Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1048/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul tələbi, əmlaka tutma yönəldilməsi, əmlakın açıq hərracda satılması, istifadə hüququnun itirilmiş hesab edilməsi, daşınmaz əmlakdan çıxarılma, boşaldılması və banka təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-140/2023 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və "xxxx" MMC-dən İddiaçı ASCnin xeyrinə 2018-ci il 13 noyabr tarixli 6-BİZ-1- 0- 211-18 № li kredit müqaviləsi üzrə banka 185.061 ABŞ dolları əsas, 9133.73 ABŞ dolları faiz, 32.98 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 194.227,71 ABŞ dolları məbləğində borcun və 220.19 manat ödənilmiş dövlət rüsumunun, 400 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi, borcun əvəzi "xxxx" MMC-yə məxsus № 6-BİZ-1-0-211-18 saylı, 13 noyabr 2018-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş “Dark Ride 8 seats” avadanlığına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15 K saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15 K saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 hadan ibarət torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-140/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, "xxxx" MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 13 noyabr tarixli 6- BİZ-1-0-211-18 № li kredit müqaviləsi üzrə 185.061 (bir yüz səksən beş min altımış bir dollar) ABŞ dolları əsas, 16.873,03 (on altı min səkkiz yüz yetmiş üç ABŞ dolları üç sent) ABŞ dolları faiz borcu, 6.908,68 (altı min doqquz yüz səkkiz ABŞ dolları altımış səkkiz sent) ABŞ dolları dəbbə pulu (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) tutulması, Cavabdeh3, "xxxx" MMC-dən, Cavabdeh1 müştərək qaydada iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar 245.03 manat ödənilmiş dövlət rüsumu, 400 manat ödənilmiş mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 90 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət 115 saylı evin, 87 nömrəli mənzilinə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların eyni zamanda girov müqaviləsi üzrə girovla yüklü edilmiş “Dark Ride 8 seats” avadanlığı açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməsi, satışdan artıq qalan vəsaitin ipoteka qoyana və girov qoyana qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 136a/236a saylı bağ sahəsində yerləşən torpaq sahəsinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi Y.Əsədullayev küçəsi 15K fərdi yaşayış evinin ilkin satış qiyməti 360.000 manat, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 260.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1, "xxxx" MMC, Cavabdeh3 müştərək qaydada 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə, 500 manat qiymətləndirmə xərci tutularaq “Əmlak Ekspert Mərkəzi” məhdud məsuliyətli cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmişdir. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 140/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, "xxxx" MMC ilə bağlanmış zaminlik və girov müqavilələrinə xitam verilməsini təsbit edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-803/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməsi hissəsində ləğv edilmiş, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-140/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 140/2023 nömrəli qətnaməsindən (müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən) cavabdeh "xxxx" MMC tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-140/2023 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla cavabdehin apellyasiya şikayəti o əsasla geri qaytarılıb ki, “apellyasiya şikayəti (2 ay 12 gün gecikmə ilə) xx.xx.2023-ci il tarixdə məhkəməyə daxil olmuşdur”. Əslində isə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh qətnamə ilə Elektron Məhkəmə Sistemində xx.xx.2023-cü il tarixdə tanış olmuşdur (ona rəsmi təqdim edilmişdir), bir gün sonra da (xx.xx.2023) apelyasiya şikayəti vermişdir. Cavabdeh qətnamədən həmçinin ona görə xəbər tutmamışdır ki, o xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi vermişdir (işdən xəbər tutan kimi). Elə həmin gün birinci instansiya məhkəməsi onun geri qaytarılması haqda qərardad qəbul etmişdir. Qərardaddan şikayət müddəti 10 gün olsa da, məhkəmə xx.xx.2023-cü il tarixdə qətnamə qəbul etmişdir. Onlar qərardaddan şikayət verdikləri üçün qətnamədən bixəbər olmuşlar. Necə ola bilər ki, qərardaddan şikayət müddəti bitməmiş qətnamə qəbul edilsin? Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırkı iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-140/2023 saylı qətnaməsi elektron imza ilə təsdiq edilməklə cavabdeh "xxxx" MMC-nin və onun nümayəndəsi Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində xx.xx.2023-cü il tarixdə avtomatik yerləşdirilmişdir (rəsmi qaydada verilmiş hesab edilir), lakin cavabdeh "xxxx" MMC tərəfindən verilən apellyasiya şikayəti 2 ay 12 gün gecikmə ilə xx.xx.2023-ci il tarixdə məhkəməyə daxil olmuşdur (e-məhkəmə sistemində yerləşdirilmişdir). Bununla da, apellyasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş bir aylıq müddət buraxılmışdır. Bundan başqa, şikayətin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından növbəti günü xx.xx.2023-cü il tarixdə cəmiyyət tərəfindən şikayətin verilməsi Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən "xxxx" MMC-nin elektron kabinetinə bildirişlərin göndərilməsini təsdiq edir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-140/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-1048/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1048/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver