Məhkəmə qərarları › İş №2-2(103)-1069/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1069/2024

21.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1069/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Şirinovun sədrliyi və məruzəsi ilə, X12 və X2 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-209/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14550 manat məbləğində pul vəsaitinin və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-209/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-209/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AZ/PİP-S/17/0005 nömrəli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və X3 istifadəsində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, e 23/2, mənzil 1, 4, 5-də yerləşən ticarət obyekti təminat altına alınmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 istifadəsində olan mənzildən X3 istifadəsində olan Sumqayıt şəhəri, 30- cu məhəllə, ev 23/2, mənzil 1, 4, 5-də yerləşən ticarət obyektində yerləşən daşınar əmlaka su axması nəticəsində maddi ziyan dəymişdir, baş vermiş hadisə nəticəsində 14550 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaya tələb hüququmuzun əsasını təşkil edən 5 saylımənzil-kommunal istismar sahəsinin mühəndisi X1, sahə ustasıX10, “Mem” mağazasının baş satıcısı X9 tərəfindən imza edilmiş 11 aprel 2017-ci il tarixli akt təqdim edilmişdir. Həmin aktdan görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 2/23-ün 1, 4 və 5 saylımənzillərində yerləşən “Mem” mağazasının satıcıları xx.xx.2017-ci il tarixdə saat 09:00- da mağazaya daxil olarkən mağazanın hər tərəfinə suyun axmasının şahidi olmuş, həmin vaxt mənzillərə suyun axıdılması barədə 5 saylımənzil-kommunal istismar sahəsinə məlumat verilmiş, 5 saylımənzil-kommunal istismar sahəsinin rəhbərliyi tərəfindən su axıdılan mənzillərə texniki baxış İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14550 manat məbləğində pul vəsaitinin və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 209/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində deliktin törədilməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. keçirilmiş və məlum olmuşdur ki, 30-cu məhəllə, ev 2/23, mənzil 8-də mənzil sahibi həmin axşam mənzildə olmamış və mənzilin su otağından su borusu zədələnmişdir. Nəticədə axan sular evin 1, 4 və 5-ci mənzillərinə axaraq, mənzillərdə olan əşyaları istifadəsiz hala salaraq mənzillərə böyük ziyan və zərər vurmuşdur. Sonradan Cəmiyyətə xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə baş varmiş oğurluq hadisəsi ilə bağlı mənzilin sahibi, hazırkı iş üzrə Cavabdeh1 şikayəti əsasında Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılması və həmin araşdırma zamanı xx.xx.2017-ci il tarixdə X3 istifadəsində olan ünvan 3, mənzil 1, 4, 5-də yerləşən ticarət obyektində su sızma hadisəsinin baş verməsinin öz təsdiqini tapdığı barədə məlumat daxil olmuşdur. Bundan sonra tərəfimizdən ərizə ilə məhkəməyə müraciət edilərək, iddia ərizəsinin geri qaytarılması xahiş edilsə də, məhkəmə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Sumqayıt Şəhər Polis İdarəsində aparılmış araşdırmadan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli dindirmə zamanı Sumqayıt şəhəri, 1-ci mkr, ev 13/31, mənzil 7-də qeydiyyatda olmaqla yaşadığını, 30-cu məhəllə, ev 2/23, mənzil 8 ünvanında yerləşən mənzilin özünə məxsus olduğunu, 2017-ci il tarixdə özünə məxsus həmin mənzildə yerləşən taxta dolabda olan qızıl-zinət əşyalarının olmadığını, xx.xx.2023-cü il tarixdə özünə məxsus olan mənzildən “Mem” geyim mağazasına su axması nəticəsində dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 14.5000 manat məbləğində pulun ödənilməsi tələbinə dair məktub daxil olduğunu, həmin məktubu “Mem” mağazasının müdiri Mehriban xanıma göndərdiyini, Mehriban xanımın da ona səsli mesaj göndərərək yaşadığı ünvandan onun mağazasına su axdığını, onun işçilərinin eyvanın şüşəsini sındıraraq mənzilə daxil olduqlarını, işçilərin borunu təmir edərək çıxdıqlarını, qızıl-zinət əşyalarının Mehriban xanımın işçiləri tərəfindən götürüldüyünü düşündüyü üçün polisə müraciət etdiyini göstərmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş X8 da öz ifadəsində 2017-ci ilin aprel ayında Türkiyə Cümhuriyyətindən qayıtdığı zaman mağazaya gəldiyini, mağazanın bitişik olduğu 30-cu məhəllə, ev 2/23, mənzil 8 ünvanında yerləşən mənzildən su axması nəticəsində mağazanın 2-ci və 1-ci mərtəbələrində olan geyimlərin habelə mağazanın içinin yararsız hala düşdüyünü, hadisə ilə bağlı sığorta şirkətinə müraciət etdiyini, yarana biləcək yanğın hadisəsinin qarşının alınması üçün 8 saylımənzilin eyvanının şüşəsini sındıraraq mənzilə daxil olduqlarını, içəri daxil olub hamam otağına keçdiklərini, otağın qapısının açıq olduğunu, sanitar qovşaqda duşun rezin hissəsinin partladığını, həmin yerdən yüksək təzyiqlə su gəldiyini, evin döşəməsinin taxtasının çürümüş vəziyyətdə olduğunu, işçilərinin suyu ümumi xətdən bağlayaraq evdən çıxdıqlarını göstərmişdir. Beləliklə, həm Cavabdeh1, həm də X3 Sumqayıt Şəhər Polis Şöbəsində verdikləri izahatlardan xx.xx.2017-ci il tarixdə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən su axması nəticəsində Sumqayıt şəhəri, 30-cu məhəllə, e 23/2, mənzil 1, 4, 5-də yerləşən ticarət obyektinə zərər dəydiyi müəyyən edilir və Mülki Məcəllənin 1111.2-ci maddəsinin tələblərinə əsasən (zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir) Cavabdeh1 tərəfindən deliktin törədilməsi, X4 məxsus ticarət obyektinə zərər dəyməsi öz təsdiqini tapır. İddiaçı ASC tərəfindən dəymiş zərər 15800 (on beş min səkkiz yüz) manat məbləğində qiymətləndirilmiş (müvafiq hesabat iddia ərizəsinə əlavə edilmişdir) 800 (səkkiz yüz) manat şərtsiz azadolma məbləği və 450 (dörd yüz əlli) manat sığorta haqqı çıxıldıqdan sonra 14.500 manat məbləğində sığorta ödənişi edilmişdir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. Sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirir (Azərbaycan Respublikası Mülki Məcəlləsi 914.1 və 914.2-ci maddələr) və sığortaçının dəymiş zərəri qeyd edilən məbləğdə qiymətləndirərək, sığorta ödənişini etməsi də tamamilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilənlər iddiaçının tələbinin Mülki Məcəllənin istinad edilən normalarının tələblərinə müvafiq qaydada yarandığını və məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədən iddianın təmin edilməməsi barədə nəticəyə gəldiyini deməyə əsas verir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

9. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

10. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

11. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

12. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. İşin müəyyən edilən halları ondan ibarətdir ki, əmlakın yanğından və digər əlavə risklərdən sığortası barədə AZ/PİP-S/17/0005 nömrəli xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən 1, 4 və 5-ci mənzillər (“Mem” geyim mağazası) ümumilikdə 415 750 manat sığorta məbləği həddində əmlakın yanğından və digər əlavə risklərdən sığortası qaydasında sığortalı X8 tərəfindən sığortalanmışdır. 11 aprel 2017-ci il tarixdə X8 ona məxsus obyektə subasma nəticəsində zərər dəydiyi barədə iddiaçıya ərizə ilə müraciət etmiş, xx.xx.2017-ci il tarixli hadisə barədə məlumat aktı ilə iddiaçının əməkdaşı Əliyev Rasim hadisəyə səbəbin üçüncü mərtəbədən axmış su olduğunu göstərmiş, dəymiş zərərin xx.xx.2017-ci il tarixli ilkin hesabatına görə ümumi zərər 15800 manat qiymətləndirilmiş, 25 may 2017-ci il tarixli 845 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydə isə subasma nəticəsində dəymiş zərər 22023 manat göstərilmişdir. 23 iyun 2017-ci il tarixli 1387/FS/Fİ-016/2017 nömrəli sığorta aktı ilə xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 15800 manat müəyyən edilmiş, 800 manat azadolma məbləği və 450 manat sığorta haqqı çıxıldıqdan sonra sığorta ödənişi 14550 manat təyin edilmiş və 23 iyun 2017-ci il tarixli 4693 nömrəli ödəniş tapşırığı əsasında sığortalı X3 bank hesabına köçürülmüşdür.

21. İddiaçı 5 saylı mənzil-kommunal istismar sahəsinin 11 aprel 2017-ci il tarixli aktına istinad etməklə zərərvuran şəxsin Cavabdeh1 olduğunu, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 və Sumqayıt Şəhər İcra Hakimiyyətinin su və kanalizasiya xətlərinə nəzarət həyata keçirmədiyini əsas gətirərək 14550 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb etmişdir.

22. İddiaçının məhkəməyə təqdim etdiyi 5 saylı mənzil-kommunal istismar sahəsinin mühəndisi X1, sahə ustası X10, “Mem” mağazasının baş satıcısı X9 tərəfindən imza edilmiş 11 aprel 2017-ci il tarixli aktdan görünür ki, 30-cü məhəllə, ev 2/23-ün 1, 4 və 5 saylı mənzillərində yerləşən “Mem” mağazasının satıcıları xx.xx.2017-ci il tarixdə saat 09:00-da mağazaya daxil olarkən mağazanın hər tərəfinə suyun axmasının şahidi olmuş, həmin vaxt mənzillərə suyun axıdılması barədə 5 saylı mənzil-kommunal istismar sahəsinə məlumat verilmiş, 5 saylı mənzil-kommunal istismar sahəsinin rəhbərliyi tərəfindən su axıdılan mənzillərə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, 30-cu məhəllə, ev 2/23, mənzil 8-də mənzil sahibi həmin axşam mənzildə olmamış və mənzilin su otağından su borusu zədələnmiş, nəticədə axan sular evin 1, 4 və 5-ci mənzillərinə axaraq, mənzillərdə olan əşyaları istifadəsiz hala salaraq mənzillərə böyük ziyan və zərər vurmuşdur.

23. Cavabdeh1 məhkəməyə təqdim etdiyi 5 saylı mənzil-kommunal istismar sahəsinin mühəndisi İlkin Quliyev, sosial işçisi Sevda Məmişova, 30-cü məhəllə, ev 2/23, mənzil 8-də yaşayan Cavabdeh1, sakin Esmira İbrahimova və sakin Elçin Nurəddinov tərəfindən imza edilmiş 27 iyul 2023-cü il tarixli aktdan görünür ki, 30-cü məhəllə, ev 2/23ün 8-ci mənzilinə baxış keçirilərkən müəyyən olunur ki, mənzilin mətbəx, dəhliz və vanna otağına qeyri-müəyyən vaxtda yuxarı mərtəbələrdən su axmışdır. Divarda olan sumaqdakı və divar kağızlarındakı su ləkələrindən suyun mənzilə yuxarı mərtəbədən keçərək axması müəyyən olunur.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4574/2023 nömrəli qərardadı ilə təyin edilmiş kompleks məhkəmə-iqtisad və mühəndis-texniki ekspertizalarının 24 may 2024-cü il tarixli 3-16-16/1-10/8255-9/8600 nömrəli ekspert rəyindən görünür ki, 1, 2 və 5 saylı mənzillərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki: – mənzil faktiki olaraq qeyri-yaşayış sahəsidir və mağaza kimi istifadə olunur. ünvan 3 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillərin tikililərinə baxış keçirilən zamanı, tikililərin tam təmirli vəziyyətdə olduğu və su sızmaya aid hər hansı bir qüsurların olmadığı müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən 8 saylı mənzillə baxış keçirilən zamanı mənzilin dəhliz tikilisinin tavan və divarları üzərində su sızmaya aid (divar kağızının qopması və tavanın üzərində sarımtıl su ləkələri) qüsurların olduğu müəyyən edilmişdir. – Ekspertiza tərəfindən qeyd olunur ki, mərtəbəarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə baş verə bilər: boru xətlərində yaranan qəzadan; sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan; kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxajlanmadan; yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən; mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s. – 1, 4, 5 saylı mənzillərə su sızmasının səbəbini müəyyən etmək üçün tədqiq olunan mənzilin üzərində yerləşən, cavabdehin 8 saylı mənzilinə baxış keçirilməsi təşkil olunmuşdur. Baxış zamanı həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 1, 4, 5 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. – ünvan 3 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə oluduğunan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış keçirilən zamanı cavabdehə məxsus 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin olduğu müşahidə olunmuşdur. ünvan 3 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə oluduğunan (ilkin vəziyyətdə saxlanmadığından) eləcə də. 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin olduğunu nəzərə alaraq, cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. – Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq aparılmış tədqiqatla, ünvan 3 ünvanında yerləşən 1, 4, 5 saylı mənzillər (qeyri-yaşayış sahəsi) təmirli vəziyyətdə oluduğundan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmamasını dəqqiqliklə müəyyən etmək mümkün olmamışdır. Baxış keçirilən zaman cavabdehə məxsus 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrinin müşahidə olunmuşdur.

25. Məhkəmə qeyd etmişdir ki, 11 aprel 2017-ci il tarixli akt tərtib edilərkən hadisə nəticəsində zərər vurulan 1, 4 və 5 saylı mənzillərə baxış keçirilmiş, 8-ci mənzilin mülkiyyətçisinin iştirakı təmin edilməmişdir. Həmçinin baxış keçirilmədiyi halda, hadisənin baş verməsinin 8-ci mənzilin su otağında su borusunun zədələnməsi nəticəsində olması qənaətinə gəlinməsinin əsasları da aktda əks olunmamışdır. Belə ki, üst mərtəbədən suyun axmasının müşahidə olunması birmənalı şəkildə həmin suyun üst mərtəbədə yaşayan şəxsin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində axması qənaətinin formalaşması üçün kifayət deyildir. Məhz ekspert rəyindən də göründüyü kimi, su sızması boru xətlərində yaranan qəzadan, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən baş verə bilər. Göründüyü kimi, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilmə su sızmasının baş verməsinin yalnız bir səbəbidir.

26. Həmçinin aparılmış ekspert tədqiqatı ilə 8 saylı mənzilin tavanı və divarları üzərində su sızma (sarımtıl) ləkələrin olduğu müəyyən edilmiş, cavabdehə məxsus 8 saylı mənzildən suyun axıdılıb-axıdılmaması dəqiqliklə təsbit edilə bilməmiş, həyata keçirilmiş eksperiment zamanı (8 saylı mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə) 1, 4 və 5-ci mənzillərin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır.

27. Qeyd edilənlər onu deməyə əsas verir ki, hazırda Cavabdeh1 münasibətdə mülki hüquq pozuntusunun tərkibi – hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsir iş materialları ilə təsdiq edilmir.

28. Digər cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 münasibətdə isə göstərilməlidir ki, X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 tələb hüququnun yaranması da iş materialları ilə təsdiqlənmir.

29. Belə ki, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi olan balans mənsubiyyəti sərhəddi aktı hazırda mövcud deyildir. Nəzərə alınmalıdır ki, STKM yalnız balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən sənəd isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014- cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən aktdır. Belə bir akt olmadan, subasmanın baş vermə nöqtəsində balans mənsubiyyətini aydınlaşdırmadan isə subasma ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 maddi məsuliyyət müəyyən etmək mümkün deyildir.

30. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı hissədə isə göstərilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə vətəndaşların öz hesabına və müqavilələr əsasında yaşayış məntəqələrinin elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək, müvafiq ərazidə müəssisə və təşkilatların inşa etdikləri elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının tikintisinə dair rəy vermək, əhalinin yanacaqla təmin olunması üçün tədbirlər görmək (4.5.11); “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhərin, rayonun su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı üzrə regional sxemləri hazırlamaq və təsdiq etmək, su təchizatı və kanalizasiya müəssisəsinə müəssisənin xidməti zonasının hüdudlarından kənarda fəaliyyətini həyata keçirməsinə səlahiyyət vermək, müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna, tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına, su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə icazə vermək, su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə və tikintisinə razılıq vermək (4.5.12); su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görmək (4.7.11); tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq (4.11.10) aid edilmişdir.

31. Göründüyü kimi, 11 aprel 2017-ci il tarixli subasma, ümumiyyətlə, işin halları ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri arasında hər hansı əlaqə mövcud deyildir. Belə ki, iddiaçının irəli sürdüyü iddianın faktiki əsası hadisənin yerli icra hakimiyyətinin hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini istisna edir.

32. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-209/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar