Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1083/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, iddiaçı "AccessBank” QSC-nin cavabdehlər "Dəmirli Yol Tikinti” MMC-ə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qanuni nümayəndə2, Cavabdeh6, "QAR-MB” Məhdu Məsuliyyətli Cəmiyyətinə və "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "kredit xətti müqaviləsinə əsasən bağlanmış kredit razılaşmaları üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərinin, əlavə xərclərin və ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və əmlakların boşaldılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(113)-2139/2021 saylı qətnaməsindən cavabdeh "Aqro İnvest və İstehsalat” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər "Dəmirli Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qanuni nümayəndə2, Cavabdeh6, "QAR-MB” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 14.06.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh6, Qanuni nümayəndə2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 MMC-dən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10R000008862 saylı kredit razılaşması üzrə 249960,44 ABŞ dolları kredit borcu, 283054,49 ABŞ dolları faiz borcu, 1360548,95 ABŞ dolları cərimə olmaqla, cəmi 1893563,88 ABŞ dolları, 10R000009845 saylı kredit razılaşması üzrə 58823,52 ABŞ dolları kredit borcu, 105469,87 ABŞ dolları faiz borcu, 425851,98 ABŞ dolları cərimə olmaqla, cəmi 590145,37 ABŞ dolları, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 2483709,25 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, 10R000008862 saylı kredit razılaşması üzrə zamin Cavabdeh8 MMC-dən həmin kredit razılaşması üzrə cəmi 1.893.563,88 ABŞ dolları məbləğində borcun digər cavabdehlərlə yanaşı müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında 1-ci mərtəbədə xüsusi mülkiyyətdə olan 334.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və Qanuni nümayəndə2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, 136a saylı evin 108.1 m2 ümumi sahədən ibarət 31 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılmasi, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 2.483.709 (iki milyon dörd yüz səksən üç min yeddi yüz doqquz ABŞ Dolları iyirmi beş sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh6, Qanuni nümayəndə2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 MMC-dən müştərək qaydada tutulması, 10R000008862 saylı kredit razılaşması üzrə qalıq məbləğin isə digər cavabdehlərlə yanaşı "xxxx" MMC-dən də müştərək qaydada tutulması, ünvan 2 ünvanında 1-ci mərtəbədə xüsusi mülkiyyətdə olan 334.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 136a saylı evin 108.1 m2 ümumi sahədən ibarət 31 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-2(113)-2129/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh6, Qanuni nümayəndə2, Cavabdeh3, Cavabdeh2, "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti və "QAR-MB” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 10R000008862 saylı kredit razılaşması üzrə 249960,44 ABŞ dolları əsas, 283054,49 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 538014,93 ABŞ dolları manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 9 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, 10R000009845 saylı kredit razılaşması üzrə cavabdehlər "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh6, Qanuni nümayəndə2, Cavabdeh3, Cavabdeh2 və "QAR-MB” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 58823,52 ABŞ Dolları əsas, 105469,87 ABŞ Dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi borcu 166293,39 ABŞ Dolları manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın 28 noyabr 2014-cü il tarixli 010M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 334,8 kv.m olan qeyri-yaşayış sahəsinə, 03 fevral 2015-ci il tarixli, 010M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136a saylı evin 108,1 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc və ödənilmiş dövlət rüsumuna görə 9 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq cavabdehlərə qaytarılması, ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 334,8 kv.m olan qeyri-yaşayış sahəsinin likvid dəyərinin 620000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136a saylı evin 108,1 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilinin likvid dəyərinin 130.000 manat müəyyən edilməsi, ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 334,8 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136a saylı evin 108,1 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh8 MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2129/2021 saylı, 14.06.2021-ci il tarixli qətnaməsinin qisməniddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Qətnamə qəbul edilərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci. 9-cu, 97-ci, 185-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə prosesində cavabdehin iştirakı olmadan təmin olunmamışdır. Yəni məhkəmə tərəfindən bizim iştirakımızı təmin etmək üçün heç bir tədbir görülməmişdir. Həmçinin göstərilən hesablamaların həyata keçirilməsi xüsusi bilik tələb etsə də, məhkəmə tərəfindən bu iş üzrə mühasibatlıq ekspetrizasının təyin olunması zəruri olsa da, məhkəmə tərəfindən bu iş həyata keçirilməmişdir. Bu isə göstərilən məbləğlərin doğruluğunu əsaslı şübhə altına alır. Cavabdeh "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli e-2-2(113)-2139/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizəyə əsasən 10R000008862 saylı və 10R000009845 saylı iki kredit razılaşması üzrə borcun ödənilməsi tələb edilir. "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 dekabr 2012-ci il tarixli 10L000003863 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanmış 29 mart 2013-cü il tarixli 10R000009845 nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında cəmiyyət bankdan 60 (altmış) ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 900.000 (doqquz yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 mart 2015-ci il tarixli 10R000009845S nömrəli, 26 oktyabr 2015-ci il tarixli 10R000009845SA nömrəli, 03 fevral 2016-cı il tarixli 10R000009845SB nömrəli, 29 iyul 2016-cı il tarixli 10R000009845SC nömrəli, 11 oktyabr 2016-cı il tarixli 10R000009845SD nömrəli, 06 dekabr 2016-cı il tarixli 10R000009845SE nömrəli, 13 dekabr 2016-cı il tarixli 10R000009845SF nömrəli, 13 fevral 2017-ci il tarixli 10R000009845SG nömrəli, 27 iyul 2017-ci il tarixli 10R000009845SH nömrəli, 02 fevral 2018-ci il tarixli 10R000009845Sİ nömrəli, 20 fevral 2018-ci il tarixli 10R000009845SJ nömrəli, 14 avqust 2018-ci il tarixli 10R000009845SK nömrəli, 28 dekabr 2018-ci il tarixli 10R000009845SL nömrəli və 31 yanvar 2019-cu il tarixli 10R000009845SM nömrəli sazişlərin məzmunlarından görünür ki, müvafiq sazişlərlə tərəflər arasında bağlanmış 29 mart 2013-cü il tarixli 10R000009845 nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 dekabr 2012-ci il tarixli 10L000003863 nömrəli kredit xətti müqaviləsi üzrə "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Dəmirli Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 mart 2013-cü il tarixli 10R000009845 nömrəli kredit razılaşmasına aid 12 fevral 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, "Dəmirli Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti götürdüyü kredit borcundan 333517,57 (üç yüz otuz üç min beş yüz on yeddi ABŞ dolları əlli yeddi sent) ABŞ dolları məbləğində ödəniş etmiş, onun 566.482,43 (beş yüz altmış altı min dörd yüz səksən iki ABŞ dolları qırx üç sent) ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. "Dəmirli Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12 fevral 2020-ci il tarixə 352 (üç yüz əlli iki) gün üçün hesablanmış faiz borcu 105469,87 (bir yüz beş min dörd yüz altmış doqquz ABŞ dolları səksən yeddi sent) ABŞ dolları məbləğində təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 12 fevral 2020-ci il tarixə 352 (üç yüz əlli iki) gün üçün hesablanmış cərimə 425851,98 (dörd yüz iyirmi beş min səkkiz yüz əlli bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları məbləğində təşkil edir. "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 dekabr 2012-ci il tarixli 10S000008220 nömrəli, Cavabdeh4 ilə bağlanmış 14 dekabr 2012-ci il tarixli 10S000008236 nömrəli, Cavabdeh6 arasında bağlanmış 14 dekabr 2012ci il tarixli 10S000008237 nömrəli, Qanuni nümayəndə2 arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli 10S000008238 nömrəli, Cavabdeh3 arasında bağlanmış 29 mart 2013-cü il tarixli 10S000009170 nömrəli, "QAR-MB” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 056S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin şəxslər zamin qismində 13 dekabr 2012-ci il tarixli 10L000003863 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasına görə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 aprel 2017-ci il tarixli 056G**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 dekabr 2012-ci il tarixli 10L000003863 nömrəli kredit xətti müqaviləsi üzrə 18 dekabr 2012-ci il tarixli 10R000008862 nömrəli kredit razılaşmasına əsasən "Dəmirli Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 iyul 2017-ci il tarixli 056G**********01SA nömrəli, 02 fevral 2018-ci il tarixli 056G**********01SB nömrəli və 14 avqust 2018-ci il tarixli 056G**********01SE nömrəli sazişlərin məzmunlarından görünür ki, müvafiq sazişlərlə tərəflər arasında bağlanmış 27 aprel 2017-ci il tarixli 056G**********01 nömrəli zaminlik müqaviləsinə dəyişikliklər və əlavələr edilmişdir. "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 və "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və Bakı şəhəri 9 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 28 noyabr 2014-cü il tarixli 010M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 dekabr 2012ci il tarixli 10L000003863 nömrəli kredit xətti müqaviləsi üzrə "Dəmirli Yol Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan ünvan 3 ünvanında 1-ci mərtəbədə xüsusi mülkiyyətdə olan 334,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotek müqaviləsinin və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət reyestrində qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. məzmunundan görünür ki, ipoteka saxlayan "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh4 müvafiq bildiriş göndərilmişdir. İddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdeh-ipoteka qoyan Cavabdeh4 həyat yoldaşı X2 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, ünvan 3 ünvanında 1-ci mərtəbədə xüsusi mülkiyyətdə olan 334,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı kimi əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə və satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə2 və "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 03 fevral 2015-ci il tarixli 010M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə "Dəmir Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 dekabr 2012-ci il tarixli 10L000003863 nömrəli kredit xətti müqaviləsi üzrə "Dəmirli Yol Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Qanuni nümayəndə2 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 136a nömrəli evin 108,1 kv.metr ümumi sahədən ibarət 31 nömrəli mənzili "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-ipoteka qoyan Qanuni nümayəndə2 həyat yoldaşı X1 notariat orqanına ünvanladığı müvafiq ərizəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 136a nömrəli evin 108,1 kv.metr ümumi sahədən ibarət 31 nömrəli mənzil "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı kimi əmlakın ipotekaya qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə və satıldıqda onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. İş materiallarına borcluya və zaminlərə kredit borcunun ödənilməsi barədə göndərilmiş xəbərdarlıq məktubları əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2020-ci il tarixli 9/1266 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, "Dəmirli Yol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə 12 fevral 2020-ci il tarixə 10R000009845 nömrəli 29 mart 2013-cü il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 566482,43 (beş yüz altmış altı min dörd yüz səksən iki ABŞ dolları qırx üç sent) ABŞ dolları və faiz borcu üzrə 105469,87 (bir yüz beş min dörd yüz altmış doqquz ABŞ dolları səksən yeddi sent) ABŞ dolları; 10R000008862 nömrəli 18 dekabr 2012-ci il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 1468943,56 (bir milyon dörd yüz altmış səkkiz min doqquz yüz qırx üç ABŞ dolları əlli altı sent) ABŞ dolları və faiz borcu üzrə 379437,23 (üç yüz yetmiş doqquz min dörd yüz otuz yeddi ABŞ dolları iyirmi üç sent) ABŞ dolları təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində təşkil etmişdir. "X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 sentyabr 2020-ci il tarixli 053/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 5 ünvanında 1-ci mərtəbədə xüsusi mülkiyyətdə olan 334,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan orta bazar qiyməti 720.000 (yeddi yüz iyirmi min) manat, hazırkı dövrə olan likvid qiyməti isə 620000 (altı yüz iyirmi min) manat müəyyən edilmişdir. "X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 sentyabr 2020-ci il tarixli 054/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 136a nömrəli evin 108,1 kv.metr ümumi sahədən ibarət 31 nömrəli mənzilinin hazırkı dövrə olan orta bazar qiyməti 145000 (bir yüz qırx beş min) manat, hazırkı dövrə olan likvid qiyməti isə 130000 (bir yüz otuz min) manat müəyyən edilmişdir. İddiaçı QSC tərəfindən tərtib edilmiş 14.06.2021-ci il tarixli 13778 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin banka borcu 10R000008862 saylı kredit razılaşması üzrə 249.960,44 ABŞ dolları əsas, 12.02.2020-ci il tarixə 383 gün gecikmə üçün 283054,49 ABŞ dolları faiz borcu, 1.360.548,95 ABŞ dolları cərimə olmaqla, cəmi 1893563,88 ABŞ dolları, 10R000009845 saylı kredit razılaşması üzrə isə 58823,52 ABŞ dolları əsas, 12.02.2020-ci il tarixə 352 gün gecikmə üçün 105469,87 ABŞ dolları faiz borcu, 425851,98 ABŞ dolları cərimə olmaqla, cəmi 590145,37 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi işdəki sübutları, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 739-cu, 442-ci, 443.1-ci, 448.1-ci, 470-ci, 472-ci, 462.1-ci, 467-ci maddələrinə, “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə istinad edərək iddianı qismən təmin etmişdir. Cavabdeh "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə qəbul edilmiş qətnaməni ona aid iddianın təmin edildiyi hissədə mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. Apelyasiya şikayətində məhkəmə tərəfindən prosessual pozuntuya yol verilərək məhkəmə proseslərində cavabdehlərin iştirakının təmin edilmədiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, işdə iştirak edən şəxslər, o cümlədən cavabdeh "Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş, lakin iclaslarda nümayəndəsi hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, məhkəmə kredit borcunun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Halbuki hazırkı iş üzrə ekspertiza keçirilmiş, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı iddia tələbinin həcmini azaltmış və həmin ərizədə kredit müqaviləsi üzrə faiz borcları ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdən çoc olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2020-ci il tarixli 9/1266 nömrəli ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas olmadığından iş üzrə təkrar ekspertiza təyin edilməsinə zərurət yoxdur. Kredit borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən az olduğuna dair cavabdehlər tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh “Aqro İnvest və İstehsalat" MMC-nin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli e-2-2(113)-2139/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Aqro İnvest və İstehsalat" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli 2-2(113)-2129/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1083/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1083/2021
06.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver