Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1042/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması, əmlakdan çıxarılma və boşaldılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-399/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 05 dekabr 2019-cu il tarixli, 101845-499712\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 37455,92 manat (otuz yeddi min dörd yüz əlli beş manat doxsan iki qəpik), əsas borca hеsablanmış faiz borcu 13240,78 manat (on üç min iki yüz qırx manat yetmiş səkkiz qəpik) olmaqla, cəmi 50696,70 manat (əlli min altı yüz doxsan altı manat yetmiş qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və dövlət rüsumu əvəzinə ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.3 kv.m-dən ibarət daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.3 kv.m-dən ibarət daşınmaz əmlakdan çıxarılması və həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(113)-399/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması, əmlakdan çıxarılma və boşaldılması tələbinə ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.3 kv.m-dən ibarət daşınmaz əmlakdan çıxarılması və həmin əmlakın boşaldılması hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(113)-399/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh2 tərəfindən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə, həmçinin, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh olduğu e-2-2(113)-399/2023 saylı mülki işə baxılmış və xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh2 qeydiyyatda olduğu ünvanda olmamış və xəstəliklər səbəbindən ciddi müalicələr almışdır. Məhkəmə qətnaməsini rəsmi qaydada qəbzə imza etməklə almışdır. Buna baxmayaraq müddəti üzrlü səbəbdən ötürdüyünü düşünür. Ümumiyyətlə məhkəmə qətnaməsi əldə edildikdən sonra ondan şikayət vermək hüququnun olmasından yenicə xəbər tutmuşdur ki, onun belə bir hüququ vardır və apellyasiya şikayəti verə bilər. Cavabdeh2 uzun müddətdir ki, ağır xətəliklərdən əziyyət çəkir, daim müayinə və müalicə alır, hələ də özünə gələ bilməmiş, ağrıları vardır. Bu barədə sübutları məhkəməyə təqdim edir. İndiki halda həmin qətnamədən şikayət vermək istəyir və hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ilə onun əhəmiyyətli hüquq və mənafeyi pozulmuşdur. Hal-hazırda vəsatətə əlavə etdiyi apellyasiya şikayətindən də göründüyü kimi, iş üzrə çıxarılmış qətnamədən şikayət vermək niyyətindədir. Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-399/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(113)- 399/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh2 tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-399/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə verilmişdir. Bununla da apellyasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş bir aylıq müddət buraxılmışdır. Cavabdehin müddətin üzrlü səbəbbdən ötürülməsi ilə bağlı dəlillərini birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 xəstəliklə əlaqədar təqdim etdiyi Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı tərəfindən tərtib edilmiş Epikrizə əsasən (F13) onun xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığında müalicə aldığı və xx.xx.2023-cü il tarixdə müalicəni ambulator şəraitdə davam etdirilməsinin məsləhət görülərək evə yazıldığının müəyyən edildiyini, hazırkı iş üzrə yekun məhkəmə aktının isə xx.xx.2023-cü il tarixdə qəbul edildiyini nəzərə alaraq əsassız hesab etmişdir. Bundan başqa, Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-399/2023 saylı qətnaməsini rəsmi qaydada qəbzə imza etməklə aldığını qeyd etsə də, bununla bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyildir, əksinə qətnamənin xx.xx.2023-cü il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirildiyi müəyyən edilir. Cavabdeh2 2 aya yaxın müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və müddətin üzrlü səbəbdən ötürülməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq prosessual müddətin bərpasına dair ərizənin rədd olunması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-399/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-1042/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1042/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver