Məhkəmə qərarları › İş №2-2(103)-1091/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1091/2024

05.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1091/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X9, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı “icra qeydinin ləğvi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-3083/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X10 və iddiaçı "X6" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X9, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli “İcra qeydi” ləğv edilməklə, həmin icra qeydi əsasında iddiaçı "X5" MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22 ünvanında yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə tutmanın yönəldilməsi nəticəsində cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 279/23 saylı protokolun etibarsız hesab edilməsi, iddiaçı "X5" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.mdən ibarət 30 nömrəli mənzilə dair Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3083/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X12, Bakı şəhəri 12 saylı Notariat Ofisi, e-2-2(113)- 3083/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində iş üzrə icraata cəlb edilmişlər.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Bakı şəhəri 36 saylı Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydi"inin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə X10 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3083/2024 nömrəli qətnaməsi ilə İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbləri rədd edilmişdir.

6. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətlərinin dəlilləri

8. İddiaçı və üçüncü şəxsin apellyasiya şikayətləri eyni məzmunlu olmaqla belə əsaslandırılmışdır ki, qanunverici hərrac təşkilatları tərəfindən hərracın keçirilməsinə və yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini, eləcə də bu barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsini tələb edir. Cavabdeh hərrac təşkilatıisə hərracın keçirilməsinə və yekunlarına dair elanları kütləvi informasiya vasitəsində dərc etdirsə də, özünün rəsmi internet saytında dərc etdirməmiş, eləcə də iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icrai craatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli, № 02/2021 saylı qərardadında qeyd edilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Onların hərracdan və icra məmurunun icraatında olan işdən məlumatları olmadığı, buna görə onlardan asılı olmayan səbəblərdən hərrac keçirildikdən sonra evin bank tərəfindən əldə edildiyini icra şöbəsində öyrəndikləri üçün hərrac keçirildikdən sonra qiyməti mübahisələndirmiş və hərracın bu əsasla etibarsız olduğu tələblərində və məhkəmədə əsaslandırmışlar. Hətta iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatətləri də məhkəmə tərəfindən təmin olunmamışdır. İcra məmuru hərrac sifarişini verərkən mənzilin ilkin satış qiymətini müqavilədəki ilkin satış qiyməti olan 870000 manatı qeyd etmiş, həmin qiymətlə də hərrac keçirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, № 02/2021 saylı qərardadı nəzərə alınmamışdır. Mübahisəli mənzilin bazar dəyəri isə tərəflər arasında alqı-satqı və İpoteka müqaviləsi bağlanan zaman əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AFB 0137/22-20/12/22 saylı “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat”ına əsasən 1011500,00 (bir milyon on bir min beş yüz) manat təşkil etmişdir. Hal-hazırda isə mənzilin qiyməti daha da artmış, ******* manatdan çox dəyərə malikdir. İcra məmuru qanunvericiliyin tələblərini pozmuş, evi aşağı qiymətlə hərraca çıxarmışdır. Hərrac keçirildikdən sonra isə ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməli olduğundan və iddiaçı da hərracın etibarsızlığına dair tələb irəli sürdüyündən hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilməlidir. Lakin icra qeydini aparmış cavabdeh notarius təlimatın tələblərini pozaraq, borclunun icra qeydi üzrə həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsini yoxlamadan və borcun mübahisəsizliyini araşdırmadan icra qeydini vermişdir. Bundan başqa icra qeydi barədə ərizə vermiş cavabdeh bankın nümayəndəsinin notariusa təqdim etdiyi etibarnamədən də görünür ki, həmin nümayəndəyə bank tərəfindən icra qeydinin verilməsi ilə bağlı xüsusi səlahiyyət verilməmiş, bu səbəbdən icra qeydinin notarius tərəfindən verilməsi qanuni olmamışdır. Onlar tutmanın yönəldilməsi haqqında bildirişi almayıblar. Məhkəmədə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasına dair vəsatətlərində qeyd ediblər ki, notariat ofisi və cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş poçt qaimələrindən görünür ki, İddiaçıMMC və zamin olaraq öz adından X10 icra qeydinin verilməsi ilə əlaqədar sənədləri aldığına dair imza etmişdir. Onlar icra qeydinin verilməsindən 13 fevral 2024-cü il tarixdə Nərimanov rayon İcra şöbəsində olarkən bilmişlər. Təxminən 18-19 iyun 2023-cü il tarixlərində bankın hüquqşünası ilə Əzim Əliyev görüşərkən ona bəzi sənədlərə imza etdirilmişdir ki, həmin sənədlər Əzim Əliyevə verilməmişdir. Qaimələrdən də görünür ki, bütün yazılar eyni xətlə yazılmışdır. Əzim Əliyev hansı sənədi hansı tarixdə almasını özü yazmamışdır. Bu da ona dəlalət edir ki, icra qeydinin veriləcəyi onlardan gizlədilmiş, notarius da qaimələri araşdırmamışdır. Eyni zamanda Qaimədə göndərən şəxsin adı, soyadı və vəzifəsi göstərilməmiş, imzanın kimə məxsus olması qeyd edilməmişdir. Ona görə də hesab edir ki, qaimələrdə “Alan” qrafasındakı imza ilə digər yazıların eyni şəxs tərəfindən icra edilibedilməməsini müəyyən etmək məqsədilə iş üzrə xətşünaslıq ekspertizası təyin edilməlidir. Çünki notariat haqqında qanunvericiliyə əsasən icra qeydi və ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişlər verilməmişdən əvvəl borclu məlumatlandırılmalıdır. Borclunun bildirişdən şikayət etmək hüququ var. Onlar belə bir hüquqdan məhrum edilmişlər. Lakin məhkəmə həmin vəsatəti əsaslı olmasına baxmayaraq təmin etmədi. Bununla da hərracın nəticələrinin etibarsız hesab edilməsinə kifayət qədər tutarlı əsas yaranmışdır. Bütün bu qeyd olunanlardan görünür ki, cavabdehlər iddiaçının əmlakını qanuni yollarla deyil, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olan qabaqcadan əlbir hərəkətlər və hüquqdan sui-istifadə etməklə bankın adına rəsmiləşdirməyə nail olmuşlar. Ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Elə hazırkı iş bunun bariz nümunəsidir. Real dəyəri hazırda 2 000 000 (iki milyon) manat olan mənzilin bazar qiyməti icra məmuru tərəfindən qiymətləndirilməsi təmin edilmədən hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması qətiyyən inandırıcı deyil və mövcud sözdə açıq hərracın mahiyyətini (hərrac təşkilatı və icra məmuru ilə bankın əlbir hərəkət etmələrini və s.) ifadə edir. Mənzilin hərracda alıcısının hansı səbəbdən olmaması da elə məhkəməyə təqdim edilmiş cavabdehlərin və icra məmurunun əlbir tərtib etdikləri sənədlərdən görünür. Cavabdehlər qanunvericiliyin tələblərinə zidd olmaqla əlbir hərəkət edərək, bir-birilərinə təklif və digər məktublar ünvanlamış, iddiaçının mülkiyyətində olan mənzili bankın adına rəsmiləşdirməyə və sonuncunun əsassız varlanmasına nail olmuşlar.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətlərinə etiraz etmiş və şikayətlərin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

12. Digər cavabdehlər və müstəqil tələb irəli sürən üçüncü şəxs Ə.Əliyev məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətlərə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

14. Həmin Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

15. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

16. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

17. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

18. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

19. İpoteka haqqında qanunun 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir.

20. Həmin qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

21. Həmin qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

22. Həmin qanunun 43.4 və 43.5-ci maddələrinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

23. Həmin qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

24. Həmin qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

25. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın XXİİ fəslinin 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.

29. Belə ki, hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli, 113- MF-402 nömrəli kredit müqaviləsi üzrə İddiaçı MMC-nin Cavabdeh2 ASC qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil ipoteka ilə, Hacı Zeynalabdin qəsəbəsi Bakı- Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borular girovla yüklü edilmiş və X10 zamin kimi kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı borcalanla birlikdə üzərinə məsuliyyət götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən icra edilmədiyi üçün əsas borclu və zaminə müvafiq xəbərdarlıqlar, habelə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş təqdim edilmiş, lakin həmin bildirişə etiraz edilməmiş, tələb edilən borclar ödənilməmişdir. Bu səbəbdən kreditor bankın müraciəti üzrə Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ2365 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydi verilmiş, həmin icra sənədi üzrə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarı ilə icraata başlanılmış və sonuncunun sifarişi əsasında cavabdeh "xxxx" MMC tərəfindən ilkin, təkrar hərraclar keçirilmiş, ipoteka predmetinin təkrar hərracda satışı baş tutmamış, ipoteka predmeti ipoteka qoyan tərəfindən əldə edilmiş, onunla hərracın yekunları barədə protokol və müqavilə bağlanmışdır.

30. Məhkəmə hesab etmişdir ki, hər iki iddia ərizəsi üzrə mübahisələndirilən icra qeydi qanunvericiliyə müvafiq formada tərtib edildiyindən onun ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, icra qeydində göstərilən borcların mövcudluğu və borcun ipoteka predmetinə yönəldilməsi imkanları iş materiallarında olan müqavilələr və digər sübutlarla təsdiq olunmuş, həmçinin icra qeydi aparılmazdan əvvəl iddiaçıya və üçüncü şəxsə icra qeydinin veriləcəyi bağlı bildirişlər göndərilmişdir.

31. Belə ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin xəbərdarlıqları və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi almadıqlarını bildirsələr də, materiallarda olan 089607,089610, 089608 saylı poçt qəbzlərinin kötüyünə əsasən həmin bildirişlər şəxsən Əzim Əliyevə təqdim edilmişdir (c.2, i.v.48).

32. Həmin poçt qəbzlərində olan imzaların ona məxsus olmasını Əzim Əliyev məhkəmə iclaslarında verdiyi izahatlarında təsdiq etmişdir.

33. Məhkəmə həmin poçt qəbzlərinə imza etməsinə baxmayaraq ona faktiki olaraq hər hansı sənəd verilməməsi barədə Əzim Əliyevin dəlillərini ağlabatan və inandırıcı hesab etməmişdir.

34. Beləliklə, tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı adıçəkilən Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Buna görə də icra qeydinin aparılması ilə bağlı bildirişlərin göndərilməməsi ilə bağlı iddiaçı və üçüncü şəxsin dəlilləri əsassız hesab edilməlidir.

35. Bundan əlavə, həm iddiaçı, həm üçüncü şəxs iddia ərizələrində icra qeydində göstərilmiş borcu mübahisələndirsələr də, materiallarda olan və Cavabdeh2 ASC tərəfindən notariat ofisinə təqdim edilmiş maliyyə arayışında göstərilmiş ödənişlərdən savayı hər hansı ödənişin edildiyini, lakin həmin maliyyə arayışında nəzərə alınmadığını təsdiq edən, habelə icra qeydinin verildiyi tarixə faktiki borcun ümumiyyətlə hansı həcmdə olması barədə hesablamalarını (hesablama barədə hər hansı sübutu) məhkəməyə təqdim etməmişlər.

36. Bundan əlavə, məhkəmə iclasında verdiyi izahatında Əzim Əliyev də maliyyə arayışında göstərilmiş ödənişdən savayı, hər hansı ödəniş edilmədiyini təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

37. Məhkəmə iddia ərizəsini hərracın, habelə hərrac protokolunun etibarsız sayılması, çıxarışın ləğv edilməsi hissəsində də əsassız hesab etmişdir.

38. Materiallardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023cü il tarixli icraata başlamaq haqqında Qərarı ilə xx.xx.2023-cü il tarixli, 8İ2365 nömrəli İcra qeydi üzrə icraata başlanılmış, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 8İ-2365 nömrəli icra sənədinə əsasən tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi üzrə ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərrac vasitəsilə satılması, ilkin satış qiymətinin 870000 manat (ipoteka müqaviləsinə əsasən) müəyyən edilməsi ilə bağlı müraciət edilmiş, "xxxx" MMC tərəfindən Nərimanov Rayon İcra Şöbəsi, X10, İddiaçı MMC və Cavabdeh2 ASC-yə xx.xx.2023-cü il tarixli 279\23 nömrəli və xx.xx.2023-cü il tarixli 279/23 nömrəli hərrac bildirişləri göndərilmişdir (birinci hərrac bildirişi İddiaçı MMC-yə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 104305 saylı qəbzə əsasən qəbul edilmiş, ikinci hərrac bildirişi İddiaçı MMC-yə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 105379 saylı qəbzə əsasən qəbul edilmişdir, X3 qeydiyyatda olduğu ünvana göndərilmiş bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır). "xxxx" MMC tərəfindən hərraclarla bağlı elanlar (birinci, ikinci hərracla bağlı, habelə hərracın baş tutmaması ilə bağlı) “Market” qəzetinin buraxılışlarında (xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli) dərc etdirilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 279/23 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmiş, əmlakın satılmış son qiyməti 554625 manat olmuşdur. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir.

39. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hərraclarla bağlı bildirişlərin göndərilməməsi, kütləvi informasiya vasitələrində elanların verilməməsi, habelə ilkin satış qiymətinin aşağı müəyyən edilməsi barədə iddiaçının dəlilləri materiallarda olan sübutlarla təkzib edilir.

40. Məhkəmə həmçinin bildirmişdir ki, X12 (Satıcı), Cavabdeh2 ASC (İpoteka saxlayan) və İddiaçı MMC (Alıcı; İpoteka qoyan; Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli _113-MFİ-402 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 1.7-ci bəndinə görə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş rəyə əsasən ipoteka predmeti ******* (bir milyon o bir min beş yüz) manat qiymətləndirilsə də, İddiaçı MMC və Cavabdeh2 ASC ipoteka predmetinin ilkin satış qiymətinin 870000 (səkkiz yüz yetmiş min) manat olduğunu qəbul etmişlər.

41. Belə ki, hərraclar qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyindən və həmin hərracların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Hərracların keçirilməsi ilə bağlı bildirişlər iddiaçının və üçüncü şəxsin qeydiyyat ünvanlarına göndərilmiş, iddiaçıya çatdırılmış, üçüncü şəxs qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən çatdırılması mümkün olmamış, bununla da qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Buna görə də hərracın etibarsız hesab edilməli olması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığına görə iddia ərizəsi qalan hissədə də əsassız olduğu üçün təmin edilməməlidir.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

43. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

44. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

45. İddiaçı və üçüncü şəxsin apellyasiya şikayətlərində qeyd etdiyi eyni dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd olunan arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən, prosessual qənaət prinspinə əsaslanaraq yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

46. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3083/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar