Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-11/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “Cavabdeh» MMC-yə qarşı borc tələbinə dair iddiasına dair işə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-292/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “Cavabdeh» MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478 209(dörd yüz yetmiş səkkiz min iki yüz doqquz) manat əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 44 470 min dörd yüz yetmiş) manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 41 448 (qırx bir min dord yüz qırx səkkiz) manat, cəmi isə 564 127 (beş yüz altmış dörd min yüz iyirmi yeddi) manat, xx.xx.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30 308 (otuz min üç yüz səkkiz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 2 774 (iki min yeddi yüz yetmiş dörd) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 2 445 (iki min dörd yüz qırx beş) ABŞ dolları, cəmi isə 35 527 (otuz beş min beş yüz iyirmi yeddi) ABŞ dolları və xx.xx.2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas 46 500 (qırx altı min beş yüz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 3 558 (üç min beş yüz əlli səkkiz) ABŞ dolları müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 3 752 (üç min, yeddi yüz əlli iki) ABŞ dolları, cəmi isə 53 810(əlli üç min səkkiz yüz on) ABŞ dollar borcun və iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dovlət rüsumunun Ləğv prosesində İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2015- ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi, xx.xx.2015-ci il tarixli, KM 02 saylı və xx.xx.2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-yə xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən 12 (on iki) ay müddətinə 600 000 (altı yüz min) manat, xx.xx.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsinə əsasən 6 (altı) ay müddətinə 30 308 (otuz min üç yüz səkkiz) ABŞ dolları və 15.01,2016-cı il tarixli KM 03 saylı kredit müqaviləsinə əsasən 5 (beş) ay müddətinə 46 500 (qırx altı min beş yüz) ABŞ dollarıməbləğində kredit verilmişdir. Müqavilələrin 1.3-cü bəndinə əsasən kreditlərin illik faizi 18% (on səkkiz) müəyyən edilmişdir. Bank tərəfindən kredit xətti müqaviləsi və kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq Cavabdeh MMC keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Hal-hazırda Cavabdeh MMC-nin Ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə əsas borcu 478.209 (dörd yüz yetmiş səkkiz min iki yüz doqquz) manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 44.470 (qırx dörd min dord yüz yetmiş) manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 41.448 (qırx bir min dord yüz qırx səkkiz) manat, cəmi isə 564.127 (beş yüz altmış dörd min yüz iyirmi yeddi) manat, xx.xx.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30.308 (otuz min üç yüz səkkiz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 2.774 ( iki min yeddi yüz yetmiş dörd) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 2.445 ( iki min dörd yüz qırx beş) ABŞ dolları, cəmi 35.527 ( otuz beş min beş yüz iyirmi yeddi) ABŞ dolları və xx.xx.2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas borcu 46.500 (qırx altı min beş yüz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 3.558 (üç min beş yüz əlli səkkiz) ABŞ dolları müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 3.752 (üç min yeddi yüz əlli iki) ABŞ dolları, cəmi isə 53.810 (əlli üç min səkkiz yüz on) ABŞ dolları təşkil edir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-448-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası qanunun 71.3-cü maddəsinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(82)- 292/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, «Cavabdeh” MMC-dən 20may 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478.209 (dörd yüz yetmiş səkkiz min iki yüz doqquz) manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 44.470 (qırx dörd min dörd yüz yetmiş) manat, xx.xx.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30.308 (otuz min üç yüz səkkiz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 2.774 (iki min yeddi yüz etmiş dörd) ABŞ dolları, xx.xx.2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas borc 46.500 (qırx altı min beş yüz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016cı il tarixinə faiz borcu 3.558 (üç min beş yüz əlli səkkiz) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-292/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə razı deyillər. Çünki məhkəmənin vaxtı və yeri barədə onlara bildiriş çatmayıb. Qətnamənin mövcudluğu barədə məlumatları olmayıb. Tərəflərindən iddiaçının bank hesabına edilən ödənişlər nəzərə alınmayıb. Hesab edilir ki, məhkəmə tərəfindən işə baxılan zaman hüquq və mülkiprosessual normaların pozulması mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-211/2019 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün sayılmamışdır. Azərbaycan Republikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 204/18 saylı, xx xxx 2019-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-211/2019 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən 12 iyul2019-cu il tarixdə təqdim edilmiş apellyasiya şikayətinəəlavə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlər barədə material və məlumat birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən tam təqdim edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsində borc məbləği düzgün hesablanmayaraq səhv göstərilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənilən məbləğ ümumilikdə 291.870,16 manat təşkil etmişdir və qeyd edilən ödənişlərin ödənişlərin yarıdan çox hissəsi cavabdehin iddiaçı bankda olan bank hesabından cavabdehlə razılaşdırılmadan iddiaçı tərəfindən hesabda olan borca silinirdi. İddiaçının bank hesabından borc üzrə iddiaçı tərəfindən silinən pul cavabdeh üçün sual yaradır “iddiaçı silinməni hansı kredit müqaviləsi üzrə icra edib?. Çünki iddiaçının bank hesabından çıxarışda köçürmələrin (silinmələrin) əsas borcdan və ya faizdən və yaxud hansı müqavilə üzrə silinmənin təyinatı tam göstərilməyib. İş materiallarından göründüyü kimi, tərəflər arasında 3 kredit müqaviləsi bağlanılmışdır. xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi kredit xətti üzrə 12 ay müddətinə illik 18 faizlə 600 000,00 AZN ayrılmışdır. xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi kredit xətti üzrə 6 ay müddətinə illik 18 faizlə 30 308 USD ayrılmışdır. xx xxxxxx 2016-ci il tarixli, KM 03 saylı kredit müqaviləsi kredit xətti üzrə 5 ay müddətinə illik 18 faizlə 46 500 USD ayrılmışdır. Müqavilələrin qüvvədə olan müddət ərzində və müddət bitdikdən sonra dövrdə “Cavabdeh» MMC-in bank hesabı vasitəsi ilə ödənişlər edilmişdir. Lakin cavabdeh tərəfin hesabladığı qalıq borcla iddiaçının qalıq borcla iddiaçının iddia ərizəsində göstərilən borc üst-üstə düşmür. Hesab edilir ki, iddiaçı faizlərin hesablanmasını müqavilənin müddəti bitdikdən sonra hesablanmasını davam edərək cavabdeh tərəfindən ödənilən pulu faizlərdən də silib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının müddəalarını nəzərə alaraq, kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilə üzrə faiz borcunun tələb edilməsi hissəsində iddianın rədd olunması nəticəsinə gəlinir. İddiaçı xx.xx.2020-ci il tarixdə «apellyasiya şikayətinə dəqiqləşmə» təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(82)-292/2018 saylı qətnaməsinin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbinin təmin olunmayan hissəsi (məbləğdən 5% tutulması) qalaraq, qalan hissəsinin ləğv edilməsi, kredit müqavilələri üzrə (xx.xx.2015-ci il tarixli, KXM 01 saylı, xx.xx.2015-ci il tarixli, KM 02 saylı, xx.xx.2016-ci il tarixli, KM 03 saylı) borc məbləğlərinin müəyyən edilərək qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilsə də tərəflərin nümayəndələri hazırki məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin materialları ilə müəyyən edilir ki, xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC (borcverən), həmin müqavilənin 1.2 və 1.3-ci bəndlərində göstərilən məbləğdə və faizlə Cavabdeh MMC-nə (borcalana) kredit xətti ayırır. «Borcalan» isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə «Borcverən»ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə «Boreverən» tərəfindən «Borcalan»a ayrılan kredit xətti üzrə məbləğ 600 000 (altı yüz min) AZN təşkil edir. 1.3 Kredit xətti 12(on iki) ay müddətinə illik 18 (on səkkiz) faiz ödəmək şərti ilə verilir. 1.4 Kredit xəttininin məqsədli təyinnatı: əmək haqqı və istehsal zərurəti ilə əlaqədar. 1.3. Mövcud Kredit üzrə «Borcalan»dan aşağıdakı komissialar tutulur: Nağd vəsaitin çıxarılması- 1%; İddiaçı ASC-i tərəfindən verilmiş kredit öhdəliyi üzrə faiz və əsas borcunun məbləğinə dair maliyyə arayışına əsasən LPO İddiaçı ASC-i ilə borclu Cavabdeh MMC arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 01 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu- xx xxxxxx 2018-ci il tarixinə əsas borc 478.209 ( dörd yüz yetmiş səkkiz min iki yüz doqquz manat) AZN, müqavilənin bitdiyi xx xxx 2016-cı il tarixə faiz borcu 44.470 ( qırx dörd yüz yetmiş) AZN, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 % lik borcu 41.448 ( qırx min dörd yüz qırx səkkiz) AZN, ümumilikdə borcu 564.127 ( beş yüz altmış dörd min yüz iyirmi yeddi) AZN təşkil edir; xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin (boreverən), həmin müqavilənin 1.2 və 1.3-ci bəndlərində göstərilən məbləğdə və faizlə Cavabdeh MMC-nə (borcalana) kredit xətti ayırır. «Borcalan» isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə «Borcverən»ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə «Boreverən» tərəfindən «Borcalan»a ayrılan kredit xətti üzrə məbləğ 30.308 ( otuz min üç yüz səksiz) ABŞ dolları təşkil edir. 1.3-cü bəndinə əsasən kredit xx.xx.2016-cı il tarixinə qədər illik 18 % (on səkkiz) faiz ödəmək şərti ilə verilir; Cavabdeh MMC xx xxxxxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən kreditin məbləği 30.308 USD, illik faiz 18 %, müddət 6 ay, əsas borc 30.308 , faiz məbləği 2.727,72 manatdır; İddiaçı ASC tərəfindən verilmiş kredit öhdəliyi üzrə faiz və əsas borcunun məbləğinə dair maliyyə arayışına əsasən LPO İddiaçı ASC ilə borclu Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 02 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu- xx xxxxxx 2018-ci il tarixinə əsas borc 30.308 ( otuz min üç yüz səkkiz) USD, müqavilənin bitdiyi xx.xx.2016-cı il tarixə faiz borcu 2.774 ( iki min yeddi yüz yetmiş dörd) USD, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 % lik borcu 2.445 ( iki min dörd yüz qırx beş) USD, ümumilikdə borcu 35.527 ( otuz beş min beş yüz iyirmi yeddi) USD təşkil edir; xx xxxxxx 2015- il tarixli, KM 03 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC (borcverən) həmin müqavilənin 1.2 və 1.3-c bəndlərində göstərilən məbləğdə və faizlə Cavabdeh MMC-nə (borcalana) kredit xətti ayırır. «Borcalan» isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə «Borcverən»ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə «Borcverən» tərəfindən «Borcalan»a ayrılan kredit xətti üzrə məbləğ 46.500 ( qırx altı min beş yüz) ABŞ dolları təşkil edir. 1.3 Kredit xx.xx.2016-cı il tarixinə qədər illik 18 % (on səkkiz) faiz ödəmək şərti ilə verilir. 1.4-cü bəndinə əsasən kredit xəttininin məqsədli təyinatı: istehsal zərurəti ilə əlaqədar; İddiaçı ASC-i tərəfindən verilmiş kredit öhdəliyi üzrə faiz və əsas borcun məbləğinə dair maliyyə arayışına əsasən LPO İddiaçı ASC-i ilə borclu Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2016-ci il tarixli, 03 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu aşağıdakı kimidir. xx xxxxxx 2018-ci il tarixinə əsas borc 46.500 (qırx altı min beş yüz) USD, müqavilənin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 3.558 ( iki min yeddi yüz yetmiş dörd) USD, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 % lik borcu 2.445 ( iki min dörd yüz qırx beş) USD, ümumilikdə borcu 53.810 ( əlli üç min səkkiz yüz on) USD təşkil edir; İş materiallardan görünür ki, İddiaçı ASC borc alan Cavabdeh MMC-yə göndərilmiş xx xxxx 2017-ci il tarixli, 1646 saylı xəbərdarlıq məktubu göndərərək, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmiş, daha sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasında tərəflər arasında bağlanmışxx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi, xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi və 15 yanvar 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas borcu, öhdəliklərin icra müddətinin bitdiyi tarixlərə faiz və müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış borcun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilə üzrə faiz borcunun tələb edilməsi hissəsində təmin edilməmiş, həmin hissədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması hissəsində mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiyanın hədləri ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsaslanaraq qeyd edir ki, iddianın qismən təmin olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tərəflər arasında olan mübahisə kredit müqaviləsi üzrə borc öhdəliyinin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması nəticəsində yaranmışdır. İddiaçının hazırki tələblə müraciət etməsi aşağıdakı maddi hüquq normalarının tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Birinci instansiya məhkəməsi tərəfindən ona istinad olunmuşdur ki, Bank tərəfindən tərəflər arasında imzalanmış müqavilə öhdəlikləri icra edilsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Buna görə məhkəmə belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, əsas borcun hissəsində iddia tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, kredit müqavilələri üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixə faiz borcu tutulmalıdır. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3., 399.4., 445 və 449-cu maddələrini şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il qərarına əsasən kredit münasibətləri müddətlidir. Kredit həyata keçirmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər yəni əsas borcun ödənişləri ilə bağlı öhdəlikləri və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) həmin müddətən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşin apellyasiya qaydasında araşdırılması zamanı cavabdehin tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə əsas və faiz borcunu mübahisələndirməsi və iş üzrə ekspertizanın təyin edilməsinə dair vəsatəti nəzərə alınaraq, tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitdiyi tarixə əsas və faiz borcunun miqdarının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 20167 ekspert rəyində qeyd edilir ki, Cavabdeh MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin xx xxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarix) banka olan borcu 556.500,71 manat, o cümlədən əsas borc üzrə 510.871,20 manat, faiz borcu üzrə 45.629,51 manatdır. İş materiallarında olan hesabdan çıxarış məluatlarından göründüyü kimi Cavabdeh MMC tərəfindən xx xxx 2016cı il tarixdən (müqavilə müddəti bitdiyi tarix) sonra 68.900 manat məbləğində ödəniş edilmişdir; xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin xx xxxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 33.035,72 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 30.308 ABŞ dolları, faiz borcu üzrə 2727,72 ABŞ dolları; xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin xx xxxx 2016-cı il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 46.500 ABŞ dolları, faiz borcu 3510,75 ABŞ dollarıdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verilərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən «ekspertiza təyin edilməsi haqqında» qərardad qəbul edilənədək ümumilikdə 307.440,16 manat ödənilməsini göstərilmiş və təkrar ekspertizanın keçirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası cavabdehin vəsatətində göstərilən hallara, o cümlədən 307.440,16 manatın ödənilməsini və hazırki iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 20167 ekspert rəyinin mötəbərliyini şübhə altına alan sübutların təqdim olunmamasını nəzərə alaraq, iş üzrə təkrar ekspertizanın keçirilməsinə zərurət görməmiş, həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (103.1). İş üzrə verilmiş ekspert rəyindən göründüyü kimi, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə əsas borc 478.209 (dörd yüz yetmiş səkkiz min iki yüz doqquz) manat, faiz borcu isə 44.470 (qırx dörd min dörd yüz yetmiş) manattələb edildiyi halda, iş üzrə verilmiş ekspert rəyi ilə əsas və faiz borcu daha çox, müvafiq olaraq 510.871,20 və 45.629,51 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası iş üzrə ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək, qeyd olunan prosessual normanın tələblərinə əsaslanaraq, «Cavabdeh” MMC-dən 20may 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478.209 (dörd yüz yetmiş səkkiz min iki yüz doqquz) manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 20may 2016-cı il tarixinə 44.470 (qırx dörd min dörd yüz yetmiş) manatfaiz borcunun, 15dekabr 2015-ci il tarixli, KM 02 saylı və 15yanvar 2016-cı il tarixli, KM 03 saylı kredit müqavilələri üzrə müvafiq olaraq 30.308 (otuz min üç yüz səkkiz) ABŞ dollarıvə 46.500 (qırx altı min beş yüz) ABŞ dolların ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə tutulmasına dair gəldiyi nəticə ilə razılaşır. 15dekabr 2015-ci il tarixli, KM 02 saylı və 15yanvar 2016-cı il tarixli, KM 03 saylı kredit müqavilələri üzrə faiz borcunun tutulmasına gəldikdə, iddiaçı tərəfindən həmin müqavilələr üzrə 2.774 (iki min yeddi yüz etmiş dörd) ABŞ dollarıvə 3.558 (üç min beş yüz əlli səkkiz) ABŞ dollarıtələb edildiyi halda, iş üzrə verilmiş ekspret rəyi ilə faiz borcunun daha az-2.727,72 ABŞ dolları (iddia olunandan 46,28 ABŞ dolları az) və 3.510,75 ABŞ dolları (iddia olunandan 47,25 ABŞ dolları az) olması müəyyən edilmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə qiymət verilərkən, iddiaçı tərəfindən verilmiş maliyyə-mühasibatlıq sənədləri əsas götürülmüş, həmin məlumatların düzgünlüyü xüsusi biliyə malik ekspertlər tərəfindən yoxlanılmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı Cavabdeh MMC tərəfindən xx xxx 2016-cı il tarixdən (müqavilə müddəti bitdiyi tarix) sonra xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi üzrə 68.900 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Məhkəmə kolegiyası hesab edir ki, həmin ödəniş, məhkəmə qətnaməsinin icrası mərhələsində nəzərə alına bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi yoxlanılan hissədə qismən-15dekabr 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə 46,28 (qırx altı dollar iyirmi səkkiz sent) ABŞ dolları, 15yanvar 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə 47,25 (qırx yeddi dollar iyirmi beş sent) ABŞ dolları faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi iləcavabdeh “Cavabdeh» MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlanmalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382-384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(82)- 292/2018 saylı qətnaməsi qismən-tərəflər arasında bağlanmış 15dekabr 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə 46,28 (qırx altı ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları, 15yanvar 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə 47,25 (qırx yeddi ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi iləcavabdeh “Cavabdeh» MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva
Məhkəmə qərarları › İş №2-2(103)-11/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-11/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver