Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1067/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh, nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3776/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları
1. Azerbaijan Ground Services” MMC, direktoru X3 şəxsində (bundan sonra “İcarəyə verən” adlandırılacaq) və digər Cavabdeh (“İcarəçi” adlandırılacaq) arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsi bağlanmışdır.
2. Azerbaijan Ground Services” MMC, direktoru X3 şəxsində (bundan sonra “İcarəyə verən” adlandırılacaq) və digər Cavabdeh arasında xx.xx.2025-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi barədə Saziş imzalanmışdır.
3. xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən müvafiq subicarə müqaviləsi üzrə 12 mart 2025-ci il tarixə tərəfinizdən ödənilməmiş icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaala. cəmi borc 4294,68 manat məbləğində pul vəsaitinin 7 gün müddətində ödənilməsinin təmin edilməsi tələb olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaqla, cəmi borc 4294,68 manat məbləğində pul tələbinin və 63 manat dövlət rüsumu əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı MMC ilə subicarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2634” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, subicarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 manat (ƏDV daxil) ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi şəxs qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 13 mart 2025- ci il tarixli 01-02/V-2025-A/52 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2634 nömrəli subicarə müqaviləsi üzrə 12 mart 2025-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaqla, cəmi borc 4294,68 manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçi şəxsin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3776/2025 nömrəli qətnaməsi ilə ddia qismən təmin edilməsi, cavabdеh Cavabdeh 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsi üzrə 3485 manat əsas borc, 115 manat cərimə borcu olmaqla, ümumilikdə 3600 (üç min altı yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 56 (əlli altı) manatının əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi,iddia qalan hissədə təmin edilməsin.
7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimə borcunin silinməsi hissəsində ləğv edliməsini və iddianın rədd edilməsi edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 2013-cü ildən avtovağzal adlanan ticarət mərkəzinin 2634 saylı mağazasında icarəçi kimi fəaliyyət göstərir. 2018-ci ilədək heç bir problem olmadan işləyib, lakin xx.xx.2018-ci ildə 6-cı sırada olan qapıları 13 ay müddətinə təmir üçün bağladılar və bu müddət xx.xx.2019-cü ilədək davam etdi. Direktor müavininin deməsinə görə həmin müddətdə olan borclar 6-cı sıra üçün silinib. Ancaq buna baxmayaraq həmin müddətdə heç olmasa borcun yarısını ödəyin dedilər, biz də ödədik. Borcların silinməsinə baxmayaraq bunlar hamısı onun üzərinə 150 manat borc miqdarında yazılıb. Bundan az müddət sonra xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək, 14 ay pandemiya müddətinə-pandemiya dövrü başlandı. Demək olar ki, ticarət mərkəzində işlər tamamilə dayandı onlar aylarla yer pulunun gecikməsinə, yaxud da tam ödəmədiyimiz halda onlar bizim qapılarımızı bağlamayaraq işimizə xitam vermədilər. Onlar bunu şüurlu şəkildə edərək onların borclanmağına səbəb oldular. Nəhayət o özü getdikcə vəziyyətin pisləşməsini görüb xx.xx.2023-cü ildə özü işinə xitam vermişdir. Bu zaman onun qarşısına 3485 (üç min dörd yüz səksən beş) manat borc olan xitam ərizəsi qoyulmuşdur. Əgər o kağıza imza etməsə xitam verilməyəcək və borc hər ay eyni qaydada yazılacaq deyildi. Tam əlacsız vəziyyətdə ərizəni imzalaməşdır. Bu hadisədən 2 il müddət keçdikdən sonra 2025-ci iln aprel ayında ona xəbərdarlıq məktubu gəldi ki, adına 3485 (üç min dörd yüz səksən beş) manat borc, üstəlik 809,68 manat məbləğində cərimə yazılıb. Əgər ödəməsə onu məhkəməyə verəcəklər. Onun adına əsassız olaraq yazılmış borc məbləğlərini, 2 il müddət ərzində xəbərdar edilmədən adına yazılan cərimə məbləğini heç cür ödəmək imkanı yoxdur. Yoldaşı 1-ci qrup əlildir, özü heç bir yerdə işləmir, pensiya almır, yoldaşına baxdığına görə ona 100 manat baxım pulu verilir. Xəstəyə qulluq edir deyə heç bir yerdə işləyə də bilmir. Məhkəmə avtovağzalda həmin dövrdə baş verən vəziyyəti, onun vəziyyətini, pandemiya dövründə baş verənlərlə bağlı aylarla işsiz qalmağını nəzərə almamışdır. Guya yazılan cəriməni azaltmaqla nə olur ki? Onsuz da o cərimə əsassız yazılıb. 2 il ərzində bir dəfə də xəbərdar olunmamışsa , bu cərimə niyə və necə yazılıb? Niyə bu illər ərzində bir dəfə də olsun iddiaçı tərəfindən xəbərdar edilməməyi, yalnız məhkəməyə müraciət etmədən əvvəl formal olaraq xəbərdar edilməyi, həmin dövrdəki (pandemiya dövrü) mövcud vəziyyət, mağazaların işləməməsi və s. kimi hallar məhkəmə tərtəfindən araşdırılm b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh, nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
11. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
17. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
18. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Həmin Məcəllənin
19. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
21. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
22. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Azerbaijan Ground Services” MMC, direktoru X3 şəxsində (bundan sonra “İcarəyə verən” adlandırılacaq) və digər Cavabdeh (“İcarəçi” adlandırılacaq) arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq İcarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “icarə Obyekti”) icarəçiyə icarəyə verməyi və İcarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ğdənişləri ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 34 m2 olan “2634”nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Bu Müqavilə qüvvədə olduğu müddət ərzində İcarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 (bir yüz əlli) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Təqvim ayının tam icarə haqqı bu Müqavilə imzalandıqdan sonra hər ayın 10-undan gec olmamaqla İcarəçi tərəfindən İcarəyə verənin hesabına manatla, köçürmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir.
30. xx.xx.2025-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi barədə Sazişin 1-ci bəndinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 34 kv.metr ölçüsündə olan “2634” nömrəli qeyri-yaşayış sahəsinin (sap mağazası) icarəyə verilməsi barədə tərəflər arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2634 saylı icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilir. Sazişin 6-ci bəndinə əsasən, “İcarəçi” 01 fevral 2018-ci il tarixli, 2634 saylı icarə müqaviləsinə əsasən “lcarəyəverən”ə 3485 manat icarə haqqı borcu olduğunu və borc öhdəliklərinə müqavilədə göstərilmiş “lcarəyəverən”in bank hesabına ödəniş etdikdən sonra xitam verildiyini qəbul edir.
31. 05 sentyabr 2023-cü il tarixli İcarə obyektinin (qaytarılması) təhvil-təslim aktına əsasən, 01 fevral 2018-ci il tarixli, “2634” nömrəli icarə müqaviləsinə dair “İcarəçi”nin işlərinin yaxşı getmədiyi və müflis səbəbi ilə - Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq ve Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzin 2-ci mərtebəsində yerleşən ümumi sahəsi 34 kv.m olan "2634" nömrəli qeyriyaşayış sahəsini icarəyə verənə qaytarır, lcarəyə verən isə qəbul edir. Qaytarılarkən icarə sahəsinin cari vəziyyəti pəncərələrin vəziyyəti, döşəmənin vəziyyəti, tavanın vəziyyəti, divarların vəziyyəti, qapının vəziyyəti yaxşı vəziyyətdə olmuş, elektrik cihazları isə elektrik sayğacı və elektrik xətləri mövcud olmuşdur. İcarəçinin İcarəyəverənə 3485 manat borcu vardır.
32. 13 mart 2025-ci il tarixli 01-02/V-2025-M/58 nömrəli maliyə arayışına əsasən, Cavabdeh 2634 nömrəli müqavilə üzrə İcarəyə verənə icarə haqqı borcu 3485 manat, ona hesablanmış cərimə borcu 809,68 manat olmaqla yekun borc məbləği 4294,68 manat təşkil edir.
33. 26 may 2023-cü il tarixli, 3-21-3/2-6847/2023 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Təmirtikinti işlərinin aparılmasına və sahənin ikinci əldən icarəyə verilməsinə razılıq verilməsi barədə məktuba əsasən xx.xx.2023-cü il tarixli, 3439 nömrəli icarə müqaviləsi əsasında icarəyə götürülən 13754,4 kv.m. qeyri-yaşayış sahəsində müəyyən tikinti norma və qaydalarına uyğun olaraq həyata keçiriləcək təmir-tikinti işlərini aidiyyəti icra orqanları ilə razılaşdırmaqla öz vəsaitləri hesabına, gələcəkdə icarəyəverəndən tələb etməmək şərti ilə aparılmasına etiraz etmədiklərini bildirmişlər.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi barədə Sazişdə və 05 sentyabr 2023-cü il tarixli İcarə obyektinin (qaytarılması) təhvil-təslim aktında cavabdeh cəmi 3485 manat icarə haqqı borcu olduğunu qəbul etmişdir. Təhvil-təslim aktının əlacsız vəziyyətdə imzaladığını bildirsədə, bununla bağlı halların əsaslandığı sübutları iş materillarına əlavə etməmişdir. Həmçinin cavabdeh xitam sazişi və təhvil-təslim aktında imzanın ona məxsus olduğunu, sənədləri imzalayarkən hədə-qorxu və ya aldatma halları olmadığını bildirmişdir. Cavabdeh icarə haqqının işləmədikləri pandemiya dövrünə və aylıq icarə haqqını 75 manata razılaşdıqları təmir işləri getdiyi vaxtlara da tam hesablandığını bildirmişdir. Halbuki, maliyyə arayışına əlavə edilmiş cədvəldən aydın olur ki, 2020-2021-ci illərdə pandemiya dövründə cavabdehə icarə haqqı hesablanmamışdır. Bundan başqa cavabdeh 2018-ci ildə təmir işləri görüldüyü vaxt icarə haqqını 75 manata iddiaçı ilə razılaşmaları olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.
35. Apellyator cərimə borcunun əsassız yazıldığını, cərimə borcundan xəbərdar olmadığını qeyd etsədə, kollegiya qeyd edir ki, cavabdeh əsas borcun olması barədə məlumatlı olmuşdur. İddiaçı isə cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə cərimə tələb etməyə haqlıdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 809,68 manat cərimə borcu iddia edilsədə, cavabdehin maliyyə vəziyyətini nəzərə alaraq ədalətli və ağlabatan məbləğ 105 manat cərimə hesablanmışdır.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3776/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.