Məhkəmə qərarları › İş №2-2(103)-1120/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1120/2021

01.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1120/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov X1 Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1369/2021 saylı 24.06.2021-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin 18.11.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1244,27 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774,13 və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 386,5 manat məbləǧində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6828,3 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vergi ödəyicisi olan "xxxx" MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna va İşsizlikdən Sıǧorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödəilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18/11/2020 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 18/11/2020 tarixə yaranan 4101.61 manat borcuna görə 6828.3 manat məbləǧində əmlakı siyahıya alınmış və bu barədə 19/11/2020 tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacaǧı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyǧun olaraq cavabdehə 02.12.2020 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 18.11.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləǧindən dövlət büdcəsinə 1244,27 manat, Dövlət Sosial Müdafiə Fonduna 5774,13 manat və işsizlikdan sıǧorta fonduna 386.5 manat ödənilməmiş borcu qalmışdır.” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1369/2021 saylı 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin qismən təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni nəzərdən keçirdikdə aydın olur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları ətraflı araşdırmamış, cavabdehin verdiyi izahatı nəzərə almamış və ən əsası Bakı Kommersiya Məhkəməsinin icraatında olan və eyni predmetlə bağlı olan e-2-2(113)-1360/2021 saylı məhkəmə işinin mövcudluğunu nəzərə almamış və nəticədə qətnamə ilə cavabdehdən həmin ana olan həqiqi borc məbləğindən daha yüksək məbləğdə borc tutulmuşdur. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 01.12.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774,13 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 386,5 manat məbləǧində borcla bağlı iddia tələbləri üzrə icraata xitam verilmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli e-2-2(113)-1369/2021 saylı qətnaməsi qismən-cavabdehin 18.11.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774,13 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 386,5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28216,06 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş, **********1 saylı, 22.07.2020-ci il tarixli bildirişdən və vergi ödəyicisinin şəxsi vərəqəsindən görünür ki, 22.07.2020- ci il tarixinə “Aqat-R" MMCnin dövlət büdcəsinə ümumilikdə ödənilməmiş 12.805,75 manat ( muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 11.812,53 manat, faizlər üzrə 993,22 manat) borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçı vergi öhdəliyini yerinə yetirməmiş, nəticədə vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 17.11.2020-ci il tarixli, **********6 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 17.11.2020-cu il tarixli, **********6 saylı protokolla 6.828,3 manat məbləğində əmlak siyahıya alınmış və 19.11.2020-ci il tarixli aktla ümumilikdə 6.828,3 manat dəyərində əmlak məsul saxlanmaya verilmişdir. Bununla yanaşı vergi ödəyicisinə 30 gün müdətində dövlət büdcəsinə borcların ödəmədiyi halda siyahıya alınmış əmlakın satılması haqqında məhkəmədə iddia qaldırılacağı barədə 02.12.2020-ci il tarixli xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilən normaların tələblərinə əsasən cavabdehin dövlət büdcəsinə ödənilməmiş 1244,27 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6828,3 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiaçının tələbi qanuni və əsaslı hesab edilərək həmin hissədə məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İşə apelyasiya qaydasında baxan məhkəmə tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1360/2021 saylı 29.04.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı 18.11.2020-ci il tarixə dövlət büdcəsinə 17938,49 manat, DSMFna ödənilməmiş 5774,13 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 386,5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28216,06 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiasına baxılmış və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tələb təmin edilmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən həmin tələblər üzrə icraata xitam verildiyindən qeyd edilən tələblərin təmin edildiyi hissədə qətnamə ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli e-2-2(113)- 1369/2021 saylı qətnaməsi qismən-cavabdehin 18.11.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774,13 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 386,5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28216,06 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli e-2-2(113)-1369/2021 saylı qətnaməsi qismən-cavabdehin 18.11.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774,13 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 386,5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28216,06 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar