Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1104/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı protokolun bağlanılmış hesab edilməsi tələbinə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı protokolun bağlanılmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək, maddi vəziyyətinin ağır olmaqla aylıq gəlirinin cari il üçün yaşayış minimumundan aşağı olmasını əsas göstərərək dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş dövlət hesabına vəkillə təmin olunma barədə ərizə rədd edilmişdir.
4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5936/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, dövlət hesabına vəkil ilə təmin olunması barədə ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını formal mülahizələr əsasında qəbul etmiş və işin faktiki hallarını araşdırmamışdır. Üçüncü şəxsin hüquqşunas ixtisası üzrə ali təhsilinin olmaması onun məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olmasını təsdiq edir. Hazırkı işdə hüquqlarını bilmək və peşəkarcasına özünü müdafiə etmək üçün onun ən azından hüquqşünas olması, müvafiq qanunları bilməyi zəruridir. Hazırkı işdə onun yeganə yaşayış yeri və mülkiyyətində olan evin taleyi həll olunur. Bu işin nəticəsindən asılı olaraq o yeganə yaşayış yerini itirə bilər. Bu hal üçüncü şəxsin peşəkar hüquqi yardıma ehtiyacı olması üçün əsasdır və məhkəmənin üçüncü şəxsin ərizəni əsaslandırmaması barədə dəlili tam əsassızdır. İşin faktiki halları onun maddi imkanının tamamilə aşağı olmasını tam sübut edir. Söhbət üçüncü şəxsin mülkiyyətində olan və yeganə yaşayış yerindən gedir. Əgər onun maddi imkanı olsa idi banka olan borcu ödəyərdi və evi hərraca çıxmazdı. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 71.1 və 127.2-ci bəndlərinə istinad edilmiş, habelə AR MPM-in 67-1-ci maddəsinin tələblərinin pozulduğu və düzgün tətbiq edilmədiyi qeyd edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-5936/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında,habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.6-cı maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər.
Məhkəmənin mövqeyi
8. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
9. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 5936/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmir.
11. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-5936/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.