Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1105/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı X3 Cavabdeh qarşı əmlak və pul tələbinə dair ilk iddiası üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizənin təmin olunmaması barədə Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, e-2-2(113)-3317/2021 saylı qərardadından iddiaçı X7 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Bəkir Ziyad oğluna qarşı əmlak pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosessi ünvanda olan 900 kv.metr torpaq sahəsinə görə 41 ay ərzində aldatma yolu ilə aldığı hər ay 1300 manat olmaqla, cəmi 53300 (41x1300) manat, torpaq-əmlak vergisinə görə yerli bələdiyyəyə ödənilən 2100 (3x700) manat və tikdirilən tikililərə xərclənən 1 1200 manat olmaqla, ümumilikdə cəmi 66 600(altmış altı min altı yüz) manat pul vəsaitini və mübahisəli torpaq sahəsində quraşdırılan böyük yük-qaldırıcı, 1 ədəd- qiyməti 1000 manat; balaca yük-qaldırıcı, 1 ədədqiyməti 400 manat. “Tomaçı dəzgah”, ölçüsü 400qiyməti 10000 manat; mişar-qiyməti 1200 manat; frezer, ölçüsü 83-qiyməti 4500 manat dəyərlərində olan dəzgahların alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 13.600 manat icarə haqqının, maddi zərərə görə 9.300 manat, icarə haqqının qanunsuz olaraq ödənilməməsinə görə illik bank faiz uçot dərəcəsi nəzərə alınmaqla 3 il üçün 2856 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia ərizəsinə əlavə və dəyişiklik edilməsi barədə ərizə verərək, Cavabdeh ümumi dəyəri 16.050 manat, yəni dəyəri 7.800 manat olan 1 ədəd “İM65” və dəyəri 2.500 manat olan 1 ədəd “İK62 Tornaçı” dəzgahının, dəyəri 4.000 manat olan 1 ədəd “6P82 Frez” dəzgahının dəyəri 800 manat olan 1 ədəd (1 tonluq) yük qaldırıcısının və dəyəri 500 manat olan (0.5 tonluq) yük qaldırıcısının və dəyəri 450 manat olan (12 metr uzunluğunda) yük qaldırıcısı üçün relsin, aparılmış tikinti işlərinə görə 11.200 manatın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdə olan ona məxsus 1 ədəd qiyməti 7.800 manat olan “İM 65” və dəyəri 2.500 manat olan 1 ədəd “İK 62” tornaçı dəzgahı, dəyəri 4.000 manat olan 1 ədəd “6P82 Frez” dəzgahı, dəyəri 800 manat olan 1 ədəd (1 tonluq) yük qaldırıcısı və dəyəri 500 manat olan (0,5 tonluq) yük qaldırıcısı və dəyəri 450 manat olan (12 metr uzunluğunda) yük qaldırıcısı üçün rels kimi əmlaklardan istifadəni cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, e-2-2(113)-3317/2021 saylı qərardadına əsasən ərizə təmin edilməmişdir. X7 həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmetini təşkil edən və iddia ərizəsində adları qeyd olunan əmlakların İlqar Vəliyevə məxsus olmasına dair həmin dəzgahların adı, nömrəsi və modeli barədə texniki sənədləri məhkəməyə təqdim olunmuşdur. Hazırda iddia ərizəsində adları qeyd olunan dəzgahların Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ünvanında yerləşən cavabdehin istifadəsində olan torpaq sahəsində olmasına və hazırda cavabdeh tərəfindən istifadə olunmasına dair iş məhkəmənin icraatına daxil olduqdan sonra çəkilmiş və məhkəməyə təqdim olunmuş fotoşəkillərdə öz təsdiqini tapır, habelə həbslə bağlı ərizə hazırkı məhkəmədə müzakirə olunan zaman cavabdehin nümayəndəsi tərəfindən qismən etiraf olunmuş, yəni həmin dəzgahların qeyd olunan ərazidə olmasını etiraf etmiş, lakin həmin dəzgahların X5 deyil, Cavabdeh məxsus olmasını bildirmiş, lakin həmin dəzgahların sonuncuya məxsus olmasını təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3317/2021 saylı, 13 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 15.09.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də ilk iddia üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, e-2-2(113)-3317/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Hazırkı iş üzrə ilk iddia üzrə iddiaçı ona məxsus olduğunu iddia etdiyi dəzgah və qurğulardan cavabdeh tərəfindən gizlədilməsi və yararlılığına ziyan dəyməsi ehtimalı olduğundan həmin əmlaklardan istifadənin işə mahiyyəti üzrə baxılanadək cavabdehə qadağan edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün əsas kimi irəli sürülmüş hallar yalnız iddiaçının ehtimalları ilə əsaslandırıldığından birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, e-2-2(113)-3317/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İlk iddia üzrə iddiaçı X3 ərizəsi təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, e-2-2(113)-3317/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1105/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1105/2021
15.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver