Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-109/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, ə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, borcun tutulması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və İdris Agcaya qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-314/2024 xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh3 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisinin elektron imzası ilə təsdiq edilmişdir.
2. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
3. Cavabdeh3 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2022-ci il tarixli, DC00330868-04 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.
4. Cavabdeh3 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2022-ci il tarixli DCL00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana xx.xx.2023cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40.000 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır.
5. Cavabdeh3 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2022-ci il tarixli, DC00330868-06 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 102.040,81 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.
6. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, DG**********513 saylı və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********513 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 95.000 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit, (cərimə faizi-illik 32%, gündəlik 0.0889%) təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. İdris Agca ilə bağlanan müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh1 ilə bağlanılan müqavilə zaminin elektron imzası ilə təsdiq edilmişdir.
7. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, DG**********245 saylı və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********245 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 40.000 manat məbləğində və 12 ay müddətə birdəfəlik kredit, (cərimə faizi-illik 32%, gündəlik 0.0889%) təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. İdris Agca ilə bağlanan müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh1 ilə bağlanılan müqavilə zaminin elektron imzası ilə təsdiq edilmişdir.
8. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, DG**********506 saylı və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********506 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 102.040,81 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit, (cərimə faizi-illik 32%, gündəlik 0.0889%) təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. İdris Agca ilə bağlanan müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh1 ilə bağlanılan müqavilə zaminin elektron imzası ilə təsdiq edilmişdir.
9. PB/BPŞ-OUT-01200-2023 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixə: - DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 55.522,82 manat, faiz borcu 5.834,91 manat, 1.199,42 manat cərimə olmaqla, cəmi 62.557,15 manat təşkil edir. Gecikmə günü: 201 - DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 40.000 manat, faiz borcu 1.121,26 manat, 538,89 manat cərimə olmaqla, cəmi 41.660,15 manat təşkil edir. Gecikmə günü: 217 - DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 71.782,18 manat, faiz borcu 7.694,65 manat, 1.283,01 manat cərimə olmaqla, cəmi 80.759,84 manat təşkil edir. Gecikmə günü: 196 - 10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/944 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli DC00330868-014 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 55.604,78 manat, faiz borcu 5.776,72 manat; xx.xx.2022-ci il tarixli DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 40.000 manat, faiz borcu 1.248,07 manat; xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 71.782,18 manat, faiz borcu 7.694,65 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. - 11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/5337 saylı ekspert rəyinə əsasən İddiaçı ASC ilə “SM PARK" MMC arasında 03.05 2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 04391LE/2019 saylı Razılaşmanın çərçivəsində imzalanmış xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı, xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı və xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı Maliyyələşdirmə üçün ərizələrin şərtlərinə əsasən xx.xx.2022ci il tarixli DC00330868-04 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixədək) əsas borc üzrə 55.604,78 manat, faiz borcu 5776,72 manat, xx.xx.2023-cü il tarixə (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) əsas borc 55604,78 manat, faiz borcu 7483,48 manat, xx.xx.2024cü il tarixə (ekspert rəyinin verildiyi tarixə)əsas borc 55604,78 manat məbləğində, xx.xx.2022-ci il tarixli DCL00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə (kreditin müddətinin bitdiyi tarixədək) əsas borc üzrə 40.000,00 manat, faiz borcu 2283,12 manat, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas borc üzrə 40.000 manat məbləğində, xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixədək) əsas borc üzrə 71.782,18 manat, faiz borcu üzrə 7694,65 manat, xx.xx.2023cü il tarixə (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) əsas borc üzrə 71.782,18 manat, faiz borcu üzrə 10,134.63 manat, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas borc üzrə 71.782,18 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. - 12. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3 MMC-yə, İdris Agcaya və Cavabdeh1 xəbərdarlıq məktubu və bildiriş ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı cavabdehlərə qarşı DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55.522,82 manat əsas borc, 5,834.91 manat faiz borcu, 1.199,42 manat cərimə borcu olmaqla, cəmi 62.557,15 manat məbləğində borcun, DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.000 manat əsas borc, 1.121,26 manat faiz borcu, 538,89 manat cərimə borcu olmaqla, cəmi 41.660,15 manat məbləğində borcun, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71.782,18 manat əsas borc, 7.694,65 manat faiz borcu, 1.283,01 manat cərimə borcu olmaqla, cəmi 80.759,84 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 75 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 04391LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95,000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli dcl00330868-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40,000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi ilə kredit xətti açılmışdır; xx.xx.2022-ci il tarixli dc00330868-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 102,040.81 manat məbləğində mal alışı ilə birdəfəlik kredit verilmişdir. Borcalanın bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə DC00330868-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********513 saylı zaminlik müqaviləsi, İdris Agca ilə isə xx.xx.2022-ci il tarixli DG**********513 saylı zaminlik müqaviləsi bağlanmışdır; DCL00330868-05 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********245 saylı zaminlik müqaviləsi, İdris Agca ilə isə xx.xx.2022-ci il tarixli DG**********245 saylı zaminlik müqaviləsi bağlanmışdır; - DC00330868-06 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********506 saylı zaminlik müqaviləsi, İdris Agca ilə isə xx.xx.2022-ci il tarixli DG**********506 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55,522.82 manat əsas borc, 5,834.91 manat faiz borcu, 1,199.42 manat cərimə borcu olmaqla, cəmi 62,557.15 manat təşkil edir, gecikmə günlərinin sayı: 201 gün; - DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,0000 manat əsas borc, 1,121.26 manat faiz borcu, 538.89 manat cərimə borcu olmaqla, cəmi 41,660.15 manat təşkil edir, gecikmə günlərinin sayı: 217 gün; DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71,782.18 manat əsas borc, 7,694.65 manat faiz borcu, 1,283.01 manat cərimə borcu olmaqla, cəmi 80,759.84 manat təşkil edir, gecikmə günlərinin sayı: 196 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X2 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
15. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55.522,82 manat əsas borc, 7.539,12 manat faiz borcu, 2.122,34 manat cərimə borcu olmaqla, cəmi 65.184,28 manat məbləğində borcun, DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.000 manat əsas borc, 1.121,26 manat faiz borcu, 3.066,67 manat cərimə borcu olmaqla, cəmi 44.187,93 manat məbləğində borc, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71.782,18 manat əsas borc, 9.897,96 manat faiz borcu, 2.217,28 manat cərimə borcu olmaqla, cəmi 83.897,42 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 84 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-314/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 MMC-dən, İdris Agcadan və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı kredit müqaviləsi üzrə 55.522,82 manat məbləğində əsas, 7483,48 manat faiz borcu, 2122,34 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65.128,64 manat; xx.xx.2022-ci il tarixli DC00330868-05 saylı kredit müqaviləsi üzrə 40.000 manat məbləğində əsas, 1121,26 manat faiz borcu, 2000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 43.121,26 manat; xx.xx.2022-ci il tarixli DCL00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 71.782,18 manat məbləğində əsas, 9897,96 manat faiz borcu, 2217,28 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 83.897,42 manat məbləğində pul vəsaiti, ümumilikdə 192.147,32 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
17. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh3 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh3 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 95.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2023-cü il tarixədək müddətə 40.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 102.040,81 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, verilmişdir. İddiaçı ASC Cavabdeh3 MMC-yə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC maliyyələşdirmə üçün ərizələri üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Sözügedən maliyyələşdirmə üçün ərizələr (kredit müqaviləsi) üzrə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, DC00330868-04 saylı ərizə üzrə Cavabdeh3 MMC-nin banka olan əsas borcu 55.604,78 manat, xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 7483,48 manat, DC00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 40.000 manat, xx.xx.2023-cü il tarixədək (kreditin müddətinin bitdiyi tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 2283,12 manat, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 71.782,18 manat, xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 10.134,63 manat təşkil edir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Mübahisəli kredit müqavilələri üzrə faiz borclarına münasibətdə məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ASC Cavabdeh3 MMC-yə müqavilə üzrə borcun ödənilməsi barədə bildirişlər göndərsə də, həmin bildirişlərdə müqavilə üzrə borcun tam şəkildə vaxtından əvvəl qaytarılmasını deyil, bildirişin göndərildiyi tarixə gecikdirilmiş borcun qaytarılmasını xahiş etmiş, odur ki, həmin bildirişlərin müqavilələrin ləğv edilməsi barədə iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Belə olan halda isə mübahisəli kredit müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmədiyindən və iddia tələbinin həcminin artırılması barədə ərizə verilərkən DC00330868-04 saylı və DC00330868-06 saylı ərizələr üzrə kreditin verilməsi müddəti başa çatmadığından iddiaçı həmin ərizələr üzrə iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən tarixədək olan müddət üçün hesablanmış faizlərin, DC00330868-05 saylı müqavilə üzrə isə kreditin verilmə müddəti hazırkı iddia qaldırılanadək başa çatdığından həmin ərizə üzrə kreditinin verilməsi müddəti qurtaranadək olan müddət üçün hesablanmış faizlərin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin (dəbbə pulunun) ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, DC00330868-04 saylı, DC00330868-05 saylı, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh3 MMC-nin öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********245 saylı; xx.xx.2022-ci il tarixli, DG**********513 saylı və xx.xx.2022- ci il tarixli, DG**********506 saylı saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh1 və İdris Agca Cavabdeh3 MMC-nın sözügedən maliyyələşdirmə üçün ərizələrdən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Məhkəmə zaminlər Cavabdeh1 və İdris Agcanın mübahisəli maliyyələşdirmə üçün ərizələr (kredit müqavilələri) üzrə Cavabdeh3 MMC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC həmi müqavilələr üzrə borcların müştərək qaydada əsas borclu və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
18. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385, 386, 442, 443, 445, 448, 462, 467, 470, 472, 477-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-314/2024 xx.xx.2024 tarixli qətnaməsindən Cavabdeh3 MMC apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunan hissədə ləğv edilməsini, həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit üzrə ödənilşləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmədə həmin rəyə istinad edib yekun nəticəyə gəlmişdir. Bununla da məhkəmə prosessual hüquq pozuntusuna yol vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. X4 Hüquqları Məhkəməsi (bundan sonra – AİHM) “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul edir. Özünə məxsus kredit barədə məlumatlar portalından çıxarışlarla ekspert rəyi və iddia ərizəsinə əlavə uyğunsuzluq təşkil edir. Halbuki kredit borcunun müəyyən edilməsi ilə bağlı isə ekspert rəyinə istinad etmişdir. Lakin bu sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli olmadığını hesab edirik. Kredit üzrə ödənilşləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmədə həmin rəyə istinad edib yekun nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə dəbbə pulunu azaltsa da, lakin tənasübsüzlüyü aradan qaldıra bilməmişdir. Çünki dəbbə pulu əsas borc məbləğlərinə münasibətdə çox hesablanmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə eiraz edərək təmin olunmamasını xahiş edir.
22. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh3 MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 314/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh3 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 95.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2023-cü il tarixədək müddətə 40.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, xx.xx.2022-ci il tarixli DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 102.040,81 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit, verilmişdir. İddiaçı ASC Cavabdeh3 MMC-yə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC maliyyələşdirmə üçün ərizələri üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Sözügedən maliyyələşdirmə üçün ərizələr (kredit müqaviləsi) üzrə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, DC00330868-04 saylı ərizə üzrə Cavabdeh3 MMC-nin banka olan əsas borcu 55.604,78 manat, xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 7483,48 manat, DC00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 40.000 manat, xx.xx.2023-cü il tarixədək (kreditin müddətinin bitdiyi tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 2283,12 manat, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 71.782,18 manat, xx.xx.2023-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) olan müddət üçün hesablanmış faiz borcu 10.134,63 manat təşkil edir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Mübahisəli kredit müqavilələri üzrə faiz borclarına münasibətdə məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ASC Cavabdeh3 MMC-yə müqavilə üzrə borcun ödənilməsi barədə bildirişlər göndərsə də, həmin bildirişlərdə müqavilə üzrə borcun tam şəkildə vaxtından əvvəl qaytarılmasını deyil, bildirişin göndərildiyi tarixə gecikdirilmiş borcun qaytarılmasını xahiş etmiş, odur ki, həmin bildirişlərin müqavilələrin ləğv edilməsi barədə iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Belə olan halda isə mübahisəli kredit müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmədiyindən və iddia tələbinin həcminin artırılması barədə ərizə verilərkən DC00330868-04 saylı və DC00330868-06 saylı ərizələr üzrə kreditin verilməsi müddəti başa çatmadığından iddiaçı həmin ərizələr üzrə iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən tarixədək olan müddət üçün hesablanmış faizlərin, DC00330868-05 saylı müqavilə üzrə isə kreditin verilmə müddəti hazırkı iddia qaldırılanadək başa çatdığından həmin ərizə üzrə kreditinin verilməsi müddəti qurtaranadək olan müddət üçün hesablanmış faizlərin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin (dəbbə pulunun) ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, DC00330868-04 saylı, DC00330868-05 saylı, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh3 MMC-nin öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) və İdris Agca (zamin) arasında xx.xx.2022-ci il tarixli, DG**********245 saylı; xx.xx.2022-ci il tarixli, DG**********513 saylı və xx.xx.2022- ci il tarixli, DG**********506 saylı saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh1 və İdris Agca Cavabdeh3 MMC-nın sözügedən maliyyələşdirmə üçün ərizələrdən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Məhkəmə zaminlər Cavabdeh1 və İdris Agcanın mübahisəli maliyyələşdirmə üçün ərizələr (kredit müqavilələri) üzrə Cavabdeh3 MMC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC həmin müqavilələr üzrə borcların müştərək qaydada əsas borclu və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrə əsasən tərtib edilmiş və əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətinin dəlili ekspert rəyinin əsaslı olmaması və borcun, faizlərin düzgün hesablanmamasıdır. Lakin bununla belə cavabdeh məhkəməyə ekspert rəyini təkzib edəcək dəlilləri, əsas borcun və faiz məbləğinin konkret hansı məbləğdə olmasını, bank qarşısında öhdəliyini icra etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Əlavə və təkrar ekspertizanın keçirilməsi üçün tutarlı əsaslar məhkəməyə bildirilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-314/2024 xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.