Məhkəmə qərarları › İş №2-2(103)-1063/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1063/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1063/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-170/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-170/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, «X3 Stansiyası» MMC və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi elektron qaydada məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq sazişinin bağlandığını bildirmiş və həmin sazişi təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı “kreditor və ipoteka saxlayan” İddiaçı ASC (bundan sonra “Bank” adlandırılacaq), digər tərəfdən cavabdehlər “Kredit alanlar və Zaminlər” Cavabdeh3 MMC və “X3 Stansiyası” MMC, “Zamin və İpoteka qoyan” Cavabdeh2 (bundan sonra “Borclular” adlanacaq) “İpoteka qoyan” Cavabdeh1 MMC arasında bağlanmış 29 avqust 2022-ci il tarixli barışıq sazişində aşağıdakı şərtlər müəyyən edilmişdir:

2. “Bank” ilə “Kredit alanlar”, Cavabdeh3 MMC və “X3 Stansiyası” MMC arasında bağlanılmış 30 Sentyabr 2020-ci il tarixli 108034-1-10839/1/5 saylı və 30 Sentyabr 2020-ci il tarixli 106544-1-13167/1/5 saylı “Kommersiya krediti müqavilə”ləri üzrə “borcluların” Banka xx.xx.2022-ci il tarixinə müştərək qaydada 5,091,011.14 manat məbləğində əsas borc olmaqla, cəmi 5,091,011.14 (beş milyon doxsan bir min on bir, 14) manat və 884,693.21 əsas borc məbləğində olmaqla, cəmi 884,693. (səkkiz yüz səksən dörd min altı yüz doxsan üç, 21) manat borcu müəyyən olunur.

3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisəni aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Cavabdeh3 MMC-nin kredit müqaviləsinə əsasən “Borclular”ın müştərək qaydada X4 2-ci bəndi ilə müəyyən edilmiş 5,091,011.14 (beş milyon doxsan bir min on bir, 14) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka olan ümumi borcu, yəni 5,091,011.14 (beş milyon doxsan bir min on bir, 14) manat məbləği 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 60 ay müddətində hər ayın 30-dan gec olmayaraq ödənilir. - “X3 Stansiyası” MMC-nin kredit müqaviləsinə əsasən “Borclular”ın müştərək qaydada X4 2-ci bəndi ilə müəyyən edilmiş 884,693. (səkkiz yüz səksən dörd min altı yüz doxsan üç, 21) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka olan ümumi borcu, yəni 884,693. (səkkiz yüz səksən dörd min altı yüz doxsan üç, 21) manat məbləği 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 59 ay müddətində hər ayın 30-dan gec olmayaraq ödənilir. Ümumilikdə, Saziş imzalandıqdan sonra Cavabdeh3 MMC-nin kredit öhdəliyi üzrə 5,091,011.14 (beş milyon doxsan bir min on bir, 14) manat və “X3 Stansiyası” MMC-nin kredit öhdəliyi üzrə 884,693. (səkkiz yüz səksən dörd min altı yüz doxsan üç, 21) manat ödənildikdə “Borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və onların “Bank” qarşısında bütün öhdəliklərinə xitam veriləcək. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim ediləcək və ipoteka predmeti yüklülükdən azad olunacaq.

3.1. Cavabdeh3 MMC-nin Ödəniş cədvəli:

1 36000 16 36000 31 76000 46 101000 2 36000 17 36000 32 76000 47 101000 3 36000 18 36000 33 76000 48 101000 4 36000 19 40500 34 76000 49 175500 5 36000 20 40500 35 76000 50 175500 6 36000 21 40500 36 76000 51 175500 7 36000 22 40500 37 101000 52 175500 8 36000 23 40500 38 101000 53 175500 9 36000 24 40500 39 101000 54 175500 10 36000 25 76000 40 101000 55 175500 11 36000 26 76000 41 101000 56 175500 12 36000 27 76000 42 101000 57 175500 13 36000 28 76000 43 101000 58 175500 14 36000 29 76000 44 101000 59 175500 15 36000 30 76000 45 101000 60 145511.14

