Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1034/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Şirinovun sədrliyi və məruzəsi ilə, X21 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı4, İddiaçılar İddiaçı5 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2403/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı5 və İddiaçı4, həmçinin cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda (iddiaçılar birgə) verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 (bundan sonra – iddiaçılar) cavabdeh "xxxx" ASCyə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Quba Rayon İstehsal-İstehlak Kooperativinin xeyrinə 18120 manat zərər məbləği və 370 manat dövlət rüsumunun, İddiaçı5 xeyrinə 37 968 manat, İddiaçı4 xeyrinə 37 968 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2403/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 18120 manat məbləğində pul, 144,36 manat dövlət rüsumu, ümumilikdə 18264,36 manat məbləğində pulun tutularaq İddiaçı1nə ödənilməsi, İddiaçı5 xeyrinə 37 968 manat, İddiaçı4 xeyrinə 37 968 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçılar İddiaçı5 və İddiaçı4 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
5. İddiaçılar İddiaçı5 və İddiaçı4 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamənin 36-cı bəndində göstərilmişdir: İddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində yalnız xx.xx.2021-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. İddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində xx.xx.2021-ci il tarixli ekspert rəyindən əlavə olaraq aşağıdakı sübutlar təqdim edilmişdir: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-139/2023 nömrəli xx.xx.2023-cü il tarixli (X24 Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X5 ibarət tərkibdə) hökmü. Hökmdə qeyd olunmuşdur ki, Mə hkəmə kollegiyasının fikrincə CM-nin 314.2-ci maddəsinin dispozisiyasında "zərərçəkmiş şəxsin ölümü” və "digər ağır nəticələr” eyni sanksiyaya səbəb olan alternativ nəticələr kimi təsbit edildiyindən, "digər ağır nəticələr” insan ölümü ilə müqayisəyə gələ biləcək ağırlıqda olmalıdır. Bu cür nəticəyə səbəb olmayan hallar isə, o cümlədən hazırkı işdə ehtiyatsızlıqdan X14 balansında olan 6 kV-luq 11 saylı şəhər hava xəttinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsini təmin etməyib işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən 6 kV-luq 11 saylı şəhər hava xəttinin naqili qırılaraq mağazanın damının kənarına vurulmuş dəmir təbəqənin üzərinə düşməsi, bu zaman əmələ gəlmiş qapanmanın təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) mağazanın içərisində yanğının mənbəyi olan sol tərəfdə yerləşən yanar materialların üzərinə düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş vermiş yanğın zamanı 55 saylı mağaza və içərisində ərzaq məhsulları tamamilə yanmasına görə Quba Rayon İstehsal-İstehlak Kooperativinə 18 120 manat məbləğində,İddiaçı5 və İddiaçı4 isə 75 935 manatməbləğində ziyan vurulması CM-nin 314.1-ci maddəsində göstərilən "mühüm zərər” əlaməti ilə əhatə olunan əməllər kimi şərh edilməlidir. "xxxx" ASC-nin işçisi X23 Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X2 (sədrlik edən), X19 və X7 ibarət tərkibdə) qərarı. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsinişə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan hərəkətlər başa düşülür. CM-in 314.2-ci maddəsində səhlənkarlığın ağırlaşdırıcı tərkib əlaməti — eyni əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması nəzərdə tutulmuşdur. Qeyd edilən anlayışların (mühüm zərər, digər ağır nəticə) qanunvericilikdə izahı verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən terminlərin qiymətləndirici anlayış olduğundan çıxış edərək məhkəmələr tərəfindən cinayətkar nəticənin mühümlüyünün hər bir konkret hal üçün fərdi şəkildə müəyyən edilməli, həmin zərərin mühüm və ya ağır nəticəyə səbəb olması müəyyən olunarkən zərərçəkən şəxslərin sayı, onlara vurulmuş maddi (əmlak), mənəvi və fiziki ziyanın məhz həmin şəxslər üçün hansı dərəcədə ağırlığı, hüquqi şəxslərin normal fəaliyyətinə mənfi təsir dərəcəsi, idarə, müəssisə və təşkilata vurulan maddi (əmlak) ziyanının həcmi (ölçüsü), xarakteri və s. kimi amillər nəzərə alınmalıdır. Belə ki, baş vermiş yanğın zamanı 55 saylı mağaza və içərisində ərzaq məhsulları tamamilə yanmasına görə Quba Rayon İstehsal-İstehlak Kooperativinə 18120 manat məbləğində, İddiaçı5 və İddiaçı4 isə ümumilikdə 75935 manat məbləğində ziyan vurulması CM-in 314.1-ci maddəsində göstərilən "mühüm zərər” əlamətiilə əhatə olunan əməllər kimi şərh edilə bilər. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X23 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Azərbaycan Respublikasının Məhkəmə Hakimiyyəti İddiaçı5 və İddiaçı4 ümumilikdə 75 935 manat məbləğində ziyan vurulmasını tanımışdır. Qətnamənin 37-ci və 38-ci bəndlərində göstərilmişdir: Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir. Belə ki, həmin rəyin təsviri hissəsində rəy verilərkən yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli məktubun və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş malların siyahısının əsas götürüldüyü göstərilmişdir. Qeyd olunur ki, birinci instansiya məhkəməsi ümumiyyətlə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 9/531 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyini məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq etməmişdir. Məhkəmə qətnamədə mövcud ekspert rəyinin rədd edilməsi səbəblərini əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsinin göstərdiyi kimi, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 9/531 saylı məhkəməəmtəəşünaslıq ekspertizası rəyində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021- ci il tarixli məktub və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş malların siyahısı əsas götürülməmişdir. 2.3. Rəyin “TƏDQİQAT OBYEKTLƏRİNİGNÖNDƏRİLMƏ ŞƏKLİNƏ DAİR MƏLUMAT” və “TƏDQİQİ HİSSƏ” bölmələrində qeydolunmuşdur ki, tədqiqata xx.xx.2021-ci il tarixdə daxil olmuş xx.xx.2021ci il tarixli qərar üzrə xx.xx.2021-ci il tarixdə vəsatət verilmiş, xx.xx.2021-ci il tarixdə vəsatət təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş vəsatətə cavab olaraq, xx.xx.2021-ci il tarixdə AR-nıniqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********481700 №-li məktubda Mal qalığı haqqında məktub və dəymiş ziyanla bağlı 4 vərəqdə yanaraq məhv olmuş malların siyahısı(həmçinin elektron daşıyıcıda, yəni flaş kartda) təqdim edilmişdir. Göründüyü kimi ekspertiza tədqiqatı məhkəmə qətnaməsində qeyd olunduğu kimi - yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilərİdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli məktubun və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş malların siyahısı.. əsasında deyil, təhqiqat orqanının sübut kimi qəbul etdiyi və ekspertizaya təqdim olunan aşağıdakı tədqiqat obyektləri əsasında aparılmışdır: a) “Mal qalığı” haqqında məktub, b) dəymiş ziyanla bağlı 4 vərəqdə, c) həmçinin elektron daşıyıcıda, yəni flaş kartda yanaraq məhv olmuş malların siyahısı təqdim edilmişdir. 3. Qətnamənin 39 və 41-ci bəndlərində göstərilmişdir: …Belə ki, həmin siyahıda göstərilmiş malların alış sənədlərinin (alqı-satqı müqavilələri, qaimə, təhvil aktları, sığorta müqavilələri və sairə), habelə həmin malların həqiqətən yanğın baş verən zaman mağazada mövcud olması barədə sübutların təqdim edilməsi məhkəmə tərəfindən iddiaçılar İddiaçı4 vəİddiaçı5 təklif edilsə də, həmin sənədlər məhkəməyə təqdim edilə bilməmiş, İddiaçı4 həmin mallara dair sənədlərin də yandığını bildirmişdir. İddiaçılar ümumiyyətlə məhkəməyə həmin malların sənədlərinin yandığı təqdirdə həmin siyahının hansı məlumatlar əsas götürülməklə tərtib edilməsi, malların adı və sayları, qiymətlərinin hansı qaydada müəyyən edilməsi barədə məlumat verə bilməmişlər. İddiaçı5 ümumiyyətlə kommersiya işi üzrə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etməyən şəxsə “sübutların təqdim edilməsi barədə təklifin” hansı qaydada edilməsi isə əlbəttə ki, ziddiyyətli məsələdir. . Bundan başqa e-2-2(113)-2403/2024 nömrəli kommerisya işinin 82-ci səhifəsində mövcud olan xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, İddiaçı4 əlavə sənədlərin (vergi arayışının) növbəti məhkəmə iclasında təqdim edəcəyini söyləyir. O cümlədən, 93-cü səhifədə olan iclas protokolundan görünür ki, iddiaçı mal qalığı haqqında arayışıməhkəməyə təqdim edir. 3.3. Eyni zamanda e-2-2(113)-2403/2024 nömrəli kommersiya iş materiallarının 95-ci səhifəsində xx.xx.2024cü il tarixli məhkəmə iclas protokoluna və həmin tarixə olan audiovideo yazıya nəzər yetirsək görərik ki, iddaçılar İddiaçı5 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, … təhqiqatçıya təqdim edilən və vergi orqanlarına verilən bəyannamələrə əsasən ziyan hesablanılıb. Uçotda olan mallara uyğun. Müxtəlif firmalardan, şirkətlərdən məlumatlar toplanıb, siyahı tərtib edilib. Sənədləri İddiaçı5 toplayıb. Zərərə dair uçotda olan, jurnallar olub, satışı və alışı müəyyən edilib, şirkətlərə dair. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipini nəzərə almayaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara (izahatlara) əsaslanmadan qətnamə qəbul etmişdir. Qətnamənin 42-ci bəndində göstərilmişdir: … Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. e-2-2(113)-2403/2024 nömrəli kommersiya işinin 82-ci səhifəsində mövcud olan xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh "xxxx" ASC-ninnümayəndəsi iddianın rədd olunmasını yalnız “təqsirsizlikləri” ilə əlaqələndirmişdir. Bunan başqa bir cümlə işlədərək göstərmişdir ki, … rəylərlə razı deyiləm. Hesablanan məbləğlə bağlı sübut yoxdur. A ncaq cavabdeh ASC-nin nümayəndəsi etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Konkret olaraq hansı rəylə razı olmamasını bildirməmişdir. Təqsirə və ya ziyana dair. Məhkəmə ekspertizası tədqiqatının metodu, üsul və vasitələrinə, obyektlərinə, rəyin məzmununa və s. məqamlara etirazının olmasını nümayiş etdirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X20 (məruzəçi), X12 və X11 ibarət tərkibdə) 2- 2(102)-11/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarında belə bir mövqe nümayiş etdirilmişdir ki,… iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Qətnamənin 46-cı bəndində göstərilmişdir: ... iddiaçılar İddiaçı5 və İddiaçı4 cavabdehin təqsiri nəticəsində onlara maddi zərər vurulduğunu iddia etsələr də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, onlara ümumilikdə 75 935 manat ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı5 və İddiaçı4 iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçılar İddiaçı5 və İddiaçı4 sahibkarlıq fəaliyyətində istifadə etdikləri əmlaklarından (əmtəə mallar və s.) məhrum olmaları təhqiqat və istintaq orqanının qərarları, vergi orqanlarının uçot sənədləri və s. maliyyə sənədləri ilə təsdiq olunur. Lakin Məhkəmə Azərbaycan Respublikası MPM-nın 9.3-cü 184.1-ci maddələrinə zidd olaraq qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə etməmişdir. Gözlənilməz olaraq Qətnamənin 39 və 41-ci bəndlərində göstərilmişdir: … Belə ki, həmin siyahıda göstərilmiş malların alış sənədlərinin (alqısatqı müqavilələri, qaimə, təhvil aktları, sığorta müqavilələri və sairə), habelə həmin malların həqiqətən yanğın baş verən zaman mağazada mövcud olması barədə sübutların təqdim edilməsi məhkəmə tərəfindən iddiaçılar İddiaçı4 və İddiaçı5 təklif edilsə də, həmin sənədlər məhkəməyə təqdim edilə bilməmiş, İddiaçı4 həmin mallara dair sənədlərin də yandığını bildirmişdir. 6 . Əlavə olaraq qeyd edir ki, sübuta ehtiyacı olmayan faktdır ki, məlum yanğın hadisəsi baş vermiş 55 saylı mağazanın içərisində olan əşyalar daşınar əmlakdır. Bu əmlakların iddiaçılar İddiaçı5 və İddiaçı4na məxsus olması isə vergi, təhqiqat, istintaq, məhkəmə orqanlarının sənədlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası MMnın 166.1-ci maddəsinə göstərilib ki, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Göründüyü kimi Mülki Qanunvericilik daşınar əşyalar üzrə “Ehtimal prinsipi”ni tanıyır. Lakin Məhkəmə icraatında olan mübahisəli iş üzrə qeyd olunan norma tətbiq edilməyərək, yanğın nəticəsində məhv olmuş daşınar əşyalara dair hüquqi rejim nəzərə alınmamışdır.
6. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 10/131 nömrəli rəyinə görə Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən İddiaçı5 tərəfindən icarəyə götürülmüş, ərzaq mağazasında baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18120,0 manat məbləğində müəyyən olunduğunu əsas götürmüşdür. Lakin məhkəmə materiallarından göründüyü kimi baş vermiş ərazidəki yanğın tam söndürüldükdən sonra həmin xətdə elektrik enerjisi verilişi bərpa olunmuşdur. Həmin xəttin qırılmasını yanğın zamanı alovun təsirindən olmasını güman etmişdir. Belə ki, xəttin qırılmasına başqa səbəb olmamışdır. Yanğının baş verməsinə səbəb mağazanın daxili elektrik xəttində baş vermiş qısaqapanma olmuşdur. Yanğın nəticəsində cəmi 1 naqil qırılmış və həmin naqili də yanğından sonra bərpa edilmiş, yəni yenisi ilə əvəz edilmişdir. Həmin yüksək gərginlikli elektrik xətlərinin konkret mühafizə zolağı vardır və həmin hədlər gözlənilməklə ətrafında tikinti işləri aparılmalıdır. Qeyd olunan elektrik xəttinin 1964-cü ildə çəkilməsini nəzərə alsaq, həmin xəttin altında tikinti quraşdırma işlərinin aparılması tamamilə qanunsuz olmuşdur. Elektrik şəbəkəsi olaraq bu barədə aidiyyəti orqanla dəfələrlə müraciət edib həmin tikintilərin təhlükəli olması barədə xəbərdarlıq etmişlər. 6-10 kv-luq elektrik verilişi xəttlərinin mühafizə zonası xəttin kənar naqillərindən hər iki tərəfə 10 (on) metr məsafə saxlanılmaqla müəyyən olunmuşdur. İşin hallarındanda göründüyü kimi "xxxx" ASC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş yanğın hadisəsi ilə bağlı heç bir səbəbli əlaqəsi yoxdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən İddiaçı4, iddiaçılar İddiaçı5 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, öz şikayətlərinin məzmununa uyğun izahat verərək, öz verdikləri şikayətin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.
9. Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, iddiaçıların apellyasiya şikayətinə etiraz edərək, öz şikayətinin məzmununa uyğun izahat verərək, öz verdiyi şikayətin təmin olunmasını, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. İddiaçı1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
14. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
15. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
16. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
17. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı Quba Rayon İstehsal İstehlak Kooerativinə məxsus qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yanğın hadisəsi baş vermiş, cavabdeh "xxxx" ASC-nin X29 Təchizatı və Satışı İdarəsinin X14 baş mühəndisi vəzifəsində işləyən işçisi X23 həmin hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinmiş, onun barəsində olan ittihamedici hökm qanuni qüvvəyə minmişdir. Bundan əlavə, materiallara əlavə edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18120,0 manat məbləğində müəyyən edilmişdir.
24. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
25. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
26. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
27. İddiaçı Quba Rayon X6 tələbi cavabdehin işçisi tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Hökmlə cinayət hadisəsinin baş verməsi və cavabdehin işçisinin hadisənin törədilməsinə aidiyyəti müəyyən edildiyi üçün kommersiya məhkəməsi üçün qeyd edilən hallar məcburidir və iddiaçının əlavə sübut təqdim etməsi zərurəti aradan qalxmış olur. Ekspert rəyi ilə zərərin həcmi təsdiq olunmuşdur.
28. Deliktlə bağlı qeyd edilən mülki hüquq normalarına əsasən cavabdeh olan hüquqi şəxs öz işçisinin vurduğu zərərə görə məsuliyyət daşıyır.
29. Qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır və iddiaçı Quba Rayon X6 həmin zərərin cavabdehdən tələb edilməsi barədə iddiası əsaslıdır. Qətnamə bu hissədə qanuni və əsaslıdır.
30. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
31. İddia ərizəsində yuxarıda qeyd edilən cinayət hadisəsi nəticəsində İddiaçı4 yanğın hadisəsi zamanı 37968 manat, İddiaçı5 37968 manat zərər dəyməsi göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində yalnız xx.xx.2021-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Məhkəmə bu sübutu yetərli saymayaraq iddiaçılar İddiaçı4 və İddiaçı5 iddiasını əsassız hesab etmişdir və təmin etməmişdir.
32. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 9/531 nömrəli rəyinə görə təqdim edilmiş məlumatda göstərilən malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 75935,00 manat müəyyən olunmuşdur.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı5 ünvanlanmış məktuba əsasən xx.xx.2021-ci il tarixində 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrində hesabat dövrünün sonuna 75000,00 manat məbləğ əks etdirilmişdir.
34. Quba Rayon X1 Heyətinin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışına görə İddiaçı5 və İddiaçı4 Quba Rayon İstehsal-İstehlak Kooperativinin mülkiyyətində olan Quba şəhəri, 22ci məhəllə ünvanında yerləşən mağazada xx.xx.2020 tarixindən xx.xx.2020-ci il tarixinə kimi əldə olunmuş razılığa əsasən qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Obyektdə xx.xx.2020-ci il tarixində elektrik hava xətlərində baş vermiş qəza nəticəsində mağaza yanmış və sahibkarlar fəaliyyətlərini dayandırmışlar.
35. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, qeyd edilən sübutlardan və apellyasiya icraatı zamanı verilmiş əşyaların alınmasına dair sənədlərdən 75935,00 manat məbləğində malların cinayət hadisəsi nəticəsində ziyanın dəyməsi müəyyən edilmişdir. Cinayət işi üzrə qəbul edilən hökmlə cavabdehin işçisinin təqsiri müəyyən edilmişdir. 75935 manat mühüm zərər olaraq həmin hökmdə müəyyən edilmişdir. İddiaçı5 zərərin vurulmasını, zərərin məbləğini və cavabdehin məsuliyyət daşımalı olmasına dair sübutlar təqdim etdiyindən onun iddiası təmin edilməlidir. İddiaçı5 subyektiv hüququ cavabdeh tərəfindən pozulmuşdur. Lakin onun tələbi 75935 manatın yarısı həddində olduğundan məhkəmə tələbdən kənara çıxa bilmədiyi üçün 37.968 manat pulun cavabdehdən alınaraq İddiaçı5 ödənilməsi qənaətinə gəlir.
36. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 75935 manat dəyərində zərər dəymiş əşyaların sahibi İddiaçı4 deyil, İddiaçı5dur. Onlar şərik olsalar da, müvafiq müqavilə təqdim edilsə də, təqdim edilən sənədlərdən zərər dəymiş əşyaların İddiaçı4 aid olması müəyyən edilmir. Şəriklik müqaviləsində zərər dəymiş əşyaların yarısının İddiaçı4 məxsus olması barədə şərt və ya razılıq yoxdur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Məhkəmə araşdırması zamanı zərər vurulması mübahisəsiz olan əşyalara dair iddiaçının (İddiaçı4) əşya hüququnun olması müəyyən edilmədiyindən onun 37.968 manat pulun cavabdehdən tələb etməsinə dair subyektiv hüququ yoxdur. Ona görə onun iddiası təmin edilə bilməz.
39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçılar İddiaçı5 və İddiaçı4 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2403/2024 nömrəli nömrəli qətnaməsi qismən, iddiaçılar İddiaçı5 və İddiaçı4 iddiasının təmin edilməyən hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçı5 37.968 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilsin. İddiaçı4 37.968 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı5 iddia ərizəsinə görə ödədiyi dövlət rüsumu 92,50 manat cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı5 ödənilsin. İddiaçı5 apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu 112,32 manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı5 ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 112,32 manat dövlət rüsumu İddiaçı4 özünə aid edilsin. İddiaçı4 apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.