Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1123/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: borcun tutulması, ipoteka predmetinə yönəltmə. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-92/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC iləCavabdeh4 arasında xx.xx.2021-ci il tarixli 003L**********69 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 120 (yüz iyirmi) ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır.
2. "xxxx" QSC ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşması imzalanmış və həmin müqavilə əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50.000 (əlli min) manat məbləğində krеdit götürmüşdür.
3. "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır.
4. Daha sonra, Bank ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh4 ilə Bank arasında xx.xx.2021-ci il tarixli 003M**********01 saylıipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzili "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir
5. Kredit müqavilələri, zaminlik müqaviləsi və ipoteka müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2647/2023 saylı qərardadı ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-92/2024 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasıtəyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, məhəllə 2316da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilin likvid dəyəri 210.000 manat, bazar dəyəri 225.000 manat müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Məhərrəmova (Fətəliyeva) Xuraman Hüseynalı qızından müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 003R********** saylı krеdit razılaşması üzrə 46.407.24manat məbləğində krеdit bоrcu, 3.501.67 manat məbləğində faiz bоrcu və 1.327.25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51.236.16 manat məbləğində bоrcun, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilin açıq hərracdan satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Məhərrəmova (Fətəliyeva) Xuraman Hüseynalı qızından ümumi qaydada tutulması; Cavabdeh4 mülkiyyətindəolan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilinə Cavabdeh4, Məhərrəmova (Fətəliyeva) Xuraman Hüseynalı qızı, Cavabdeh3, Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onlarınhəmin mənzildən çıxarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 003L**********69 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 3592.76 manat ödəmiş, onun 46407.24 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 148 gün üçün hesablanmış faiz borcu 3501.67 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilib) əsasında Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-92/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə İddianın qismən təmin edilməsi, Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 39.607 (otuz doqquz min altı yüz yeddi) manat, 24 (iyirmi dörd) qəpik, faiz borcu üzrə 3.501 (üç min beş yüz bir) manat, 67 (altmış yeddi) qəpik, cərimə borcu üzrə 1.327 (bir min üç yüz iyirmi yeddi) manat, 25 (iyirmi beş) qəpik olmaqla, cəmi 44.436 (qırx dörd min dörd yüz otuz altı) manat, 16 (on altı) qəpik məbləğində pulunn Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilə ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz manat) xidmət haqqının Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasınaehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. İş materiallarına ilkin olaraq əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə 46.407,24 manat əsas borc, 3.501,67 manatfaiz borcu, 1.327,25 manat cərimə borcu olmaqla, cəmi 51.236,16 manat kredit borcu vardır. İş materiallarına sonradan əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə 39.607.24 manat əsas, 8.432,61 manat faiz, 4.598,09 manat cərimə borcu olmaqla, cəmi 52.637,94 manat borcu vardır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 kredit məbləğinin verildiyini, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini, iddianı əsas, faiz, cərimə borcu hissəsində qəbul etdiyini, əsas borcdan 6.800 manat ödəniş etdiyini, lakin ipoteka predmeti olan əmlakın satılmasına razı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıyaborc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla Cavabdeh4 arasında kreditmüqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh4 verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyitam icra etməmiş və nəticədə borcu yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi hissəsində qismən, faiz borcu üzrə tam əsaslıdır və əsas borc üzrə 39.607.24 manat, faiz borcu üzrə 3.501,67 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 1.327,25 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini rəhbər tutaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 210.000 (iki yüz on min) manat müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-92/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, "xxxx" QSC ilə arasında bağlanan xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşması əsasında iddiaçıya borclu olduğu 27900 (iyirmi yedi min doqquz yüz) manat kredit borcunun ondan alınaraq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixində 9400 (doqquz min dörd yüz) manat ödəniş etmişəm. Halbuki məhkəmə əsassız olaraq mühasibatlıq ekizpertizsı təyin etməmiş, işi lazımınca araşdırmamış və əsassız olaraq iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə çıxararaq borcun ödənilməsini girov predmetinə yönəltmişdir. Halbuki mənə əsassız olaraq cərimə və faiz borcu yazılmışdır. Bugünə kimi cəmi 27900 (iyirmi yedi min doqquz yüz) manat kredit borcum var. Həmin məbləğə görə 210000 dəyərində əmlakın hərracda satılaraq iddiaçıya verilməsi mənim əmlak hüquqlarıma və insan hüquqlarına ziddir. Hazırda hissə-hissə ödənişlər edərək krediti ödəyirəm.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh4 tərəfindən əsas borcun tutulması hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-92/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına ilkin olaraq əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə 46.407,24 manat əsas borc, 3.501,67 manatfaiz borcu, 1.327,25 manat cərimə borcu olmaqla, cəmi 51.236,16 manat kredit borcu vardır. İş materiallarına sonradan əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə 39.607.24 manat əsas, 8.432,61 manat faiz, 4.598,09 manat cərimə borcu olmaqla, cəmi 52.637,94 manat borcu vardır. Birinci instansiyada məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 kredit məbləğinin verildiyini, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini, iddianı əsas, faiz, cərimə borcu hissəsində qəbul etdiyini, əsas borcdan 6.800 manat ödəniş etdiyini, lakin ipoteka predmeti olan əmlakın satılmasına razı olmadığını bildirmişdir. Daha sonra apellyator apellyasiya şikayətində müəyyən ödənişlər etdiyini və əsas borcunun 27 900 manat məbləğində qaldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıyaborc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla Cavabdeh4 arasında kreditmüqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh4 verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyitam icra etməmiş və nəticədə borcu yaranmışdır.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində iştirak edərkən iddiaçı iddianı qəbul etdiyini, maddi imkanının olmaması səbəbindən borcu ödəyə bilmədiyini qeyd etmişdir. Lakin apellyasiya şikayətində mühasibatlıq ekspertizasının keçirilməsi dəlilini irəli sürmüşdür. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübutların qəbul edilməsi və işin köklü şəkildə araşdırılması prosesi birinci instansiya məhkəməsində reallaşır. Apellyasiya instansiyası məhkəməsində yeni tələbləri və sübutları yalnız tərəfin birinci instansiya məhkəməsində həmin tələbləri və sübutları məhkəməyə təqdim etməsinin qeyri-mümkün olduğu hallarda araşdırır. Birinci instansiya məhkəməsində apellyator iştirak edərək öz mövqeyini sərbəst surətdə bildirmiş, borcu etiraf etmişdir. Bu halda cavabdehin birinci instansiya məhkəməsində məhkəməmühasibatlıq ekspertizası vəsatəti verməsinə heç nə mane olmurdu. Dİgər dəlil isə qətnamənin qəbul edilməsindən sonra əsas borcdan ödəniş etməsi ilə bağlıdır. Bu hissədə məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin qəbul edilməsindən sonra edilmiş ödənişlər qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflərin arasında yaranmış vəziyyətə uyğun (sonradan həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla) qətnamə çıxara bilməz. Birinci instansiya məhkəməsi cavabdehin (borcalanın) borcunun məbləğini qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi və qətnamədən sonrakı ödənişləri nəzərə alması mümkün deyildir. Apellyasiyanın məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPM-in 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından ibarətdir. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu müəyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır. Ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması funksiyasını yerinə yetirən Ali Məhkəmənin bənzər işlərlə bağlı qərarlarında (Ali Məhkəmənin "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin X1 qarşı iddia tələbi üzrə xx.xx.2021-ci il tarixli qərarı) da vurğulanmışdır ki, “bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-92/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.