Məhkəmə qərarları › İş №2-2(103)-1061/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1061/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1061/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə (ləğv prosesindədir) qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5735/2022 nömrəli qərardadından (hakim Kənan Hüseynov) İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun və faizlərin ödənilməsində artıq ödədiyi 20.173 manat pulun və 210 manat mediasiya xərci kimi ödənilmiş dövlət rüsumunun cavabdeh LPO Cavabdeh ASC-dən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli e-2-2(113)-5735/2022- 015 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli e-2-2(113)- 5735/2022-015 saylı qərardadından şikayət verərək qərardadı ləğv edib, iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni iddia tələbi 2021-ci ildə bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı olmuş və iddia tələbi təmin edilməmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası öz qətnaməsində bildirmişdir ki, həmin iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu deyil, LPO Cavabdeh ASC olmalıdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(103)- 415/2022 saylı qətnaməsi işə əlavə edilibdir). Həmin qətnaməni əsas tutaraq yenidən əsl cavabdeh olan LPO Cavabdeh ASC-yə qarşı iddia qaldırılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-415/2022 saylı qətnaməsinin 3-cü səhifəsinin sonuncu abzasında qeyd edilib ki: “Banklar haqqında” Qanunun “Bankların iflası” adlı X fəslinin sadalanan müddəalarının təhlili göstərir ki, müflis bankların ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu həmin bankların idarə olunması üzrə səlahiyyətləri həyata keçirərkən onun bu funksiyası bankın özünü deyil, onun əvvəlki idarəetmə orqanlarını əvəz etməklə məhdudlaşaraq, heç bir halda qeyd edilən sərhədlərdən kənara çıxa və bankın öhdəlikləri üzrə məsuliyyəti də əhatə edə bilməz. Belə ki, müflis bankların ləğvetmə prosesində olması onların artıq ləğvi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması demək deyil. Başqa sözlə, ləğvetmə prosesində olan banklar hüquqi şəxs kimi mövcudiyyətlərini davam etdirdiklərindən, onlara qarşı irəli sürülən iddialara cavab verməli subyekt də Əmanətlərin Sığortalanması Fondu deyil, məhz bankların özüdür. Xüsusi olaraq vurğulansa, ləğvetmə prosesində olan banklarla əlaqəli meydana gələn hüquq mübahisələrinin tərəfi (subyekti) Bankdır. Odur ki, hazırkı iş üzrə iddia tələbi də cavabdeh kimi Əmanətlərin Sığortalanması Fonduna yox, LPO Cavabdeh ASC-yə qarşı yönəldilməli idi. Bu halda yaranan mübahisənin həlli məqsədilə bankı məhkəmədə qanunun tələbinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondu təmsil edəcəkdir ki, bu da onun cavabdeh olması anlamına gəlmir. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” AR Qanunu ilə onun fəaliyyət istiqamətlərinə aid edilən məsələlər üzrə (ləğvetmə prosesində olan banklardan ayrı və müstəqil qaydada) məhkəmə mübahisəsinin tərəfi kimi çıxış edə bilər ki, həmin Qanun da Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi isə banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.» Beləliklə qanunun tələbi və apellyasiya instansiya məhkəməsinin mövqeyi baxımından məhkəmə xx.xx.2022 -ci il tarixli № e-2-2(113)- 5735/2022 saylı qərardadında istinad etdiyi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbindən irəli gələn müddəa bu işə tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarı yalnız müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı işlərə aiddir. Bu iş üzrə isə hal-hazırda cavabdeh ləğv prosesində olduğundan iş üzrə cavabdeh olmalıdır (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsində də xüsusi vurğuladığı hal). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5735/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5735/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ləğv prosesində olan banka qarşı iddia tələbi irəli sürərək, Bankla onun arasında xx.xx.2014-cü il tarixli 269/13 saylı və 18 iyul 2014-cü il tarixli kredit müqavilələrinin bağlandığını bildirmişdir. İddiaçı tərəf Bank ləğv edildiyi vaxtdan 3 ay müddətində kredit borcunu və hesablanmış faizləri Banka ödədiyini, aldığı kreditin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti olduğundan ödənilən borc və hesablanmış faizlərin Bank tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna ödənilməli olması, Bank tərəfindən Sahibkarlığa Kömək Milli Fondundan aldığı kredit vəsaitlərinin ödənilmədiyindən kreditin vaxtından əvvəl bağlanmasına dair razılığa gəlinərək kreditin və hesablanmış faizlərə görə qalıq qalmış borcunun 162.600 manatını 14 fevral 2017-ci il tarixdə, 162.594 manat borcunu 20 fevral 2017-ci il tarixdə tam ödədiyini və borcunun qalmadığını bildirərək, aldığı kredit borcuna və hesablanmış faizlərə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ləğv olduqdan sonra ödədiyi 20173 manatı Sahibkarlığa Kömək Milli Fonduna Bank tərəfindən verilmədiyindən həmin məbləğin ona borc kimi hesablanması və nəticədə 20.173 manat artıq pul alındığını iddia edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 60.2-ci maddəsinə əsasən banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. Həmin Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; Həmin Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, tələb ləğv prosesində olan banka qarşı yönəldiyindən və bank ləğv edilənədək yaranmış tələb olduğundan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən bu tələbə iddia icraatı qaydasında baxılması mümkün deyil. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi barədə iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamədə məhkəmə iddiaçının irəli sürdüyü tələb üzrə cavabdeh verməli olan hüquqi şəxsin ləğvedici Əmanətlərin Sığortalanması Fondu deyil, ləğv prosesində olan bank olduğu qeyd edilmişdir. Ləğv prosesində olan banka qarşı kreditor tələblərinin qeydə alınması qaydası, müddətləri və bu tələblərə baxılması proseduru isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyindən iddia ərizəsinin icraata qəbulundan imtina edilməklə birinci instansiya məhkəməsinin prosessual pozuntuya yol verdiyinə dair şikayəti əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5735/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5735/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar