Məhkəmə qərarları › İş №2-2(103)-1077/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1077/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1077/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və X5 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, faiz və cərimə borcunun düzgün hesablanmaması, müqavilə müddətinin bitmə tarixinə yaranan borc, cərimə borcunun azaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1nə və X5 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (MMC) arasında xx.xx.2020-ci il tarixdə OnGTC-01737LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin MMC tərəfindən qəbul edilməsi barədə, xx.xx.2021-ci il tarixdə OnGTC-00224951LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmalar imzalanmışdır.

2. Ümumi şərtlər toplusunun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və/və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur.

3. xx.xx.2021-ci il tarixli DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 30 961 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

4. xx.xx.2021-ci il tarixli DCL00224951-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 58 725 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

5. xx.xx.2022-ci il tarixli DCL00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) 12 990 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

6. xx.xx.2022-ci il tarixli DCL00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 10 441 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

7. xx.xx.2022-ci il tarixli DCL00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 10 219 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

8. xx.xx.2022-ci il tarixli DCL00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 5354 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

9. xx.xx.2022-ci il tarixli DCL00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15,5%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 9260 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

10. xx.xx.2021-ci il tarixli DCL00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 15,5%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 5018 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

11. xx.xx.2021-ci il tarixli DCL00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 8484 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

12. xx.xx.2021-ci il tarixli DCL00224951-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) 8680 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

13. xx.xx.2021-ci il tarixli DCL00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 8326 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

14. xx.xx.2021-ci il tarixli DCL00224951-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 16,5%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 82296 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

15. xx.xx.2021-ci il tarixli DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən MMC-nə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək (gündəlik 0,0416%) olmaqla 82121 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

16. İddiaçı ASC ilə X7 arasında bağlanan xx.xx.2021-ci il tarixli DG**********06 saylı zaminlik müqaviləsinə əsasən zamin X7 borc alanın bank qarşısında DCL00224951- 07 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

17. İddiaçı ASC ilə X7 arasında bağlanan xx.xx.2021-ci il tarixli DG**********65 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951- 04 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

18. İddiaçı ASC ilə X7 arasında bağlanan xx.xx.2021-ci il tarixli, DG**********69 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951- 02 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

19. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2021-ci il tarixli, DG**********83 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-03 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

20. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2021-ci il tarixli, DG**********446 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-14 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

21. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2021 -ci il tarixli, DG**********13 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-10 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

22. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2021 -ci il tarixli, DG**********520 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-13 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

23. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2021 -ci il tarixli, DG**********506 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-17 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

24. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********701 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-21 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

25. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********304 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-22 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

26. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********726 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-23 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

27. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli, DG**********751 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-24 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

28. "Paşa Bank” ASC ilə X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli DG**********025 saylı zaminlik müqaviləsinə əsasən zamin - X7 borc alan bank qarşısında DCL00224951-26 saylı kredit üzrə öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

29. xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-01034-2023 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30 961 (otuz min doqquz yüz altmış bir) manat əsas borc, 409,37 (dörd yüz doqquz manat otuz yeddi qəpik) manat faiz borcu, 11 586,29 (on bir min beş yüz səksən altı manat iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 42956,66 (qırx iki min doqquz yüz əlli altı manat altmış altı qəpik) manat (gecikmə günün sayı - 427), DC00224951-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 505,50 (on dörd min beş yüz beş manat əlli qəpik) manat əsas borc, 447,14 (dörd yüz qırx yeddi manat on dörd qəpik) manat faiz borcu, 4766,88 (dörd min yeddi yüz altmış altı manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla cəmi 19 719,52 (on doqquz min yeddi yüz on doqquz manat əlli iki qəpik) manat (gecikmə günün sayı - 429), DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82 121 (səksən iki min bir yüz iyirmi bir) manat əsas borc, 2326,76 (iki min üç yüz iyirmi altı manat yetmiş altı qəpik) manat faiz borcu, 28 322,62 (iyirmi səkkiz min üç yüz iyirmi iki manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 112 770,38 (bir yüz on iki min yeddi yüz yetmiş manat otuz səkkiz qəpik) manat (gecikmə günün sayı - 423), DC00224951-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44 612,48 (qırx dörd min altı yüz on iki manat qırx səkkiz qəpik) manat əsas borc, 6548,73 (altı min beş yüz qırx səkkiz manat yetmiş üç qəpik) manat faiz borcu, 9747,01 (doqquz min yeddi yüz qırx yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 60 908,22 (altmış min doqquz yüz səkkiz manat iyirmi iki qəpik) manat (gecikmə günün sayı - 426), DC00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5856,47 (beş min səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) manat əsas borc, 1208,55 (bir min iki yüz səkkiz manat əlli beş qəpik) manat faiz borcu, 431,04 (dörd yüz otuz bir manat dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 7496,06 (yeddi min dörd yüz doxsan altı manat altı qəpik) manat (gecikmə günün sayı - 413), DC00224951- 13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6443,08 (altı min dörd yüz qırx üç manat səkkiz qəpik) manat əsas borc, 1320,48 (bir min üç yüz iyirmi manat qırx səkkiz qəpik) manat faiz borcu, 435,99 (dörd yüz otuz beş manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8199,55 (səkkiz min bir yüz doxsan doqquz manat əlli beş qəpik) manat (gecikmə günün sayı - 409), DC00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6624,29 (altı min altı yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat əsas borc, 1398,56 (bir min üç yüz doxsan səkkiz manat əlli altı qəpik) manat faiz borcu, 446,90 (dörd yüz qırx altı manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 8469,75 (səkkiz min dörd yüz altmış doqquz manat yetmiş beş qəpik) manat (gecikmə günün sayı - 423), DC00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2589,79 (iki min beş yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 168,37 (bir yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat faiz borcu, 722,99 (yeddi yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3481,15 (üç min dörd yüz səksən bir manat on beş qəpik) manat (gecikmə günün sayı - 427), DC00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6331,07 (altı min üç yüz otuz bir manat yeddi qəpik) manat əsas borc, 656,94 (altı yüz əlli altı manat doxsan dörd qəpik) manat faiz borcu, 1387,84 (bir min üç yüz səksən yeddi manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 8375,85 (səkkiz min üç yüz yetmiş beş manat səksən beş qəpik) manat (gecikmə günün sayı - 423), DC00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4582,35 (dörd min beş yüz səksən iki manat otuz beş qəpik) manat əsas borc, 941,28 (doqquz yüz qırx bir manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 259,32 (iki yüz alli doqquz manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 5782,95 (beş min yeddi yüz səksən iki manat doxsan beş qəpik) manat (gecikmə günün sayı - 409), DC00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9122,24 (doqquz min bir yüz iyirmi iki manat iyirmi dörd qəpik) manat əsas borc, 1929,87 (bir min doqquz yüz iyirmi doqquz manat səksən yeddi qəpik) manat faiz borcu, 518,42 (beş yüz on səkkiz manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 11570,53 (on bir min beş yüz yetmiş manat əlli üç qəpik) manat (gecikmə günün sayı - 423), DC00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9698,97 (doqquz min altı yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat əsas borc, 2038,14 (iki min otuz səkkiz manat on dörd qəpik) manat faiz borcu, 514,97 (beş yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 12252,08 (on iki min iki yüz əlli iki manat səkkiz qəpik) manat (gecikmə günün sayı - 421), DC00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12531,65 (on iki min beş yüz otuz bir manat altmış beş qəpik) manat əsas borc, 2633,40 (iki min altı yüz otuz üç manat qırx qəpik) manat faiz borcu, 631,73 (altı yüz otuz bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 15796,78 (on beş min yeddi yüz doxsan altı manat yetmiş səkkiz qəpik) manat təşkil edir (gecikmə günün sayı - 421).

30. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən MMC-nə və Vüqar Həsənliyə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

31. İddiaçı ASC (iddiaçı) Cavabdeh1nə və X5 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, DCL00224951-02 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 30 961 (otuz min doqquz yüz altmış bir) manat əsas borc, 409,37 (dörd yüz doqquz manat otuz yeddi qəpik) manat faiz borcu, 10 100,17 (on min yüz manat on yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 41 470,54 (qırx bir min dörd yüz yetmiş manat əlli dörd qəpik) manat; DC00224951-03 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 14 505,50 (on dörd min beş yüz beş manat əlli qəpik) manat əsas borc, 447,14 (dörd yüz qırx yeddi manat on dörd qəpik) manat faiz borcu, 4081,49 (dörd min səksən bir manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 19 034,13 (on doqquz min otuz dörd manat on üç qəpik) manat; DCL00224951-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 82 121 (səksən iki min bir yüz iyirmi bir) manat əsas borc, 2326,76 (iki min üç yüz iyirmi altı manat yetmiş altı qəpik) manat faiz borcu, 24 380,81 (iyirmi dörd min üç yüz səksən manat səksən bir qəpik) manat cərimə borcu olmaqla cəmi 108 828,57 (bir yüz səkkiz min səkkiz yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat; DC00224951-07 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 44 612,48 (qırx dörd min altı yüz on iki manat qırx səkkiz qəpik) manat əsas borc, 6548,73 (altı min beş yüz qırx səkkiz manat yetmiş üç qəpik) manat faiz borcu, 7438,31 (yeddi min dörd yüz otuz səkkiz manat otuz bir qəpik) manat cərimə borcu olmaqla cəmi 58 599,52 (əlli səkkiz min beş yüz doxsan doqquz manat əlli iki qəpik) manat; DC00224951-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 5856,47 (beş min səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) manat əsas borc, 1059,22 (bir min əlli doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, 324,62 (üç yüz iyirmi dörd manat altmış iki qəpik) manat cərimə borcu olmaqla cəmi 7240,31 (yeddi min iki yüz qırx manat otuz bir qəpik) manat; DC00224951-13 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6443,08 (altı min dörd yüz qırx üç manat səkkiz qəpik) manat əsas borc, 1156,19 (bir min yüz əlli altı manat on doqquz qəpik) manat faiz borcu, 327,63 (üç yüz iyirmi yeddi manat altmış üç qəpik) manat cərimə borcu olmaqla cəmi 7926,90 (yeddi min doqquz yüz iyirmi altı manat doxsan qəpik) manat; DC00224951-14 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6624,29 (altı min altı yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat əsas borc, 1229,65 (bir min iki yüz iyirmi doqquz manat altmış beş qəpik) manat faiz borcu, 338,55 (üç yüz otuz səkkiz manat əlli beş qəpik) manat cərimə borcu olmaqla cəmi 8192,49 (səkkiz min bir yüz doxsan iki manat qırx doqquz qəpik) manat; DC00224951-17 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 2589,79 (iki min beş yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 168,37 (bir yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat faiz borcu, 604,50 (altı yüz dörd manat əlli qəpik) manat cərimə borcu olmaqla cəmi 3362,66 (üç min üç yüz altmış iki manat altmış altı qəpik) manat; DC00224951-21 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6331,07 (altı min üç yüz otuz bir manat yeddi qəpik) manat əsas borc, 711,37 (yeddi yüz on bir manat otuz yeddi qəpik) manat faiz borcu, 1043,77 (bir min qırx üç manat yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 8086,21 (səkkiz min səksən altı manat iyirmi qəpik) manat; DC00224951-22 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 4582,35 (dörd min beş yüz səksən iki manat otuz beş qəpik) manat əsas borc, 968,01 (doqquz yüz altmış səkkiz manat bir qəpik) manat faiz borcu, 218,84 (iki yüz on səkkiz manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 5769,2 (beş min yeddi yüz altmış doqquz manat iyirmi qəpik) manat; DC00224951-23 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 9122,24 (doqquz min bir yüz iyirmi iki manat iyirmi dörd qəpik) manat əsas borc, 1775,91 (bir min yeddi yüz yetmiş beş manat doxsan bir qəpik) manat faiz borcu, 314,67 (üç yüz on dörd manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 11 212,82 (on bir min iki yüz on iki manat səksən iki qəpik) manat; DC00224951-24 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 9698,97 (doqquz min altı yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat əsas borc, 1868,77 (bir min səkkiz yüz altmış səkkiz manat doxsan yeddi qəpik) manat faiz borcu, 311,79 (üç yüz on bir manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11879,53 (on bir min səkkiz yüz yetmiş doqquz manat əlli üç qəpik) manat; DC00224951-26 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12 531,65 (on iki min beş yüz otuz bir manat altmış beş qəpik) manat əsas borc, 2409,45 (iki min dörd yüz doqquz manat qırx beş qəpik) manat faiz borcu, 382,46 (üç yüz səksən iki manat qırx altı qəpik) cərimə borcu olmaqla cəmi 15 323,56 (on beş min üç yüz iyirmi üç manat əlli altı qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 197 (bir yüz doxsan yeddi) manat dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01737LE/2019 saylı razılaşma imzalanmış, həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 30 961 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00224951LE/2019 saylı razılaşma imzalanmış, həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2021-ci il tarixli DC00224951-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 58725 (əlli səkkiz min yeddi yüz iyirmi beş) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2021-ci il tarixli DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 82121 (səksən iki min bir yüz iyirmi bir) manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021-ci il tarixli DC00224951-07 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 82 296 (səksən iki min iki yüz doxsan altı) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; xx.xx.2021-ci il tarixli DC00224951-10 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 8326 (səkkiz min üç yüz iyirmi altı) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; xx.xx.2021-ci il tarixli DC00224951-13 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 8680 (səkkiz min altı yüz səksən) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; xx.xx.2021-ci il tarixli DC00224951-14 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 8484 (səkkiz min dörd yüz səksən dörd) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2021-ci il tarixli DC00224951-17 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 5018 (beş min on səkkiz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli DC00224951-21 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, 9260 (doqquz min iki yüz altmış) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli DC00224951-22 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 5354 (beş min üç yüz əlli dörd) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli DC00224951-23 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10 219 (on min iki yüz on doqquz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli DC00224951-24 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10 441 (on min dörd yüz qırx bir) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli DC00224951-26 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 12990 (on iki min doqquz yüz doxsan) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan Cavabdeh1 MMC-nin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank ilə X7 arasında DCL00224951-02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********69 saylı zaminlik müqaviləsi, DC00224951-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********83 saylı zaminlik müqaviləsi, DCL00224951-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********65 saylı zaminlik müqaviləsi, DC00224951-07 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********06 saylı zaminlik müqaviləsi, DC00224951-10 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli dG**********13 saylı zaminlik müqaviləsi, DC00224951-13 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021 -ci il tarixli DG**********820 saylı zaminlik müqaviləsi, DC00224951-14 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********446 saylı zaminlik müqaviləsi, DC00224951-17 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********506 saylı zaminlik müqaviləsi, DC00224951-21 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********701 saylı zaminlik müqaviləsi, DC00224951- 22 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********304 saylı zaminlik müqaviləsi, DC00224951-23 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG00224952l4726 saylı zaminlik müqaviləsi, DC00224951- 24 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG00224952l5751 saylı zaminlik müqaviləsi, DC00224951-26 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********025 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə "Paşa Bank” ASC qarşısında öhdəliyi aşağıdakı kimidir: -DCL00224951-02 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 30961 (otuz min doqquz yüz altmış bir) manat əsas borc, 409,37 (dörd yüz doqquz manat otuz yeddi qəpik) manat faiz borcu, 10100,17 (on min yüz manat on yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 41470,54 (qırx bir min dörd yüz yetmişm manat əlli dörd qəpik) manat, gecikmə günü: 371; - DC00224951-03 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 14505,50 (on dörd min beş yüz beş manat əlli qəpik) manat əsas borc, 447,14 (dörd yüz qırx yeddi manat on dörd qəpik) manat faiz borcu, 4081,49 (dörd min səksən bir manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 19034,13 (on doqquz min otuz dörd manat on üç qəpik) manat, gecikmə günü: 373; - DCL00224951-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 82121 (səksən iki min bir yüz iyirmi bir) manat əsas borc, 2326,76 (iki min üç yüz iyirmi altı manat yetmiş altı qəpik) manat faiz borcu, 24380,81 (iyirmi dörd min üç yüz səksən manat səksən bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 108828,57 (bir yüz səkkiz min səkkiz yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat, gecikmə günü: 367; - DC00224951-07 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 44612,48 (qırx dörd min altı yüz on iki manat qırx səkkiz qəpik) manat əsas borc, 6548,73 (altı min beş yüz qırx səkkiz manat yetmiş üç qəpik) manat faiz borcu, 7438,31 (yeddi min dörd yüz otuz səkkiz manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 58599,52 (əlli səkkiz min beş yüz doxsan doqquz manat əlli iki qəpik) manat, gecikmə günü: 370; - DC00224951-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 5856,47 (beş min səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) manat əsas borc, 1059,22 (bir min əlli doqquz manat iyirmi iki qəpik) manat faiz borcu, 324,62 (üç yüz iyirmi dörd manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 7240,31 (yeddi min iki yüz qırx manat otuz bir qəpik) manat, gecikmə günü: 357; - DC00224951-13 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6443,08 (altı min dörd yüz qırx üç manat səkkiz qəpik) manat əsas borc, 1156,19 (bir min yüz əlli altı manat on doqquz qəpik) manat faiz borcu, 327,63 (üç yüz iyirmi yeddi manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 7926,90 (yeddi min doqquz yüz iyirmi altı manat doxsan qəpik) manat, gecikmə günü: 353; - DC00224951-14 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6624,29 (altı min altı yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat əsas borc, 1229,65 (bir min iki yüz iyirmi doqquz manat altmış beş qəpik) manat faiz borcu, 338,55 (üç yüz otuz səkkiz manat əlli beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 8192,49 (səkkiz min bir yüz doxsan iki manat qırx doqquz qəpik) manat, gecikmə günü: 367; - DC00224951-17 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 2589,79 (iki min beş yüz səksən doqquz manat yetmiş doqqyz qəpik) manat əsas borc, 168,37 (bir yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat faiz borcu, 604,50 (altı yüz dörd manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 3362,66 (üç min üç yüz altmış iki manat altmış altı qəpik) manat, gecikmə günü: 371; - DC00224951-21 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6331,07 (altı min üç yüz otuz bir manat yeddi qəpik) manat əsas borc, 711,37 (yeddi yüz on bir manat otuz yeddi qəpik) manat faiz borcu, 1043,77 (bir min qırx üç manat yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 8086,21 (səkkiz min səksən altı manat iyirmi qəpik) manat, gecikmə günü: 367; -DC00224951-22 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 4582,35 (dörd min beş yüz səksən iki manat otuz beş qəpik) manat əsas borc, 968,01 (doqquz yüz altmış səkkiz manat bir qəpik) manat faiz borcu, 218,84 (iki yüz on səkkiz manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 5769,2 (beş min yeddi yüz altmış doqquz manat iyirmi qəpik) manat, gecikmə günü: 353; - DC00224951-23 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 9122,24 (doqquz min bir yüz iyirmi iki manat iyirmi dörd qəpik) manat əsas borc, 1775,91 (bir min yeddi yüz yetmiş beş manat doxsan bir qəpik) manat faiz borcu, 314,67 (üç yüz on dörd manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 11212,82 (on bir min iki yüz on iki manat səksən iki qəpik) manat, gecikmə günü: 367; - DC00224951-24 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 9698,97 (doqquz min altı yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat əsas borc, 1868,77 (bir min səkkiz yüz altmış səkkiz manat doxsan yeddi qəpik) manat faiz borcu, 311,79 (üç yüz on bir manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11879,53 (on bir min səkkiz yüz yetmiş doqquz manat əlli üç qəpik) manat gecikmə günü: 365; - DC00224951- 26 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12531,65 (on iki min beş yüz otuz bir manat altmış beş qəpik) manat əsas borc, 2409,45 (iki min dörd yüz doqquz manat qırx beş qəpik) manat faiz borcu, 382,46 (üç yüz səksən iki manat qırx altı qəpik) cərimə borcu olmaqla, cəmi 15323,56 (on beş min üç yüz iyirmi üç manat əlli altı qəpik) manat, gecikmə günü: 365. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı "Paşa Bank” ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 197 manat dövlət rüsumu və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X8 4-cü bölümünün 3.11 -ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1 -ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X8 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

33. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30 961 (otuz min doqquz yüz altmış bir) manat əsas borc, 409,37 (dörd yüz doqquz manat otuz yeddi qəpik) manat faiz borcu, 11 586,29 (on bir min beş yüz səksən altı manat iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 42 956,66 (qırx iki min doqquz yüz əlli altı manat altmış altı qəpik) manat məbləğində borcun, DC00224951-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 505,50 (on dörd min beş yüz beş manat əlli qəpik) manat əsas borc, 447,14 (dörd yüz qırx yeddi manat on dörd qəpik) manat faiz borcu, 4766,88 (dörd min yeddi yüz altmış altı manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 19 719,52 (on doqquz min yeddi yüz on doqquz manat əlli iki qəpik) manat məbləğində borcun, DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82 121 (səksən iki min bir yüz iyirmi bir) manat əsas borc, 2326,76 (iki min üç yüz iyirmi altı manat yetmiş altı qəpik) manat faiz borcu, 28322,62 (iyirmi səkkiz min üç yüz İyirmi iki manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 112 770,38 (bir yüz on iki min yeddi yüz yetmiş manat otuz səkkiz qəpik) manat məbləğində borcun, DC00224951-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44 612,48 (qırx dörd min altı yüz on iki manat qırx səkkiz qəpik) manat əsas borc, 6548,73 (altı min beş yüz qırx səkkiz manat yetmiş üç qəpik) manat faiz borcu, 9747,01 (doqquz min yeddi yüz qırx yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 60 908,22 (altmış min doqquz yüz səkkiz manat iyirmi iki qəpik) manat məbləğində borcun, DC00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5856,47 (beş min səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) manat əsas borc, 1208,55 (bir min iki yüz səkkiz manat əlli beş qəpik) manat faiz borcu, 431,04 (dörd yüz otuz bir manat dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 7496,06 (yeddi min dörd yüz doxsan altı manat altı qəpik) manat məbləğində borcun, DC00224951-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6443,08 (altı min dörd yüz qırx üç manat səkkiz qəpik) manat əsas borc, 1320,48 (bir min üç yüz iyirmi manat qırx səkkiz qəpik) manat faiz borcu, 435,99 (dörd yüz otuz beş manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 8199,55 (səkkiz min bir yüz doxsan doqquz manat əlli beş qəpik) manat məbləğində borcun, DC00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6624,29 (altı min altı yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat əsas borc, 1398,56 (bir min üç yüz doxsan səkkiz manat əlli altı qəpik) manat faiz borcu, 446,90 (dörd yüz qırx altı manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 8469,75 (səkkiz min dörd yüz altmış doqquz manat yetmiş beş qəpik) manat məbləğində borcun, DC00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2589,79 (iki min beş yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 168,37 (bir yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat faiz borcu, 722,99 (yeddi yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3481,15 (üç min dörd yüz səksən bir manat on beş qəpik) manat məbləğində borcun, DC00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6331,07 (altı min üç yüz otuz bir manat yeddi qəpik) manat əsas borc, 656,94 (altı yüz əlli altı manat doxsan dörd qəpik) manat faiz borcu, 1387,84 (bir min üç yüz səksən yeddi manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 8375,85 (səkkiz min üç yüz yetmiş beş manat səksən beş qəpik) manat məbləğində borcun, DC00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4582,35 (dörd min beş yüz səksən iki manat otuz beş qəpik) manat əsas borc, 941,28 (doqquz yüz qırx bir manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 259,32 (iki yüz əlli doqquz manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 5782,95 (beş min yeddi yüz səksən iki manat doxsan beş qəpik) manat məbləğində borcun, DC00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9122,24 (doqquz min bir yüz iyirmi iki manat iyirmi dörd qəpik) manat əsas borc, 1929,87 (bir min doqquz yüz iyirmi doqquz manat səksən yeddi qəpik) manat faiz borcu, 518,42 (beş yüz on səkkiz manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 11 570,53 (on bir min beş yüz yetmiş manat əlli üç qəpik) manat məbləğində borcun, DC00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9698,97 (doqquz min altı yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat əsas borc, 2038,14 (iki min otuz səkkiz manat on dörd qəpik) manat faiz borcu, 514,97 (beş yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 12 252,08 (on iki min iki yüz əlli iki manat səkkiz qəpik) manat məbləğində borcun; DC00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12531,65 (on iki min beş yüz otuz bir manat altmış beş qəpik) manat əsas borc, 2633,40 (iki min altı yüz otuz üç manat qırx qəpik) manat faiz borcu, 631,73 (altı yüz otuz bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 15 796,78 (on beş min yeddi yüz doxsan altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 208 (iki yüz səkkiz) manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

35. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmiş, iddiaya qarşı etiraz da göndərməmişlər.

36. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9482 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 30 961 manat, faiz borcu 458,04 manat, xx.xx.2021-ci il tarixli DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951- 03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 14 505,5 manat, faiz borcu 424,14 manat, xx.xx.2021-ci il tarixli DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951- 04 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 82121 manat, faiz borcu 2326,77 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-07 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 44612,48 manat, faiz borcu 4636,24 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021 -ci il tarixli DCL00224951-10 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 5856,47 manat, faiz borcu 1327,93 manat, xx.xx.2021 -ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-13 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (iddia həcmi dəqiqləşdirilən tarixə) "Paşa Bank” ASCyə olan əsas borcu 6443,08 manat, faiz borcu 1341,76 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-14 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (iddia həcmi dəqiqləşdirilən tarixə) "Paşa Bank” ASC-yə olan əsas borcu 6624,29 manat, faiz borcu 1422,86 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-17 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 2589,79 manat, faiz borcu 169,41 manat, xx.xx.2022-ci il tarixli DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-21 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 6331,07 manat, faiz borcu 655,83 manat, xx.xx.2022-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-22 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023cü il tarixə (iddia həcmi dəqiqləşdirilən tarixə) "Paşa Bank” ASC-yə olan əsas borcu 4582,35 manat, faiz borcu 956,53 manat, xx.xx.2022-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-23 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (iddia həcmi dəqiqləşdirilən tarixə) "Paşa Bank” ASC- yə olan əsas borcu 9122,24 manat, faiz borcu 1960,73 manat, xx.xx.2022-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-24 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (iddia həcmi dəqiqləşdirilən tarixə) "Paşa Bank” ASC-yə olan əsas borcu 9698,97 manat, faiz borcu 2070,19 manat, xx.xx.2021-ci il tarixli DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-26 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (iddia həcmi dəqiqləşdirilən tarixə) "Paşa Bank” ASC-yə olan əsas borcu 12531,65 manat, faiz borcu 2674,81 manat təşkil edir”.

37. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4566 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 30961 manat, faiz borcu 458,04 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 30961 manat, faiz borcu 5779,89 manat, cərimə borcu 10017,28 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 30 961 manat, faiz borcu 11 847,39 manat, cərimə borcu 14 420,80 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 14 505,5 manat, faiz borcu 424,14 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 14 505,50 manat, faiz borcu 2471,83 manat, cərimə borcu 3908,52 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 14505,50 manat, faiz borcu 5230,90 manat, cərimə borcu 5266,35 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASCyə olan əsas borcu 82 121 manat, faiz borcu 2326,77 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 82 121 manat, faiz borcu 15 240,30 manat, cərimə borcu 24 305,67 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 82 121 manat, faiz borcu 31 333,74 manat, cərimə borcu 30 290,08 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-07 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 44 612,48 manat, faiz borcu 4636,24 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 44 612,48 manat, faiz borcu 7192,17 manat, cərimə borcu 4879,49 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 44 612,48 manat, faiz borcu 15 677,83 manat, cərimə borcu 16197,45 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-10 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 5856,47 manat, faiz borcu 1327,93 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 5856,47 manat, faiz borcu 1046,90 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 5856,47 manat, faiz borcu 2204,61 manat, cərimə borcu 1650,22 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-13 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 6443,08 manat, faiz borcu 1551,69 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 6443,08 manat, faiz borcu 1153,12 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 6443,08 manat, faiz borcu 2415,78 manat, cərimə borcu 1626,51 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-14 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASCyə olan əsas borcu 6624,29 manat, faiz borcu 1688,75 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 6624,29 manat, faiz borcu 1228,92 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 6624,29 manat, faiz borcu 2527,09 manat, cərimə borcu l578,05 manat, xx.xx.2021 -ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-17 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASCyə olan əsas borcu 2589,79 manat, faiz borcu 169,41 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 2589,79 manat, faiz borcu 443,72 manat, cərimə borcu 539,75 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 2589,79 manat, faiz borcu 906,46 manat, cərimə borcu 908,85 manat, xx.xx.2022-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-21 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 6331,07 manat, faiz borcu 655,83 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 6331,07 manat, faiz borcu 1075,61 manat, cərimə borcu 826,02 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 6331,07 manat, faiz borcu 2206,85 manat, cərimə borcu 2224,40 manat, xx.xx.2022-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-22 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 4582,35 manat, faiz borcu 1298,43 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 4582,35 manat, faiz borcu 822,37 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 4582,35 manat, faiz borcu 1720,39 manat, cərimə borcu 794,27 manat, xx.xx.2022-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-23 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 9122,24 manat, faiz borcu 2714,58 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 9122,24 manat, faiz borcu 1693,65 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 9122,24 manat, faiz borcu 3481,35 manat, cərimə borcu 1443,34 manat, xx.xx.2022-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixli DCL00224951-24 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) "Paşa Bank” ASC-yə olan əsas borcu 9698,97 manat, faiz borcu 3022,84 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 9698,97 manat, faiz borcu 1786,23 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 9698,97 manat, faiz borcu 3686,95 manat, cərimə borcu 1250,08 manat, xx.xx.2021-ci il tarixli, DC00224951 nömrəli maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2021-ci il tarixli DCL00224951-26 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 12531,65 manat, faiz borcu 4083,22 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 12531,65 manat, faiz borcu 2307,91 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarix) əsas borcu 12531,65 manat, faiz borcu 47063,76 manat, cərimə borcu 1281,01 manat təşkil edir.

38. Birinci instansiya məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 və X3 birgə qaydada DCL00224951- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30 961 manat (otuz min doqquz yüz altmış bir) əsas borc, 409,37 manat (dörd yüz doqquz manat otuz yeddi qəpik) faiz borcu, 2160 (iki min yüz altmış) manat cərimə olmaqla cəmi 33 530,37 manat (otuz üç min beş yüz otuz manat otuz yeddi qəpik) borc, DC00224951-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 505,50 manat (on dörd min beş yüz beş manat əlli qəpik) əsas borc, 424,14 manat (dörd yüz iyirmi dörd manat on dörd qəpik) faiz borcu, 1000 (min) manat cərimə olmaqla, cəmi 15 929,64 manat (on beş min doqquz yüz iyirmi doqquz manat altmış dörd qəpik) borc, DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82 121 (səksən iki min bir yüz iyirmi bir) manat əsas borc, 2326,76 manat (iki min üç yüz iyirmi altı manat yetmiş altı qəpik) faiz borcu, 5800 (beş min səkkiz yüz) manat cərimə olmaqla, cəmi 90 247,76 manat (doxsan min iki yüz qırx yeddi manat yetmiş altı qəpik) borc, DC00224951- 07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44 612,48 manat (qırx dörd min altı yüz on iki manat qırx səkkiz qəpik) əsas borc, 4636,24 manat (dörd min altı yüz otuz altı manat iyirmi dörd qəpik) faiz borcu, 3000 (üç min) manat cərimə olmaqla, cəmi 52 248,72 manat (əlli iki min iki yüz qırx səkkiz manat yetmiş iki qəpik) borc, DC00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5856,47 manat (beş min səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) əsas borc, 1056,9 manat (bir min əlli altı manat doqquz qəpik) faiz borcu, 400 (dörd yüz) manat cərimə olmaqla, cəmi 7313,37 manat (yeddi min üç yüz on üç manat otuz yeddi qəpik) borc, DC00224951-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6443,08 manat (altı min dörd yüz qırx üç manat səkkiz qəpik) əsas borc, 1153,12 manat (bir min yüz əlli üç manat on iki qəpik) faiz borcu, 400 (dörd yüz) manat cərimə olmaqla, cəmi 7996,2 manat (yeddi min doqquz yüz doxsan altı manat iyirmi qəpik) borc, DC00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6624,29 (altı min altı yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat əsas borc, 1228,92 manat (bir min iki yüz iyirmi səkkiz manat doxsan iki qəpik) faiz borcu, 330 (üç yüz otuz) manat cərimə olmaqla, cəmi 8183,21 manat (səkkiz min yüz səksən üç manat iyirmi bir qəpik) borc, DC00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2589,79 manat (iki min beş yüz səksən doqquz manat yetmiş doqquz qəpik) əsas borc, 168,37 manat (bir yüz altmış səkkiz manat otuz yeddi qəpik) faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 2958,16 manat (iki min doqquz yüz əlli səkkiz manat on altı qəpik) borc, DC00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6331,07 manat (altı min üç yüz otuz bir manat yeddi qəpik) əsas borc, 655,83 manat (altı yüz əlli beş manat səksən üç qəpik) faiz borcu, 450 (dörd yüz əlli) manat cərimə olmaqla, cəmi 7436,9 manat (yeddi min dörd yüz otuz altı manat doxsan qəpik) borc, DC00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4582,35 manat (dörd min beş yüz səksən iki manat otuz beş qəpik) əsas borc, 822,37 manat (səkkiz yüz iyirmi iki manat otuz yeddi qəpik) faiz borcu, 250 (iki yüz əlli) manat cərimə olmaqla, cəmi 5654,72 manat (beş min altı yüz əlli dörd manat yetmiş iki qəpik) borc, DC00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9122,24 manat (doqquz min bir yüz iyirmi iki manat iyirmi dörd qəpik) əsas borc, 1693,65 manat (bir min altı yüz doxsan üç manat altmış beş qəpik) faiz borcu, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 11 315,89 manat (on bir min üç yüz on beş manat səksən doqquz qəpik) borc, DC00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9698,97 manat (doqquz min altı yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) əsas borc, 1786,23 manat (min yeddi yüz səksən altı manat iyirmi üç qəpik) faiz borcu, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 11 985,2 manat (on bir min doqquz yüz səksən beş manat iyirmi qəpik) borc; DC00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12531,65 manat (on iki min beş yüz otuz bir manat altmış beş qəpik) əsas borc, 2307,91 manat (iki min üç yüz yeddi manat doxsan bir qəpik) faiz borcu, 600 (altı yüz) manat cərimə olmaqla, cəmi 15439,56 manat (on beş min dörd yüz otuz doqquz manat əlli altı qəpik) məbləğində borc, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 517 (beş yüz on yeddi) manat olmaqla, ümumilikdə 27 0756,7 manat (iki yüz yetmiş min yeddi yüz əlli altı manat yetmiş qəpik) məbləğində pul vəsaitinin tutularaq "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 250 (iki əlli) manat pulun 213 manat hissəsinin "Brobers” MMC və X3 birgə qaydada, 37 manat hissəsinin isə "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

39. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericilik normaları, müqavilə şərtləri, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyi, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olması, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıması, iş üzrə verilmiş ekspert rəyi nəzərə alınaraq, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, hesablanmış faizlərin tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30 961 manat (otuz min doqquz yüz altmış bir) əsas borc, 409,37 manat (iddia tələbinə uyğun) faiz borcu, DC00224951-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14 505,50 manat (on dörd min beş yüz beş manat əlli qəpik) əsas borc, 424,14 manat (müqavilə müddətinin sonuna) faiz borcu, DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82121 (səksən iki min bir yüz iyirmi bir) manat əsas borc, 2326,76 manat (müqavilə müddətinin sonuna və tələbə uyğun) faiz borcu, DC00224951-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44612,48 manat (qırx dörd min altı yüz on iki manat qırx səkkiz qəpik) əsas borc, 4636,24 manat (müqavilə müddətinin sonuna) faiz borcu, DC00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5856,47 manat (beş min səkkiz yüz əlli altı manat qırx yeddi qəpik) əsas borc, 1056,9 manat (ilkin maliyyə arayışına uyğun) faiz borcu, DC00224951-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6443,08 manat (altı min dörd yüz qırx üç manat səkkiz qəpik) əsas borc, 1153,12 manat (ilkin maliyyə arayışına uyğun) faiz borcu, DC00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6624,29 (altı min altı yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat əsas borc, 1228,92 manat (ilkin maliyyə arayışına uyğun) faiz borcu, DC00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2589,79 manat (iki min beş yüz səksən doqquz manat yetmiş doqquz qəpik) əsas borc, 168,37 manat (iddia tələbinə uyğun) faiz borcu, DC00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6331,07 manat (altı min üç yüz otuz bir manat yeddi qəpik) əsas borc, 655,83 manat (müqavilə müddətinin sonuna) faiz borcu, DC00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4582,35 manat (dörd min beş yüz səksən iki manat otuz beş qəpik) əsas borc, 822,37 manat (ilkin maliyyə arayışına uyğun) faiz borcu, DC00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9122,24 manat (doqquz min bir yüz iyirmi iki manat iyirmi dörd qəpik) əsas borc, 1693,65 manat (ilkin maliyyə arayışına uyğun) faiz borcu, DC00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9698,97 manat (doqquz min altı yüz doxsan səkkiz manat doxsan yeddi qəpik) əsas borc, 1786,23 manat (ilkin maliyyə arayışına uyğun) faiz borcu, DC00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12531,65 manat (on iki min beş yüz otuz bir manat altmış beş qəpik) əsas borc, 2307,91 manat (ilkin maliyyə arayışına uyğun) faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

40. Məhkəmə vurğulamışdır ki, faiz borcunun tutulması hissəsində bəzi ərizələr üzrə müqavilə müddətinin sonuna olan məbləğlər, bəzi ərizələr üzrə iddia tələbinə uyğun (iddia tələbindəki məbləğ daha azdırsa), bəzi ərizələr üzrə isə ilkin maliyyə arayışında olan faiz məbləğləri (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun) əsas götürülməlidir.

41. İddia tələbinin “cavabdehlərdən cərimə borclarının tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

42. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, cərimə məbləğləri azaldılmalı, cavabdehlərdən birgə qaydada DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2160 (iki min yüz altmış) manat, DC00224951-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1000 (min) manat, DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5800 (beş min səkkiz yüz) manat, DC00224951-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3000 (üç min) manat, DC00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 (dörd yüz) manat, DC00224951-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 (dörd yüz) manat, DC00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 330 (üç yüz otuz) manat, DC00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 200 (iki yüz) manat, DC00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 450 (dörd yüz əlli) manat, DC00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 250 (iki yüz əlli) manat, DC00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 500 (beş yüz) manat, DC00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 500 (beş yüz) manat, DC00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 600 (altı yüz) manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə, iddiaçının “mediasiyaya ödənilmiş 400 manatın tutulması” tələbini də əsaslı hesab etmiş, dövlət rüsumunun isə 117 manat hissəsinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını, ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 250 (iki yüz əlli) manatın 213 manatının cavabdehlərdən birgə qaydada, 37 manat hissəsinin isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutulmalı olmaduğu nəticəsinə gəlmişdir.

44. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2-ci, 448.1-ci, 462.1-ci, 465.2ci, 467-ci, 470-ci, 472-ci, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir.

45. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun faiz və cərimə borcunun tutulması ilə bağlı hissədə ləğv olunmasını və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, cərimə borcu məbləğlərini tənasübsüz şəkildə azaltdığı, əsassız ekspert rəyinə istinadla qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

46. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

47. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

49. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

50. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

52. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

53. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

54. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

56. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

57. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

58. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

62. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

65. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

66. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

67. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

68. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

70. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

71. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı bank isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

72. Kollegiya, birinci instansiya məhkəməsinin cavabdehlərdən tutulmalı olan faiz borclarının məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

73. Belə ki, yuxarıda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixli DCL00224951- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən MMC-nə kredit xx.xx.2022-ci il tarixinədək, xx.xx.2021-ci il tarixli DCL00224951-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixli DCL00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixinədək, xx.xx.2022-ci il tarixli DCL00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixinədək, xx.xx.2022-ci il tarixli DCL00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixinədək, xx.xx.2022-ci il tarixli DCL00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixinədək, xx.xx.2022-ci il tarixli DCL00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2021-ci il tarixli DCL00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2021-ci il tarixli DCL00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2021-ci il tarixli DCL00224951-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2021-ci il tarixli DCL00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2021-ci il tarixli DCL00224951-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2021-ci il tarixli DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2022-ci il tarixinədək verilmişdir.

74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

75. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizaların rəyinə əsaslanaraq hesab etmişdir ki, sözügedən kredit müqavilələri üzrə məhz həmin müqavilələrin müddətlərinin başa çatdığı tarixlərə hesablanmış faiz borcları cavabdehlərdən tutulmalıdır.

76. Bankın təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi faiz borcunun məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.

77. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.

78. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borclarının məbləğləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.

79. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

80. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi DCL00224951-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 11 586,29 (on bir min beş yüz səksən altı manat iyirmi doqquz qəpik) manat cərimə borcunu 2160 manat, DC00224951- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 4766,88 (dörd min yeddi yüz altmış altı manat səksən səkkiz qəpik) manat cərimə borcunu 1000 manat, DCL00224951-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 28 322,62 (iyirmi səkkiz min üç yüz İyirmi iki manat altmış iki qəpik) manat cərimə borcunu 5800 manat, DC00224951-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 9747,01 (doqquz min yeddi yüz qırx yeddi manat bir qəpik) manat cərimə borcunu 3000 manat, DC00224951-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 431,04 (dörd yüz otuz bir manat dörd qəpik) manat cərimə borcunu 400 manat, DC00224951-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 435,99 (dörd yüz otuz beş manat doxsan doqquz qəpik) manat cərimə borcunu 400 manat, DC00224951-14 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 446,90 (dörd yüz qırx altı manat doxsan qəpik) manat cərimə borcunu 330 manat, DC00224951-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 722,99 (yeddi yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat cərimə borcunu 200 manat, DC00224951-21 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 1387,84 (bir min üç yüz səksən yeddi manat səksən dörd qəpik) manat cərimə borcunu 450 manat, DC00224951-22 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 259,32 (iki yüz əlli doqquz manat otuz iki qəpik) manat cərimə borcunu 250 manat, DC00224951-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 518,42 (beş yüz on səkkiz manat qırx iki qəpik) manat cərimə borcunu 500 manat, DC00224951-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 514,97 (beş yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimə borcunu 500 manat, DC00224951-26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb olunan 631,73 (altı yüz otuz bir manat yetmiş üç qəpik) manat cərimə borcunu 600 manat məbləğində müəyyənləşdirmişdir.

81. Kollegiyanın qənaətinə görə, müəyyənləşdirdiyi həmin məbləğlərin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-196/2024 saylı iş üzrə 13 avqust 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar