Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1055/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh “X2 "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1507/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. AAYDA-nın nümayəndəsi Abbasov Yunis, "xxxx" ASC-nin nümayəndəsi Həsənov Zahir, Şabran rayon Aygünlü bələdiyyəsi ərazisində yerləşən “Şabran çay QumÇınqıl” karxanasının sahibkarı İddiaçı və həmin karxananın etibarnamə ilə nümayəndəsi Mahmudov Mübariz tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC çay üzərində yerləşən yeni körpünün tikintisi zamanı sahibkara heç bir məlumat vermədən onun ərazisinə girərək müəyyən miqdarda ziyan vurduğundan "xxxx" ASC tərəfindən dəymiş ziyanın bərpa edilməsi məqsədilə 30 ədəd bar ağacı üzrə hər bar ağacı əvəzinə 2 ting, əgər xırda tinglər varsa əlavə 56 ting əkilməsi, karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətrafında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervurasının dəmir-betondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın obşivkası, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elavatorun qolunun bərpa edilməsi (altna metal dirək qoyulmaqla qaynaq edin yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m) barədə razılığa gəlmişlər.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 01171 nömrəli dağ-mədən ayırması aktına əsasən Vidadi Hüseynova “Şabrançay” qum-çınqıl yatağında 5 il müddətinə qum-çınqıl hasilatına icazə verilmişdir.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X7 Agentliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A-10986 nömrəli təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışdan görünür ki, fiziki şəxs X3 istismar edilən təhlükə potensiallı obyeklər (qum-çınqıl istehsalı sahəsi) “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respubllikasının Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Torpaq sahəsinin icarəyə verilməsi haqqında Şabran rayon İcra Hakimiyyəti Başçısının Aygünlü Bələdiyyəsinin sədri ilə X5 arasında bağlanmış 02 nömrəli torpaq icarə müqaviləsinə əsasən Şabran rayon İcra Hakimiyyəti Başçısının 30 iyul-2008 №140 sərəncamı əsasında 2 hektar qum çınqıl istehsalı sahəsi 15 il müddətinə icarəçiyə icarəyə vermişdir.
5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən X3 göndərilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında 11 sentyabr 2015- ci il tarixli 298 saylı Qərarının 1.1-ci yarımbəndinə əsasən respublika əhəmiyyətli avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikasının Prezidentinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 14 may 2013-cü il tarixli 648-İV QD nömrəli Fərmanın 2.4-cü yarımbəndinə əsasən avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi qadağandır.
6. DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Şabran rayonu, Aygünlü bələdiyyəsinə məxsus Şabran rayonu, Aygünlü kəndində yerləşən 1,1748 ha torpaq sahəsi icarə hüququnun alqı-satqısı əsasında Vidadi Hüseynov tərəfindən İddiaçı satılmışdır.
7. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Şabran rayon Aygünlü bələdiyyəsinin verdiyi arayış və Mahmudov Mübariz tərəfindən çəkilmiş video və şəkillər ərazidə 30 ədəd meyvə tinginin əkilmiş olduğunu təsdiq edir. Mahmudov Mübarizin verdiyi məlumatlar əsasında ərazidə 30 ədəd meyvə tinginin əkilmiş olduğunu təsdiq edir. Mahmudov Mübarizin verdiyi məlumat əsasında ərazidə 10 ədəd gilas, 10 ədəd albalı (gilənar), 10 ədəd şaftalı tinginin olduğu və hər bir ting növünün iki yaşına olduğu bildirilmişdir. Verilmiş məlumatlara əsasən 3 il ərzində dəymiş zərər 667 manat, əldə oluna biləcək gəlir 2021-ci il üçün 52 manat, 2022-ci il üçün 108 manat, 2023 cü il üçün 300 manat olmaqla, ümumilikdə ödənilməli zərər 1127 manat təşkil edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 3-16-16/2-7/889-9/46665 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasının yerləşdiyi ərazidə mövbud olmuş 30 ədəd meyvə tinginin bir illik məhsuldarlığı 449 kq-dır. "xxxx" MMC-nin ekspert rəyində İddiaçı mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasının yerləşdiyi ərazinin torpaq məhsuldarlığı, adları qeyd edilmiş meyvə ağaclarının sortu, həmin meyvə ağaclarının neçə illik olması barədə heç bir məlumat verilmədiyindən həmin torpaq sahəsində mövcud olmuş 30 ədəd meyvə tinginin bir illik məhsuldarlığı statistik və internet məlumatlarını, Şabran rayonunun torpaq məhsuldarlığını nəzərə alınmaqla həmin torpaq sahəsində mövcud olmuş 30 ədəd meyvə tinglərinin bir illik məhsuldarlığı 153 kq olması müəyyən edilir. "xxxx" MMC-nin ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasının yerləşdiyi ərazidə mövcud olmuş 30 ədəd meyvə tinginə görə dəymiş zərər 667 manat olub xx.xx.2020-ci il tarixdən hazıradək ümumilikdə 1127 manat zərər dəymişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli 10/2944 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmalı təmir-tikinti işlərinin ümumi dəyəri 45.575 manat müəyyən edilir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli 10/2414 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən, Şabran rayonu Aygünlü kəndində yerləşən, İddiaçı mülkiyyətində olan “Şabran çay Qum-Çınqıl” karxanasında karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətrafında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervuarının dəmirbetondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın üzlüyü, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elevatorun qolunun bərpa edilməsi (altna metal dirək qoyulmaqla qaynaq edib yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m) üçün aparılmalı tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 45575,0 manat təşkil edir. Birinci instansiya məhkəməsindəki icraat:
11. İddiaçı cavabdeh “Avro X6 "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi zərərə görə 66.096 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, ümumilikdə 76.096 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Şabran çay üzərində Aygünlü bələdiyyəsi ərazisində yerləşən 2 hektar torpaq sahəsini 98 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsində qum-çınqıl karxanası quraşdırılıb. Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun LO- 1km 194-700-144-800 hissəsinin Şabran çayının üzərində tikilən körpünün inşaatı başladığı andan onlar işlərini saxlamışlar. Göstəriş olub ki, obyekt tikinti sahəsinə yaxındır. Bundan istifadə edən podratçı şirkət X2 "xxxx" ASC tərəfindən qısa müddət ərzində qazıntı işlərinə başlayaraq zibil tullantılarını, qrunt, beton maşınlardan qalan beton tullantılarını karxananın neft məhsulları əraziyə tökərək ərazini bərbad vəziyyətə salmışlar, ərazidə yerləşən 2 ədəd 4x4x1.70 ölçüdə ehtiyat su anbarı operator otağını, 1 ədəd ayaqyolunu, ağac tinglərini məhv edərək zibil tullantılarının altında qoymuşlar. Drobilkanın ələk üçün istifadə edilən qolunu avtomaşınla vuraraq sındırıb yararsız vəziyyətə salmışlar. Bütün bu yazılanlar haqda kamera çəkilişləri və foto şəkillər vardır. Həmçinin tərtib olunmuş aktda qeyd olunan sayda ağaclar məhv edilərək, tullantılar altında qoyulmuşdur. Eyni zamanda Aygünlü bələdiyyəsinə gedən kənd yolu onlara ayrılan torpaq sahəsindən keçir. Bakı-Quba-Rusiya Federasiyası Dövlət Sərhədi magistral avtomobil yolunun tikintisi vaxtı karxanaya vurulan ziyan mütəxəssislər tərəfindən hesablanmış, dəymiş ziyanın dəyəri öz təsdiqini tapmışdır. Dəyən zərərin ödənilməsi üçün iddiaçı dəfələrlə cavabdehə, onun nümayəndəsinə, layihə rəhbərinə müraciət etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Bundan sonra o dəfələrlə aidiyyatı qurumlara müraciət etmişdir. Həmin qurumlardan şirkətə iddiaçıya dəyən ziyanı ödəməklə bağlı göstəriş verilsə də cavabdeh ziyanı ödəməmişdir. Və beləliklə 3 ildir ki, əldə edəcəyi gəliri itirmişdir. DİN layihə institutu tərəfindən 3 il müddətinə əldən çıxmış fayda hesablanmışdır. 20 oktyabr 2020-ci il tarixli akta əsasən dəymiş ziyanın qiymətləndirilməsi müəyyən edilmişdir. Belə ki, 1. 30 ədəd bar ağacının əkilməsi və dəyəri- 822 2.Əgər lazım gələrsə (sputnikdən baxılandan sonra) əlavə 56 ədəd ağac-767 manat, 3. Karyerə gedən yol 212.0*6.0m-1272m2 qırmadaş-5304 manat, 4. Drobilka ətrafında maşınların hərəkətzolağı-20.0*20.0m-400 m2 qırmadaş-15sm- 1668manat, 5. 4.0*4.0* 1.7m ölçüsündə 2 ədəd d/beton su anbarı tikilməsi-11600 manat, 6. Metal vaqonun bərpası-1500 manat 7. Metal qapıların quraşdırılması, dəyəri və rənglənməsi və qapı bağlayıcıları-1.8m2- 180 manat 8. Tualetin bərpası-400 manat 9. Çuqun su borusunun çəkilməsi- 30 m-255 manat 10. Elevatorun qolunun bərpası, altına metal dirək qoymaqla qaynaq edib, yerinə birləşdirmək- 400 manat Dəymiş ziyan-22816 manat. Yolun tikintisi ilə əlaqədar podratçı təşkilat Evrascan ASC tərəfindən karxanada işlərin dayandırılması səbəbindən dəyən ziyan 50% hər ay üçün 1200 manat olmaqla 36x1200=43200 manat müəyyən edilmişdir. Ümumilikdə məbləğ- 22896+43200=66096 AZN təşkil edir. İddiaçının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə 2024-cü ilə qədər 5 illik müqaviləsi vardır ki, onlar dövlət rüsumlarını ödəməklə həmin çay yatağından istifadə edə bilərlər. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 3 ildir ki, ərazidən istifadə edə bilmir. 2 il vaxtı qalıb. İddiaçıya qarşı olan bu hüquq pozuntularını nəzərə almağı xahiş edilir. İddiaçının müraciətlərindən uzun zaman sonra layihə rəhbəri Zahir Həsənov ona zəng edərək dəymiş ziyanın əvəzi olaraq 45.000 manat vəsaiti ikinci bir müəssisə vasitəsilə ödəyəcəklərini bildirmişdir. İddiaçıya dəyən maddi ziyandan əlavə başlarına gələn haqsızlıqlarla bağlı, ailə içində də problemlər yaranmışdır. Ailəsi də bütün iddiaçının başı a gətirilənlərdən çox təsirlənmiş, sarsıntı keçirmişlər. Həmçinin iddiaçının öz sağlamlığında da ciddi problemlər yaranmış, hələ də o sinir sistemini müalicə etdirir. Daha sonra iddiaçı 3 il ərzində proseslərdə çəkdiyi xərclər, yollara tökdüyü pullar, məktublaşmalara verdiyi məbləğlərin də ona ödənilməsini tələb edir. Bu faktı da sübut edən sənədləri işə əlavə edir. Beləliklə, cavabdeh onu aldatmaqla düşdüyü zərəri ödəməyərək şərəf və ləyaqətini alçaldaraq 3 ildir davam edən bu hadisələr nəticəsində iztirab və sarsıntı keçirməyinə səbəb olmaqla bərabər mənəvi, həmçinin maddi ziyan vurmuşdur. Cavabdehin iddiaçıya vurduğu maddi və mənəvi ziyanın əvəzini heç bir maddi təzminatla ödəmək olmaz. Lakin cüzi də olsa ona dəymiş zərərin şirkət tərəfindən ödənilməsini tələb edir. Beləliklə, cavabdehdən iddiaçıya vurduğu maddi ziyanın məbləği 66.096 manat, mənəvi ziyanın məbləği 10.000 manat, ümumilikdə 76.096 manat təşkil edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. AR Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq qərarı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, maddi zərərə görə 46.702 manat, eləcə də əldən çıxmış faydaya görə 42200 manat, mənəvi sıxıntılar səbəbindən səhhətinə dəymiş ziyana görə 10000 manat, məhkəməyə ödənilmiş rüsum 319 manat olmaqla, ümumilikdə 99221 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1507/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, сavabdeh “X2 "xxxx" ASC-dən 46.702 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 46.902 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı iddiaçının qanuni sahibliyində olan “Şabran çay Qum-Çınqıl” karxanasına zərər dəymiş, dəymiş zərərlə bağlı tərəflər arasında xx.xx.2020 ci il tarixdə akt imzalanmış, vurulmuş ziyanın nədən ibarət olması (30 ədəd bar ağacı, karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətrafında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervuarının dəmir-betondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın üzlüyü, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elevatorun qolunun bərpa edilməsi (altna metal dirək qoyulmaqla qaynaq edib yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m)) müəyyən edilmişdir. İddiaçıya vurulmuş maddi ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 30 ədəd meyvə tingi ilə bağlı dəymiş zərərin 1127 manat, məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə dəymiş ziyanın 45575 manat olması müəyyən edilmişdir. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razı olmadığı üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, təkrar rəyə əsasən də dəymiş ziyanın 45575 manat olması müəyyən edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıya icarə hüququ əsasında məxsus olan əmlaka cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı ziyan vurulmuş, cavabdehin əməli ilə iddiaçıya dəymiş maddi zərər arasında səbəbli əlaqə tərəflərin izahatları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış, bununla da cavabdehin iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq öhdəliyi yaranmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, 46702 manat məbləğində pul (45575 manat + 1127 manat) tutularaq iddiaçıya ödənilməlidir.
16. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatətlərini təmin etmiş və iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizası təyin etmişdir. Lakin məhkəməyə təqdim edilmiş 13 may 2024-cü il tarixli rəyində də ekspertiza qarşısında qoyulmuş suallar yenə cavablandırılmamışdır. Məhkəmə tamamilə eyni rəyi artıq mötəbər sübut kimi qəbul edərək prosessual məcələnin tələbini pozmuşdur. İddianın əsası olan dəymiş ziyanın cavabdeh tərəfindən vurulması və miqdarı ümumiyyətlə məhkəmədə sübut edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
20. Cavabdeh məhkəmə iclasına gəlməmiş, eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Mülki Prosessual Məcəllənin:
-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri qətnamənin iddianın təmin edilmiş hissəsində ləğvinə və iddianın rədd edilməsinə yönəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən tikinti işlərinin aparılması zamanı iddiaçının qanuni sahibliyində olan “Şabran çay Qum-Çınqıl” karxanasına zərər dəymiş, dəymiş zərərlə bağlı tərəflər arasında xx.xx.2020 ci il tarixdə akt imzalanmış, vurulmuş ziyanın nədə ifadə olunması (30 ədəd bar ağacı, karyerə gedən yolun bərpa edilməsi (212 m), drabilka ətrafında maşınların hərəkət zolağı və işçilərin hərəkəti üçün qırmadaş tökülməsi və kipləşməsi, 2 ədəd 4x4x1,7 m ölçüləri olan su rezervuarının dəmir-betondan tikilib təhvil verilməsi, ərazidə olan və mülkiyyətçiyə məxsus metal vaqonun bərpa edilməsi (altının metal listi, tavanın üzlüyü, metal qapı), tualetin bərpası (altı taxta, yanlar nazik dəmirdən), elevatorun qolunun bərpa edilməsi (altına metal dirək qoyulmaqla qaynaq edib yerinə birləşdirməklə), su çənlərinə gələn xəttin bərpa edilməsi (30 m)) müəyyən edilmişdir.
27. İddiaçıya vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertizalar təyin edilmiş və məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 30 ədəd meyvə tingi ilə bağlı dəymiş zərərin 1127 (667 manat real maddi zərər və 460 manat əldən çıxmış fayda) manat, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə daş karxanasına dəymiş ziyanın 45.575 manat olması müəyyən edilmişdir.
28. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddialara baxılarkən məhkəmə tərəfindən cavabdehin təqsirli hüquqazidd əməl törətməsi, iddiaçıya zərər vurulması faktı və məbləği; eləcə də hüquqazidd əməllə vurulmuş zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir.
29. Tikinti işlərinin aparılması zamanı zərərin vurulmasında cavabdehin təqsirli hüquqazidd əmələ yol verilməsi məsələsinə münasibətdə kolllegiya qeyd edir ki, tikinti işlərini apararkən cavabdeh "xxxx" MMC-nin yaxınlıqda yerləşən özgəsinin qanuni sahibliyində olan daş karxanasının ərazisinə daxil olması, həmin ərazidən tikinti işlərinin aparılması üçün köməkçi sahə qismində (tikinti materiallarının saxlanması və s. üçün) istifadə etməsinin hüquqa zidd və təqsirli (ən azı təqsirin ehtiyatsızlıq formasında) əməl olması açıq-aşkardır.
30. Maddi zərərin məhz cavabdeh tərəfindən vurulmasının müəyyən edilməməsi barədə cavabdehin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tikinti işlərin aparılması nəticəsində iddiaçının əmlakına maddi zərər vurulması faktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmış aktla öz təsdiqini tapır, bundan əlavə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdeh "xxxx" ASC-nin adından akta imza etmiş. ASC-də layihə rəhbəri vəzifəsində işləyən Z.Həsənov aktın öz razılığı ilə imzaladığını, tərəflərindən tikinti işləri aparılarkən iddiaçıya zərər vurulduğunu təsdiq etmişdir. Bununla yanaşı cavabdeh tərəfin nümayəndələri birinci instansiya məhkəməsində verdikləri izahatlarda iddiaçı tərəfindən vurulmuş ziyandan 4.500 manat pul vəsaitinin ödənildiyini bildirmişlər. Bununla bağlı kollegiya cavabdehin nümayəndələrin iddiaçıya dəymiş zərərin bir hissəsinin ödəməsi barədə izahatlarını da dolayısı ilə zərərin cavabdehin tərəfindən vurulması faktının təsdiqi kimi qiymətləndirir.
31. Maddi zərərin məbləğinin sübuta yetirilməməsi barədə apellyasiya şikayətinin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vurulmuş maddi zərərin həcmi tərəflərin imzaladıqları aktla, həmin zərərin aradan qaldırılması üçün çəkilməli olan xərclər və eyni zamanda meyvə tinginin məhv edilməsinə görə əldən çıxmış fayda işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş müvafiq ekspertizaların rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması gedişində sözügedən rəyləri şübhə altına alacaq halların mövcudluğu müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
32. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində cavabdehin əmlakına 45.575 manat məbləğində maddi zərər vurulması iş materialları ilə müəyyən edildiyindən iddiaçı Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən həmin zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1507/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov