Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1040/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, icarə müqaviləsi) X2 Qocayevin sədrliyi ilə, hakimlər və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə3 cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3642/2025 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh Azer Mikailov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (icarəyə verən) ilə Azer Mikailov (icarəçi) arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən sahəsinin 290 m2 hissəsini hər ay üçün 1000 manat icarə haqqı ödəməsi müqabilində 31 dekabr 2021-ci il tarixədək icarəçiyə icarəyə vermişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (icarəyə verən) ilə Azer Mikailov (icarəçi) arasında bağlanmış 1 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 290 m2 hissəsini orada yerləşən və icarəyə verənə məxsus olan əşyalarla, avadanlıqlar, qurğular və sair inventarla icarəçiyə icarəyə vermişdir.
3. Müqavilənin 2-ci bəndinə görə, icarə müddəti 31 oktyabr 2022-ci ildəək müəyyən edilmiş, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 30 gün qalmış tərəflər onun pozulmasına dair razılaşmaya gəlməsələr bu müqavilənin eyni şərtlərlə 10 ay müddətinə uzadılmış hesab edilir. Cəmi belə uzadılmış müddətlərin sayı 3 dəfə ola bilər.
4. Müqavilənin 3.1.1-ci bəndinə görə, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahənin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləği 18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olmaqla 1500 manat müəyyən olunmuşdur.
5. Müqavilənin 5-ci bəndinə görə, icarəçi 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azer Mikailova xx.xx.2021-ci il tarixdə EBBM 506436 nömrəli, 1000 manat məbləğində; xx.xx.2021-ci il tarixdə EBBO 820726 nömrəli, 1000 manat məbləğində; xx.xx.2023-cü il tarixdə EBDJ 040577 nömrəli, 1500 manat məbləğində; xx.xx.2023-cü il tarixdə EBDP 619997 nömrəli, 1500 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
7. Seriya Gif/4 № 582540 saylı, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən Azer Mikailov tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2021-ci ilin 11-ci ayı üçün (EBBM 506436 nömrəli qaimə üzrə) 1000 manat, Seriya Gif/4 № 582560 saylı, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən isə 2021-ci ilin 12-ci ayı üçün (EBBO 820726 nömrəli qaimə üzrə) 1000 manat icarə haqqı ödənilmişdir.
8. 10.07.2023-cü il tarixli bildirişdən görünür ki, Azer Mikailovun ƏDV sub uçot hesabından İddiaçı Açıq Səhmdar Cəmiyyətinə EBDJ 040577 icarə ƏDV təyinatı ilə 228,81 manat pul köçürülmüşdür.
9. MPAY QSC-yə məxsus ödəniş terminalının xx.xx.2024-cü il tarixli, 13557 nömrəli qəbzinə əsasən, İddiaçı ASC-nin hesabına 1271 manat pul ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Azer Mikailov və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 800 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Azer Mikailov arasında xx.xx.2021-ci il tarixli 24 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 1000 manat razılaşdırılmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 24 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2021 tarixli, EBBM 506436 nömrəli elektron qaimə üzrə 1000 manat, xx.xx.2021 tarixli, EBBO 820726 nömrəli elektron qaimə üzrə 1000 manat, xx.xx.2022-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, EBDJ 040577 nömrəli elektron qaimə üzrə 1500 manat və xx.xx.2023-cü il tarixli, EBDP 619997 nömrəli elektron qaimə üzrə 1500 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində borc yaranmışdır. Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-yə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-yə təqdim edilməsi ilə bağlı Cavabdeh1 7 ədəd məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarə haqqının ödənilmə qaydası nağd və ya bank hesabına köçürməklə müəyyən edilmişdir. Mikailov Azer müraciətlərinə verdiyi izahatda qeyd etmişdir ki, yuxarıda qeyd olunan qaimələrin ödənişlərini nağd qaydada ödəmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları iddiaçının hesabına köçürülməmişdir.
12. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2023-cü il tarixdə EBDP 619997 nömrəli elektron qaimə üzrə 1500 manat ödənişin iddiaçının hesabına mədaxil olunmasının aşkar edildiyini bildirmiş və cavabdehlərdən müştərək qaydada 3500 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 800 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci ildə yazılı mülahizə təqdim edərək, xx.xx.2021-ci il tarixli 24 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli EBBM 506436 nömrəli elektron qaimə üzrə 1000 manat, xx.xx.2021-ci il tarixli EBBO 820726 nömrəli elektron qaimə üzrə 1000 manat olmaqla kassa mədaxil orderləri Cavabdeh1 tərəfindən imzalansa da həmin məbləğin iddiaçının hesabına mədaxil edilmədiyini, buna görə də 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh1; xx.xx.2022-ci il tarixli, 12 saylı icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli EBDJ 040577 nömrəli elektron qaimə üzrə 1500 manat məbləğində borc üzrə ödənişlə bağlı cavabdeh Azer Mikailov tərəfindən heç bir sənəd təqdim edilmədiyi üçün 1500 manat məbləğində pulun cavabdeh Azer Mikailovdan, məhkəmə və vəkil xərclərinin hər iki cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3642/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azer Mikailovdan 1500 manat məbləğində pul, 35 manat dövlət rüsumu, 300 manat hüquqi yardıma görə xərc, ümumilikdə 1835 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi iki hissədən ibarətdir: 1. icarə haqqının tutulması; 2. zərərin ödənilməsi. İddiaçı ilə cavabdeh Azer Mikailov arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehin sahiblik və istifadəsinə vermiş, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, 2023-cü ilin iyul ayı üzrə ödənilməli olan 1500 manat məbləğində icarə haqqı iddiaçıya ödənilməmişdir. Cavabdeh tələb edilən həmin vəsaiti ödədiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməli, 1500 manat məbləğində pul cavabdeh Azer Mikailovdan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia ərizəsini ikinci hissədə isə əsassız hesab etmişdir. İddiaçı ASC onun icra orqanının rəhbəri olmuş digər Cavabdeh1 ASC-yə vurduğu zərərlə bağlı olaraq 2000 manat pulun tutulmalı olmasını iddia edir. İddiaçı iddia ərizəsinə verdiyi əlavədə göstərmişdir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli N 24 saylı icarə müqaviləsi üzrə xx-xx-2021-ci il tarixli, EBBM 506436 nömrəli elektron qaimə üzrə 1000 manat, xx-xx- 2021-ci il tarixli, EBBO 820726 nömrəli elektron qaimə üzrə 1000 manat olmaqla ümumilikdə 2000 manat borc üzrə kassa mədaxil orderləri Cavabdeh1 tərəfindən imzalanmış, lakin həmin məbləğlər ASC-nin hesabına daxil edilməmişdir. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmamışdır. Belə ki, cavabdeh A.Mikailov məhkəmə iclasında verdiyi izahatında həmin ödənişləri nağd qaydada ASC-nin işçisi olan Şahid ödədiyini, sonuncu isə məhkəməyə verdiyi ifadəsində həmin vəsaitin baş mühasib tərəfindən kassa mədaxil orderləri ilə rəsmiləşdirildiyini bildirmiş, materiallarda olan kassa mədaxil orderlərinin baş mühasib tərəfindən imza edildiyini təsdiq etmişdir. İddiaçı tərəfindən məhkəməyə Cavabdeh1 tərəfindən 2000 manat pulun mənimsənilməsi və ya israf edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
16. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3642/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh Azer Mikailov həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3642/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
18. İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarə haqqının ödənilmə qaydası nağd və ya bank hesabına köçürməklə müəyyən edilmişdir. Cavabdeh Azer Mikailov tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 582540 saylı (1000 manat) və xx.xx.2021-ci il tarixli 582560 saylı (1000 manat) kassa mədaxil orderlərində əks olunmuş ümumilikdə 2000 manat məbləğində pul vəsaiti ASC-nin hesabına mədaxil edilməmişdir. Belə ki, həmin kassa mədaxil orderləri həmin dövrdə ASC-nin direktoru Cavabdeh1 tərəfindən verilmişdir. Cavabdeh Azer Mikailov tərəfindən məhkəməyə təqdim edilmiş noyabr ayı üzrə 1000 manat icarə haqqına dair xx.xx.2021-ci il tarixli, 582540 nömrəli və 1000 manat icarə haqqına dair xx.xx.2021-ci il tarixli, 582560 nömrəli kassa mədaxil orderləri həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 tərəfindən imzalanmış, lakin orada qeyd edilən məbləğlər ASC-nin hesabına mədaxil edilməmişdir. Bunu məhkəməyə təqdim etdikləri bank hesabından çıxarış da təsdiq edir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASCnin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Lakin buna baxmayaraq Cavabdeh1 öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icarəçiyə kassa mədaxil orderi təqdim etmiş, orada qeyd olunan məbləği isə ASC-nin hesabına köçürməmişdir. Buna görə də hesab edir ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır və iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Məhkəmə iclasında cavabdeh Azer Mikailovun vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki,1998-ci ildən hazırkı vaxta qədər İddiaçı ASC-də kargüzar kimi fəaliyyət göstərir, 2021-ci ildən etibarən daxil olan məktubları qeydiyyata alıb, daşınmasını həyata keçirir. 2024-cü ilin iyun ayına qədər Cavabdeh1 İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. O, icarəçi olan Mikailov Azerdən icarə haqqı ilə bağlı vəsaiti direktor Cavabdeh1 göstərişi ilə bir neçə dəfə nağd qaydada almış, lakin dəqiq məbləği və tarixləri yadında deyildir. İcarə haqqını qəbul etdikdən sonra vəsaiti baş mühasibə vermişdir. Bununla bağlı ona heç bir irad bildirilməmişdir. İş materiallarında olan kassa mədaxil orderlərindəki möhür İddiaçı ASC-yə məxsusdur, Cavabdeh1 işdən ayrıldıqdan sonra şirkətə nağd şəkildə pul daxil olmur, əvvəlki dövrdə isə nağd qaydada da ödənişlər edilirdi. Göründüyü kimi, Şahid ifadəsində birbaşa olaraq nağd pul alması barədə göstərişi həmin dövrdə direktor olmuş Cavabdeh1 aldığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi şahidin ifadəsinə birtərəfli yanaşmış, ümumiyyətlə şahidin Cavabdeh1la bağlı ifadəsinə qətnamədə qiymət verməmişdir.
19. Cavabdeh Mikailov Azer tərəfindən verilən apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə tərəflər öz üzərlərinə götürdükləri öhdəliyi tam yerinə yerinə yetirmişdir. İddiaçı bank hesabından çıxarış təqdim etsəydi və məhkəmə də aylar üzrə araşdırma aparsaydı, məlum olardı ki, cavabdehin ödənilməmiş borcu yoxdur. Bütün sübutlar iddiaçının bank hesabından çıxarışla təsdiq olunur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh tərəfindən 2023-cü ilin iyul ayında olan ödəniş edilməmişdir. Lakin, sənədlər təsdiq edir ki, qeyd olunan ödənişin ƏDV hissəsi ödənilmiş, qalan hissəsi isə 2024-cü ilin iyun ayında tam icra edilmişdir. Cavabdeh tərəf iddiaçı tərəfin bank hesabından çıxarış əldə edə bilmir. Amma cavabdeh tərəf icarə haqqı üzrə ödənişin tam edildiyini dəqiq bilir. Lakin, sənədi tapa bilmirdi. Cavabdeh Azər Mikayılov hətta məhkəmədə bildirmişdir ki, ödənişi nağd qaydada etmişdir. Lakin, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qət edildikdən sonra yadına düşmüşdür ki, ödənişin əsas hissəsi M-pay ödəniş sistemi ilə edilib və qeyd olunan sənədi əlavə edib. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı və cavabdehlər tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. 14.11.2025-ci il tarixdə baş tutan məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, cavabdeh A.Mikailov həqiqətən də icarə haqqını tam həcmdə ödəmişdir. Lakin bununla bağlı qəbzi birinci instansiya məhkəməsində təqdim etmədiyindən və ödənişi Mpay vasitəsilə həyata keçirdiyindən iddiaçının bank hesablarında həmin ödənişin məhz bu icarə müqaviləsi üzrə ödənildiyini bilməmişlər. Hazırda A.Mikailov qəbz təqdim etdiyindən Mikailov Azerdən icarə haqqının tutulması hissəsində iddianı müdafiə etmirlər. Cavabdeh1 münasibətdə isə qətnaməni əsassız hesab edirlər. Apellyasiya şikayətinin həmin hissədə təmin edilərək qətnamənin bu hissədə ləğv edilməsini və Cavabdeh1 qarşı pul tələbinin təmin edilməsini xahiş edirlər.
