Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1068/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı tələbin girova yönəldilməsinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3519/2021-ci il tarixli 05.08.2021-ci il tarixli qərardadından (hakim Emin Əliyev) Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 57546,76 manat – bundan 50000 manat əsas, 750 manat faiz, 3916,66 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2880,10 manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ləğv prosesində olan LPO İddiaçı ASC-nə qarşı tələbin girova yönəldilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Filial və Bank arasında imzalanmış saxlanc müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq, təminatın həyata keçirilməsini, bankın cavabdehə və filiala qarşı kredit borcu tələbinin girova yönəldilməsini və 57546,76 manat məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 60000 manat məbləğində pul vəsaitinin hesabına ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-3519/2021 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmış, Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına hazırkı tələblərlə iflas proseduru çərçivəsində iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. Cavabdehlər həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qarşılıqlı iddianın kreditor və ya pul tələbi ilə heç bir əlaqəsi yoxdur, iddiaçı tərəfindən verilmiş kredit Mülki Məcəllənin tələblərinə uyğun olaraq girovla təmin edilmişdir və cavabdehlər tərəfindən kredit borcu ödənilmədiyi halda, tərəflər arasında imzalanmış Saxlanc Müqaviləsinin şərtlərinə uyğun olaraq, təminat həyata keçirilərək, iddiaçının cavabdehlərə qarşı kredit borcu tələbi həmin girova yönəldilməlidir. Beləliklə, cavabdehlərin Banka qarşı heç bir pul tələbi mövcud deyil və tələbin mahiyyəti təminatın həyata keçirilməsindən və girova yönəldilməsindən ibarətdir. Əlavə olaraq, qaldırılmış qarşılıqlı iddiada girovun geri qaytarılması və ya Bank tərəfindən cavabdehlərə pulun ödənilməsi tələb olunmur. Qarşılıqlı iddianın mümkünlüyü barədə məhkəmə təcrübəsini məhkəmənin diqqətinə çatdırmaq istəyirlər. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında qeyd olunur ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3519/2021 saylı, 16.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 08.09.2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı barədə xəbərdar edilsə də, iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-3519/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı halda cavabdehlər tərəfindən ləğv prosesində olan banka qarşı qarşılıqlı iddia tələbi irəli sürülmüşdür. Qarşılıqlı iddianın əsası kimi istinad edilmiş 18.04.2018-ci il tarixli “Saxlanc müqaviləsi” və əlavə edilmiş digər sənədlərdən görünür ki, hazırkı adı Cavabdeh2 Şirkəti olan keçmiş “X2” şirkəti ilə İddiaçı ASC arasında 18.04.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq banka pul vəsaitinin girov qoyulması barədə müqavilə bağlanmışdır Qarşılıqlı iddia ərizəsində bankın kredit borcu ilə bağlı tələbinin 60000 manat məbləğində pul girovuna yönəldilməsi xahiş olunur. Tələbin girova yönəldilməsi kreditoru vəzifəsi deyil, hüququ olduğundan cavabdehlər qarşılıqlı iddiada belə bir tələb irəli sürməklə faktiki olaraq Cavabdeh2 Şirkətinin bankda girovda saxlanılan pul vəsaiti ilə LPO olan İddiaçı ASC-nə olan kredit borcunun əvəzləşdirilməsini, bununla da tərəflərin öhdəliklərinə qarşılıqlı olaraq xitam verilməsini xahiş edirlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlərin ləğv prosesində olan banka qarşı qarşılıqlı iddia ərizəsində irəli sürdükləri öhdəliklərin vəvəzləşdirilməsi ilə bağlı tələbə mülki craat qaydasında baxılması mümkün olmadığından iddianın qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-3519/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2-2(113)-3519/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1068/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1068/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver