Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1095/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X60 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2773/2024 saylı qətnaməsindən ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh, habelə İddiaçı və X34 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarda göstərilmişdir ki, Cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olduğu zaman RF-ə kartof məhsulunu göndərmək məqsədi ilə 2022-ci ilin may-iyun aylarında atası X53 tanışı olan İddiaçı vasitəsi ilə Cəlilabad rayonu Kazımabad kənd sakinləri X20-3700, X17-6500, Masallı rayonu Təzə Alvadı kənd sakini X2-2600, Cəlilabad Kazımabad kənd sakinləri X9-3540, X29-1630, X21-4900, X22 2370, X30-2580, X4-2170, X5-1700, X6-1630, X35-2000, X12- 1330, Masallı rayonu Təklə kənd sakini X13-3580, Cəlilabad rayonu Kazımabad kənd sakini X7-2450, Masallı rayonun Təzə Alvadı kənd sakini X14- 1500, Cəlilabad rayonun Kazımabad kənd sakinləri X1-1500, X23-320 və Masallı rayonu Təzə Alvadı kənd sakini X24 1500, ümumilikdə 60.000 manat dəyərində kartof məhsullarını pulunu bir həftəyə vermək şərti ilə aldıqdan sonra yaranmış Cəlilabad rayonu Kazımabad kənd sakini İddiaçı təkidi ilə borcun bir qismi Cavabdeh atası X69 tərəfindən 15.000 manat nağd pul şəklində, bir qismi 25.000 manat dəyərində “Kemerovo” növlü toxumluq kartof məhsulu şəklində verilməklə ödənilmiş, 20.000 manatı qalmışdır ki, həmin borcun məbləği və ödənilməsinə dair İddiaçı ilə X69 arasında mülki münasibətlərdən irəli gələn mübahisə yaranmışdır. Notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh satılmış kartof məhsulları ilə bağlı X25 1500 manat, X10 2600 manat, X43 1650 manat, X44 2560 manat, X26 1330 manat, X45 1630 manat, X18 3540 manat, X11 1700 manat, X27 3580 manat, X15 2450 manat, X46 320 manat, X75 4900 manat, X36 3700 manat, X37 2370 manat, X54 2000 manat, X31 6500 manat, X38 4700 manat, X16 2170 manat, X3 3000 manat, X47 5500 manat, X32 2300 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat pulun, 250 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 20.000 manat dəyərində əsas borc, 1416 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 21416 manat məbləğində pulun və 250 manat məbləğində ödənilmiş dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, o, Kazımabad kəndində kartof sahəsi əkib-becərməklə ailəsini dolandırmağa çalışır. Bununla yanaşı kənd sakinlərinin əkib-becərdikləri kartofu alıcılara göstərib onları sahələrlə tanış edir. Cavabdehi 5 il əvvəl atası Zahid İbadovun vasitəsi ilə tanımışdır. Cavabdehin atası Zahid İbadovla uzun müddət aralarında hər mövsümdə kartof alveri olduğuna görə Cavabdeh Kazımabad və Alvadı kənd ərazilərində yığılan kartof məhsullarını RF-na yük maşınları ilə yola salmasına iştirak edib vasitəçilik etməyini xahiş elmişdir. Sonuncu dəfə 2022-ci ilin may-iyun aylarında cavabdehin xahişi ilə yaşadığı Kazımabad və qonşu Alvadı Maşlıq kənd sakinlərindən kartof məhsulunu Zaurun bibisi oğlu və eyni zamanda onun nümayəndəsi olan İlham adlı şəxsin iştirakı ilə nisyə və nağd şəkildə alaraq cavabdeh üçün dayısı oğlu İlhamın vasitəsi və nəzarəti ilə Zaurun göndərdiyi yük maşınlarına yığıb yola salmışdır. Cavabdeh göndərdiyi məsulların bir qisminin pulunu nəğd şəkildə İlhamın vasitəsi ilə çatdırsa da, Kazımabad kənd sakinlərinə ümumilikdə 60.000 manat dəyərində kartof məhsullarının pullarını verməmişdir. Cavabdeh telefonu söndürdüyü üçün cavabdehin atası Zahid İbadovu tapıb karofun pullarını vermədiyi üçün ona narazılığını bildirmişdir. Zahid cavabdehin əvəzinə ona nağd şəkildə iki dəfə, xx.xx.2022-ci ildə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat pul vermişdir. Zaur bu pulu camaata paylamağını xahiş edib, qalan pulu isə kartof sahiblərinə söz vermişdir ki, yeznəsi İlhamın adına bankdan pul götürüb hamısının pulunu verəcəkdir. Bu bəhanə ilə camaatı sakitləşdirmişdir. Məhz bundan sonra onun atası Zahid İbadov ona xx.xx.2022-ci il tarixdə 20.000 manat dəyərində toxumluq kartof vermişdir. Borcun 35.000 manatını oğlu Zaurun əvəzinə ödəmişdir. Lakin 25.000 manat borc pulu bu günə qədər verməmişdir. Sonradan isə Zahid ibadov ona bildirmişdir ki, ona verdiyi 20.000 manatlıq kartofun hər kiloqramım səksən qəpiyə yox, 1 manata vermişdir. O, məcbur da olsa, camaatın pulları batmasın deyə bununla razılaşmışdır. Aralarında qalan 20.000 pulu cavabdehdən tələb etmişdir. Lakin cavabdeh ona telefon açmamışdır. Onun və həmkəndlisi Babayev Hüseyn barəsində Cəlilabad rayon Polis Şöbəsinə ona zay kartof göndərdiyini və 65.000 ABŞ dolları, 110. 500 manat dəyərində küllü miqdarda ziyan vurmağı barədə şikayət ərizəsi vermişdir. Cavabdehin bu puldan boyun qaçıracağını görüb Göytəpə PB-nə ərizə ilə müraciət etmiş, ümimmilikdə isə 21 nəfər şəxs xx.xx.2022-ci il tarixində Zaurun bu hərəkətləri barəsində akt tərtib edərək onu imzalamışlar. Çünki cavabdehin yalan danışdığını, göndərdikləri kartof məsullarının hamsının istifadəyə yaralı olması, onları sahədən şəxsən cavabdehin bibisi oğlu İlham adlı şəxsin qəbul edib RF-na cavabdeh üçün yola salması və İlhamın iştirakı ilə kartofun sahədən yığılmasını mobil telefonun kamerasına çəkiliş edib təhqiqata təqdim etmişdir. 4. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyana görə 98600 manat pul vəsaitinin (habelə əldən çıxmış faydaya görə 30.000 manat pul vəsaiti də daxil olmaqla), ödədiyi 150 manat dövlət rusumunun və iddianın verilməsi ilə bağlı 385.80 pul vəsaitinin, cəmi 99.135,80 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. 5. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə ərizə ilə Cəlilabad rayon PŞ-yə Cəlilabad rayonu Kazımabad kənd sakinləri Babayev Hüseyn və iddiaçı tərəfındən 2022-ci ilin aprel-iyun aylarında ona satmaq üçün pis keyfiyyətli, standarta uyğun olmayan zay kartof məhsulları göndərməklə, onu aldadaraq külli miqdarda maddi ziyan vurmaları ilə bağlı ərizə ilə Cəlilabad rayon Polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı tərəfindən onun izahatı alınmaqla araşdırmaya başlanmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehin bir qrup kənd sakinləri tərəfindən ona satılmış kartof məhsullarının pulundan 25 000 manatını borclu qalaraq verməməsi barədə şikayət ərizəsi ilə Göytopə PB-nə müraciət etmişdir. Toplanmış material xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə araşdırılmanın davam etdirilməsindən ötrü Güytəpə PB nə göndərilmişdir. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X55, X48, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X19, X39, X40, Masallı rayonu Təklə kənd sakini X41 və qeyriləri, ümumilikdə 47500 manat dəyərində kartof məhsullarını pulunu bir həftəyə ödəmək şərti ilə iddiaçının vasitəsi ilə cavabdehə satdıqlarını, sonuncu tərəfindən onların borclarının qaytarılmaması barədə ərizələrlə Göytəpə PB-nə müraciət etmələri göstərilmişdir. Cəlilabad rayon PŞ-nin TB-nin təhqiqatçısı İlkin İsmayılovun 29 dekabr 2022-ci il tarixdə ərizədə göstərilən faktları tam obyektiv araşdırmadan cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Belə ki, cavabdeh X61 və iddiaçının yaşadığı kənd sakinlərindən kartof məhsullarını toplayaraq satmaları ilə məşğul olduqlarını bilib onlarla kartof məhsullarını cavabdehə satmalarına razılaşmışdır. Razılığa görə onlar cavabdeh üçün X28 şəhərinə hər bir yük maşınına 300-350 manat pul vəsaiti almaqla standart, keyfiyyətli məhsullar toplamaqla, 2022-ci ilin aprel ayının sonlarından iyun ayının 25-dək olan müddətlər ərzində Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X61 və İddiaçı İrec oğlunun ona 18 yük avtomobilində X28 şəhərinə kartof məhsulları göndərmişlər. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X55, X49, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X19, X39, X40, Masallı rayonu Təklə kənd sakini X41 və qeyrilərini tanımır, onlarla heç bir münasibəti və alqı satqısı olmamışdır. Həmin şəxslərin və X61 ilə iddiaçının ondan şikayətlər etmələri onlardan dəymiş ziyanı tələb etməsindən sonra özlərinə haqq qazandırmaq məqsədindən yaranmışdır. X61 və iddiaçı ilə aralarındakı razılaşmaya görə ona göndəriləcək kartof məhsulunun keyfiyyətinə cavabdehliyi Hüseyn və iddiaçının üzərinə qoyulmuşdur. Yük daşıma və gömrük rüsumləri ödəmək isə onun öhdəsinə düşmüşdür. O, aralarındakı razılaşmanın bütün şərtlərini yerinə yetirmişdir. Yüklər bir-birinin ardınca yola salındığına görə ilkin yük maşını Moskva şəhərinə çatan zaman bir neçə maşınlar isə yolda olduğundan onları qəbul edilməməsi mümkün olmamışdır. Ona məhsulun zay olması barədə məlumat verildikdən dərhal sonra bunu onlara bildirib, yükün göndərilməsini dayandırmağı bildirdikdə onlar növbəti yüklərin daha keyfiyyətli olacağını vəd etdiklərinə görə onlara inanmışdır. Məhsulların zay və pis keyfiyyətli olmaları yüklər qəbul olunan zaman məlum olmuş ona bu barədə dərhal məlumat verilmişdir. Moskvada olan yükü qəbul edənlər son yükləri isə ümumiyyətlə qəbul etmək istəməmişlər. Həmin yüklərin şəkillərini də ona göndərilmişlər. O, həmin şəkilləri və danışıqları da telefon vasitəsilə Hüseyn və iddiaçıya göndərməklə onlara göndərdikləri məhsulların zay və pıs keyfiyyətli olmasını bildirmişdir. Həmin yüklərə görə 8 yük maşını üçün 350 manatdan 10 yük maşını üçün isə onlara hər yük maşınına görə 300 manat olmaqla 5800 manat məhsulun pulundan əlavə olaraq pul ödəmişdir. Məhsulların standartlara uyğun olmayan pis keyfiyyətli olmasına dair video çəkilişləri onlara göstərmişdir. Məhsulu qəbul edənlər onun bir hissəsini təmizlədiyindən bu yolla ziyanın bir hissəsinin qarşısın almağa nail olmuşdur. Bundan sonra onlar daha 59 000 manat pul vəsaitini ödəməyini tələb etməyə başlamışlar. O, isə aldadıldığını, əksinə ona ziyan vurmalarını bildirmişdir. Belə olduqda iddiaçı ilə Hüseyn cavabdehə onlara 40.000 manat pul verməklə kifayətlənəcəklərini bildirsələr də, buna etiraz etmişdir. Ondan sonra iddiaçı ilə Hüseyn onun xəbəri olmadan atası Zahirə müraciət edərək cavabdehin onlara 59.000 manat borclu olduğunu, onlara 40 000 manat verərsə, bu söhbəti bağlayacaqlarını bildirmişlər. Atası ondan xəbər almadan 25 000 manat dəyərində toxumluq kartof və 15 000 manat pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X61 və iddiaçı ancaq istehlakçıları aldatmaqla aldıqları pul vəsaitinin müqabilində sifarişçilərə pis keyfiyyətli zay məhsullar göndərməklə aldıqları pul vəsaitlərinin ələ keçirərək dələduzluqla məşğul olurlar. Məhsulu aldıqları şəxslərə də məhsulların pullarının sifarişçilər tərəfindən verilmədiyini deməklə, onları da aldadırlar. X61 və iddiaçı cavabdehin adına həmin məhsulları Azərbaycandan və Rusiyada olan yük maşınları sürücüləri ilə Moskva şəhərinə göndərilmişdir. Həmin yuk avtomobil sürücüləri də onun adına göndərilən məhsulların standarta uyğun olmayan pis keyfiyyətli məhsullar olması görmüşlər. İddiaçı və Hüseynin həmin kartot məhsullarını kənd sakinlərindən müxtəlif adamlardan aldıqlarını bildirsələr də, cavabdeh həmin şəxsləri tanımır onlarla heç bir münasibət və əlaqələri belə olmamışdır. X61 və iddiaçı təkrar cavabdehin atasının yaşadığı Masallı rayonunun Ərkıvan qəsəbəsinə gedərək onu hədələməklə pul tələb etdikdə atası onların haqsız olmalarını görüb bu barədə polisə müraciət etmişdir. Şikayət etmiş şəxslərin onlardan İddiaçının almış olduqları kartof məhsullarının pullarının bir həftəyə veriləcəyi barədə verdikləri vədlərdə yalandır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2773/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh 20000 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 20200 manat məbləğində pul tutularaq İddiaçı ödənilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəfindən cavabdehə bir neçə dəfə ziyanın hansı qaydada hesablanması barədə arayışın təqdim edilməsi təklif edilsə də, cavabdeh məhkəməyə ziyanı (98.600 manat) hansı qaydada hesablaması barədə ümumiyyətlə məlumat verə bilməmişdir. Məhkəmə ilk iddia tələbini birinci, 20000 manat pulun tələb edilməsi hissəsində əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
41. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidirMəhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən kartof məhsullarının sahiblərinə cavabdehin əvəzinə ödənilmiş ümumilikdə 20000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia ərizəsini ikinci (3258 manat əldən çıxmış faydanın ödənilməsi) hissədə əsassız hesab etmişdir. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1ci maddəsi təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
5. İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2773/2024 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin 15-ci bəndində ziyanın 60.000 manat olması göstərilmişdir. Həmin qətnamənin 17-ci bəndində ziyandan 22.940 manat ödənildiyi göstərilib. Belə olduğu halda 25.000 manatlıq toxumluq kartof və 15.000 manat pul ona ödənilməsinin 40.000 manat təşkil etdiyi halda nə səbəbdən 22.940 manat ödəndiyini bildirmişdir. Əgər iddiaçı 60.000 manat ziyan tələbi olmuşsa göstərilən 22.940 manat və 25.000 manat toplandıqda bu 47.940 manat təşkil etməsinə baxmayaraq məhkəmə bu ziddiyyətləri də araşdırmamışdır. Qətnamənin 37-ci bəndində məhkəmə X42 Göytəpə polis bölməsində saxtalaşdırılmış izahatına istinad edən məhkəmə İlham Əliyevin yığılmış kartofun yararlı və keyfiyyətli olduğuna əmin olub məhsulun yük avtomaşınlarına yüklənməsinə cavabdeh olması qənaətinə gəlmişdir. Məhkəmə araşdırmasında isə İlham Əliyevin dindirilməsini zəruri hesab etməmiş, onun Bakı şəhər Xətai rayon məhkəməsində araşdırılan zaman onun dindirilməsi ilə bağlı iş təhqiqatda belə izahat vermədiyini, kartof məhsullarının keyfiyyətli olmasına cavabdehin İddiaçı və Hüseyn Babayevin cavabdeh olması barədə dedikləri və qətnamədəki həmin xüsusata belə əhəmiyyət verməmişdir. İddiaçı ona göndərdiyi məhsulları keyfiyyətli məhsul olmasını bildirmələri həqiqətəuyğun deyildir. Bundan başqa onun 60.000 manat pul borclu olmağı, buna görə atası Zahirin ona 20.000 manat dəyərində toxumluq kartof və 15.000 manat pul verdiyini bildirsə də, verilmiş toxumluq məhsulun 25.000 manatlıq olması təsdiqlənmişdir. Həmin fakt 25.000 manatlıq toxumluq məhsulu vermiş X50 izahatı ilə də təsdiqini tapır. İddiaçı izahatında onunla xəbəri olmadan atası Zahirlə aparılmış danışıqlar, onun Zahirə 20.000 manatı keyfiyyətsiz məhsula görə bağışlaması barədə fikirlər nəzərə alınmamış və araşdırma birtərəfli aparılmışdır. xx.xx.2022-ci il tarixdə 21 nəfərin 25.000 manat pulun borclu olmağı barədə akt da məhz tərəfindən etdiyi şikayətdən sonra tərtib olunmaqla özlərini müdafiə etmək xarakteri daşıması ilə bağlıdır. Məhkəməyə təqdim edilmiş video görüntülərdən də tam aydın görünür ki, məhsul satış ünvanına çatdıqda artıq keyfiyyətə uyğun olmamışdır. Qətnamənin 46-cı bənddə göstərilən şəxslərin verdikləri notariat qaydasında təsdiqlənmiş ərizələrində veriləsi pulların iddiaçı tərəfindən ödənilməsinin göstərilməsinə münasibətdə isə bu pullar cavabdehin ödədiyi pullar olmuş, həmin pulları vaxtında məhsul sahiblərinə verməyən Əlihüseyn sonradan vermək məcburiyyətində qalmışdır. Belə ki, həmin borc məbləğindən 15.000 manat pul formasında, 25.000 manatı isə toxumluq məhsul kimi iddiaçıya ödənilməsinə baxmayaraq həmin pul vəsaitlərini vaxtında şəxslərə ödəməmişdir. Daha sonra qeyd etmək istəyir ki, Cəlilabad rayonunun Kazımabad kənd sakini İddiaçı ona pis keyfiyyətli, standarta uyğun olmayan külli miqdarda kartof məhsullarını satmaq adı ilə onu aldadaraq 65.000 ABŞ dolları dəyərində 110.500 manat məbləğində maddi ziyan vurmuşlar. Həmin ziyandan 8500 ABŞ dolları digər xərclərinə və yeməklərə sərf olunmasını nəzərə alsaq ona vurulan ziyan 56.500 ABŞ dolları, yəni 98.600 manat təşkil edir. Göndərdikləri kartof məhsullarının pis keyfiyyətli (çürük) məhsullar olmasını dəfələrlə onlara bildirməsinə baxmayaraq İddiaçı aralarındakı öhdəliyi icra edən zaman öhdəliyin icrasını təhlükə altına ala biləcək hərəkətlərdən çəkinməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh teleqram göndərərək məhkəmə iclasının səhhəti ilə bağlı təxirə salınmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etməməsini təsdiq edən sübutları ərizəsinə əlavə etmədiyini nəzərə alaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq:
10. Mülki Məcəllənin:
-385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. -779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
11. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, qarşılıqlı iddianın isə rədd edildiyini, ilkin cavabdehin apellyasiya şikayətində qətnaməni yalnız ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddia hissəsində mübahisələndirdiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunmuş hissəsində və qarşılıqlı iddia hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
17. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ilkin iddiaçı ilkin cavabdehin tapşırığı əsasında 2022-ci ilin yaz-yay aylarında Cəlilabad rayon sakinləri olan Ramil Babayevdən dəyəri 3700 manat, Alışan Muradovdan 6500 manat, Valeh Seyfullayevdən 2600 manat, Ehtiram Ağayevdən 3540 manat, Hüseyn Babayevdən 1630 manat, Rauf Ağayevdən 4900 manat, Şamil Muradovdan 2370 manat, Tofik Kərimovdan 2580 manat, Zamin Məmmədovdan 2170 manat, Şakir Məmmədovdan 1700 manat, Xumar Dadaşovadan 1630 manat, Əziz Muradovdan 2000 manat, Mübariz Sarıyevdən 1330 manat, Nurəli Rüstəmovdan 3580 manat, Cavanşir Nəsirovdan 2450 manat, Mirzağa Nadirovdan 1500 manat, Müseyib İsrafilovdan 3000 manat, Naib Bağırovdan 320 manat, Səfalı Həsənovdan 4700 manat, Cəmil Ağazadədən 5500 manat, Elçin Hüseynovdan 2300 manat, ümumilikdə 60000 manat dəyərində kartof məhsulunu alaraq ilkin cavabdehə göndərmişdir. Həmin məhsulun dəyərinin bir qismi olan 40000 manat (25000 manat dəyərində toxumluq kartof verilməklə və 15000 manat vəsait ödənilməklə) satıcılara ödənilməsi üçün ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya təqdim edilmişdir.
18. Hazırda ilkin iddiaçı təqdim edilmiş kartofun dəyəri olan 20.000 manat məbləğində pul vəsaitini ilkin cavabdehin əvəzinə satıcılara ödədiyini iddia edir və həmin pulun ilkin cavabdehdən tutulmasını tələb edir.
19. Göründüyü kimi işin mübahisəli halını ilkin cavabdehə təqdim edilmiş kartofun qalıq dəyəri olan 20.000 manat məbləğində pul vəsaitinin ilkin iddiaçı tərəfindən satıcılara ödənilib-ödənilməməsi təşkil edir.
20. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş satıcıların notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən müəyyən edilir ki, ilkin cavabdehə təqdim edilmiş kartofun dəyəri olan ümumilikdə 60.000 manat məbləğində pul vəsaiti ilkin iddiaçı tərəfindən satıcılara ödənilmiş və satıcıların heç bir tələbləri qalmamışdır.
21. Digər tərəfdən işin mübahisəsiz halı ondan ibarətdir ki, ilkin cavabdeh kartofun dəyərini satıcılara ödəmək üçün ilkin iddiaçıya ümumilikdə 40.000 manat məbləğində pul və mal təqdim etmişdir.
22. Göstərilən hallar isə ona dəlalət edir ki, ilkin iddiaçı 60.000 manat məbləğində pul vəsaitinin 40.000 manat hissəsini ilkin cavabdehin hesabına, qalan 20.000 manat hissəsini satıcılara öz vəsaiti hesabına ödəmişdir.
23. Belə olan halda isə ilkin iddiaçı Mülki Məcəllənin 783.1-ci maddəsinə əsasən tapşırığın icra edilməsi ilə bağlı çəkdiyi xərc olaraq 20.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
24. Maddi zərərin əvəzi olaraq pulun tutulması tələbinə dair qarşılıqlı iddiaya gəldikdə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı iddiasını onun tapşırığına əsasən onun adından qarşılıqlı cavabdeh tərəfindən satıcılardan alınmış kartof məhsullarının keyfiyyətsiz olması və bunun nəticəsində ona maddi zərər dəyməsi ilə əsaslandırmışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsindən irəli gələn maddi zərər tələblərinə baxılarkən ilk növbədə cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verməsi, iddiaçıya maddi zərərin dəyməsi faktı və məbləği; müqavilə pozuntusu ilə dəymiş zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir.
26. Hazırkı halda qarşılıqlı iddiaçı nə qarşılıqlı cavabdehin vasitəçiliyi ilə satıcılardan alınmış kartof məhsullarının keyfiyyətsiz olmasını, nə də kartof məhsullarının keyfiyyətsizliyi nəticəsində ona maddi zərər vurulması faktını və həmin zərərin məbləğini sübuta yetirə bilmişdir. Belə ki, qarşılıqlı iddiaçının təqdim etdiyi videoyazı və fotoşəkillərə əsasən həmin videoyazı və şəkillərdə əks olunmuş çürük kartof məhsullarının məhz qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya göndərilmiş məhsul olması, eləcə də kartofun xarab olmasının səbəblərini müəyyən etmək qeyri-mümkündür.
27. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar qarşılıqlı cavabdehin tapşırıq müqaviləsi üzrə öhdəliklərini kifayət qədər vicdanla icra etməməsi barədə qənaətə gəlmək üçün kifayət etmir. Odur ki, hazırkı işdə Mülki Məcəllənin 779.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilmədiyindən qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin cavabdehə özünə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2773/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov