Məhkəmə qərarları › İş №2-2(103)-1114/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1114/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1114/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 QSC-yə, Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın girov predmetlərinin satışından əldə olunan vəsaitə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5687/2024 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4 QSC-yə, Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın girov predmetlərinin satışından əldə olunan vəsaitə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 QSC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə ödənilmiş zəmanət üzrə 553.081,27 manat məbləğində vəsaitin, 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 368.720,85 manat əsas borc, 115396,49 manat faiz borcu və 36161,36 manat cərimə olmaqla, cəmi 520.278,70 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 926,68 manat dövlət rüsumu və 1,76 manat bank xidmət haqqının, eyni zamanda 405 manat ödənilmiş mediasiya xərcinin tutulması, girov predmetləri olan 1 ədəd production line of polyethylene pipe 20-60 mm, 1 ədəd plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, 1 ədəd polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 1 ədəd 50-160 PP PVC Turbo 2 avadanlıqlarının satışından əldə olunan vəsaitin ümumi borca ödənilməsi, girov predmetlərinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4 QSC-dən, Cavabdeh1 MMCdən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq hazırki işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 MMC-nin olduğu və fəaliyyət göstəridiyi ünvan ünvan 2essual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verildiyindən işə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-5687/2024 nömrəli qərardadı ilə, işin baxılması üçün ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş vəsatət rədd edilmişdir.

4. Cavabdeh1 MMC Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2- 2(113)-5687/2024 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsininin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5687/2024 nömrəli Qərardadı ləğv edilsin və e-2-2(113)-5687/2024 nömrəli işin ərazi aiddiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin olduğu və fəaliyyət göstəridiyi ünvan ünvan 3erə görə Şirvan Kommersiya Məhkəməsinə verilməli idi. Bildiririk ki, Cavabdeh1 MMC-nin olduğu və fəaliyyət göstəridiyi ünvan ünvan 5ət göstərdiyi ünvan ünvan 6duğu yerə görə Şirvan Kommersiya Məhkəməsinə verilməli idi.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5687/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

Məhkəmənin mövqeyi

8. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

9. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5687/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. İş materiallarına əlavə edilmiş, kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, iş məhkəmənin icraatına qəbul edilərkən və həmçinin də, hazırda Cavabdeh1 MMC və digər Cavabdeh4 QSC-nin hüquqi ünvanı ünvan 7 cavabdehlərin yəni, X4 və Cavabdeh2 da, qeydə alındığı ünvan da, məhz həmin ünvandır. Həmçinin, məhkəmə kollegiyası tərəfindən araşdırılan zaman həqiqətən müəyyən olunmuşdur ki, cavabdehlərin hamısının ünvanı (hüquqi ünvan və qeydiyyat ünvanı) Yasamal rayonudur. Ona görə də, iddia icraata qəbul edilərkən ərazi aidiyyəti üzrə aidiyyət qaydalarının pozulmasına yol verməmişdir.

11. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

12. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

13. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh1 MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5687/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar