Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1099/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, təhvil təslim aktı, hüquqi şəxsin möhürü, estoppel prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X13 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3594/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı tərəfindən 13869,23 manat dəyərində xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə su daşınması xidmətinin göstərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli MT2410 10212964 seriya və nömrəli, 5076,92 manat dəyərində xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə yük daşınması xidmətinin göstərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli MT2501 10758141 seriya və nömrəli elektron qaimələr tərtib edilərək Cavabdeh X18 Cəmiyyətinə göndərilmişdir.
2. Məhkəməyə təqdim edilən votsap yazışmalarında görünür ki, İddiaçı ilə 050-215- 63-10 mobil nömrəsi (Cavabdeh QSC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 məxsusluğu İddiaçı vəsatəti əsasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təsdiq edilmişdir) arasında aparılan danışıq zamanı 11 fevral 2025-ci il tarixdə İddiaçı görülən işlərin dəyərinin ödənilməsini xahiş edir, Cavabdeh QSC-nin qanuni təmsilçisi isə ona ödəmə olmadığını bildirir.
3. X4 xx.xx.2024-cü il tarixdən sürücü vəzifəsində, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzfiəsində, X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində İddiaçı işçisi, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iş icraçısı vəzifəsində Cavabdeh QSC-nin işçisi olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18946 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onun əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə arasında olan şifahi razılaşmaya əsasən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Xocalı rayonu ərazisində yaşıllaşdırma işləri ilə bağlı xidmət göstərmiş, yəni həmin müddətdə adıçəkilən ərazidə əkilmiş yaşıl bitkilərin suvarılmasını təmin etmişdir. İddiaçı özünə məxsus 2 ədəd “KAMAZ” markalı su maşını və 2 ədəd özüboşaldan “KAMAZ” markalı yük maşını ilə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, iddiaçı öz vəsaiti ilə işçilərlə əmək müqaviləsi bağlamış və işçilərin əmək haqlarını ödəmişdir. Bu işlərin görülməsinin qarşılığında cavabdeh 18946 manat pul ödəməli idi. Ötən 8 ay ərzində göstərilən xidmətin qarşılığında cavabdeh borc üzrə hər hansı ödəniş aparmamışdır. İddiaçı pulun ödəmilməsi ilə bağlı cavabdehin rəhbəri Qanuni nümayəndə1la, mühasibi Toğrul müəllimlə və əməkdaşı Seymur Nəzərovla dəfələrlə görüşmüş, onlarla telefon danışığı və votsap yazışmaları aparmışdır. Hətta bu barədə pretenziya göndərilsə də, heç bir nəticə olmamışdır. Təqdim edilən qaimədən də görünür ki, cavabdeh razılaşmaya əsasən görülən işlər üzrə iddiaçıya ümumilikdə 18946 manat pul ödəməlidir. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442.1, 449.1-ci və s. maddələri göstərilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3594/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh X18 Cəmiyyətindən 16946 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pul cavabdeh “AzMaş” X18 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin elektron qaimələrə istinadla 18946 manat məbləğində pulun tutulmasını tələb edir, lakin 2000 manat məbləğində ödənişin edildiyini qəbul edir. Cavabdeh tərəflər arasında hər hansı xidmət münasibətinin olmadığını, iddiaçının bu barədə sübut təqdim etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçının iddiasının faktiki