Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1114/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi , İddiaçının nümayəndəsi vəkili Nümayəndə2, Cavabdeh və cavabdehin nümayəndəsi vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. xx.xx.2019-cu il tarixində İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır.
2. Tərəflər arasında bağlanmış borc müqaviləsinin 1-ci bəndinə əsasən borc verən, borc alana 90.000 manat məbləğində pulu verməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 2-ci bəndinə əsasən borc alan pulu xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.
4. İşdə olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 90.000 manat məbləğində pul İddiaçı tərəfindən notarisun depozit hesabına köçürülmüş, bundan sonra notariusun məktubu əsasında 90.000 manat məbləğində pul İddiaçı hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 90.000 əsas borc, 11.250 manat gecikdirmə faizləri, 226 manat hüquqi xidmət haqqı, 360 manat dövlət rüsumu olmaqla, cəmi 101.836 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin əvvəlindən tanışı Araz adlı şəxsin ona yaxınlaşaraq tanışı Cavabdeh bzineslə məşğul olduğunu, biznesini artırmaq istədiyini və istərsə onu da, həmin biznesə qoşmasını bildirmişdir. İlkin görüş zamanı Afat Şəmkir şəhərində parniklərinin olduğunu, Bakıda broyler şirkətinin olduğunu və şirkətini artırmaq istədiyini bildirmişdir. Daha sonra o, yaxşı gəlir əldə edə biləcəyini bildirirərək, bu işə pul qoymaq istədiyini bildirmişdir. O da, bu məsələdə onunla razılaşmış bu biznesin daha da inkişaf etməsi üçün 90.000 manat pulu ona verəcəyini bildimişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh ilə arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi imzalandığı gündən müəyyən müddət küçdikdən sonra o Cavabdeh pulun ödənilməsini tələb etdikdə o, işlərinin düzgün getmədiyi, parniklərin işəmədiyini bildirmiş və borcunu ödəməmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında, nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə iddiaçı tərəfin xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2599/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.
11. Cavabdeh X5 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2599/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən, 32000 (otuz iki min) manat hissəsində təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarların ləğv edildiyini qeyd etsədə, həmin qərarlar ləğv edilib yenidən istintaqa qaytarıldıqdan sonra, yenidən cinayət işinin başlanmasından imtina edilmişdir. Elektron məhkəmə sisteminə daxil edilmiş cinayət işinin başlanması haqqında qərarlardan görünür ki, (iddiaçı özü etiraf edib) cavabdeh tərəfindən iddiaçıya 52 000 (əlli iki min) manat pul qaytarılıb. Hazırda onun iddiaçıya 32000 manat məbləğində pul borcu var. Amma təəssüflər olsun ki, məhkəmə bu faktları nəzərə almayıb. Amma məhkəmə bu uyğunsuzluğa diqqət etməyib. Həmin qərarı da elektron məhkəmə sisteminə əlavə edirəm. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı tərəf xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarların ləğv edildiyini qeyd etsədə, həmin qərarlar ləğv edilib yenidən istintaqa qaytarıldıqdan sonra, yenidən cinayət işinin başlanmasından imtina edilmişdir. Həbsdə olduğu üçün həmin qərarı vaxtında məhkəməyə təqdim edə bilməmiş, qərarı sonradan almışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırmışıdır ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında qeyd edilmiş hazırkı iş üçün əhəmiyyət kəsb edən halları - 1 ) ‘"Yurdum” MTK-nın (VÖEN:**********) sədri X4 izahatını və 2) "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilənləri məhkəmənin nəzərinə çatdırırıq:“... İzahatı alınmış X8 bildirmişdir ki, İddiaçı şikayəti əsasında toplanılmış materialla tanış olmuş, ərizədə yazılanlar qismən doğrudur. Belə ki, o, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın sədridir. Həmin binanın 119A mənzili Cavabdeh adına olmuşdur, xx.xx.2019-cu il tarixdə Afat Orxan adlı tanımadığı şəxslə birlikdə gələrək Orxana məxsus olan evi Orxanın adına yazmağını ondan istəmişdir. O, bu barədə maraqlananda Afat Orxandan borca pul aldığını və evinin müqaviləsində pulu qaytardıqdan sonra adından çıxaracağını bildirmişdir. Afatm 119A saylı mənzilinin müqaviləsini cırıb yenidən vermişdir. 2022-ci ilin mart ayının əvvəlində Orxan bir tanışı ilə onun yanına gəlmiş və Afatın pulunu ödəmədiyini bildirmişdir. Afata zəng edib bu barədə soruşanda, Afat Orxana olan borclarını ödəyəcəyini demişdir. 2022-ci ilin aprel ayında Orxan yenidən yanına gələrək Afatın pul vermədiyini demiş və müqavilə onun adına olduğundan çıxarış alması üçün yeni maliyyə arayışı tələb etmişdir. Orxanla birlidə Afatla görüşmüşlər və Orxanın ondan sənəd tələb etdiyim bildirmişdir. Afat yenidən Orxandan vaxt istəmiş və onlar yemdən ödəmələr olacaq deyə razılıq əldə etmişlər. Belə ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh istəyi ilə sonuncuya məxsus olan 119A saylı 3 otaqlı mənzilin müqaviləsini köhnə tarixdən yəni, xx.xx.2015-ci il tarixdən İddiaçı adına müqavilə bağlayaraq həm də borcların tam ödənilməsi barədə maliyyə arayışı vermişdir. Lakin Afat evin pulunu ona verdiyi üçün Afatın razılığı olmadan çıxarış alması üçün Orxana sənədləri verə bilməmişdir."... Araşdırma zamanı "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanın kimə məxsus olmasını müəyyən etmək məqsədilə sözügedən MTK~ya rəsmi sorğu göndərilmişdir. Əldə edilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən mənzil "xxxx" MTK-nın mənzilidir. Həmin mənzil MTK tərəfindən Cavabdeh İddiaçı 90. OOP manat kredit müqaviləsinin təminatı kimi maliyyə arayışı ilə İddiaçı adına rəsmiləşdirilmişdir... ”Göründüyü kimi İddiaçı adma 08 avqust 2015-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evinin 5-ci alaqapısmda olmaqla 13-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 120 kv.m olan 119A sayh mənzil Cavabdeh İddiaçı olan pul borcunun təminatı olmuşdur. Həmin MTK tərəfindən 08 avqust 2025-ci il tarixli maliyyə arayışı da verilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə iclasına Cavabdeh və cavabdehin nümayəndəsi vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
20. Maddə 431.3. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
42. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixində İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında notarial qaydada borc müqaviləsi imzalanmış, daha sonra tərəflər aralarında aylıq faiz ödəməklə pulun qaytarılması barədə şifahi razılaşmışlar.
43. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 icratında olan HK-1/407 nömrəli İddiaçı müraciəti əsasında toplanmış materiala əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən, xx.xx.2023-cü il tarixdə İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh 90.000 manat pul verdiyini, lakin sonuncun pulu qaytarmadığını, bu səbəbdən Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini bildirmişdir.
44. İddiaçı izahatında bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəlində tanışı Araz adlı şəxs ona yaxınlaşaraq tanışı Cavabdeh bizneslə məşğul olduğunu, biznesini artırmaq istediyini və istəyirsə onu da o biznesə qoşmasını bildirmişdir.O da razılaşmış və Afata 90.000 manat pul verə biləcəyini demişdir. Afat razılaşanda iş alınmayacağı təqdirdə sənəd istəmişdir. xx.xx.2023-cü il tarixdə Afat özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzilin müqaviləsini, maliyyə arayışını binanın komendatı Fuad Əliyevin iştiakı ilə onun adına yazdırmışdır. Daha sonra notariat kontoruna gedərək aralaırnda kredit müqaviləsi bağlayıb 90.000 manat pulu Afata vermişdir. Sonra parnikin işləmədiyini, bəhanələr gətirərək aldatmağa başlamışdır. Afatla görüşüb pulları tələb edəndə Afat pulunun olmadığını, ili 22 faiz olmaqla onun pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Afat ayda 1650 manat ödəyəcəyini və azca vaxt verməyini istəmişdir. Onlar razılaşmışlar və həmin vaxtdan iki il ayda 1650 manat faizləri ödəməklə Afat ona ümumilikdə 39600 manat pul ödəməşdir. Həmin vaxtdan sonra Afat pul ödəməkdən imtina etmiş və belə olanda o komendat Fuad Əliyevə yaxınlaşıb evin çıxarışını almaq üçün sənədləri istəmişdir. Fuad ona sənəd verərsə Afat ilə problem yaşayacağını və bu işin həlli üçün Afatla danışacağını bildirmişdir. Həmin vaxtdan sonra Afat ona hissə-hissə olmaqla verəcəyi pulun faizi olaraq 12.000 manat pul ödəmişdir. O pulu tam istədiyini və ya müqaviləsini adına yazdırdığı evin sənədinin verilməsində ona köməklik etməsini bildirmişdir. Afat onla razılaşmadığına görə şikayət etmək qərarına gəlmişdir. Afatın ona ümumilikdə 110.000 manat verəcəyi vardır.
45. Cavabdeh izahatında bildirmişdir ki, təxminən 4 il bundan əvvəl onun pula ehtiyacı olduğundan, Mərdəkan qəsəbəsində Araz adlı qonşusu Orxan adlı tanışının faizə pul verdiyini və onu Orxanla tanış edəcəyini demişdir. O da Arazın vasitəsiylə Orxanla görüşmüş, Orxan ona 100.000 manat pul verə bilcəyini desə də sonradan 90.000 manat pul verə bilcəyəyini demişdir. Orxandan aylıq 2 faiz olmaqla ayda 1650 manat ödəmək şərti ilə pulu götürəcəyini demişdir. Orxandan ondan pulu verməsi üçün əlavə girov istəməşdir. O da tanışı Fuad Əliyevdən rəhbəri olduğu MTK-dan bir mənzil müvəqqəti olaraq girova yazıb verməsini və aralarında borcları bağlananda həmin müqavilənin ləğv olunacağını demişdir. Bundan sonra Orxan və Fuad bu barədə razılığa gəlmişlər və Fuad Orxanın adına rəhbərlik etdiyi MTK-dan yəni, O.Əliyev küçəsi 7, 119a saylı mənzilin müqaviləsini Orxanın adına yazdırmışdır. Belə olan halda Orxanla notariusa gedib kredit müqaviləsi bağlamışdır. Orxan da ona 90.000 manat pul vermişdir. Həmin vaxtdan ödənişləri etməyə başlamışdır. 2023-cü ilin fevral ayının əvvəlində Orxan ona zəng edərək pulunu tam istədiyini bildirmişdir. Orxana maddi durumuyla bağlı hal-hazırda pulu tam olaraq ödəyəcə bilməyəcəyini və may ayının sonuna kimi pulu tam olaraq qayatracağını demişdir. Orxan məndən pulu yenə istəyəndə ona 2000 manatda ödəniş etmişdir. Bununlada Orxana ümumilikdə 52.000 manata yaxın pul ödəmişdir. Lakin Orxan ondan öz hesabına faizlərlə birlikdə 110.000 manat pul ödəməyini tələb etmişdir. Qeyd etdiyi kimi Orxana 52.000 manat pul ödəmiş, qalan pullarıda may ayının sonuna qədər ödəyəcəyini, lakin əlavə hesablanan faizləri verməyəcəyini bildirmişdir.
46. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır həmin münasibətlər çərçivəsində apellyatorun öhdəliyini icra etməməsi kimi qiymətləndirilməlidir.
47. Bununla yanaşı qeyd olunmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iş üzrə istintaq aparılan zaman ödəniləcək 90000 manat puldan cavabdehin ona 39600 manat pul və verəcəyi pulun faizi olaraq 12.000 manat pul ödədiyini etiraf etmişdir.
49. xx.xx.2019-cu il tarixli borc müqaviləsində faizlərlə ödəmə nəzərdə tulmadığı halda İddiaçı, Cavabdeh tərəfindən ödənilmiş 12.000 manat pulun verəcəyi pulun faizi olduğunu bildirmişdir.
50. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
51. Qeyd olunanları nəzərə alaraq kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsində Cavabdeh borcu xx.xx.2021-ci il tarixdə qaytarmağı öhdəsinə götümüş, lakin 33 ay keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Ona görə də Cavabdeh əsas borc məbləği olaraq 38400 (90000-51600) manat, əsas borcun gecikdirildiyi 33 aya münasibətdə illik 5 faiz hesablanmaqla 5280 manat cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-2(113)-436/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 38.400 (otuz səkkiz min dörd yüz manat) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 5.280 (beş min iki yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.