“X3 Stansiyası” MMC -nin Ödəniş cədvəli: 1 6500 16 6500 31 14000 46 19000 2 6500 17 6500 32 14000 47 19000 3 6500 18 6500 33 14000 48 19000 4 6500 19 7500 34 14000 49 31794 5 6500 20 7500 35 14000 50 31794 6 6500 21 7500 36 14000 51 31794 7 6500 22 7500 37 19000 52 31794 8 6500 23 7500 38 19000 53 31794 9 6500 24 7500 39 19000 54 31794 10 6500 25 14000 40 19000 55 31794 11 6500 26 14000 41 19000 56 31794 12 6500 27 14000 42 19000 57 31794 13 6500 28 14000 43 19000 58 31794 14 6500 29 14000 44 19000 59 8753.21 15 6500 30 14000 45 19000

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada Cavabdeh3 MMC-nin kredit öhdəliyi üzrə 5,091,011.14 (beş milyon doxsan bir min on bir, 14) manat və “X3 Stansiyası” MMC-nin kredit öhdəliyi üzrə 884,693. (səkkiz yüz səksən dörd min altı yüz doxsan üç, 21) manat məbləğində borcun həmin (yəni öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı) günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əmlaklara, yəni: Cavabdeh2 məxsus: - Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2,762,000.00 (iki milyon yeddi yüz altmış iki min) manat, - Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 470.000 (dörd yüz yetmiş min) manat, - Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 560.000 (beş yüz altmış min) manat, Cavabdeh1 MMC-yə məxsus: - Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 507-ci küçə, 9 ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.800.000 (iki milyon səkkiz yüz) manat müəyyən edilməklə tutma yönəldilir. 4.3. “Borclular” bu Sazişin 3-cü bəndində nəzərdə tutulmuş şərtləri lazımınca icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, bu Sazişin 4.2-ci bəndində qeyd edilən əmlaklar ilkin satış qiymətlərinə uyğun olaraq açıq hərracdan satılır, onlar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait ilkin olaraq STR” MMC-nin borc öhdəliyinin ödəniləməsinə yönləndirilir. Borc tam bağlandıqdan sonra satışdan əldə olunun vəsaitin qalıq hissəsi “X3 Stansiyası” MMC-nin kredit öhdəliyinə yönləndirilir. QEYD: “Borclular” bu Sazişin 3-cü bəndində nəzərdə tutulmuş şərtləri lazımınca icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, yəni gecikmənin yarandığı gündən sonra növbəti gündən başlayaraq borclular və ipoteka qoyanlar 30 gün ərzində (bu Sazişin 4.2-ci bəndi üzrə) bildirdikləri hər hansı əmlakı satın almazsa və ya ilkin satış qiyməti həddində borcu ödəməzsə, imtina edilmə barədə cavabın alınmasını gözləməyə ehtiyac qalmır, həmin ipoteka predmetləri açıq hərracdan satılır. Borclular və ya ipoteka qoyanlar bildirdikləri əmlakın ilkin satış qiyməti həddində borcu ödədikdə, həmin əmlak(lar) girovdan azad edilir və ipotekaya xitam verilir. Lakin bu sonuncu şərt banka icarəyə verilən ipoteka predmeti olan əmlak(lar)a şamil edilmir. Banka icarəyə verilmiş əmlak(lar) üzrə ilkin satış qiyməti dəyəri həddində olan borc məbləği yalnız tərəflər arasında qarşılıqlı razılıq əldə edildiyi halda tam ödənilir və sözügedən ipoteka predmeti girovdan azad edilməklə ipotekaya xitam verilir. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının qanununa (bundan sonra mətndə “İcra haqqında” qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Bank”a olan kredit borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqavilələrinə xitam veriləcəkdir.

6. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” qanuna əsasən icra edilir. Məhkəmə iclasında tərəflərin nümayəndələri barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC və cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, «X3 Stansiyası» MMC və Cavabdeh1 MMC tərəfindən bağlanmış və şərtləri yuxarıda göstərilmiş 29 avqust 2022ci il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-170/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırki kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar