Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1119/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “istehlakçı hüquqlarının bərpası,qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: su borcunun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4294/2024 nömrəli qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2005-ci il tarixli, 1106 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 75 saylı hamam İddiaçı tərəfindən alınmışdır.
2. xx.xx.2022-ci il tarixli, 080079 saylı cavabdeh tərəfindən tək tərəfli qaydada imzalanmış və möhürlənmiş üzləşmə aktına əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə qalıq borcu 7995,48 manat (2558,92 manat sudan istifadəyə və 5436,56 manat çirkab sulara görə) müəyyən edilmişdir.
3. İddiaçıya məxsus abonent saldosundan göründüyü kimi 2022-ci ilin yanvar ayına 7995,48 manat qalıq borcu olduğu qeyd olunmuşdur.
4. Cavabdeh tərəfndən iddiaçıya göndərilmiş ********* saylı xx.xx.2022-ci il tarixli hesab-fakturada 2022-ci ilin sentyabr ayında istifadə olunmuş su və kanalizasiya xidmətlərinə görə borc 25 manat göstərilmiş və qeyd hissəsində də xx.xx.2022-ci il tarixə qalıq borcun 7995,48 manat təşkil etdiyi göstərilmişdir.
5. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”na əsasən aparılır. “X2”nın 7.4 və 7.5-ci bəndlərinə əsasən su təchizatı və kanalizasiya sisteminə qoşulmuş istehlakçıların istifadə etdiyi suyun həcmi su təchizatı xəttində quraşdırılmış suölçəncihaz (su sayğacı və ya sənaye sərfölçəni) vasitəsilə ölçülür. Suölçən cihaz olmadıqda isə suyun həcmi əhali istehlakçıları üçün Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən nəzərdə tutulmuş qaydada, qeyri-əhali istehlakçıları üçün isə sayğac quraşdırılanadək su təchizatı xəttinin qoşulma nöqtəsində və yaxud obyektə giriş hissəsində iç diametrindən (suburaxma qabliyyətindən və ya “N” kəsiyindən) asılı olaraq normativ qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Həmçinin əvvəlcədən sayğacı olmayan və boru diametrindənasılı olaraq normativ hesabat aparılan qeyri-əhali abonentlərində sayğac quraşdırılanadək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən aylıq istifadə norması “X2”nın 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. "xxxx" ASC ilə F/Ş İddiaçı adına “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanaraq 080079 saylı abonent kodu açılmışdır. Sözügedən obyektin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı sayğac quraşdırılana qədər normativə müvafiq olaraq borunun en kəsiyinə uyğun aparılmışdır. Hazırda qeyd olunan abonentin hesabında 8132,48 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcu yaranmışdır. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçıilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Lakin, F/Ş İddiaçı ilə “Azərsu" ASC arasında istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və ödənişlər qismən aparılmışdır. Eyni zamanda “X2”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarınsu təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödənilə bilər.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 393.3 kv olan qeyri-yaşayış sahəsinə dair yazılmış 7995,48 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci ildə ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 393.3 kv olan qeyri- yaşayış sahəsini almışdır. Bunu təsdiq edən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən onun adına verilmiş xx.xx.2005-ci il tarixli 84 saylı 005628 seriyalı Mülkiyyət Hüququq Haqqında Şəhadətnaməsi vardır. Həmçinin həmin qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş mülkiyyət hüqunu təsdiq edən sənəd –çıxarış da almışdır. Həmin ümumi sahəsi 393.3 kv olan qeyriyaşayış sahəsini o mülkiyyətinə keçirənə qədər hamam kimi fəaliyyət göstərmişdir. Lakin 2005-ci ildə onun mülkiyyətinə keçəndən həmin qeyri-yaşayış sahəsi artıq hamam olaraq fəaliyyət göstərmir. Həmçinin həmin qeyri-yaşayış sahəsinin özünə məxsus su quyusu vardır və su üçün həmin quyudan istifadə edir. Belə ki, həmin ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 393.3 kv olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçənə qədər kommunal borcu avtomatik olaraq silinməli idi. Lakin cavabdeh olan "xxxx" ASC həmin borcları silməmiş və xx.xx.2008-ci ildə üzləşmə aktı tərtib edərək özəlləşdirmə zamanı silinməli olan həmin 7995,48 manat borcu ödəməyi onun öhdəsinə qoymuşdur. 2005-ci ildən 2008-ci ilə qədər "xxxx" ASC-yə dəfələrlə müraciət etsə də bir nəticəsi olmadı və borc məbləği silinmədi. Sonuncu dəfə xx.xx.2024-cü ildə cavabdehə rəsmi məktubla müraciət etmiş və cavabdehin Milli Məclisin qanununiilə özəlləşmiş obyektin kommunal borclarının silinməsi barədə olan qanununu icra etməməsi səbəbi ilə borcun yaranmışdır. Nəticədə cavabdeh həmişəki kimi ancaq özmaraq və mənafeyini güdərək abonenti cuzi, haqsız və əsassız, günahkar oğru çıxardan müxtəlif təlimatlara istinad edərək cavab verdiyi üçün onu məhkəməyə müraciət etməkdən başqa yol görməmişdir. Həmçinin, "xxxx" ASC-nin 2005-ci ildən buügnə qədər müraciətlərə cavab verməməsinin səbəbi obyektin 75 saylı hamam kompleksi olması ilə bağlıdır. Çünki hamama əlavə və qeyri-qanuni su sərfiyyatı yazmaq onlara sərf edir. Təyinatı hamam olduğu üçün artıq obyektin hamam kimi fəaliyyət göstərib-göstərməməsi onlar üçün önəmli deyil. Bundan əlavə 2005-ci ildə həmin qeyri-yaşayış sahəsini iddiaçı mülkiyyətinə keçirəndən sonra bütün kommunal ödənişlərini vaxtında edir və borcu yaranmır. Məhkəməyə müraciət etməkdə məqsədi "xxxx" ASC-nin ona qanunsuz yerəyazmış olduğu 7995,48 manat borcun silinməsi ilə bağlıdır. Çünki həmin borclar onun istifadəsi nəticəsində yaranmamışdır. Həmçinin həmin sahəni fiziki şəxs-fərdi sahibkar kimi əldə etmişdir (VÖEN **********). Bu səbəbdən də cavabdeh "xxxx" ASC-yə olan mübahisənin həll edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4294/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi ("xxxx" ASC) tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə hesablanmış cəmi 7995,48 manat məbləğində borcun abunə hesabından (müqavilə/kod – 19160060,080079) silinməsi, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2005-ci il tarixli, 11006 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 75 saylı hamam X1 tərəfindən alınmış, xx.xx.2022-ci il tarixli, 080079 saylı cavabdeh tərəfindən tək tərəfli qaydada imzalanmışvə möhürlənmiş üzləşmə aktına əsasən iddiaçı xx.xx.2022-ci il tarixinə qalıq borcu 7995,48 manat (2558,92 manat sudan istifadəyə və 5436,56 manat çirkab sulara görə) müəyyən edilmiş və iddiaçıya məxsus abonent saldosundan göründüyü kimi 2022ci ilin yanvar ayına 7995,48 manat qalıq borcu olduğu qeyd olunmuşdur. Cavabdeh tərəf həmin borcun iddiaçının qeyri-yaşayış sahəsində sayğac quraşdırılana qədər borunun en kəsiyinə müvafiq qaydada hesablandığını bildirir. İddiaçı hal-hazırda 7995,48 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. İşdən göründüyü kimi cavabdeh məhkəmə tərəfindən dəfələrcə şərait yaradılmasına baxmayaraq borcun hansı formada hesablanmasını təsdiq edən sübutları, borcun yaranma dövrünü əhatə edən hesab-fakturaları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qurum yaranmış borcun hansı formada və borcun yaranma əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim etməmiş və iddiaçının irəli sürdüyü faktlara qarşı hər hansı əsaslı əks arqument gətirməmişdir.
10. Məhkəmə hazırkı mübahisəyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”na əsasən aparılır. “X2”nın 7.4 və 7.5-ci bəndlərinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 61.2-ci maddəsini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4294/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçının vəzifəsidir. Bəndə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Bəndə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bununla əlaqədar bildirik ki, həmin ünvan üzrə xx.xx.2001-ci il, xx.xx.2009-cu il, xx.xx.2011, xx.xx.2012-ci il, xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixdə quraşdırılmış sayğaclar üzrə yaranmış borcdur. Həmin sayğacların quraşdırlma tarixlərini ətraflı abonent kartından görmək mümkündür. Borc əsaslı və sayğac göstəricilərinə uyğun hesablandığı üçün iddianın təmin edilməsi əsassız olmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinin tələbinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 7.4 və 7.5-ci bəndlərinə əsasən su təchizatı və kanalizasiya sisteminə qoşulmuş istehlakçıların istifadə etdiyi suyun həcmi su təchizatı xəttində quraşdırılmış suölçəncihaz (su sayğacı və ya sənaye sərfölçəni) vasitəsilə ölçülür. Suölçən cihaz olmadıqda isə suyun həcmi əhali istehlakçıları üçün Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən nəzərdə tutulmuş qaydada, qeyri-əhali istehlakçıları üçün isə sayğac quraşdırılanadək su təchizatı xəttinin qoşulma nöqtəsində və yaxud obyektə giriş hissəsində iç diametrindən (suburaxma qabliyyətindən və ya “N” kəsiyindən) aslı olaraq normativ qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Həmçinin əvvəlcədən sayğacı olmayan və boru diametrindənasılı olaraq normativ hesabat aparılan qeyri-əhali abonentlərində sayğac quraşdırılanadək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən aylıq istifadə norması “X2”nın 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.
17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiyamüəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra daalına bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4294/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin hallarından görünür ki, xx.xx.2005-ci il tarixli, 11006 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 75 saylı hamam X1 tərəfindən alınmış, xx.xx.2022-ci il tarixli, 080079 saylı cavabdeh tərəfindən tək tərəfli qaydada imzalanmışvə möhürlənmiş üzləşmə aktına əsasən iddiaçı xx.xx.2022-ci il tarixinə qalıq borcu 7995,48 manat (2558,92 manat sudan istifadəyə və 5436,56 manat çirkab sulara görə) müəyyən edilmiş və iddiaçıya məxsus abonent saldosundan göründüyü kimi 2022ci ilin yanvar ayına 7995,48 manat qalıq borcu olduğu qeyd olunmuşdur. Cavabdeh tərəf həmin borcun iddiaçının qeyri-yaşayış sahəsində sayğac quraşdırılana qədər borunun en kəsiyinə müvafiq qaydada və apellyasiya şikayətində qeyd olunan sayğaclar əsasında hesablandığını bildirir. İddiaçı hal-hazırda 7995,48 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qurum yaranmış borcun hansıformada və borcun yaranma əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim etməmiş və iddiaçının irəli sürdüyü faktlara qarşı hər hansı əsaslı əks arqument gətirməmişdir.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müxtəlif tarixlərdə quraşdırılışmış sayğaclar üzrə hesablanmış borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməi idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
23. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi ilə bağlı əsas yoxdur.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4294/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, şikayət verilə bilməz.