22. Məhkəmə iclasında iştirak edən Mikailov Azer və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin A.Mikailova münasibətdə rədd edilməsini xahiş etmişdir.
23. Cavabdeh Mahmudov İlham İsa oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
25. Məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 49. Hüquqi şəxsin orqanları ... 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. ... 49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.
Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: ... 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; ... 107.6. Bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
Maddə 529. Öhdəliyin icrasının qəbulu ... 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. ...
Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. ...
Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ... 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri ... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə cavabdeh Azer Mikailov tərəfindən iddianın təmin edildiyi hissədə, iddiaçı tərəfindən isə iddianın rədd edildiyi hissədə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hər bir apellyasiya şikayəti üzrə mübahisələndirlən hissədə qətnamənin qanuniliyi və əsaslılığını yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, Azer Mikailov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3642/2025 nömrəli qətnaməsi Azer Mikailovdan icarə müqaviləsi üzrə 1500 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Karkas ASC-nin apellyasiya şikayəti isə təmin edilməməli, qətnamə iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisə üzrə iki fərqli tələb mövcuddur. Birinci tələb Karkas ASC-nin keçmiş direktorundan vurduğu zərərin əvəzinin ödənilməsi, ikinci tələb isə Karkas ASC-nin icarəyə verdiyi sahəyə görə icarə haqqı tələbidir. Həmin tələblər fərqli cavabdehlərə qarşı yönəlmişdir. Bu tələblərin faktiki və hüquqi əsasları bir-birindən fərqlidir. İddiaçı ilk olaraq tələbində cavabdehlərdən pul vəsaitinin müştərək qaydada tutulmasını tələb etsə də daha sonra bunun mümkün olmadığını anlayaraq yazılı mülahizəsində cavabdehlərin hər birindən ayrı-ayrı pul vəsaitinin tutulmasını xahiş etmişdir.
33. Məhkəmə kollegiyası fərqli tələblərin bir iddiada birləşdirilməsinin Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsinin tələblərinə zidd olmasına baxmayaraq, artıq bu tələblər üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilməsini, apellyasiya instansiyasında bu nöqsanın aradan qaldırılması üçün prosessual imkanların olmamasını nəzərə alaraq və prosesə qənaət prinsipini rəhbər tutaraq hazırkı işin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir.
34. İlk olaraq cavabdeh Azer Mikailovdan icarə haqqı kimi 1500 manat pulun tutulması hissəsinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə işin bütün faktiki hallarını araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
35. Tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqının hər ay ödənilməsi nəzərdə tutulmuşdur. Deməli, bu müqavilə üzrə cavabdeh A.Mikailovun icarə haqqı ödəmək öhdəliyi vaxtaşırı öhdəlikdir. Mülki Məcəllənin 529.5-ci maddəsinə uyğun olaraq, sonuncu ay üçün icarə haqqı ödənişinin edilməsi, əksi sübuta yetirilincəyə qədər əvvəlki aylar üçün icarə haqlarının ödənilməsi prezumpsiyasını yaradır. Bu halda əvvəlki aylar üçün icarə haqlarının ödənilmədiyini sübuta yetirmək öhdəliyi icarəyə verənin üzərinə düşür.
36. Birinci instansiya məhkəməsi sonrakı aylar üzrə icarə haqlarının ödənilməsinin mübahisəsiz olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixli, EBDJ 040577 nömrəli elektron qaimə üzrə 2023-cü ilin iyun ayı üçün icarə haqqının ödənilməsini sübuta yetirmək vəzifəsini cavabdehin üzərinə qoymaqla səhvə yol vermişdir.
37. Digər tərəfdən cavabdeh A.Mikailov tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş ƏDV köçürülməsi barədə bildirişdən (§ 8) və ödəniş qəbzindən (§ 9) göründüyü kimi, həmin qaimə üzrə icarə haqqı A.Mikailov tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası tələb edilən vəsaitin ödənilməsinin üzərindən uzun müddət keçməsini, eləcə də iddiaçı tərəfindən icarə haqqının ödənilməməsi barədə sübutlar (məsələn, bank hesabından çıxarış) təqdim edilmədiyi halda bu halı cavabdehin sübuta yetirməyə borclu olmamasını nəzərə alaraq həmin sübutların qəbul edilməsini mümkün hesab etmişdir.
38. İkinci tələblə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 münasibətdə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Əvvəlcə qeyd edilməlidir ki, iddiaçı Cavabdeh1 qarşı keçmiş direktor olaraq iddia irəli sürsə də iş materiallarında Cavabdeh1 İddiaçı ASC-nin direktoru olmasını təsdiq edən təsis sənədləri aşkar edilməmişdir. Yalnız icarə müqavilələrində onun adının qarşısında vəzifəsi direktor olaraq qeyd edilmişdir.
39. Digər tərəfdən qeyd olunmalıdır ki, hüquqi şəxsin adından çıxış edən şəxsin hüquqi şəxsə fəyən zərərə görə məsuliyyətini müəyyən edən hallar Mülki Məcəllənin 49.4cü maddəsində sadalanmışdır. İddiaçının tələbində irəli sürdüyü əsaslar Mülki Məcəllənin 49.4.5-ci maddəsində nəzərdə tutulmuş, hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halına uyğun gəlir. İddiaçı bu tələbini onunla əsaslandırır ki, icarəçilər tərəfindən səhmdar cəmiyyətə ödənilmiş nağd vəsaitlər cəmiyyətin hesabına köçürülməmişdir.
40. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisələndirilən pul vəsaitləri 2021-ci ildə nağd qaydada kassa mədaxil orderi verilməklə iddiaçıya ödənilmişdir. Həmin orderlərdə rəhbər və baş mühasib qrafalarında imzalar və hüquqi şəxsin möhürü vardır. Deməli, pul vəsaiti həqiqətən də iddiaçının kassasına mədaxil olunub. Həmin pul vəsaitinin mənimsənilməsinə və ya israf edilməsinə dair iddiaçı tərəfdən heç bir sübut təqdim edilməyib.
41. İddiaçının tələbi yalnız ehtimallara əsaslanır və iddiaçı belə hesab edir ki, ya icarə haqqı icarəçi tərəfindən ödənilməyib, yaxud da ödənilmiş pullar Cavabdeh1 tərəfindən mənimsənilib. Buna görə də Cavabdeh1 qarşı iddianın həcmi əvvəlcə 5000 manat olmuş, sonra 1500 manat vəsait aşkar olunduğuna görə azalıb 3500 manat, daha sonra yenə 1500 manat azalaraq sonda 2000 manat təşkil etmişdir.
42. Mülki Məcəllənin 107.1, 107.1.4, 107.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, açıq səhmdar cəmiyyət olan iddiaçı illik maliyyə hesabatları tərtib və dərc etməli, bu maliyyə hesabatlarını tərtib edərkən müstəqil auditor cəlb etməli idi. Həmin maliyyə hesabatlarının təsdiq edilməsi isə icra orqanının yox, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Əgər ehtimal etsək ki, keçmiş direktorun işə laqeyd münasibəti nəticəsində bu qaydada maliyyə hesabatları tərtib edilməmişdirsə və müstəqil auditor da cəlb olunmamışdırsa, ən azı indi iddiaçı keçmiş direktorun fəaliyyəti dövrünün təftişi üçün auditor cəlb edə, müvafiq dövr üçün gəlir və xərclərin təhlilini apara, beləliklə keçmiş direktor tərəfindən cəmiyyətə zərər vurulub-vurulmadığını müəyyən edə bilərdi.
43. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Cavabdeh Azer Mikailov tərəfindən verilən apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Azer Mikailova ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi Azer Mikailovdan icarə haqqının tutulması hissəsində ləğv edildiyinə görə məhkəmə xərclərinin Azer Mikailovdan tutulması hissəsində də qətnamə ləğv edilməli, birinci instansiya məhkəməsinə iddianın verilməsi üçün ödənilmiş 35 manat döpvlət rüsumu və hüquqi yardıma çəkilmiş xərc bütövlükdə iddiaçının üzənə aid edilməlidir.
44. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azer Mikailovun nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3642/2025 nömrəli qətnaməsi Azer Mikailovdan icarə müqaviləsi üzrə 1500 manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3642/2025 nömrəli qətnaməsi Azer Mikailovdan 35 manat dövlət rüsumu və 300 manat hüquqi yardıma görə xərcin tutulması hissəsində ləğv edilsin, həmin xərclər iddiaçının özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Azer Mikailov tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Azer Mikailova ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Karkas” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov Fərrux Qasımov