommersiya mübahisələrinə mülki mühakimə icraatı qaydasında baxılır, həmin icraata çəkişmə prinsipi hakimdir, çəkişmə prinsipinin ümumi cəhətləri ikidir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
26. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
27. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışlar və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı, xidmət göstərilərkən tərtib edilən ilkin sənədlər yox, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir.
28. Həmçinin, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi yaranan borc məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, sübut qismində təqdim etdiyi göstərilən sənədlər, o cümlədən elektron qaimələr 2020-ci ilin fevral-noyabr aylarını əhatə edir.
29. Elektron qaimələrə münasibətdə ayrıca qeyd olunmalıdır ki, həmin sənədlər malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Lakin iş üzrə mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər dayanmadığından, sözügedən elektron qaimələr müvafiq xidmətlərin göstərilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.
30. Digər tərəfdən, FDU arayışları və elektron qaimələrə əsasən 2020-ci ilin fevralnoyabr aylarında göstərildiyi irəli sürülən xidmətlərin dəyəri ilə debitor borclar haqqında arayışda həmin dövrdə göstərildiyi qeyd edilən xidmətlərə görə yaranmış borc arasında uyğunsuzluq mövcuddur.
31. Eyni zamanda, təqdim olunan elektron qaimələr üzrə cavabdeh tərəfindən hər hansı ödənişin edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin sentyabr-noyabr aylarında edilən ödənişlər barədə bildirişlər isə ya müqavilə üzrə edilən ödənişlərdir, ya da hazırda təqdim olunan qaimələr üzrə yox, başqa nömrəli elektron qaimələr üzrə edilən ödənişlərdir ki, həmin ödənişlərin də hazırkı mübahisəyə aidliyi öz təsdiqini tapmır.
32. Bundan əlavə, apellyasiya şikayətində iddiaçının özü də etiraf edir ki, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi çıxış edən “Təhvilçinin yaddaş vərəqəsi” (QU-45) birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İddiaçı həmin sənədlərin apellyasiya baxışında təqdim ediləcəyini bildirsə də, bu instansiyaya da təqdim etməmişdir. Adıçəkilən sənədlər apellyasiya baxışında təqdim ediləcəyi təqdirdə isə əvvəlcə onların yeni sübutlar kimi birinci instansiya məhkəməsində təqdim edilməsinin iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmalı, bundan sonra sübut kimi qəbul edilib-edilməməsi məsələsinə baxıla bilərdi.
33. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2146/2022 nömrəli iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova