Məhkəmə qərarları › İş №2-2(103)-1116/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1116/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1116/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2278/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia qaldırılan günə 12.07.2013-cü il tarixdə tranşla verilmiş ******* (bir milyon altmış min) manat məbləğli kredit üzrə banka əsas borcu 465716.31(dörd yüz altmış beş min yeddi yüz on altı manat 31 qəpik) manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 5508.41 (beş min beş yüz səkkiz manat 41 qəpik) manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1427.37 (bir min dörd yüz iyirmi yeddi manat 37 qəpik), cəmi 472652.09 (dörd yüz yetmiş iki min altı yüz əlli iki manat 09 qəpik) manat; 29.08.2012-ci il tarixdə tranşla verilmiş 1000000(bir milyon) manat məbləğli kredit üzrə banka əsas borcu 438449.19 (dörd yüz otuz səkkiz min dörd yüz qırx doqquz manat 31 qəpik) manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 5187.07 (beş min yüz səksən yeddi manat 07 qəpik) manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1337.06 (bir min üç yüz otuz yeddi manat 06 qəpik) manat, cəmi 444973.32 (dörd yüz qırx dörd min doqquz yüz yetmiş üç manat 32 qəpik) manat; 17.10.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon iki yüz min) manat məbləğli kredit üzrə banka əsas borcu 531288.18 (beş yüz otuz bir min iki yüz səksən səkkiz manat 18 qəpik) manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 6278.46 (altı min iki yüz yetmiş səkkiz manat 46 qəpik) manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1658.46 (bir min altı yüz əlli səkkiz manat 46 qəpik) manat, cəmi 539225.1(beş yüz otuz doqquz min iki yüz iyirmi beş manat 10 qəpik) manat; 03.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon) manat məbləğli kredit üzrə banka əsas borcu 447896.24 (dörd yüz qırx yeddi min səkkiz doxsan altı manat 24 qəpik) manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 5286.22 (beş min iki yüz səksən altı manat 22 qəpik) manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1436.21 (bir min dörd yüz otuz altı manat 21 qəpik) manat, cəmi 454618.67 (dörd yüz əlli dörd min altı yüz on səkkiz manat 67 qəpik) manat; 10.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (beş milyon) manat məbləğli kredit üzrə banka əsas borcu 2207891.79(iki milyon iki yüz yeddi min səkkiz yüz doxsan bir manat 79 qəpik)manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 26099.54 (iyirmi altı min doxsan doqquz manat 54 qəpik) manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 6849.55 (altı min səkkiz yüz qırx doqquz manat 55 qəpik) manat, cəmi 2240840.88 (iki milyon iki yüz qırx min səkkiz yüz qırx manat 88 qəpik) manat; 05 sentyabr 2012-ci il tarixdə tranşla verilmiş 740000 (yeddi yüz qırx min) manat məbləğli kredit üzrə banka əsas borcu 329153.68 (üç yüz iyirmi doqquz min yüz əlli üç manat 68 qəpik) manat, 07.04.2021-ci il tarixə faiz borcu üzrə 3887.66 (üç min səkkiz yüz səksən yeddi manat 66 qəpik) manat, 07.04.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1038.70 (bir min otuz səkkiz manat 70 qəpik) manat, cəmi 334080.04(üç yüz otuz dörd min səksən manat 04 qəpik) manat, olmaqla cəmi 4486390.1 (dörd milyon dörd yüz səksən altı min üç yüz doxsan manat 01 qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, 30 noyabr 2018-ci il tarixli, 25845-1/AGM saylı girov müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (çörək və şirniyyat avadanlıqları) yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 4486420,1 (dörd milyon dörd yüz səksən altı min dörd yüz iyirmi manat 10 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli e-2-2(113)-2278/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 03.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon) manat məbləğli kredit üzrə əsas borc görə 447896,24 (dörd yüz qırx yeddi min səkkiz doxsan altı manat 24 qəpik) manat, faiz borcu üzrə 5286,22 (beş min iki yüz səksən altı manat 22 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1436,21 (bir min dörd yüz otuz altı manat 21 qəpik) manat, cəmi 454618.67 (dörd yüz əlli dörd min altı yüz on səkkiz manat 67 qəpik) manat; 10.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (beş milyon) manat məbləğli kredit üzrə borc görə 2207891,79 (iki milyon iki yüz yeddi min səkkiz yüz doxsan bir manat 79 qəpik) manat, faiz borcu üzrə 26099,54 (iyirmi altı min doxsan doqquz manat 54 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 6849,55 (altı min səkkiz yüz qırx doqquz manat 55 qəpik) manat, cəmi 2240840,88 (iki milyon iki yüz qırx min səkkiz yüz qırx manat 88 qəpik) manat; 05 sentyabr 2012-ci il tarixdə tranşla verilmiş 740000 (yeddi yüz qırx min) manat məbləğli kredit üzrə əsas borca görə 329153,68 (üç yüz iyirmi doqquz min yüz əlli üç manat 68 qəpik) manat, faiz borcu üzrə 3887,66 (üç min səkkiz yüz səksən yeddi manat 66 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1038,70 (bir min otuz səkkiz manat 70 qəpik) manat, cəmi 334080,04 (üç yüz otuz dörd min səksən manat 04 qəpik) manat, 29.08.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon) manat məbləğli kredit üzrə əsas borc görə 438449,19 (dörd yüz otuz səkkiz min dörd yüz qırx doqquz manat 31 qəpik) manat, faiz borcu üzrə 5187,07 (beş min yüz səksən yeddi manat 07 qəpik) manat, 07 dəbbə pulu (cərimə) üzrə 1337,06 (bir min üç yüz otuz yeddi manat 06 qəpik) manat, cəmi 444973,32 (dörd yüz qırx dörd min doqquz yüz yetmiş üç manat 32 qəpik) manat; 17.10.2012-ci il tarixdə tranşla verilmiş ******* (bir milyon iki yüz min) manat məbləğli kredit üzrə əsas borca görə 531288,18 (beş yüz otuz bir min iki yüz səksən səkkiz manat 18 qəpik) manat, faiz borcu üzrə 6278,46 (altı min iki yüz yetmiş səkkiz manat 46 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1658,46 (bir min altı yüz əlli səkkiz manat 46 qəpik) manat, cəmi 539225,1 (beş yüz otuz doqquz min iki yüz iyirmi beş manat 10 qəpik) manat; 12.07.2013-cü il tarixdə tranşla verilmiş ******* (bir milyon altmış min) manat məbləğində kredit üzrə əsas borca görə 465716,31 (dörd yüz altmış beş min yeddi yüz on altı manat 31 qəpik) manat, faiz borcu üzrə 5508,41 (beş min beş yüz səkkiz manat 41 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1427,37 (bir min dörd yüz iyirmi yeddi manat 37 qəpik), cəmi 472652,09 (dörd yüz yetmiş iki min altı yüz əlli iki manat 09 qəpik) manat; olmaqla yekun əsas borc üzrə 4420395,39 manat, faiz borcu üzrə 52247,36 manat, cərimə borcuna görə 13747,35 manat, cəmi 4486390,1 (dörd milyon dörd yüz səksən altı min üç yüz doxsan manat 01 qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və tələbin girov predmetinə yönəldilməsi hissəsində iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün olmayaraq iddia üzrə tələb olunan girov predmeti olan daşınar əmlaklara tutma yönəldilməsi tələbini təmin etməmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli, 25845-1/AGM girov müqaviləsinə əsasən qeyd edilən daşınar əmlak Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 03.12.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan əlavə məhkəmə prosesi zamanı cavabdeh tərəfindən girov predmetinin faktiki mövcud olmaması və girovun girov saxlayana verilməməsi barədə hər hansı bir etiraz daxil olmamışdır. Belə ki, cavabdeh və girov qoyan Cavabdeh MMC hal-hazırda müəssisə kimi çörək zavodu olaraq fəaliyyət göstərir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız tələbin girov əmlaka yönəldilməsi barədə tələblərin rədd edilməsi hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 02 avqust 2012-ci il tarixli, 25845-1/SKMF №-li kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh MMC-yə illik 4.5 % olmaqla, 120 ay müddətinə 10000000 (on milyon) manat məbləğində kredit ayrılmışdır. Kredit ayrı-ayrı tarixlərdə tranşla verilmişdir. Belə ki, 12.07.2013-cü il tarixdə tranşla ******* (bir milyon altmış min) manat, 29.08.2012-ci il tarixdə tranşla ******* (bir milyon) manat, 17.10.2012-ci il tarixdə tranşla ******* (bir milyon iki yüz min) manat, 03.08.2012-ci il tarixdə tranşla ******* (bir milyon) manat, 10.08.2012-ci il tarixdə tranşla ******* (beş milyon) manat, 05.09.2012-ci il tarixdə tranşla 740000 (yeddi yüz qırx min manat məbləğində kredit 02.08.2022-ci il tarixə qədər qaytarılması şərti ilə verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında 30 noyabr 2018-ci il tarixli 25845-1/AGM girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, Cavabdeh MMC-yə məxsus daşınar əmlaklar (çörək və şirniyyat avadanlıqları) girov qoyulmuşdur. İddiaçı tələbin girov predmetinə yönəldilməsi iddiasını irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, həmin iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli girov müqaviləsinin predmetini daşınar əmlaklar olan çörək və şirniyyat avadanlıqları təşkil edir. Eyni zamanda həmin müqavilə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi tarixdən (02.05.2017) sonra bağlanılmışdır. Həmin Qanunun 3.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Həmçinin tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli girov müqaviləsinin 5.4-cü bəndində göstərilmişdir ki, girov predmetinə tutmanın yönəldilməsi qaydası qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki mübahisə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həll edilməlidir. Həmin Qanunun 13.1-cü maddəsinə görə yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək (13.1.1); yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək (13.1.2); yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək (13.1.3); yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək (13.1.4); qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək (13.1.5). Göründüyü kimi, qanunverici daşınar əmlak olan (rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla) girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı xüsusi qayda müəyyən edilmişdir. Belə ki, qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi əgər yüklülük predmeti onun sahibliyində deyilsə, yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək tutma yönəldə bilər. Eyni zamanda, həmin Qanunun 15.4-cü maddəsinə əsasən yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır. Həmin Qanunun 16.1-ci maddəsinə görə isə yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Göründüyü kimi iddiaçı əmr icraatı qaydasında yüklülük predmetinin onun sahibliyinə verilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməli olduğu halda, borcun ödənilməsi üçün tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi və onların açıq hərracda satılmasına dair iddia qaldırmışdır. Həmin Qanunun 13.1.5-ci maddəsində qeyd olunanlar (qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək) isə hazırki mübahisə üzrə Mülki Məcəllənin tətbiq edilməsi və tutmanın girov əmlaka yönəldilməsi barədə tələblərin təmin edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin 296.1-ci maddəsinin tələblərinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi Mülki Məcəllənin həmin maddəsinin sonuncu cümləsi göndərici normadır və məhz “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununa istiqamətlənir. Həmin Qanunun yuxarıda qeyd olunan tələblərinə görə isə iddiaçı tərəfindən irəli sürülmüş tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi və onların açıq hərracda satılması barədə iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2278/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.07.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni tələbin girov predmeti olan daşınar əmlaklara yönəldilməsi və onların açıq hərracda satılması barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar