Məhkəmə qərarları › İş №2-2(103)-1090/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1090/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1090/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD İş No 2-2(103)-1090/2022 “01” noyabr 2022-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X2 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 22 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/1592/14 saylı kredit Müqaviləsi üzrə 7097654,44 manat məbləğində əsas, 2377005,05 manat məbləğində faiz, 791704,96 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1015363,70 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 11281728,15 manat pulun, Cavabdeh2 MMC ilə bank arasında bağlanmış 1xx/xx/3212/14 saylı 26 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2450451,61 manat məbləğində əsas, 563767,66 manat məbləğində faiz, 260912,28 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 340,34 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 3470146,37 manat borcun və ödənilmiş 7766 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, Cavabdeh1 MMC-dən tutulmalı olan məbləğin mülkiyyətində olan 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843113 ədəd sənədsizadı səhminə (Yüklü edilən səhmlərin Cıxarışın, qeydiyyat nömrəsi 06/2-3313; qeydiyyat tarixi: xx.xx.2014) tutma yönəldilməsinə və yönəldikdən sonra açıq hərracdan satılmasına, Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğin Cavabdeh1 MMC-nin mülkiyyətində olan nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843113 ədəd sənədsiz adlı səhminə yönəldilməsinə və yönəldikdən sonda girov predmetinin açıq hərracdan satılmasına, girov predmetləri satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4555/2022 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu və 21.9.1- ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Lakin hazırki işdə qeyd olunan qanunvericiliyin tələblərinə tam riayət edilməsi öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında aşağıdakı müqavilələr bağlanılmışdır: "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 MMC arasında 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi; "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh2 MMC arasında 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi; "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 MMC arasında 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi; "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında yanvar 2015-ci il il tarixli 1xx/xx/3212/14-2 saylı sonrakı girov müqaviləsi. İş materiallarından müəyyən edilir ki, iddiaçının adından olan 06 aprel 2022-ci il tarixli **********959 saylı "xxxx"ndə iddiaçı bir kredit müqaviləsi üzrə, yəni QSC “Bank Standart” KB ilə Cavabdeh2 MMC arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin bağlandığı, həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 QSC-nin sahibliyində olan "xxxx" ASC-dəki səhmlərinin ipoteka ilə yüklü edildiyini və həmin kredit müqaviləsi üzrə ümumilikdə 3.470.146,37 manat borcun olduğu göstərir. Həmin təklifdə Cavabdeh1 QSC ilə QSC “Bank Standart” KB arasında hər-hansı kredit müqaviləsinin bağlanması və ya kredit borcunun olması qeyd olunmur. İddiaçının bu təklifi əsasında həmin kredit müqaviləsi üzrə mediasiya prosesi başlanır və mediator Günel İsmayılbəyli 09 iyun 2022-ci il tarixində “Mediasiyaya dəvət məktubu” göndərərək ilkin mediasiya sessiyasını xx.xx.2022-ci il tarixinə təyin edir. Bundan başqa, iddiaçı başqa kredit müqaviləsi ilə bağlı **********1302 saylı "xxxx" göndərmişdir. Həmin təklifdə iddiaçı bir kredit müqaviləsi üzrə, yəni QSC “Bank Standart” KB ilə Cavabdeh1 QSC arasında bağlanmış 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsinin bağlandığı və həmin kredit müqaviləsi üzrə ümumilikdə 11.281.728,15 manat borcun olduğu göstərilir. Həmin təklifdə Cavabdeh2 MMC ilə QSC “Bank Standart” KB arasında kredit müqaviləsinin bağlanması və ya kredit borcunun olması qeyd olunmur. İddiaçının bu təklifi Cavabdeh1 QSC-yə qarşı yönəlib və həmin kredit müqaviləsi üzrə ayrıca mediasiya prosesi başlanır və mediator Günel İsmayılbəyli 16 may 2022-ci il tarixində “Mediasiyaya dəvət məktubu” göndərərək ilkin mediasiya sessiyasını xx.xx.2022ci il tarixinə təyin edir. İddia ərizəsinə əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 iyun 2022-ci il tarixli arayışda isə qeyd olunmuşdur ki, arayış Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X1 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00119) tərəfindən LPO QSC "Bank Standart" KB-nin ləğvedidsi Əmanətlərin Sığortalanması Fonduna "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilir. Arayış "X5" MMC-nin, "xxxx" ASC-nin və "xxxx" MMC-nin LPO QSC "Bank Standart" KB-nin ləğvedidsi Əmanətlərin Sığortalanması Fonduna tərəfindən təsvir edildiyi kimi kommersiya mübahisəsi üzrə "kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi"nə dair mübahisə üzrə xx/xx/2022-ci il tarixində, 11:00- 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiklərini təsdiq etmək üçün verilir. Göründüyü kimi həmin arayışda Cavabdeh1 QSC-yə göndərilmiş mediasiya təklifi ilə bağlı 26 may 2022-ci il tarixinə təyin olunmuş ilkin mediasiya sessiyası ilə bağlı hər hansı qeyd yazılmamışdır. Eyni zamanda, nəzərə alınır ki, mediatorun xx.xx.2022-ci tarixli mediasiyaya dəvət məktubunda ilkin mediasiya sesiyasının təxirə saınması qeyd olunmamışdır. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.7-ci maddəsinə tam riayət olunmamışdır. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsində isə təsbit edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar