Məhkəmə qərarları › İş №2-2(103)-109/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-109/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-109/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əhmədov İlham oğlu və X2 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh «xxxxxxx» MMC-yə qarşı “kredit müqviləsi üzrə borcun ödənilməsi tələbinə dair» iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1021/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh «xxxxxxx» MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “xxxxxxxxxxxxx” MMC-nin 77/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə xx xxxxxxxx 2019-cu il tarixinə ləğv prosesində olan İddiaçı ASC qarşısında: -əsas borc üzrə 1.320.000 manat, faiz borcu üzrə 713.890.41 manat, cərimə borcu üzrə 230.643.92 manat, kredit müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5 faizlə hesablanan borc üzrə 21.449,99 manat, cəmi, borc üzrə 2.285.984,32 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddianın əsaslarına görə cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqavilələrinin şərtlərini pozmuş, üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, bankdan aldığı kredit məbləğini və ona hesablanmış faizləri ilə geri qaytarmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassızdır. Lakin məhkəmə zəruri sübutların əldə olunması üçün iddiaçıya kifayət qədər müddət verilməmişdir. Müvafiq qürumlara sorğular yazılması və onların müvafiq orqanlar tərəfindən cavablandırılması vaxt tələb edir. Bankın elektron sistesində cavabdehin borc məbləği mövcuddur. Kredit müqaviləsinin təqdim edə bilməməsinin səbəbi isə bankın ləğv prosesində olması səbəbi ilə əlaqədar olaraq bankın ofislərinin yerdəyişməsi olmuşdur. Məhkəmə tərəfindən Mərkəzi Bankın mərkəzləşdirilmiş reyestri xidmətinə sorğu verilməklə də müvafiq məlumat əldə oluna bilərdi. Məhkəmə işi hərtərəfli araşdırmamış, əsassız sübutlara qiymət verərək ədalatsiz qətnamə qəbul etmişdir. Bu isə ləğvedici tərəfindən əmanətçilərin pullarının qaytarılmasını mümkünsüz edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında göstərdi ki, kredit barədə yalınız bankın elektron sistemində məlumat mövcuddur. Başqa bir məlumat mövcud deyil. Nə bankın arxivindən, nə də ki digər mənbələrdən kredit müqavtləsi və pulun verilməsini təsdiq edən məxaric sənədələri aşkar edə bilməmişdir. Hər bir halda elektron sistemdə məlumat saxlanılmışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin iş materiallarında olan ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişi «köçüb» qeydi ilə geri qaytarılmış, ona «telefon» nömrələri üzrə «SMS» bildirşlər göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etimək mümkün olmamış, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 146-cı və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarının 27-ci vərəqində olan ləğv posesinə olan iddiaçı bankın elektron sistemi üzrə «Hesabdan çıxarış»ından görünür «xxxxxxxxxxxxx» X1 xx.xx.2013-cü il tarixdə xx.xx.2014-xx.xx.2017-ci il tarixləri aralığında 1.320.000 manat məbləğində olmaqla, 1-33133-2 №-li hesab açılmışdır (Cavabdeh «xxxxxxx» MMC-nin iş üzrə təsis sənədlərindən görünür ki, «xxxxxxx» MMC - «xxxxxxxxxxxx» MMC-nin hüquq varisidir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır Lakin iş materiallarına, eləcə də, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə «xxxxxxxxxxxx» MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi və bankın elektron sitemində təsbit olunmuş 1.320.000 manat məbləğində kreditin «xxxxxxxxxxxxx» MMC-yə verilməsini təsdiq edən kassa məxaric sənədləri mövcud deyil. Belə sənədlər nə birinci, nə də məhkəmənin təklif etməsinə baxmayraq, hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, israrla bildirilmişdir ki, elektron sistemdən hesab çıxarışından başqa bir sənəd-sübut, o cümlədən müqavilə bankın arxivində aşkar olunmamışdır. İddiaçının apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzləşdirilmiş reyestrində belə bir məlumatın təsbit olunması da vəziyyəti dəyişdmir. Çünki, həmin məlumat da iddiaçının ötürdüyü və müqavilə əsası görünməyən elektron sistemdə (reyestrdə) təsbit olunan bir məlumatı özüdə əks etdirir. Beləliklə də, iddiaçı tərəfindən onunla cavabdeh arasında kredit müqaviləsi bağlandığını və həmin məbləği sonuncuya verdiyini sübuta yetirmədiyi halda, Mülki Məcəllənin yuxarıda qeyd olunan tələbələri baxımından, cavabdehin hüqşuq sələflərindən olan «xxxxxxxxxxxxx» MMC-nin mübahisəli kredit məbləğini alan borclu kimi qiymətləndirilməsi, bununla da onun üzərinə borc öhdəliyi qoyulması istisna olunur. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbində isə nəzərədə tutulur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin əsası sübuta yetirilmədiyi halda isə ona qarşı irəli sürülən hazırkı iddia tələbi əsaslı ola bilməz Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd edilməsi işin hallarına və maddi və prosessual hüquq normalarına tamamilə uyğundur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlprı araşdırmalı və onlardan istifadə olunmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də məhkəmə kollegiyası iddiaçınınapellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu və müqaviləni təqdim edə bilməməsini əsaslandıran formal xarakterli digər dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1021/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1021/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar