Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-107/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-506/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Qaçaq Nəbi küçəsi, 9e ünvanında yerləşən qeyri-yaşayış binasına (abonent kodu: **********00000) Cavabdeh İB tərəfindən qaz sərfiyyatının bərpa edilməsi üçün hesablanmış 3024 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 2504/2019 saylı qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Qaçaq Nəbi küçəsində yerləşən 9e nömrəli qeyri-yaşayış binası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən ididiaçının xüsusi mülkiyyətindədir və həmin ünvanda quraşdırılmış qaz sayğacı da onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan sözügedən ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sonradan məlum olmuşdur ki, guya bu ünvanda quraşdırılmış qaz sayğacının düzgün işləməməsi əsas gətirilərək akt tərtib olunmuş, burada quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və itirilmiş qaz sərfiyyatının bərpa edilməsinə görə 3024 manat məbləğində əsassız borc yazılmışdır. İddiaçı qeyd edir ki, qaz sayğacı obyektdən kənarda, yol qırağında açıq ərazidə yerləşdiyi üçün həmin sayğacda yarana bilən problemlərdən ötrü heç bir halda cavabdehlik daşımamalıdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, akt onun iştirakı olmadan tərtib edilmiş və aktı yalnız Cavabdeh İB-nin əməkdaşları imzalamışdırlar. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-506/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3024 manat (üç min iyirmi dörd manat) məbləğində borcun silinməsi, iddianın verilməsinə görə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-506/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanılmış müqavilənin 4.3-cü bəndində istifadə olunacaq qaz qurğuları göstərilmiş və həmin qurğulardan istifadə olunacağı razılaşdırılmışdır. Belə ki, nəzərdə tutulan cihazlar Kombi - 1 ədəd, su qızdırıcı - 1 ədəd, PQ-4 - 2 ədəd, kürə - 1 ədəd göstərilmişdir. Lakin Birliyin nümayəndələri İddiaçı məxsus qeyri-yaşayış sahəsində müqavilədə nəzərdə tutulmayan əlavə qaz cihazlarından istifadə olunduğunu müəyyən etmişlər. Qeyri-yaşayış sahəsində heç bir razılaşma olmadan əlavə quraşdırılmış cihazlar PQ-6 Restoran tipli - 6 ədəd, kombi 24 və 28 kv 1 ədəd, QSQ 24 LİTRLİK 1 ədəd, kürə iki girişli (1+1) 1 ədəd aşkarlanaraq müvafiq qaydada xx.xx.2018-ci il tarixli, ******* saylı aktla aktlaşdırılmışdır. Göründüyü kimi İddiaçı qaz təchizatı haqqında qanunun tələblərini kobud sürətdə pozaraq heç bir razılaşma olmadan əlavə qaz cihazları quraşdırmışdır. Müqavilədə nəzərdə tutulan cihazlar həmin müəssisəyə quraşdırılmış qaz sayğacının ölçmə qabiliyyətinə tam uyğun olduğundan G-6 tipli qaz sayğacı quraşdırılmış və həmin sayğacın maksimal ölçmə gücü 10 m3/saatdır. Lakin həmin müəssisədə heç bir razılaşma olmadan quraşdırılmış cihazların saatlıq qaz sərfi 17 m3/saatdır. Belə olduğu halda qaz sayğacı sayğacdan keçən qazın tam şəkildə qeydiyyatını apara bilmir və Birliyə ziyan dəymiş olur. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə cihazların olması və qaz xəttinə qoşulması barədə kifayət qədər sübutlar təqdim edilmiş və iddiaçı da öz çıxışında əlavə cihazların qoşduğunu etiraf etmişdir (məhkəmə iclasının video yazışmada baxıla bilər). Birlik tərəfindən tərtib edilmiş aktda sayğacdan kənar qaz xəttinə qoşulma haqqında heç bir irad olmamış, müqavilədə nəzərdə tutulmayan və qaz sayğacının ölçmə gücündən artıq cihazların qoşulması barədə iradlar olmuşdur. Bundan əlavə məhkəmə Birlik tərəfindən hesablanmış borcu silərkən iddiaçının qanunsuz hərəkətlərinin davam etməsinə şərait yaratmışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-506/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 3214-10-17 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini paylayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən İddiaçı oğluna məxsus qeyri-yaşayış sahəsinə maksimal saatlıq qaz sərfi 1x3.2 kub m. olan 1 ədəd kombi su qızdırıcısı, maksimal saatlıq qaz sərfi 1x1.0 kub m. olan 1 ədəd su qızdırıcı, 2 ədəd maksimal saatlıq qaz sərfi 2x1.2 kub m. olan PQ-4, maksimal saatlıq qaz sərfi 1x3.0 kub m. olan 1 ədəd kürə quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən qeyri-yaşayış sahəsində G-6 markalı, İtron tipli qaz sayğacı texniki baxış üçün çıxarılmış, sayğacın elektron və mexaniki göstəriciləri arasındakı fərq 1.9 kub m. olduğu müəyyən edilmiş, sayğacda nöqsan aşkar olunmamış, obyektdə istifadə olunan cihazların 1 saatlıq qaz sərfiyyatının 17 kub m. olduğu aşkarlanmışdır. Həmin akt İddiaçı nümayəndəsi qismində Davidov İlqar adlı şəxs tərəfindən imzalanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsində qaz xəttinin üzərinə quraşdırılmış qaz cihazlarının 1 saatlıq qaz sərfiyyatının 17 kub m. olduğu aşkarlanmış, sayğacın elektron və mexaniki göstəriciləri arasındakı fərqin 1.9 kub m. olduğu müəyyən edilmiş, dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Qeyd edilən akta əsasən, Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx xxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 17 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 15.120 m3qazın dəyərində olması müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, 2018-ci ilin iyul ayında İddiaçı məxsus qeyri-yaşayış sahəsinə 15.120 m3 qaz sərfiyyatına görə 3024 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.7-2.8-ci bəndlərinə görə FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. İşin araşdırılan hallarına əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən qaz qurğularına baxış keçirilərkən “Qazdan istifadə qaydaları”nın pozuntusuna yol verildiyindən, eləcə də cavabdehin iddiaçıya məxsus obyektdə müqaviləyə zidd olaraq əlavə qaz cihazlarının quraşdırıldığını və bunun nəticəsində ona 3024 manat məbləğində maddi ziyan dəyməsini sübuta yetirə bilmədiyindən iddiaçıya hesablanmış 3024 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə xx.xx.2018-ci il tarixli, ******* saylı aktda qeyd edilmiş pozuntuların həqiqətən mövcud olması barədə mötəbər sübut təqdim edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Qanunvericiliyin tələbinə görə iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəməyə bu barədə sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış obyektlərində quraşdırılmış sayğaclarla bağlı aparılmış yoxlamalar hüquqi nəticə doğurmadığı üçün həmin yoxlamalar nəticəsində hesablanmış borcların silinməsi barədə iddia əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-506/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-506/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-107/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-107/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver