Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1035/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə “Huse and Partners" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 22 iyun 2024-cü tarixli borc müqaviləsi üzrə müqavilə şərtlərini kobud surətdə pozaraq öhdəliklərini yerinə yetirməyən Cavabdeh (VÖEN: **********, bank hesabı - UNİBANK CB Nərimanov filialı, İBAN:AZ40UBAZ**********1040AZN001; Kod: 506247,SWİFT: UBAZAZ22) borclu olduğu 13 512 manat kredit borcu, 418,91 manat istifadə faizi üzrə borc və 17 000 manat cərimə olmaqla, ümumilikdə 30 930,91 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, 22 iyun 2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 13 512 (on üç min beş yüz on iki) manat, faiz borcu üzrə 418 (dörd yüz on səkkiz) manat 91 (doxsan bir) qəpik, cərimə borcu üzrə 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) qismində Nümayəndə2 apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayətinə əlavə olunmuş etibarnamədən görünür ki, şikayəti imzalamış vəkil Nümayəndə2 yalnız inzibati xəta haqqında işlər üzrə icraatda iştirakla bağlı səlahiyyətlər verilmişdir – həmin səlahiyyətlər isə müvafiq kommersiya işi üzrə çıxarılmış qətnamədən şikayət vermək hüququ yaratmır. Başqa sözlə, cavabdehin nümayəndəsi (vəkili) qismində Nümayəndə2 tərəfindən imzalanmış apellyasiya şikayəti səlahiyyətli şəxsin imzaladığı şikayət kimi qəbul oluna bilməz və buna görə də apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə də cavab verməməkdədir; MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4455/2025 saylı iş üzrə 23 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) qismində Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Səməd Cəfərov Tural Qocayev
Məhkəmə qərarları › İş №2-2(103)-1035/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1035/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver