Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1076/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə 10 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Tərəvəzçilik Südçülük sovxozu ünvanında yerləşən istixanın qaz sərfiyyatına görə hesablanmış 449550,38 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3905/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır.
3. İddiaçı nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3905/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə Milli Aviasiya Akademiyasında doktorantura imtahanında iştirak etdiyindən, həmin tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3905/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.
7. Maddə 259.0.6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır.
Məhkəmənin mövqeyi
8. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
9. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e e-2-2(113)-3905/2025 nömrəli, xx.xx.2025-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işi baxılmamış saxlayır. (§ 6,7)
11. İşdən görünür ki, İddiaçı iddiası üzrə 5 dəfə-xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025 tarixlərdə hazırlıq iclasları keçirilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş sübutlarla tanış olub münasibət bildirmək və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmək üçün iclasın təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə iclası təxirə salınmışdır. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək xx.xx.2025-ci il tarixli məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Həmin məhkəmə iclası iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında təxirə salınmış, həmçinin 4 aylıq baxılma müddəti başa çatdığına görə işə baxılma müddəti 2 ay uzadılmışdır. Digər məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən iddianın Azərbaycan Respublikası MPM-nin 259.0.6cı maddəsinə əsasən baxılmamış saxlanılması barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
13. İddiaçının nümayəndəsi və vəkili şikayət ərizəsində xx.xx.2025-ci il tarixdə Milli Aviasiya Akademiyasında doktorantura imtahanında iştirak etdiyindən, həmin tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir.
14. Məhkəmə şikayətlə bağlı qeyd edir ki, şikayət ərizəsində məhkəmə tərəfindən hər hansı pozuntuya yol verildiyi əsaslandırılmır. Şikayətdə qeyd edilən səbəblərə görə iddiaçı iclasda iştirak edə bilməmişdisə şikayət ərizəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ərizə ilə məhkəməyə müraciət etməli idi.
15. Eyni zamanda, məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixində Milli Aviasiya Akademiyasında doktorantura imtahanında iştirak etməyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və məhkəməni qabaqcadan məlumatlandırmamışdır.
16. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir.
17. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
19. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3905/2025 nömrəli, xx.xx.2025-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.