əsasına əsasən iddiaçı tərəfindən ona məxsus nəqliyyat vasitələri və işçilərlə cavabdeh üçün müəyyən işlər – xüsusi nəqliyyat vasitələri ilə su daşınması, yüklərin daşınması, daş və qumun yüklənibboşaldılması, çənlərə su doldurulması və s. görülmüşdür. Bu mənada məhkəmə qeyd etmişdir ki, tərəflər arasında formalaşmış münasibətlər mülki qanunvericilikdə “xidmət müqaviləsi”nin ayrı-ayrı növləri və podrat müqaviləsi elementlərinə malik olsa da, görülmüş işlərin dəyərinin ödənilməsi tələbi Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı yazılı müqavilə olmamış, xidmətlər və işlər üçün ayrı-ayrılıqda hər hansı qiymət razılaşdırılmamışdır. Bu isə hazırkı münasibətin qarışıq müqavilə kimi təfsirini istisna edib. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. İddiaçı tərəfindən cavabdehə təqdim olunan elektron qaimənin təsdiq edilməsi isə işin müəyyən olunan halıdır. Belə olan halda məhkəmə tərəflər arasında müqavilə münasibətinin formalaşıb-formalaşmaması, müsbət halda, həmin münasibətin məzmununun aydınlaşdırılmasını zəruri hesab edib. Məhkəməyə təqdim edilən votsap yazışmalarında görünüb ki, iddiaçı ilə 050-215- 63-10 mobil nömrəsi (cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 məxsusluğu iddiaçının vəsatəti əsasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təsdiq edilmişdir) arasında aparılan danışıq zamanı 11 fevral 2025-ci il tarixdə iddiaçı görülən işlərin dəyərinin ödənilməsini xahiş edir, cavabdehin qanuni təmsilçisi isə ona ödəmə olmadığını bildirir. İş materiallarında olan sənədlərdən və tərəflərin izahatından müəyyən olunub ki, X4 xx.xx.2024-cü il tarixdən sürücü vəzifəsində, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində, X6 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzfiəsində, X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində iddiaçının işçisi, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iş icraçısı vəzifəsində cavabdehin işçisi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X10 məhkəməyə ifadəsində iddiaçının işçisi olduğunu, Xocalı rayonu, Malıbəy, Kərkicahan qəsəbəsi, Yeni Binədə və Xankəndi şəhərində 99HT498 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi – özüboşaldan “Kamaz” markalı texnika ilə 23 gün işlədiyini, daş, qum daşınması işlərini gördüklərini bildirdi. Eyni zamanda 26 gün işləyib 3000 manat alacaqlarını, yemək, qalma və yanacaq xərclərini cavabdehin işçisi Seymur adlı şəxsin verdiyini, işlərə iddiaçı, Seymur adlı şəxs və "xxxx" MMC-nin nəzarət etdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 iddiaçının işçisi olduğunu, 826 nömrəli nəqliyyat vasitəsi ilə 01 iyul 2024-cü il tarixdən 12 avqust 2024-cü il tarixədək 42 gün üçün cavabdehin tapşırığı ilə su çənlərinin doldurulması, daşınması işlərini gördüyünü, cavabdehin onları yanacaqla təmin etdiyini, "xxxx" MMC-nin isə hansı işləri görəcəklərini bildirdiyini qeyd etdi və aylıq 350 manat əmək haqqı verildiyini göstərdi. Cavabdehin Bakıda və Qarabağda işləyən işçisi olduğunu qəbul etdiyi X7 şahid qismində məhkəməyə ifadə verərək qeyd etdi ki, 2024-cü ilin may-iyun aylarından noyabr ayına qədər cavabdehdə sahə mühəndisi vəzifəsində işləmiş, iddiaçının sürücüləri ərazidə işləmiş, ərazini təmizləmiş, su daşımış, bütövlükdə iddiaçı 4 nəqliyyat vasitəsi cəlb etmişdir. İddiaçının Əhəd, Xaliq adlı sürücüləri də olmuşdur. İddiaçının maşınları 2024-cü ilin iyun və iyul aylarında işləmiş, cavabdeh həmin maşınlara yanacaq vermişdir. Lakin yanacağın verilməsi ilə bağlı hər hansı təhvil-təslim aktı tərtib edilməmiş, sadəcə jurnala qeydlər edilmişdir. Belə ki, həmin jurnal iddiaçının işçiləri tərəfindən imzalandıqdan sonra baş idarəyə (cavabdehə) göndərilir, siyahı təqdim edilirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirib ki, cavabdehdə 18 may 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək Xocalı, Malbəyli və Xankəndi ərazilərində işləmiş, bu zamanda iddiaçının da sürücüləri orada olmuşdur. Ümumilikdə iddiaçının 2 su maşını, 2 özüboşaldan maşını ərazidə olmuşdur. X17 nəzarət etmiş, yanacaq vermişdir. Göründüyü kimi, istər iddiaçı və cavabdeh arasında aparılmış votsap danışıqları, istərsə də iddiaçı və cavabdehin işçilərinin ifadələri ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdeh üçün iyul – avqust aylarında müəyyən işlər görülmüş, həmin işlərin görülməsinə 4 nəqliyyat vasitəsi cəlb edilmiş, işlər Xocalı rayonu, Malıbəy və Xankəndi şəhərində icra edilmiş, ərazinin təmizlənməsi, su və yük daşınması, yüklərin boşaldılması və su çənlərinin doldurulmasından ibarət olmuş, cavabdehin işçisi X7 iş icraçısı kimi iddiaçının işçilərinə nəzarət etmiş, nəqliyyat vasitələrini yanacaqla təmin etmiş, cavabdehin qanuni təmsilçisi də votsap danışığında işlərin görülməsini inkar etməmiş, onlara ödəmə olmadığından işlərin dəyərinin verilmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab eddib ki, iddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir. Beləliklə, məhkəmə qeyd edib ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Lakin borc məbləğinə münasibətdə məhkəmə göstərib ki, təqdim edilən elektron qaimələrlə 18946 manat məbləğində işin görüldüyü təsdiq edilsə də, iddiaçı 2000 manat məbləğində ödəniş edildiyini etiraf etdiyindən həmin hissədə iddia təmin edilə bilməz. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pul Cavabdeh QTSC-dən tutularaq İddiaçı ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 448.2, 752.1, 753.1-ci maddələrinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh QTSC-nin Xocalı, Malıbəyli bölgəsində tikinti, təmir, yaşıllaşdırma işləri aparmaq üçün heç bir müqavilə imzalamamışdır. CavabdehQTSC texnikalarını həmin bölgədə icarəyə verib. Cəmiyyətin rəhbərliyi işə başlayandan, yəni 2024-c ilin aprel ayından iş qurtarana, yəni 2025 ci il sentyabr ayına qədər iddiaçı Məmmədov Orxanla nə şifahi, nə yazılı danışığı olmayıb, Cavabdeh QTSC-nin Məmmədov Orxanın qarşısında heç bir öhdəliyi olmayıb. Məmmədov Orxan Cavabdeh QTSC-nin texnikaları Xocalı, Malıbəyli bölgəsində işlədiyi dövrdə, yəni 2024- cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarında işlədiyini təsdiq edən hər hansı akt Cavabdeh QTSC-yə təqdim edilməmiş, hansı ki hər ayın sonu işləri təsdiq edən akt hazırlanıb təhvil verilir. Məmmədov Orxanla Cavabdeh QTSC arasında heç bir qiymət razılaşma protokolu olmayıb. Bir təşkilat digəri ilə işləyəcəyi təqdirdə tərəflər müqavilə bağlamalıdır, qiymət razılaşmalıdır, hər ay işin həcmi təsdiqlənməlidir, bunlar əsasında qaimə-faktura təqdim edilməlidir. Bunların heç biri mövcud olmadığı təqdirdə, məhkəmə hansı əsasla məbləğ hesablayıb. Belə ki, Cavabdeh QTSC su maşının bir ayını 2600 manata icarəyə götürdüyü halda Məmmədov Orxandan 4800 manata icarəyə niyə götürməlidir. Məmmədov Orxan Cavabdeh QTSC-yə Dövlət Vergi Xidmət saytından xx.xx.2025-ci ildə məktubla, xx.xx.2025-ci il tarixində pretenziya ilə müraciət edib. xx.xx.2025-ci il tarixində Cavabdeh QTSC-nin rəhbərliyi bu müraciətlərə cavab olaraq ona bildirib ki, hər hansı maşın tərəflərindən icarəyə götürülməyib onlarla Cavabdeh QTSC arasında hər hansı müqavilə mövcud deyil, Cavabdeh QTSC-nin onlara heç bir borcu yoxdur. Bu rəsmi sənəd məhkəməyə təqdim edilib, lakin bu sənədə heç bir münasibət bildirməyib, ancaq rəhbərliyə olunan əssasız zəngə istinad edir. Rəhbərliyə onlarla zəng olunur və təbii haldır ki, həmin zəngləri cavablandırılır. Məmmədov Orxana rəsmi qaydada bildirilib ki, ona cəmiyyətin borcu yoxdur, nə üçün telefonda ona deyilməlidir ki, ödəniş yoxdur. Qətnamədə qeyd edilir ki, guya şirkətin rəhbəri “boynuna alıb kı”, o işləyib, hansı ki, ona rəsmi məktub yazılıb ki, onunla iş birliyi olmayıb. Məmmədov Orxan tərəfindən Cavabdeh QTSC-yə xx.xx.2025 tarixində elektron qaimə göndərilib, həmin qaimə “Az- Maş” QTSC tərəfindən təsdiqlənməyib, sonra həmin qaiməni qeyri-iş günlərində yenidən göndərib və sistem tərəfindən təsdiq olunub. Ancaq “Az-Maş QTSC” həmin qaiməni ləğvə göndərib. Məhkəmə prosesi zamanı “Az- Maş” QTSC-nin nümayəndəsi vəsatət qaldıraraq vergi xidmətinə sorğu göndərilməsini xahiş edib məhkəmə sorğu gönərib vergi orqanı təərfindən sorğuya cavab gəlib ki, həqiqətən qaimələri Cavabdeh QTSC tərəfindən yox, sistem tərəfindən təsdiqlənib. Buna baxmayaq məhkəmə qətnamə çıxardan zamanCavabdeh QTSC tərəfindən təsdiqlənməyən qaimələrə istinad edir. "xxxx" MMC rəsmi məktub verib ki, Məmmədov Orxan iddia etdiyi maşınlar "xxxx" MMC-yə məxsus sahədə işləməyib, məhkəımə həmin məktuba heç bir hüquqi qiymət verməyib. Məmmədov Orxan şahid gətirir ki, o Xocalıda, Malıbəylidə, Xankəndində işləyib. Məhkəmə bildirir ki, Məmmədov Xankəndində tikinti, söküntü işləri görüb. Xocalı, Malıbəylidə yaşıllaşdırma işləri görüb. Cavabdeh QTSC Xankəndində heç bir iş aparmayıb, ümumiyyətlə Xankəndinə girişi olmayıb. Bundan başqa Xocalı, Malıbəylidə çoxlu sayda təşkilatlar işləmişdir, həmin təşkilatlara görə CavabdehQTSC məsuliyyət daşımır. Normadan gğründüyü kimi işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətinə elektron qaimə-fakturalar təqdim edilməlidir. İddiaçı isə bu müddəti 6 aydan artıq müddətdə ötürmüşdür. Eləcə də işlərin və xidmətlərin cavabdehə təhvil verilməsi rəsmiləşdirilməmiş və ya bununla bağlı iddiaçı heç bir addım atmamaışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Məhkəmə qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normalrını düzgün tətbiq etməmşdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etirazda göstərilmişdir ki, Cavabdeh X18 Cəmiyyəti apellyasiya şikayətində bildirir ki, iddiaçı ilə hec bir müqavilə imzalamamışdır, aralarında hec bir qiymət razılaşma protokolu, danışıqlar olmamışdır. Azərbaycan Respublikasının Mülkü Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Halbuki, İddiaçı, məhkəməyə bildirmişdir ki, cavabdehlə aralarında yazılı müqavilə formalaşmamışdır, aralarında yalnız şifahi razılaşma olmuşdur. Yazılı müqaviləni cavabdehlə niyə imzalamadığınıda bildirmişdir. Cavabdehlə aralarında olan danışıqları məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahidlər dindirilmişdir. İddiaçı və cavabdeh arasında aparılmış votsap danışıqları, iddiaçının və cavabdehin işçilərin ifadələri ilə təstiq edilir ki, iddiaçı tərəfindən cavabdeh üçün iyul-avqust aylarında müəyyən işlər görülmüş. Həmin işlərin görülməsinə 4 nəqliyyat vasitəsi cəlb edilmişdir. İşlər Xocalı rayonu, Malıbəy və Xankəndi şəhərində icra edilmişdir. Xüsusilə vurğulayır ki, Cavabdeh X18 Cəmiyyətin Bakıda və Qarabağda işləyən işçisi X7 şahid qismində məhkəməyə ifadə verərək qeyd etmişdir ki, 2024-cü ilin may- iyun aylarından noyabr ayına qədər cavabdehdə sahə mühəndisi vəzifəsində işləmişdir. İddiaçının sürücüləri ərazidə işləmişdi, ərazini təmizləmişdi, su daşımışdı, ümumilikdə iddiaçı 4 nəqliyyat vasitəsi cəlb etmişdir. Cavabdeh həmin maşınlara yanacaq vermişdir. Lakin yanacağın verilməsi ilə bağlı hər hansı təhvil-təslim aktı tərtib edilməmişdir, sadəcə jurnala qeydlər edilmişdir. Belə ki, həmin jurnal iddiaçının işçiləri tərəfindən imzalandıqdan sonra baş idarəyə (cavabdehə) göndərilirdi, siyahı təqdim edilirdi. Bu faktıda iddiaçının işçiləri də testiqləyiblər. Cavabdehin qanuni təmsilçisi də votsap danışığında işlərin görülməsini inkar etməmiş,onlara ödəmə olmadığından işlərin dəyərinin verilmədiyini bildirmişdi. Cavabdeh iddiaçı ilə muqavilə imzalamadığını vurğulayır, görüldüyü işləri inkar edir. Lakin cavabdeh iddiaçı ilə danışıqlar aparır və onun işçisi X7 iddiaçının gördüyü işlərə nəzarət edirdi və cavabdehə hesabat göndərirdi. İddiaçının göndərdiyi elektron qaimə-fakturalar Cavabdeh X18 Cəmiyyəti tərəfindəndə təstiqlənib. Hesab edir ki,məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılıb.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. İddiaçı məhkəmədə verdiyi izahatında apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iddiaçı bildirmişdir ki, Cavabdeh QSC ilə aralarında olan şifahi razılaşmaya əsasən xx.xx.2024–xx.xx.2024 tarixlərində Xocalı ərazisində yaşıllaşdırma işləri üçün 4 ədəd nəqliyyat vasitəsi ilə xidmət göstərmiş və bunun müqabilində cavabdehin ona 18.946 manat borclu qaldığını iddia etmişdir. O qeyd etmişdir ki, direktor Qanuni nümayəndə1la telefon danışıqları, həmçinin Toğrul və Seymur adlı əməkdaşlarla yazışmalar və səs qeydləri mövcuddur və iddianın əsaslılığını sübut edir. İddiaçı bildirib ki, elektron qaimələrin bir hissəsi cavabdeh tərəfindən, bir hissəsi isə sistem tərəfindən təsdiqlənmiş, işlərin faktiki göstərilməsi isə şahid ifadələri, qaimələr və sürücülərin Qarabağa giriş icazələri ilə təsdiqlənir. Onun sözlərinə görə, görülmüş işlərə dair təhvil-təslim aktları Cavabdeh QSC-də mövcuddur, lakin cavabdeh tərəf bu sənədləri məhkəmədən gizlədir. İddiaçı həmçinin xərclədiyi vəsaitlər işçi əmək haqları və texnikanın işləməsi üçün çəkilən xərcləri öz hesabına qarşılamış, 8 ay keçməsinə baxmayaraq cavabdeh ödəniş etməmişdir..
13. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, tərəflər arasında nə podrat, nə də hər hansı başqa müqavilə mövcud olmamış, iddiaçı ilə heç bir hüquqi münasibət yaranmamışdır. O qeyd etmişdir ki, Cavabdeh QSC yalnız öz texnikasını Bakı Abadlıq Xidmətinə icarəyə verib və iddiaçıdan texnika götürməyib. İddiaçının göndərdiyi elektron qaimələr hər dəfə geri qaytarılıb və xidmətin göstərilməsini təsdiq edən təhvil-təslim aktı, faktura və ya digər sənədlər təqdim olunmayıb. Yazışmalar səlahiyyəti olmayan işçi ilə aparıldığından hüquqi nəticə doğurmur və telefon zəngləri də xidmətin görüldüyünü sübut etmir. Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
15. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin edilmiş hissəsində mübahisələndirilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh QTSC ilə aralarında olan şifahi razılaşmaya əsasən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək 2 ədəd “KAMAZ” markalı su maşını və 2 ədəd özüboşaldan “KAMAZ” markalı yük maşını ilə Xocalı rayonu ərazisində yaşıllaşdırma işləri ilə bağlı xidmət göstərdiyini, lakin cavabdeh tərəfindən göstərdiyi xidmətlərə görə haqqın ödənilmədiyini iddia edir və həmin haqqın tutulmasını tələb edir. Cavabdeh isə iddiaçı ilə aralarında müqavilə münasibətlərin olmasını və cavabdehin onun sifarişi əsasında xidmət göstərməsi faktlarını inkar edir və iddianın rədd edilməsini tələb edir.
22. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının istinad etdiyi hallara əsasən hazırkı mübahisə tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəldiyindən və iddianın predmetini xidmət müqaviləsi üzrə xidmət haqqının ödənilməsini tələb etmək hüququ təşkil etdiyindən, eləcə də AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin oxşar hüquq münasibətlərini tənzimləyən 752.1 və 753.1-ci maddələri təşkil edir.
23. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəflər arasında xidmət müqaviləsinin bağlanması və həmin müqavilə üzrə göstərdiyi xidmətlərə görə cavabdehin borcunun yaranması faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən təsdiq edilmiş elektron qaimələrə, votsapp yazışmalarına və şahid ifadələrinə istinad etmişdir.
24. Belə ki, məhkəməyə təqdim edilən votsapp yazışmalarındaт görünür ki, iddiaçı ilə 050-215- 63-10 mobil nömrəsi (cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 məxsusluğu iddiaçının vəsatəti əsasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təsdiq edilmişdir) arasında aparılan danışıq zamanı 11 fevral 2025-ci il tarixdə iddiaçı görülən işlərin dəyərinin ödənilməsini xahiş edir, cavabdehin qanuni təmsilçisi isə ona ödəmə olmadığını bildirir. Bundan əlavə iddiaçı ilə ***-***-**-** nömrəsi (Mühasib Toğrul adlı şəxslə) aparılan yazışmalardan da müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən Toğrul adlı şəxsə (həmin şəxsin cavabdehin işçisi olması faktı mübahisələndirilmir) texnikaların texniki pasportu göndərilmiş və texnikalarla xidmətlərin qiymətləri barədə məlumat verilmişdir.
25. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilən X10 məhkəməyə ifadəsində iddiaçının işçisi olduğunu, Xocalı rayonu, Malıbəy, Kərkicahan qəsəbəsi, Yeni Binədə və Xankəndi şəhərində 99HT498 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi – özüboşaldan “Kamaz” markalı texnika ilə 23 gün işlədiyini, daş, qum daşınması işlərini gördüklərini bildirdi. Eyni zamanda 26 gün işləyib 3000 manat alacaqlarını, yemək, qalma və yanacaq xərclərini cavabdehin işçisi Seymur adlı şəxsin verdiyini, işlərə iddiaçı, Seymur adlı şəxs və "xxxx" MMC-nin nəzarət etdiyini göstərdi. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində ifadə verən X1 iddiaçının işçisi olduğunu, 826 nömrəli nəqliyyat vasitəsi ilə 01 iyul 2024-cü il tarixdən 12 avqust 2024-cü il tarixədək 42 gün üçün cavabdehin tapşırığı ilə su çənlərinin doldurulması, daşınması işlərini gördüyünü, cavabdehin onları yanacaqla təmin etdiyini, "xxxx" MMC-nin isə hansı işləri görəcəklərini bildirdiyini qeyd etdi və aylıq 350 manat əmək haqqı verildiyini göstərdi. Cavabdehin Bakıda və Qarabağda işləyən işçisi olduğunu qəbul etdiyi X7 şahid qismində məhkəməyə ifadə verərək qeyd etdi ki, 2024-cü ilin may-iyun aylarından noyabr ayına qədər cavabdehdə sahə mühəndisi vəzifəsində işləmiş, iddiaçının sürücüləri ərazidə işləmiş, ərazini təmizləmiş, su daşımış, bütövlükdə iddiaçı 4 nəqliyyat vasitəsi cəlb etmişdir. İddiaçının Əhəd, Xaliq adlı sürücüləri də olmuşdur. İddiaçının maşınları 2024-cü ilin iyun və iyul aylarında işləmiş, cavabdeh həmin maşınlara yanacaq vermişdir. Lakin yanacağın verilməsi ilə bağlı hər hansı təhvil-təslim aktı tərtib edilməmiş, sadəcə jurnala qeydlər edilmişdir. Belə ki, həmin jurnal iddiaçının işçiləri tərəfindən imzalandıqdan sonra baş idarəyə (cavabdehə) göndərilir, siyahı təqdim edilirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirib ki, cavabdehdə 18 may 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək Xocalı, Malbəyli və Xankəndi ərazilərində işləmiş, bu zamanda iddiaçının da sürücüləri orada olmuşdur. Ümumilikdə, iddiaçının 2 su maşını, 2 özüboşaldan maşını ərazidə olmuşdur. X17 nəzarət etmiş, yanacaq vermişdir. Göründüyü kimi, istər iddiaçı və cavabdeh arasında aparılmış votsap danışıqları, istərsə də iddiaçı və cavabdehin işçilərinin ifadələri ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdeh üçün iyul – avqust aylarında müəyyən xidmətlər göstərmiş, həmin xidmətlərin göstərilməsinə 4 nəqliyyat vasitəsi cəlb edilmiş, işlər Xocalı rayonu, Malıbəyli qəsəbəsi və Xankəndi şəhərində icra edilmiş, ərazinin təmizlənməsi, su və yük daşınması, yüklərin boşaldılması və su çənlərinin doldurulmasından ibarət olmuş, cavabdehin işçisi X7 iş icraçısı kimi iddiaçının işçilərinə nəzarət etmiş, nəqliyyat vasitələrini yanacaqla təmin etmiş, cavabdehin qanuni təmsilçisi də votsap danışığında işlərin görülməsini inkar etməmiş, onlara ödəmə olmadığından işlərin dəyərinin verilmədiyini bildirmişdir.
26. Digər tərəfdən iş materiallarında olan sənədlərdən və tərəflərin izahatından təsdiq edilir ki, X4 xx.xx.2024-cü il tarixdən sürücü vəzifəsində, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzfiəsində, X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində iddiaçının işçisi, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iş icraçısı vəzifəsində cavabdehin işçisi olmuşdur.
27. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, təqdim edilən sübutlar məcmu şəkildə tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını və həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə texnikalarla xidmət göstərilməsini təsdiq edir, cavabdeh tərəfindən isə müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehə ödəniş edilməsi iş materiallarına əsasən müəyyən edilmir.
28. Odur ki, kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən xidmət müqaviləsi üzrə xidmət haqqı borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
29. Cavabdehdən tutulmalı olan xidmət haqqının məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, mübahisəli xidmətlərlə bağlı iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18.946 manat məbləğində elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamışdır. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, cavabdeh tərəf apellyasiya şikayətində iddiaçı ilə aralarında xidmət müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğunu ümumiyyətlə inkar etməklə yanaşı iddiaçının tələb etdiyi məbləğin göstərilməsi iddia olunan xidmətlərin real bazar dəyərindən yüksək olmasına, o cümlədən başqa şəxslər tərəfindən analoji xidmətlərin daha aşağı qiymətə göstərilməsinə də istinad etmiş, lakin mübahisəli xidmətlərin dəyəri ilə bağlı tərəflər arasında elektron qaimələrdə qeyd olunan qiymətlərdən fərqli razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
30. Beləliklə, mübahisəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin elektron qaiməyə əsasən 18.946 manat təşkil etdiyini, eləcə də iddiaçı tərəfindən həmin məbləğdən 2000 manat məbləğində ödəniş edilməsinin cavabdeh tərəfindən etiraf edilməsini nəzərə alan kollegiya hesab edir ki, iddianı qismən -16.946 manat məbləğində pulun tutulması hissəsində təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. İddia tələbinə dair hissədə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərcləri hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
33. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
Cavabdeh X18 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3594/2025 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov