Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1051/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-1418/2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixə banka borclu olduğu 40.000 (qırx min) manat məbləğində əsas borc, 7.154,24 (yeddi min bir yüz əlli dörd, 24) manat məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə kimi hesablanmış faiz borcu, 494,44 (dörd yüz doxsan dörd, 44) manat məbləğində müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu, ümumilikdə isə 47.648,68 (qırx yeddi min altı yüz qırx səkkiz, 68) manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərc, həmçinin 37,35 (otuz yeddi, 35) manat məbləğində məhkəmə üçün və 40 (qırx) manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumlarının müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASCnin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh4 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1418/2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17 aprel 2019-cu il tarixli 262772-1-32126 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 39.814,69 manat əsas borcun, 6.443,37 manat faiz borcun, illik 5% hesablanmaqla 494,44 manat, dövlət rüsumunun əvəzi 37,35 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş rüsumun əvəzi 40 manat, 200 manat mediasiya xərcinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə Cavabdeh4 tərəfindən əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayət verən şəxsin tələbi-yeni qəbul ediləcək qətnamədə iddianın hansı hissədə (tam və ya qismən) rədd edilməsinin xahiş olunduğu qeyd edilməmiş və şikayət Mülki Prosesual Məcəllədə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4.-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normaların tələbinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1418/2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək icraata qəbul edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1418/2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək icraata qəbul edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1051/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1051/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver