Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1070/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: tərəflərin qarşılıqlı mənafeləri, dəbbə pulunun həcmi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3226/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 393- ƏKM nömrəli əsas kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh1 MTK-ya 60 ay müddətinə 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır.
2. "xxxx" ASC ilə Qanuni nümayəndə2 arasında bağlanmış 393-İZG/2 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə görə Qanuni nümayəndə2 əsas kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.
3. "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 393-İZG/3 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə görə Cavabdeh2 MTK əsas kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.
4. "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 MTK-ya dövriyyə vəsaitlərinin artırılması məqsədilə 12 ay müddətinə 150000 manat məbləğində illik 15% ödəmək şərti ilə kredit xətti açılmışdır. Müqavilənin şərtlərinə əsasən Borc alana vəsait 50000 manat və 100000 manat olmaqla 2 tranş üzrə verilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, 9/2946 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 19 may 2023-cü il tarixli 181-KQ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 1-ci tranş üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 53.166,03 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 50.000,0 manat, faiz borcu 3166,03 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTKnın "xxxx" ASC-nə olan borcu 24.609,38 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 23.166,03 manat, faiz borcu 0,0 manat, faiz borcu (5% ilə) 1.443,35 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 24.657,64 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 23.166,03 manat, faiz borcu 0,0 manat, faiz borcu (5% ilə) 1.491,61 manat təşkil edir. Hesabdan çıxarış məlumatları, 19 may 2023-cü il tarixli 1818-KQ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 2-ci tranş üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 104.683,33 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 100.000,0 manat, faiz borcu 4683,33 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 108.516,63 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 100.000,0 manat, faiz borcu 4.683,33 manat, faiz borcu (5% ilə) 3.833,3 manat təşkil edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MTK-nın "xxxx" ASC-nə olan borcu 108.725,0 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 100.000,0 manat, faiz borcu 4.683,33 manat, faiz borcu (5% ilə) 4.041,66 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1-ci tranş üzrə 26958.33 manat əsas, 475.51 manat faiz, 1426.55 manat cərimə olmaqla, cəmi 28860.39 manat borc; 2-ci tranş üzrə 100000 manat əsas, 4625 manat faiz, 11458.33 manat cərimə olmaqla, cəmi 116083.33 manat borc; həmçinin 434.94 manat dövlət rüsumu və 0.65 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış 393-ƏKM nömrəli, xx.xx.2022-ci il tarixli Əsas Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alanlara 60 ay müddətinə 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həmçinin, Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Qanuni nümayəndə2 arasında 393-İZG/2 nömrəli və Cavabdeh2 MTK arasında 393-İZG/3 nömrəli, xx.xx.2022-ci il tarixli Zaminlik Müqavilələri bağlanılmışdır. Daha sonra yuxarıda göstərilən Əsas Kredit Müqaviləsi daxilində Bankla “Cavabdeh1 MTK arasında bağlanmış 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alana dövriyyə vəsaitlərinin artırılması məqsədilə 12 ay müddətinə 150000 manat məbləğində illik 15% ödəmək şərti ilə kredit xətti açılmışdır. Müqavilənin şərtlərinə əsasən Borc alana vəsait 50000 manat və 100000 manat olmaqla 2 tranş üzrə verilmişdir. Əsas və Əlavə Kredit Müqavilələrinə əsasən, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti, eyni zamanda kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, Zaminlik Müqavilələrinə əsasən zaminlər Kredit Müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər tərəfindən müqavilə şərtləri vaxtında yerinə yetirilməmişdir, bununla da müqavilə şərtləri və AR Müki Məcəlləsinin bir sıra müddəaları pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq: 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1-ci tranş üzrə 26958.33 manat əsas, 475.51 manat faiz, 1426.55 manat cərimə olmaqla, cəmi 28860.39 manat borcu; 2ci tranş üzrə 100000 manat əsas, 4625 manat faiz, 11458.33 manat cərimə olmaqla, cəmi 116083.33 manat borcu mövcuddur. Cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında tərəfimizdən həm poçt, həm VÖEN elektron kabinet, həm də elektron məhkəmə sisteminin kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 6-2-22/2- 7794/2025 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti ümumillikdə 144943.72 manat olduğundan, iddia irəli sürülərkən 434,94 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı "xxxx" ASC tərəfindən 434,94 manat dövlət rüsumu və 0.65 manat bank xidmət haqqı ödənilmişdir.
8. İddiaçı xx.xx.2025-ci il tarixə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit müqaviləsinə əsasən, 1-ci tranş üzrə 26958.33 manat əsas, müqavilə müddətindən sonra ödənilməmiş (5%)-lə hesablanmış 984.73 manat faiz, 2954.19 manat cərimə olmaqla, cəmi 30897.25 manat borcun, 2-ci tranş üzrə 100000 manat əsas, müqavilə müddətində ödənilməmiş 958.33 manat, müqavilə müddətindən sonra ödənilməmiş (5%)-lə hesablanmış 5722.22 manat olmaqla, cəmi 6680.56 manat faiz, 17125 manat cərimə olmaqla, cəmi 123805.56 manat borcun, məhkəmə rüsumu kimi ödənilmiş 454.46 manat dövlət rüsumu və 1.05 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3226/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 birgə (müştərək) qaydada birinci tranş üzrə 23166,03 manat əsas borc, 984,73 manat illik beş faizlə hesablanmış faiz borcu, 1000 manat cərimə, ikinci tranş üzrə 100000 manat əsas borc, 958,33 manat faiz borcu, 5722,22 manat illik 5 faizlə hesablanmış faiz borcu, 5000 manat dəbbə pulu, 426,83 manat dövlət rüsumu, ümumilikdə 137258,14 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 27,63 manat dövlət rüsumu və 1,05 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin özünə aid edilmişdir. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MTK və Qanuni nümayəndə2 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 1818-KQ nömrəli, xx.xx.2023- cü il tarixli əlavə kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehlərdən tutulacaq əsas və faiz borclarının məbləğləri 12 iyun 2025-ci il tarixli, 9/2946 saylı ekspert rəyi nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 1818-KQ nömrəli, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən birinci tranş üzrə 2954,19 manat cərimə, ikinci tranş üzrə 17125 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə Mülki Məcəllənin 462.1, 467-ci maddələrinə əsasən tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq olan cərimə məbləği birinci tranş üzrə 1000 manat, ikinci tranş üzrə 5000 manat müəyyən edilməlidir. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla birinci tranş üzrə 984,73 manat, ikinci tranş üzrə 5722,22 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlər tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlib ki, iddiaçının həmin tələbi də əsaslıdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya birinci tranş üzrə 23166,03 manat əsas borc, 984,73 manat illik beş faizlə hesablanmış faiz borcu, 1000 manat cərimə, ikinci tranş üzrə 100000 manat əsas borc, 958,33 manat faiz borcu, 5722,22 manat illik 5 faizlə hesablanmış faiz borcu, 5000 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə (müştərək) qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 426,83 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə (müştərək) qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 27,63 manat dövlət rüsumu və 1,05 manat xidmət haqqı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
11. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 741, 470.1, 472.1, 472.2, 445.1, 445.2, 445.7, 448.1, 448.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh Qanuni nümayəndə2 həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnaməni cavabdehlərdən iddiaçının xeyrinə 6000 manat cərimə borcunun tutulması hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, adıçəkilən mübahisədə məhkəmə iddiaçının tələbini qismən təmin edərək borcun miqdarını mütənasib şəkildə müəyyənləşdirmiş və cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarmışdır. Bildirir ki, sözügedən qətnamənin cərimənin hesablanmasına dair hissədə məhkəmənin gəldiyi qənaətin əsassız olduğu fikrindədir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına əsasən, dəbbə pulunun miqdarının təyini zamanı məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Lakin hazırki iş üzrə məhkəmə iddiaçının tələb etdiyi tənasübsüz surətdə yüksək dəbbə pulunu çox az məbləğdə azaltmışdır. Belə ki, qətnamədə həm kreditorun, həm də borclunun mənafeyi nəzərə alınaraq dəbbə pulunun azaldıldığı qeyd edilsə də, faktiki olaraq zamin qismində onun mənafeyinin lazım olan həddə nəzərə alınmadığını bildirir. Bu səbəbdən dəbbə pulunun miqdarının məhkəmənin təyin etdiyi məbləğdən daha aşağı müəyyən edilməsinin ədalətli olacağı qənaətindədir. AR Mülki Prosessual Məcəlləsinin 385.1.1- ci maddəsi “Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilmiş maddi hüquq normasını düzgün tətbiq etməmiş (AR MM-nin 467-ci maddəsi) və bu, əsassız məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 386-ci maddəsi “Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” Məhkəmə müvafiq maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Qanuni nümayəndə2 ərizə ilə müraciət edərək iclasın səhhətində yaranan problemləri məhkəmə islasında iştirak etməməsinin səbəbi kimi göstərmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi halı təsdiq edən sənədlər əlavə edilmədiyini nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh Qanuni nümayəndə2 qətnamənin dəbbə pulunun məbləği hissəsində mübahisələndirmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı dəbbə pulu tələbinə dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 350.000 manat məbləğində bərpa olunan kredit limiti açılmış, həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən isə cavabdehə iki tranş üzrə cəmi 150.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə digər cavabdehlər Qanuni nümayəndə2 və Cavabdeh2 MTK arasında bağlanmış zaminlik müqavilələrinə əsasən sonuncular əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinə zamin durmuşlar. Hazırda iddiaçı "xxxx" ASC-nin irəli sürdüyü iddia tələbi əlavə kredit müqaviləsi üzrə kredit borcunun, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5 faiz məbləğində faizlərin və dəbbə pulunun əsas borclu və zaminlərdən tutulmasından ibarətdir. Hazırda cavabdeh Qanuni nümayəndə2 məhkəmə tərəfindən cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş dəbbə pulu məbləğini müəyyən edərkən borclunun mənafelərinin nəzərə alınmamasına istinad edir və dəbbə pulunun azaldılmasını tələb edir.
24. Kollegiya əvvəla qeyd edir ki, iddiaçının dəbbə pulu tələbi Mülki Məcəllənin 462.1-ci maddəsinə və mübahisəli müqavilənin 5.4.5-ci bəndinə əsaslanır.
25. Həmin tələblə bağlı kollegiya vurğulayır ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə ödənişlər uzun müddət ərzində dəfələrlə gecikdirilmiş, hazırda kredit müqaviləsi üzrə əsas borcun məbləği kifayət qədər yüksəkdir, digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən cavabdehin 23.166,03 manat əsas borcuna münasibətdə dəbbə pulu məbləği 1.000 manat, 100.000 manat əsas borca münasibətdə isə 5.000 manat məbləğində müəyyən edilmişdir.Yuxarıda göstərilən halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu məbləği həm kreditorun, həm də borclunun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla müəyyən edildiyindən, tutulması qət edilmiş dəbbə pulu məbləği əsas kredit borcu məbləğlərinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından müvafiq olaraq 1-ci tranş üzrə 1000 və ikinci tranş üzrə isə 5000 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3226/2025 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdeh Qanuni nümayəndə2 özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov