Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-105/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəklil) Vəkil2, cavabdehin nümayəndələri Nümayəndə və X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi və artıq ödənilmiş pulun qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********31 No-li abunə hesabı üzrə hesablanmış 25.446,96 manat borcun silinməsi, artıq ödənilmiş 96.625,00 manat pul vəsaitinin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2019-cu il tarixində cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılan sayğaca baxış keçirilərək 006308 saylı akt tərtib olunmuh, sonradan həmin sayğac üzrə ekspertiza keçirilmiş və normal işləməsi bildirilmişdir. Lakin bir müddət sonra iddiaçıya 282744 kub.m olmaqla, ona 25446,96 manat əlavə sərfiyyat borc hesablanmışdır. Ekspertizadan sonra isə məlum olmuşdur ki, iddiaçı tərəfindən artıq ödəmələr olunmuşdur. Sayğacın cavabdeh tərəfindən quraşdırıldığı xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək iddiaçı tərəfindən ümumilikdə, 344304 (19128x200=3825600 kvt.sx0,09) manat ödəniş edilmişdir. Lakin cərəyan transformatorunun əmsalı 200 deyil, 144.666 olmalı idi. Çünki, üç ədəd cərəyan transformatorunun əmsalları: iki ədədinin 120, birinin isə 200-dür. Bu əmlallarnı ortağı 144,666 təşkil edir.Belə olan halda iddiaçı tərəfindən 252.493,00 (19128x144,666=3825600kvt.s X0,09) manat ödənilməli idi. Beləliklə də iddiaçıdan 96.625,00 manat artıq ödəniş alınmasına baxmayaraq, cavabdeh tərəfindən 25.446,96 manat cərimə də tətbiq olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən **********31 No-li abunə hesabı üzrə hesablanmış 25.446,96 manat borcun silinməsi, artıq ödənilmiş 93618,25 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni qismən, iddia tələblərinin təmin olunan hissələrində ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsassız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq etmişdir. Belə ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyənin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə hazırkı iş üzrə mübahisəyə “X1 Qaydaları”nın 8.15 və 8.17-ci bəndlərini tətbiq etməli olduğu halda əsassız olaraq tətbiq etməmişdir. Belə ki, akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQnin 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. Məhkəmənin ekspert rəyinə istinadən, iddianın bu hissədə qismən təmin olunmasına dair nəticəsi əsassız olmaqla, işin hallarına uyğun deyil. Belə ki, işdə olan “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” xx.xx.2016-cı il tarixli akta, abunə haqqında invoysun “sayğac dəyişmələri”, “sayğac göstəriciləri”, “bağlanan aktlar” və “abunə ödənişləri” bölmələrinə əsasən: 73220200 saylı sayğac iddiçıya məxsus obyektə xx.xx.2016-cı il tarixdə quraşdırılmış və cərəyan transformatorlarının hər üçünün əmsalı 1000/5A (K=200) müəyyən edilmişdir; sayğac xx.xx.2016-cı il tarixdən yeni sayğacla əvəz edildiyi xx.xx.2019-cu il tarixədək 343.033 manat dəyərində elektrik enerjisi sərfiyyanı qeydə almışdır: xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək 1 kvts-ın dəyəri 0,07 manat hesabı ilə 8.651 manat; xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək isə 1 kvts-ın dəyəri 0,09 manat hesabı ilə 334.382 manat; qeyd edilən dövr üzrə 9.602 manat dəyərində transformator itkisi hesablanmışdır; iddiaçı göstərilən müddətdə cəmi, 355.359 manat ödəniş etmişdir. Göründüyü kimi, artıq ödəmə ilə bağlı fərq cəmi 2.724 manat təşkil etmiş və ekspert rəyi obyektiv həqiqəti əks etdirməmişdir. Bu səbəbdən, tərəfimizdən iş üzrə təkrar eksperzanın keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə vəsatət əsassız olaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Qabil Məlikov və Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 cavabdehin apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinə uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Bu baxımdan MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin şikayəti həddində baxılmalıdır. Qətnamə ilə iddianın təmin edilən hissəsi isə iddiaçının iki tələbini də əhatə etməklə borjun silinməsi tələbi hissəsində iddiaçının iddia tam, artıq ödənilmiş pulun qaytarılması tələbi hisəsində isə iddia qismən təmin olunmuşdur. İşin qeyd olunan faktiki hallarından isə göründüyü kimi, iddiaçıya hesablanmış 25.446,96 manat məbləğində borc məbləği xx.xx.2019-cu il tarixində cavabdeh tərəfindən ona məxsus mübahisəli obyektdə elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması və bu barədə tərtib olunmuş akt əsasında hesablanmışdır. Sözügedən yoxlama aktdan isə görünür ki, iddiaçıya məxsus mübahisəli obyektində quraşdırılmış sayğacın (Abonent No73220200) uçot kompleksnə xx.xx.2019-cu il tarixdə baxış keçirilərkən sayğacın dövrədən keçən yükü tam qeyd etmədyi, “C” fazasına quraşdırılımış cərəyan transformatorunun işləməməsi, “B” və “C” fazalarında quraşdırılan cərəyan transformatorlarının fiziki və termiki təsirə məruz qalması, nəticədə dövrədən axan faktiki yükün 171,6 kvt, lakin sayğacın 105,6 kvt yükü qeyd etməsi aşkar olunaraq sayğac yenisi ilə əvəz olunmuşdur. İşdən görünür ki, sözügedən akt əsasında cavabdehin Akt komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli icra vərəqində sayğacın dövrənin «C» fazasına quraşdırıdmış cərəyan transformatorunun işləmədiyi və «B» və «C» fazasında quraşdırılmış cərəyan transformatorlarının qızmadan əridyinə istinadən, iddiaçıya 282744 kvts olmaqla, 25.446,96 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan yoxlamaların hüquqi nəticələri aşağıdakılara görə əsassızdır. Birincisi, mübahisəli aktdan görünür ki. sayğacın plomblarının pozulduğu və iddiaçı tərəfindən ona müdaxilə olunması ilə bağlı qeydlər mövcud deyil. İkincisi, mübahisəli sayğacın «B» və «C» fazasında quraşdırılmış cərəyan transformatorlarının qızmadan əriməsinnin səbəbi və bu halda iddiaçının elektrik enerjisindən istifadə qaydalarına zidd hansı təqsirli hərəkətlərəi yol verməsi də əsaslandırılmamış və buna aydınlıq gətirilməmişdir. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinin tələbində isə məhz nəzərdə tutulur ki, şəxsin hüquqa zidd hərəkət və hərəktsizliyi, ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə, mücərrəd bir ziyanın əvəzinin ödənilməsi ondan tələb oluna bilməz. Digər tərəfdən, iddiaçıya məxsus obyektdə «Elektrik Enerjisindən istifadə Qaydaları»ına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri də cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın qüvvədə olan 8.34-cü bəndinin tələbinə görə : -enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQna riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin hallarından göründüyü kimi, cavabdeh qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş akt, protokol və icra vərəqi və xəbərdarlıq məktubu əsasında iddiaçıya hesablanmış 25.446,96 manat məbləğində əlavə sərfiyyatın hüquqi qüvvəsi yoxdur, etibarsızdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin yoxlamanın Vahid məlumat reyestrində alınması üçün əsas olmadığını və qətnamə ilə iddiaçıya hesablanmış 25446,96 manat məbləğində əlavə sərfiyyatın silinməsini mübahisələndirən dəlilləri əsassızdır. Məhkəmə kollegiyası, həmçinin, cavabdehin apellyasiya şikayətinin iddiaçı tərəfindən artıq ödənilmiş 93.618,25 manat pul vəsaitinin tutlması hisssəsində qətnaməni əsassız hesab edən dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarına və onun özünün apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, yoxlama nətijəsində iddiaçıya məxsus obyektdə xx.xx.2016-cı il tarixində quraşdırılmış sayğajın üç ədəd cərəyan transformatorundan iki ədədinin əmsalı K=120 (600/5A), birinin isə isə K=200 (1000/5A) təşkil edir. İşin tərələr arasında mübahisələndirilən hallarından, həmçinin müəyyən olunur ki, sayğac quraşdırıldığı tarixdən etibarən iddiaçıya hesablanan elektrik enerjisi sərfiyyatı 200 əmsalı tətbiq olunmaqla hesablanmış və iddiaçıya hesablar təqdim olunmuş və həmin hesablar əsasında da iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. Halbuki, mübahisəli sayğacın üç cərəyan transformatorununun əmsalları - 120, 120 və 200 olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən artıq ödəmənin aparılıb – aparılmadığının müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin qərardadına əsasən məhkəmə-mühəndis ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 2832 №- li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: İddiaçı İbrahimov Məhəmməd Nəbi oğluna aid olan 09/1359 abonent kodu üzrə yaşayış obyektinin cərəyan transformatorlarından 1 ədədinin transformasiya əmsalı k=200 (1000/5A), 2 ədədinin əmsalı isə k=120 (600/5A) olduğu halda yüklərin fazalar arasında təxminən bərabər şəkildə paylandıqda cərəyan transformatorların əmsalları orta hesabla, yəni, 146,666 ((200+120+120)/3=146,666) əmsalla götürülməli idi; - həmin əmsalla götürüldükdə isə ekspertizaya təqdim edilmiş abonent (abunə **********60031) “Abunə haqqında” kompüter çıxarışında göstərilən elektrik enerjisinin sərfiyyatlarına görə, 13 oktyabr 2016-cı il tarixdən 07 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində mövcud qiymət tarfilərinə uyğun olaraq abonent tərəfindən 250685,75 manat məbləğində ödəmələrin aparılmalı olduğu halda, 93618,25 (344304 – 250685,75=93618,25) manat artıq ödəmə aparılmışdır. Qeyd edilməlidir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.8.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı balans mənsubiyyəti sərhədində elektrik enerjisinin tələb olunan keyfiyyət göstəriciləri standartlara və “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun müəyyən edilir. Həmin Qaydaların 10.9-cu bəndinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Cavabdeh tərəfindən isə iddiaçıya məxsus mübahisəli obyektə quraşdırılan sayğacdakı cərəyan transformatorlarında mövcud olan əmsal pozğunluğu mübahisəli sayğacı quraşdırdığı 2016-cı ildən görməyə borclu olduğu halda, bunu görüb heç bir əhəmiyyət verməmişdir. Belə çıxır ki, iddiaçıya səhv hesablar təqdim etmiş və sonuncu tərəfindən də həmin səhv hesablara uyğun ödənişlər həyata keçirilmişdir. Halbuki, sözügedən “Qaydalar”ın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıyaverdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, mübahisəli sayğacın cərəyan transformatorlarının müxtəlif əmsallara malik olduğu halda, cavabdeh tərəfindən istehlakçı ilə ən yüksək əmsalla (200) hesablaşma aparılmaqla ona hesablar təqdim olunmuş etmiş və sonuncunun həmin 93618,25 manat məbləğində artıq ödənişləri hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsindən isə görünür ki, qanuni və müqavilə əsası olmadan, başqasının əmlakı hesabına əmlak edən şəxs əsassız varlanan şəxsdir və belə şəxs həmin Məcəllənin 1092-ci maddəsinin tələbinə görə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi iddianın təmin olunan hissəsində faktlar nöqtiyi nəzərindən işin hallarına uyğun, mahiyyəti üzrə qanuni və əsaslı nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin iddianın təmin olunan hissəsində əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-105/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-105/2021
25.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver