Məhkəmə qərarları › İş №2-2(103)-1096/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1096/2025

21.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1096/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, demuraj xərci, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "X3" MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 Hüseyn qızı, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2-2(113)-2145/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “X1” MMC (daşıyıcı) və Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli, LSAZ-C-085 saylı yükdaşıma xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə bu müqavilə görə ekspeditor (iddiaçı) və sifarişçi (cavabdeh) arasında yüklərin daşınması sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir. Həmin müqavilənin: 1.2-ci bəndinə görə hər yükləmə üçün tərəflər müqavilənin ayrılmaz hissəsi olan spesifikasiya tərtib edirlər. Spesifikasiyada yükün adı, marşurut, daşıma qiyməti və çatdırılma tarixi göstərilməlidir; 1.3-cü bəndinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır; 1.6-cı bəndinə əsasən ekspeditorun təqdim etdiyi xidmətlərə - yüklərin daşınması, anbarda müvəqqəti saxlamanın təşkili, idxal/ixrac yerində gömrük razılaşdırılmasının təşkili, yükləmə-yük boşaltma işləri və tərəflərin razılaşdırdığı digər əməliyyatlar daxildir; 2.1-ci bəndinə əsasən sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor xidmət haqqını hesab-faktura təqdim edildikdən sonra 5 gün ərzində təqdim etməlidir. Ekspeditor bu müddətə riayət etmədikdə sifarişçinin xidməti göstərilən günün rəsmi məzənnəsinə müvafiq olmaq şərtilə, təqdim ediləcək hesab-fakturanın tarixinə müvafiq yenidən hesablaşma aparmaq hüququ vardır; 2.2-ci bəndinə görə hazırkı müqavilə üzrə ödənişlər ekspeditorun təqdim etdiyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir; 4.1-ci bəndinə görə tərəflər müqaviləyə uyğun olaraq öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar; 4.5-ci bəndinə görə sifarişçi iş və xidmətlərin icrası üçün tələb olunan bütün sənədlərin və daşıma sənədlərinin (keyfiyyət, uyğunluq, mənşə sertifikatlarının və s.) vaxtında təqdim olunmasını təmin etməli və qəbulu ilə bağlı texniki şərtlər, temperatur rejimi və s. ilə əlaqədar məlumat veməlidir; 4.6-cı bəndinə əsasən sifarişçi gömrük rəsmləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keşirilməsini təmin etməli, idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtini istisna etməlidir; 4.10-cu bəndinə əsasən maşının tam boşaltması üçün 48 saat ödənişsiz gözləmə vaxtı təyin edilir. Bu müddətdən sonra hər gözləmə gününə görə ödəniş “müqaviləyə əlavə” sənədində qeyd olunacaqdır; 4.13-cü bəndinə əsasən malın yükləmə sənədinin sifarişçinin tələbinə uyğun olaraq tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir; 4.19-cu bəndinə əsasən kanteynerin boş qaytarılması zamanı ekspeditordan asılı olmayan səbəbdən (platforma qıtlığı, hava şəraiti, sərhədlərdə/stansiyalarda tıxac) yarana bilən gecikmələr tədqirində ekspeditor tərəfindən təqdim olunmuş orjinal gəmi xətti invoysuna əsasən sifarişçi bütün cərimələri ödəməyi öz üzərinə götürür.

2. Tərəflər arasında bağlanmış müqaviləyə əlavə №2-yə görə yükün götürülmə yeri Xiamen, Cin, çatdırılma ünvanı Bakı, Azərbaycan, kanteynerlərin sayı 10 ədəd, vahidin qiyməti 4950 ABŞ dolları olmaqla, ümumi 49500 ABŞ dolları, tranzit müddəti 50-55 gün, boşaldılma müddəti – yerinə çatdıqdan sonra 48 saat (gecikməyə görə 1kanteyner üçün 150 manat cərimə), ödəniş – 50% yük Poti limanına çatnazdan 1 həftə əvvəl, qalan ödəniş yük Bakıya çatdıqdan sonra 14 iş günü müəyyən edilmişdir.

3. 15.11.2025-ci il tarixdə cavabdeh tərəfindən daşınan yükə dair 2 ədəd – **********0427 və **********0454 sorğu nömrəli qısa idxal bəyannamələri, xx.xx.2023-cü il tarixdə isə 2 ədəd - **********8847 və **********8878 sorğu nömrəli gömrük bəyannamələri təqdim edilmişdir. Yük müqavilə şərtlərinə uyğun olaraq cavabdehə Bakı şəhərində təhvil verilmişdir. Daşıma haqqı olaraq razılaşdırılmış 84150 manat daşıma haqqı cavabdeh tərəfindən hissə-hissə - xx.xx.2023-cü il tarixdə 25500 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat və xx.xx.2024-cü il tarixdə 23650 manat olmaqla, tam örənilmişdir.

4. Daha sonra, cavabdeh tərəfindən iddiaçıya “Bakı istiqamətində daşıma marşurutunda demuraj (xx.xx.2023 – xx.xx.2023) 6 gün müddəti üçün, bir kanteyner 2550 manat olmaqla, cəmi 15300 manat və “Bakı istiqamətində daşıma zamanı konteynerlərin porta qayıtması zamanı yaranmış xərclər (kanteyner demuraj Poti limanında)” 1 gün üçün cəmi 4411 manat pulun ödənilməsini əks etdirən qaimə (invoys) təqdim edilmişdir. Cavabdeh tərəfindən bu sonuncu qaimələr üzrə ödəniş edilməmişdir.

5. Bundan başqa, iddiaçının 001 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli yazılı cavabında göstərilmişdir ki, cavabdehin ünvanına gələn mallar - 2 ədəd qülləli kranlar ölkə ərazisinə daxil olmamışdan əvvəl **********0454 və **********0427 sorğu nömrəli qısa idxal bəyannamələri ilə bəyan edilmiş, ölkə ərazisinə daxil olduqdan sonra isə **********8847 və **********8878 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Qeyd olunan malların ölkə ərazisinə bütöv şəkildə gətirilməsi mümkünsüz olduğu üçün kranlar ayrı ayrı hissələrə sökülərək demontə edilmiş vəziyyətdə müvafiq olaraq 10 ədəd konteyner vasitəsilə idxal edilmişdir. Qurğunun hissələrini daşıyan konteynerlərdən 9 ədədi təyinat gömrük orqanına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində çatdırılmış, əlavə olaraq 1 konteynerin təyinatı xx.xx.2023-cü il tarixində dəyişdirilərək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə yönləndirilmiş və rəsmiləşdirmə prosesinə başlanılmışdır. Sökülmüş texnikaların rəsmiləşdirilməsi həmin mallara aid olan hissələr ölkə ərazisinə tam şəkildə idxal edildikdən sonra həyata keçirilir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı ödənilməmiş 19711,5 manat məbləğində borcun, 985,5 manat 5% illik hesablanmış pul məbləğinin, 6603,35 manat müqavilə üzrə hesablanmış cərimənin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat pulun, 320 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 175,86 manat dövlət rüsumunun, cımi 28796,21 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış LSAZ-C-085 nömrəli xx.xx.2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqaviləyə görə, “iddiaçı cavabdehə məxsus yükün Çin Xalq Respublikasının Xiamen şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını öhdəsinə götürür, cavabdeh bunun müqabilində iddiaçıya ödəniş edir. Yükün daşınması üçün konteynerlərin sayı və qiyməti barədə iddiaçı cavabdehə təklif göndərmiş, cavabdehin verdiyi sifariş əsasında yükün daşınması üçün 5 konteynerdən (maşın) istifadə olunacaq, hər bir konteynerin (maşın) qiyməti 5.000 ABŞ dolları, cəmisi 25.000 ABŞ dolları olacaqdır. Həmin sənədə görə, tərəflər həmçinin razılığa gəlmişlər ki, yük yerinə çatdıqdan sonra 48 saat ərzində boşaldılmalıdır, 48 saatdan sonra bohaldılması gecikdirilən hər əlavə günə (1 konteyner) 150 ABŞ dolları cərimə ödəyəcəkdir. Qeyd olunan təklif tərəflər arasında müzakirə predmeti olmuş və son nəticədə razılığa gəlmişlər ki, yükün daşınması 10 konteyner (maşın) vasitəsilə həyata keçiriləcək, 1 konteynerin (maşın) qiyməti isə təklifdə qeyd olunan qiymətdən 50 ABŞ dolları aşağı, yəni 4.950 ABŞ dolları müəyyən olunacaqdır. Bu fakt tərəflər arasında aparılmış və məhkəməyə təqlim olunmuş iddiaçının nümayəndəsi Ceyhun Manaflı və cavabdehin nümayəndəsi Elvin Abbasov arasında aparılan mail yazışmaları ilə tam təsdiq olunur. Bunlardan başqa, tərəflər həmçinin öz aralarında yazılı formada yük daşıma üçün vacib qaydalar da müəyyən edirlər ki, həmin qaydalara görə onlar razılığa gəlmişlər ki, Azərbaycan sərhədini keçdikdən sonra yük maşını 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhəddində cərimə tətbiq oluna bilər. Həmin məbləğ hesabfakturada öz əksini tapacaq. Həmin qaydalar müqavilənin tərkib hissəsi oğlan 2 N°-li Əlavədə öz əksini tapmış, Əlavə cavabdehin səlahiyyətli nümayəndəsi tərfindən xx.xx.2023-cü il tarixdə imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəməyə təqdim olunmuş mail yazışmalarından həmçinin məlum olur ki, yük Çindən çıxdıqdan sonra iddiaçının nümayəndələri tərəfindən cavabdehin nümayəndəsinə razılaşdırılmış xidmət haqlarının və əlavə xərclərin vaxtında ödənilməsi, əks halda yükün buraxılmaması, demuraj və sair məsələlərin ortaya çıxacağı, yaranacaq bu çətinliklərlə bağlı cərimələrin tətbiq olunacağı və həmin cərimələrin cavabdehə yönəldiləcəyi barədə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Həmin yazışmalardan o da məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə razılaşdırılmış məbləğdən 25.500 manat ödəniş olunsa da, qalan məbləğ ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi cavabdehə ünvanladığı məktubda qeyd edir ki, cavabdeh ödənişləri gecikdirdiyi üçün yük Poti limanından buraxılış ala bilməyəcək və həmin məktubda da bir daha ödənişin tam aparılması, əks halda daha çox xərclərin yaranacağı bildirilir. xx.xx.2023-cü il tarixli mail iddiaçının nümayəndəsinin cavabdehə ünvanladığı məktubda bildirir ki, yük limanda xx.xx.2023-cü il tarixdə artıq yüklənmişdir və idxal bəyanamələrin kodları və CMR təqdim olunmadığına görə 5 gündür ki, ləngimə baş verir. Bu ləngimə konteynerlərin boşaldılaraq Potiyə vaxtında çatdırılmaması cərimələrə səbəb olacaqdır ki, həmin cərimələr də iddiaçının təqdim etdiyi invoys əsasında cavabdehə yönələcəkdir. Beləliklə də, məhkəməyə təqdim olunmuş mail yazışmaları, CMR sənədləri və sair sənədlərə əsasən müəyyən edilir ki, cavabdehə aid yükün daşınması üçün iddiaçının xx.xx.2023-cü il tarixdə 18 gün müddətinə icarəyə götürdüyü 10 konteynerlərdən 7-i boşaldılmış vəziyyətdə xx.xx.2023-cü il tarixdə, yəni 4 gün gecikmə ilə iddiaçıya təhvil verilmişdir. Digər 3 konteyner isə boş vəziyyətdə iddiaçıya xx.xx.2023-cü il tarixdə, yəni 5 gün gecikmə ilə təhvil verilmişdir. Gecikmə ilə bağlı cərimələr Gürcüstan şirkəti tərəfindən hesablanmışdır. Konteynerlərin gecikməsinə görə - tətibq olunmuş cərimənin ümumi məbləği 4.411 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş xx.xx.2023-cü il tarixli EBDU seriyalı, 659715 Ns-li e-qaimənin 3-cü bəndində öz əksini tapmışdır. Bunlardan başqa, işə olan sənədlərdən bəlli olur ki, cavabdehin təqsiri üzündən konteynerlər Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya görə həmin konteynerlər 48 saat ərzində boşaldılmalı halda 6 gün gec boşaldılmışdır. Bu gecikmə müddətini cavabdeh tərəf iddiaya etirazında də təsdiq edir. Bu gecikmə isə 15.300 manat (6 gün x 10 konteyner x 150 dollar cərimə = 9.000 ABŞ dolları (azərbaycan manatına məzənnə ilə 15.300 manat) cərimənin hesablanmasına gətirib çıxarmışdır. Konteynerlərin gec boşaldılmasına görə tətibq olunmuş cərimənin ümumi məbləği 15.300 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş xx.xx.2023-cü il tarixli EBDU seriyalı, 659715 Ns-li e-qaimənin 2-ci bəndində öz əksini tapmışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, cavabdeh tərəfindən daşıma xidmətinə görə olan ödəniş hələ də tam ödənilməmiş qalır. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinədək cəmi 84.150 manat məbləğində pul ödənilmiş, cavabdehin iddiaçıya 19.711,50 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə EBDU N659715 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə vurulmuşdur, həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. EBDU N659715 saylı xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən cavabdeh müqaviləyə əsasən ümumi 103.861,50 manat pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 25.500 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2024-cü il tarixdə 20.000 manat, xx.xx.2024-cü il tarixdə 23.650 manat, cəmisi 84.150 manat pul ödənilmiş, geri qalan 19.711,50 manat isə bu günədək ödənilməmişdir. Müqaviləyə görə 19.711,50 manat borca görə hər gün üçün 0.1% məbləğində cərimə hesablanır. Həmin cərimə məbləği 19.711,50 x 0.1% x 365 gün (xx.xx.2024-xx.xx.2025) = 6603,35 manat cərimə də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Borc vaxtında ödənilmədiyinə görə illik 5 % 19.711,50 x 5% x 1 il = 985,50 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə də müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, nəticədə bu günə kimi onun iddiaçıya ödənilməmiş 19.711,50 manat borcu yaranmışdır.

8. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, tərəflər arasında imzalanmış nəqliyyat müqaviləsinə əsasən icraçı şirkət ÇXR-in Xiamen şəhərindən onlara məxsus yükün Bakı şəhərinə çatdırılmasını təmin etmiş və sifarişçi olaraq nəqliyyat xərcləri tam olaraq ödənilmişdir. Belə ki, iki şirkət arasında imzalanmış müqaviləyə əlavə edilən RF QAZ 01923 saylı qiymət təklifinə əsasən nəqliyyat xərci iddia ərizəsində göstərildiyi kimi 61095 USD (103 861.5 AZN) deyil 49 500 USD (84 150 AZN) təşkil etmişdir. İddia ərizəsində qeyd olunan EBDU N«659715 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə əsassız olduğu üçün tərəfimizdən təsdiq edilməmiş, dəfələrlə geri qaytarılmış, qeyd olunan tarixdə isə həftə sonu, qeyri iş saatında sistemə yüklənmişdir. İddia ərizəsində iddiaçı müqavilədə göstərilən əsas məbləğdən əlavə olaraq hesabladığı pulun nə ilə bağlı olduğunu ümumiyyətlə göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh olaraq sifarişçi kimi müqavilə üzrə olan öhdəliklərinə məsuliyyətlə yanaşmış və hətta yükün onlardan asılı olmayan səbəblərə görə gömrük xidmətində ləngiməsi zamanı yaranan problemin həllini də öz üzərlərinizə götürmüşlər. Gətirilən yüklərlə bağlı qısa idxal bəyannamələri vaxtında tərtib edilərək qarşı tərəfə təqdim olunmuş, lakin gömrük nəzarətindən keçid zamanı icraçı öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. İdxal edilən iki ədəd MC120B markalı qülləli kranlarla bağlı vaxtında verilmiş xx.xx.2023-cü il tarixli **********0454 və **********0427 saylı əsas, 8 ədəd isə qısa idxal gömrük bəyannamələrində əks olunan məlumatlardan da aydın olur ki, daşıyıcı şirkət yükü ölkəyə 10 ədəd nəqliyyat vasitəsilə gətirmişdir. Məhz bununla bağlı qısa idxal bəyannamələri hər bir maşına ayrılıqda deyil, idxal olunan yükə görə iki ədəd olaraq tərtib edilmişdir. Yükləri daşıyan nəqliyyat vasitələri, onların hər birinin ölkəyə daxil olma tarixləri və sürücülər haqqında məlumatlar ərizəyə əlavə olunan qısa idxal bəyannamələrində əks olunmuşdur. Yüklərin rəsmiləşdirilməsi zamanı məlum olmuşdur ki, sərhəd nəzarətini keçərkən iddiaçı şirkətinin əməkdaşlarının məsuliyyətsizliyi ucbatından qısa idxal bəyannamələrinin qeydə alınması təmin edilməmiş, nəticədə yüklərin gömrükdən təhvil alınması ilə bağlı problem yaranmışdır. Məsələnin onlara aidiyyəti olmasa da, icraçının keyfiyyətsiz xidməti nəticəsində yaranan problemin həllini öz üzərlərinə götürmüş, kranların gömrükdən təhvil alınmasını təmin etmişlər. Qeyd olunanlardan əlavə yüklərin gömrük xidmətində 6 gün ləngiməsinə görə cavabeh terminal xərci olaraq əlavə 5 000 manat da ödəməli olmuşdur. Yaranmış problemin iki şirkət arasında razılaşma və əməkdaşlıq əsasında həlli tərəfimizdən qarşı tərəfə təklif olunsa da, iddiaçı əsassız iddiasından əl çəkməmişdir.

9. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddia tələbinə izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndələri yazılı etirazların uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:  İşin mübahisəsiz halıdır ki, tərəflər arasında yükdaşıma xidmətlərinə dair xx.xx.2023-cü il tarixli, LSAZ-C-085 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında cavabdehin başlıca öhdəliyi onun sifarişi ilə iddiaçı tərəfindən malların (yükün) daşımasına görə müqavilədə nəzərdə tutulmuş haqqın ödənilməsi, iddiaçının başlıca öhdəliyi isə sifariş edilmiş yükün müqavilədə və razılaşmada göstərilmiş müddətdə və qüsursuz olaraq təyinat yerində sifarişçiyə (yük alana – cavabdehə) təhvil verməkdən ibarət olmuşdur. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, yük iddiaçı tərəfindən daşınmış, təyinat yerində cavabehə təhvil verilmiş və daşımaya görə tərəflər arasında razılaşdırılmış daşıma haqqı (84150 manat) hiss-hissə iddiaçıya ödənilmişdir.  Tərəflər arasındakı mübahisə isə yükün daşınması zamanı iddiaçı tərəfindən kirayə götürülmüş 1 kanteynerin vaxtında qaytarılmamasına görə hesablanmış 4411 manat və Bakı istiqamətində daşıma zamanı xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə demuraja görə yaranmış 15300 manat xərcilə bağlıdır. İddiaçı bu xərclərin yaranmasında cavabdeh tərəfindən yükə dair gömrük bəyannamələrinin vaxtında və qanunla müəyyən edilmiş qaydada (hər bir kanteyner üçün ayrıca) verilməməsi səbəbindən onun təqsiri nəticəsində yarandığını iddia edir. Cavabdeh isə mübahisəli xərclərin yaranmasını iddiaçının səriştəsizliyi ilə əlaqələndirir. Göründüyü kimi tərəflər arasındakı mübahisə, məhz yükün gömrük orqanında sənədləşdirilməsi ilə bağlı yaranmışdır.  Şərh edilənlər baxımından yükün daşınması ilə əlaqədar yaranmış və tərəflər arasında mübahisə doğuran həmin xərclərin onların hansının təqsiridən yaranmasının müəyyən edilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Bu zaman həm də diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, yükün gömrük rəsmləşdirilməsi zamanı tərəflərin öhdəliklərinin bölgüsü (yükü) necə müəyyən edilmişdir.  Mülki Məcəllənin 853.2-ci maddəsinin mənasından da göründüyü kimi, daşıyıcı yükü öz məsuliyyəti ilə daşıyır. Bu zaman, tərəflər arasındakı müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, yükün hansı nəqliyyat vasitəsi ilə və hansı qaydada daşınması, daşınmanın vaxtında, qüsursuz və təhlükəsiz icra edilməsi üçün tədbirlərin görülməsi və s. kimi risklər daşıyıcının üzərinə düşür. Bu, həm də o mənaya gəlir ki, yükü ilkin yerindən təyinat yerinə daşıyaraq sifarişçiyə təhvil verənədək yarana biləcək bütün çatışmazlıqlara, o cümlədən vaxtında çatdırılmamağa, yükün sənədləşdirilməsinin düzgün təşkil edilməməsi və s. ilə bağlı dəymiş zərərə görə məsuliyyəti, qanunla və müqavilə ilə sifarişçinin (yükgöndərənin) üzərinə düşən öhdəliklər istisna olmaqla (məsələn, yükün çəkisi, çatdırılacaq ünvan və s.), daşıyıcıya aiddir. Mülki Məcəllənin859.2-ci maddəsində də göstərilir ki, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, “çatdırmanın gecikdirilməsi” geniş mənada ifadə olunmuşdur və həmin ifadə eyni zamanda yükün gömrük rəsmiləşdirilməsi zamanı daşımanın gecikdirilməsi ilə baglı məsələləri də əhatə edir.  Tərəflər arasında bağlanmış müqavilədə də gömrük rəsmiləşdirilməsi zamanı onların öhdəliklərinin dairəsi dəqiq göstərilmişdir. Müqavilənin 1.6-cı bəndinin 3-cü yarımbəndinə əsasən idxal/ixrac yükün gömrük rəsmiləşməsini təşkil edilməsi iddiaçının, gömrük rəsmləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keşirilməsini təmin edilməsi, idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtini istisna edilməsi isə sifarişçinin öhdəliyinə aiddir.  İş materiallarına əlavə edilmiş tərəflərin nümayəndələri arasında aparılmış email yazışmalarından görünür ki, iddiaçının nümayəndəsi yükün xx.xx.2023cü il tarixdə Gürcüstan Respublikasının Poti limanına çatacağı barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərərərk, ödənişin 50% hissəsini xx.xx.2023-cü il tarixədək ödənilməsini xahiş etmişdir. Bundan sonra, tərəflər arasında ödənişlə bağlı 25 və xx.xx.2023-cü il tarixlərdə də e-mail yazışmaları olmuşdur. Daha sonra, xx.xx.2023-cü il tarixdəki yazışmada iddiaçının nümayəndəsi yenilənmiş CMR - beynəlxalq qaimələrin qoşmaya əlavə edilməsini bildirmişdir. Tərəflər arasında sonuncu e-mail yazışması isə xx.xx.2023-cü il tarixdə aparılmış, həmin bildirişdə iddiaçının nümayəndəsi günün sonuna qədər qısa idxal bəyannamələrinin verilməsini, yüklərin xx.xx.2023-cü il tarixdən yükləndiyini bildirmişdir. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən **********0427 və **********0454 nömrəli 2 ədəd qısa idxal bəyannamələri verilmiş, həmin bəyannamələrin 31-ci bölməsində (malların təsviri) sökülmüş vəziyyətdə olan qülləli kran təsvir edilmişdir.  Həmçinin, iş materiallarında olan CMR – beynəlxalq yük qaiməsinə əsasən müəyyən edilir ki, yük hissələrə ayrılmış vəziyyətdə 10 ədəd yük avtomobilinə yüklənərək Gücüstan Respublikasının Medlog terminalından xx.xx.2023-cü il tarixdə yola salınmış, eləcə də AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, qurğunun hissələrini daşıyan konteynerlərdən 9 ədədi təyinat gömrük orqanına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində çatdırılmış, əlavə olaraq 1 konteynerin təyinatı xx.xx.2023-cü il tarixində dəyişdirilərək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə yönləndirilmiş və rəsmiləşdirmə prosesinə başlanılmışdır. Eləcə də, iş materialları ilə o da müətyən edilir ki, demuraja görə iddiaçı tərəfindən tələb edilən cərimə xx.xx.2023-xx.xx.2023-cü il trixləri əhatə etmişdir.  Şərh edilənlərdən də görünür ki, iddiaçı yüklərin gömrük rəsmliləşdirilməsi ilə bağlı cavabdehi CMR - beynəlxalq qaimələrini göndərdiyi bildirişə əlavə etməklə, xx.xx.2025-ci il tarixdə tam olaraq məlumatlandırmış, xx.xx.2023-cü il tarixdə isə cavabdeh tərəfindən hər qülləli karana görə 1 qısa idxal bəyannaməsi verilmişdir. İddiaçı da cavabdeh tərəfindən gömrük rəsmləşdirməsinin düzgün aparılmamasını (bununla bağlı öhdəliyini pozmasını), məhz qısa idxal bəyannaməsinin 2 ədəd (hər bir qülləli kran üçün) deyil, hər kanteyenrə görə ayrıca, 10 ədəd verilməli olması ilə izah edir.  Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, AR Gömrük Məcəlləsinin 13-1.1 və 113.1-ci maddələrinin mənasından da görünür ki, qısa idxal bəyannamələri gömrük buraxılış məntəqəsinə gətirilməli olan mallara və nəqliyyat vasitələrinə görə əvvəlcədən verilir. Məhkəmə hesab edir ki, qeyd edilən müddəlarda istifadə olunan “mallar” termini özlyündə hər hansı istənilən “əşya” ifadəsini ehtiva edir. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsində verilmiş anlayışdan da görünür ki, yalnız fiziki obyektlər, o cümlədən pullar vəsənədliqiymətli kağızlar əşyadır. İdxal-ixrac məqsədilə təqdim edilən bütün fiziki obyektlər, o cümlədən pullar və qiymətli əşyalar və sənədli qiymətli kağızlar da əşyadır və gömrük məqsədləri üçün onlar “mal”, yaxud “mallar” termini altında ifadə edilmişdir.  Həmçinin, Mülki Məcəllənin 135.9-cu maddəsində göstərilir ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar.İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, cavabdeh tərəfindən sifariş edilən qülləli kranların bütöv şəkildə ölkəyə gətirilməsi mümkün olmadığından onlar hissələrə ayrılaraq, hər biri 5 kanteynerdə daşınmışdır. Hissələrinə bölünərək daşınsa da, kanteynerlərin hər biri bir mürəkkəb əşyadır (maldır). Bu halda, Gömrük Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları baxımından qülləli kranlar da bötöv bir əşya (mal) olaraq bəyan edilməli idi. Bu şərh edilənlər əsasında belə qənaətə gəlmək olar ki, cavabdeh daşınan yüklə bağlı qısa idxal və sonradan gömrük bəyannamələrini qanunvericiliyin tələblərinə uyğun olaraq vermiş və bu məsələdə öhdəlyini müqaviləyə uyğun olaraq yerinə yetirmişdir.  Tərəflər arasında bağlanmış nə müqavilədə, nə də müqavilədən sonra razılaşdırılmış əlavələrdə qısa idxal və gömrük bəyannamələrinin hər bir kanteyner üçün ayrıca verilməli olması barədə xüsusi şərt əlavə edilməmiş, eləcə də e-mail yazışmalarında da bu məsələ ilə bağlı cavabdehə hər hansı bir bildiriş təqdm etməmişdir. Şərh edilənlərdən bu qənaətə gəlmək olar ki, daşıma sahəsində təcrübəyə malik olan şəxs kimi, iddiaçıya bu problemin olacağı bəlli idisə, bunu əvvəlcədən cavabdehə bildirməyə borclu idi, çünki əvvəldə də qeyd edildiyi kimi, idxal/ixrac yükün gömrük rəsmiləşməsnini təşkil edilməsi öhdəliyi iddiaçıya aid olnuşdur. İddiaçının bu vəziyyəti əvvəlcədən cavabehə bildirməməsi onun idxal/ixrac prosedurunun düzgün təşkil etməməsi anlamına gəlmiş olur. Eyni zamanda, yükün hissələrə bölünərək daşınması və bu formada daşınmadan törəyən istənilən çatışmazlıqlar iddiaçının məsuliyyətinə aid olaraq daşıma riskinə aiddir.  Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.  Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

13. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 385.1, 386, 389.1, 442, 443.1, 448.1, 850.1, 852.1, 852.3, 852.4, 859.2-ci maddələri, Gömrük Məcəlləsinin 13-1.1, 113.1-ci maddələri və AR MPM-nin 14.2, 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus malın (kran qülləsinin) Çin Xalq Respublikasının Xiamen şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə daşınması barədə iş üzrə tərəflər arasında LSAZ-C-085 nömrəli 19 iyun 2023-cüil tarixli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra yükün daşınması üçün konteynerlərin sayı və qiyməti barədə iddiaçı cavabdehə təklif göndərmişdir. Həmin təklifə görə, cavabdehin verdiyi sifariş əsasında yükün daşınması üçün 5 konteynerdən (maşın) istifadə olunacaq, hər bir konteynerin (maşın) qiyməti 5.000 ABŞ dolları, cəmisi 25.000 ABŞ dolları olacaqdır. Həmin sənədə görə, tərəflər həmçinin razılığa gəlmişlər ki, yük yerinə çatdıqdan sonra 48 saat ərzində boşaldılmalıdır, 48 saatdan sonra boşaldılması gecikdirilən hər əlavə günə (1 konteyner) 150 ABŞ dolları cərimə ödəyəcəkdir. Qeyd olunan təklif tərəflər arasında müzakirə predmeti olmuş və son nəticədə tərəflər razılığa gəlmişlər ki, yükün daşınması 10 konteyner (maşın) vasitəsilə həyata keçiriləcək, 1 konteynerin (maşın) qiyməti isə təklifdə qeyd olunan qiymətdən 50 ABŞ dolları aşağı, yəni 4.950 ABŞ dolları müəyyən olunacaqdır. Cavabdehə aid yükün 10 konteyner (maşın) vasitəsilə ilə daşınması və hər bir konteynerin (maşın) qiymətinin 4.950 ABŞ dollarında müəyyən edilməsi faktı tərəfimizdən məhkəməyə təqlim olunmuş iddiaçının nümayəndəsi Ceyhun Manaflı və cavabdehin nümayəndəsi Elvin Abbasov arasında aparılan mail yazışmaları ilə tam təsdiq olunur. Bunlardan başqa, tərəflər həmçinin öz aralarında yazılı formada yük daşıma üçün vacib qaydalar da müəyyən etmişlər ki, həmin qaydalara görə, tərəflər razılığa gəlmişlər ki, Azərbaycan sərhədini keçdikdən sonra yük maşını 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhəddində cərimə tətbiq oluna bilər. Həmin məbləğ hesab fakturada öz əksini tapacaq. Qeyd olunan bu qaydalar müqavilənin tərkib hissəsi olan 2 №-li Əlavədə öz əksini tapmış, Əlavə cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi tərfindən xx.xx.2023-cü il tarixdə imzalanmış və MMCnin möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasındla bağlanmış LSAZ-C085 nömrəli 19 iyun 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinin tərkib hissəsi olan həmin “Əlavə” dən həmçinin görünür ki, tərəflərin razılığa gəldikləri xidmət haqqı (tarif) yalnız malın daşımasını nəzərdə tutmuşdur. Belə ki, Əlavədə qeyd olunur ki, tərəflərin razılığa gəldikləri tariflər aşağıdakılar istisna olunmaqla verilmişdir: İdxal gömrük rəsmilləşdirmələri; İstənilən ixrac və idxal ilə əlaqəli əlavə saxlama, demuraj, həbslə bağlı xərclər; Səhv, gecikmiş və ya natamam sənədlər səbəbindən olan xərclər və s. Göründüyü kimi, cavabdehə aid malın daşınması üçün idxal/ixrac yükün gömrük rəsmiləşməsninin iddiaçı tərəfindən təşkil edilməsi tərəflər arasında bağlanmış “Əlavə” ilə istisna edilmişdir. Əks halda iddiaçı və cavabdeh arasında bu xidmətə görə, əlavə ödəniş məbləği müəyyən ediləcəkdir ki, bu hal da mövcud deyil. Yükün daşınması üçün tələb olunan idxal qısa bəyannamələrin tərtib edilməsi cavabdehin sifarişi ilə "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. "xxxx" MMC tərəıfindən qeyd olunan xidmətin, yəni qısa idxal bəyannamələrin tərtib edilməsi və gömrük orqanına təqdim edilməsi iş materialarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qısa idxal bəyannamələrində olan qeydlərlə tam təsdiq edilir. Həmin qeydlərə görə, bəyannamələrdə göstərilən məlumatları bu sənədi tərtib edən (işçi X4) təsdiq etmişdir. Beləliklə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilədə ümumi şərtlər, o cümlədən idxal/ixrac yükün gömrük rəsmilləşdirilməsinin təşkili barədə şərtləri (1.6-cı bənd) nəzərdə tutulsa da, həmin müqavilənin tərkib hissəsi olan əlavədə bu xidmətin iddiaçı tərəfindən göstərilməsi qarşılıqlı razılaşmaya əsasən istisna edilmişdir. Həmin xidməti cavabdehə, sonuncunun sifarişi ilə "xxxx" MMC göstərmişdir. Belə olan halda, idxal/ixrac yükün gömrük rəsmiləşməsninin düzgün təşkil edilməməsinə görə məsuliyyətin iddiaçının üzərinə qoyulması əsassızdır. İdxal/ixrac yükün gömrük rəsmiləşməsini cavabdeh özü ("xxxx" MMC-nin vasitəsilə) apardığı üçün bununla bağlı bütün risklərə görə məsuliyyət də məhz cavabdehin üzərində qalmış olur. Qeyd olunanlardan başqa, tərəflər arasında bağlanmış müqavilə üzrə xidmətin göstərilməsi, işin qəbulu ilə bağlı tərəflər işdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı imzalamış, imzalar hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur. Həmin təhvil-təslim aktında ödənilməli olan məbləğ cəmi 103.861 manat qeyd olunmuşdur ki, bu məbləğə həm daşıma haqqı, həm də yaranmış əlavə xərclər daxil edilmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixli təhvil-təslim aktını imzalamaqla da, yaranmış əlavə xərclərə görə məsuliyyət daşıdığını qəbul və təsdiq etmişdir. Bu baxımdan hesab edirik ki, birinci instansiya məhkəməsi yükün gömrük rəsmiləşməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoymaqla iş üzrə səhv nəticəyə gəlmişdir. İşdə olan mail yazışmalarından görünür ki, iddiaçının nümayəndəsi cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, yük limanda xx.xx.2023-cü il tarixdə artıq yüklənmişdir və idxal bəyannamələrin kodları və CMR təqdim olunmadığına görə, 5 gündür ki, ləngimə baş verir. Konteynerlərin boşaldılaraq Potiyə vaxtında çatdırılmaması cərimələrə səbəb olacaqdır ki, həmin cərimələr də iddiaçının təqdim etdiyi invoys əsasında cavabdehə yönələcəkdir. xx.xx.2023cü il tarixdə cavabdeh həmin tərtib olunmuş 2 ədəd qısa idxal bəyannamələrini təqdim etmişdir. Beləliklə də, məhkəməyə təqdim olunmuş müqavilə, müqaviləyə əlavə, qısa idxal bəyannamaləri, mail yazışmaları, CMR sənədləri və s. əsasən müəyyən edilir ki, cavabdehə aid yükün daşınması üçün tələb olunan qısa idxal bəyannamalərin hazırlanması cavabdehin sifarişi ilə "xxxx" MMC-yə tapşırılmış və bu zaman həmin sənədlərin tərtibatında səhvə yol verilmiş, əvvəlcədən razılaşdırılmış 10 konteyner üçün 10 qısa idxal bəyannaməsi əvəzinə yalnız 2 bəyannamə tərtib edilmiş və təqdim edilmişdir. Bəyannamələrin tərtibatı, cavabdehin verdiyi məlumat və sənədlər əsasında bu sahədə peşəkar olan "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Sənədlərin səhv tərtib edilməsi isə aşağıda göstərilən əlavə xərclərə səbəb olmuşdur. Belə ki, cavabdehə aid yükün daşınması üçün iddiaçının xx.xx.2023-cü il tarixdə 18 gün müddətinə icarəyə götürdüyü 10 konteynerlərdən (maşın) 7-i boşaldılmış vəziyyətdə xx.xx.2023-cü il tarixdə, yəni 4 gün gecikmə ilə iddiaçıya təhvil verilmişdir. Digər 3 konteyner isə boş vəziyyətdə iddiaçıya xx.xx.2023-cü il tarixdə, yəni 5 gün gecikmə ilə təhvil verilmişdir. Gecikmə ilə bağlı cərimələr Gürcüstan şirkəti olan “İcarəyə verən” tərəfindən hesablanmışdır. Konteynerlərin gecikməsinə görə - tətbiq olunmuş cərimənin ümumi məbləği 4.411 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş xx.xx.2023-cü il tarixli EBDU seriyalı, 659715 №-li eqaimənin 3-cü bəndində öz əksini tapmışdır. Bunlardan başqa, işdə olan sənədlərdən bəlli olur ki, cavabdehin təqsiri üzündən konteynerlər Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya görə həmin konteynerlər 48 saat ərzində boşaldılmalı olduğu halda 6 gün gec boşaldılmışdır. Bu gecikmə müddətini cavabdeh tərəf iddiaya etirazında də təsdiq edir. Bu gecikmə isə 15.300 manat (6 gün x 10 konteyner x 150 dollar cərimə = 9.000 ABŞ dolları (Azərbaycan manatına məzənnə ilə 15.300 manat) cərimənin hesablanmasına gətirib çıxarmışdır. Konteynerlərin gec boşaldılmasına görə tətbiq edilmiş cərimənin ümumi məbləği 15.300 manat təşkil edir ki, bu da cavabdehə təqdim olunmuş xx.xx.2023-cü il tarixli EBDU seriyalı, 659715 №-li eqaimənin 2-ci bəndində öz əksini tapmışdır. Beləliklə də müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, nəticədə bu günə kimi onun iddiaçıya ödənilməmiş 19.711,50 manat borcu yaranmışdır. Lakin işə baxan Bakı Kommersiya Məhkəməsi, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, nəticədə əsaslı olan iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

17. 10.12.2025-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə sorğu verilmiş və aşağıda qeyd edilən məlumatların təqdim edilməsi xahiş edilmişdir: - Çin Xalq Respublikasının Xiamen şəhərindən sökülmüş vəziyyətdə gətirilmiş MC120B markalı 11094 seria nömrəli və MC120B markalı 11085 seria nömrəli qülləli kranlar təyinat gömrük orqanına nə vaxt çatdırılmışdır? - Həmin yüklərin gömrük məntəqəsindən gec buraxılmasının səbəbi nə olmuşdur? - Həmin yüklərin üçünün yaşıl zolağa, yeddisinin isə qırmızı zolağa düşməsinin səbəbi nədir? - Həmin yüklərin daşınması üçün tələb olunan qısa idxal bəyannamələri hansı şirkət tərəfindən tərtib edilmişdir?

18. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Çin Xalq Respublikasının Xiamen şəhərindən sökülmüş vəziyyətdə gətirilmiş MC120B markalı 11094 seriya nömrəli və MC120B markalı 11085 seriya nömrəli qülləli kranların ölkə ərazisinə bütöv şəkildə gətirilməsi mümkün olmadığından kranlar ayrı-ayrı hissələrə sökülərək demonte edilmiş vəziyyətdə 10 ədəd konteyner vasitəsilə idxal edilmiş, qurğunun hissələrini daşıyan konteynerlərdən doqquz ədədi təyinat gömrük orqanına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə çatdırılmış, əlavə olaraq bir konteynerin isə təyinatı xx.xx.2023-cü il tarixdə dəyişdiririlərək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə yönləndirilmiş və rəsmiləşdirmə prosesinə başlanılmışdır. Yüklərin daşınması üçün tələb olunan qısa idxal bəyannamələri "xxxx" MMC tərəfindən tərtib olunmuşdur. Yüklərin bir hissəsinin yaşıl zolağa, digər hissəsinin isə qırmızı zolağa düşməsi ilə bağlı isə bildiririk ki, bu xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin edən, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası seçən X2 Sistemi vasitəsilə müəyyən olunur. Bu səbəbdən də bu haqda tərəfimizdən dəqiq məlumat verilməsi qeyri-mümkündür.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. Cavabdehin məhkəmə iclasında iştirak edən qanuni təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir .

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

29. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Göümrük Məcəlləsi

30. Maddə 13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.

31. Maddə 113.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

44. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

45. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

46. Belə ki, iddiaçı tərəflər arasında bağlandığı qeyd olunan xx.xx.2023-cü il tarixli, LSAZ-C-085 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləsinə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.

47. İddiaçının izahatlarından, apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçi yükün saxlanması nəticəsində 15300 manat məbləğində demuraj xərci və kirayə götürülmüş 1 kanteynerin vaxtında qaytarılmamsına görə hesablanmış 4411 manat cərimə yarandığını iddia edərək cavabdehdən tutulmasını tələb edir.

48. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehə aid malın daşınması üçün idxal/ixrac yükün gömrük rəsmiləşməsninin iddiaçı tərəfindən təşkil edilməsi tərəflər arasında bağlanmış “Əlavə” ilə istisna edilmiş, həmçinin qısa idxal bəyannamələrin tərtib edilməsi cavabdehin sifarişi ilə "xxxx" MMC tərəfindən həyata keçirilmiş, bu vəzifənin lazımınca icra edilməməsi məsuliyyətini yalnız mal göndərənin (hazırki halda – Cavabdeh MMC) daşıyır.

49. Tərəflər arasındakı yazışmalardan müəyyən edilir ki, iddiaçının nümayəndəsi yükün xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Poti limanına çatacağı barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərərərk, ödənişin 50% hissəsini xx.xx.2023-cü il tarixədək ödənilməsini xahiş etmişdir. Bundan sonra, tərəflər arasında ödənişlə bağlı 25 və xx.xx.2023-cü il tarixlərdə də e-mail yazışmaları olmuşdur. Daha sonra, xx.xx.2023-cü il tarixdəki yazışmada iddiaçının nümayəndəsi yenilənmiş CMR- beynəlxalq qaimələrin qoşmaya əlavə edilməsini bildirmişdir. Tərəflər arasında sonuncu e-mail yazışması isə xx.xx.2023-cü il tarixdə aparılmış, həmin bildirişdə iddiaçının nümayəndəsi günün sonuna qədər qısa idxal bəyannamələrinin verilməsini, yüklərin xx.xx.2023-cü il tarixdən yükləndiyini bildirmişdir. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən **********0427 və **********0454 nömrəli 2 ədəd qısa idxal bəyannamələri verilmiş, həmin bəyannamələrin 31-ci bölməsində (malların təsviri) sökülmüş vəziyyətdə olan qülləli kran təsvir edilmişdir.

50. Həmçinin, iş materiallarında olan CMR – beynəlxalq yük qaiməsinə əsasən müəyyən edilir ki, yük hissələrə ayrılmış vəziyyətdə 10 ədəd yük avtomobilinə yüklənərək Gücüstan Respublikasının Medlog terminalından xx.xx.2023-cü il tarixdə yola salınmış, eləcə də AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, qurğunun hissələrini daşıyan konteynerlərdən 9 ədədi təyinat gömrük orqanına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində çatdırılmış, əlavə olaraq 1 konteynerin təyinatı xx.xx.2023-cü il tarixində dəyişdirilərək Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə yönləndirilmiş və rəsmiləşdirmə prosesinə başlanılmışdır. Eləcə də, iş materialları ilə o da müəyyən edilir ki, demuraja görə iddiaçı tərəfindən tələb edilən cərimə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə etmişdir.

51. Şərh edilənlər baxımından yükün daşınması ilə əlaqədar yaranmış və tərəflər arasında mübahisə doğuran həmin xərclərin onların hansının təqsiridən yaranmasının müəyyən edilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Bu zaman həm də diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, yükün gömrük rəsmləşdirilməsi zamanı tərəflərin öhdəliklərinin bölgüsü (yükü) necə müəyyən edilmişdir.

52. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə də gömrük rəsmiləşdirilməsi zamanı onların öhdəliklərinin dairəsi dəqiq göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LSAZ-C-085 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 4.5-ci bəndində qeyd edilmişdir ki, sifarişçi iş və xidmətlərin icrası üçün tələb olunan bütün sənədlərin və daşıma sənədlərinin (keyfiyyət, uyğunluq, mənşə sertifikatlarının və s.) vaxtında təqdim olunmasını təmin etməli və qəbulu ilə bağlı texniki şərtlər, temperatur rejimi və s. ilə əlaqədar məlumat veməlidir; 4.6-cı bəndində isə tərəflər razılaşmışdırlar ki, sifarişçi gömrük rəsmləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keşirilməsini təmin etməli, idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtini istisna etməlidir.

53. İş materialları ilə müəyyən edilir ki, iddiaçı yüklərin gömrük rəsmliləşdirilməsi ilə bağlı cavabdehi CMR beynəlxalq qaimələrini göndərdiyi bildirişə əlavə etməklə, xx.xx.2025-ci il tarixdə tam olaraq məlumatlandırmış, xx.xx.2023-cü il tarixdə isə cavabdeh tərəfindən hər qülləli karana görə 1 qısa idxal bəyannaməsi verilmişdir.

54. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, yüklərin daşınması üçün tələb olunan qısa idxal bəyannamələri "xxxx" MMC tərəfindən tərtib olunmuşdur.

55. Mülki hüququn prinsiplərinə görə borclu öz öhdəliklərini icra edərkən lazımi diqqət və ehtiyatlılıq nümayiş etdirməlidir.

56. İşin hallarından görünür ki, cavabdeh tərəfindən sahə üzrə peşəkar olan bir agenti (brokeri) işə cəlb etməklə qisa idxal bəyannamələri hazırlanmış və vaxtında iddiaçıya təqdim edilmişdir.

57. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur.

58. Qeyd olunan müqavilə şərtinin mənasından göründüyü kimi, sifarişçinin verdiyi məlumatların malın yükləmə sənədlərində düzgün göstərilməsinə əmin olmaq vəzifəsini ekspeditor daşıyır.

59. Kollegiya həmçinin qeyd edir ki, gömrük orqanının sorğuya cavab məktubu ilə qeyd edilir ki, malların "qırmızı zolağa" düşməsi və yoxlamaya cəlb edilməsi X2 Sistemi tərəfindən müəyyən edilmişdir. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin cavabından göründüyü kimi, malların yoxlama dərəcəsini (zolağı) müəyyən edən faktorlar gizli alqoritmlərə söykənir və idarə tərəfindən konkret səbəb göstərilmir.

60. Belə olan halda sübutetmə yükünün bölüşdürülməsi qaydalarına əsasən iddiaçı təqdim edilən məlumatların yanlış olduğunu sübut etməli idi. Lakin iddiaçı demuraj xərclərinin yaranmasında cavabdehin konkret təqsirini və səhvini sübuta yetirə bilməmişdir.

61. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

62. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

63. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, 10 konteynerdən 3-ü yaşıl zolağa, 7-si isə qırmızı zolağa göndərilmişdir. Kollegiya hesab edir ki, bu hal gömrük rəsmiləşdirilməsinin gecikməsinin qısa idxal bəyannamələrinin düzgün təqdim edilməməsi ilə əlaqəli olmasını istisna edir.

64. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

65. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2145/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar